Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə5/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   62

19 
 
da  iki  komedioqrafın  yaradıcılığı  nəzərdən  keçirilir  və 
üstünlük Menandra verilirdi. Alim burada da əsərlərə əx-
laqi  meyarla  yanaşır  və  Menandrın  yaradıcılığında  daha 
çox  xeyirxahlıq,  alicənablıq,  nəciblik  gördüyünə  görə, 
onu Aristofanın acı zarafatlarından üstün tuturdu. 
Roma ədəbiyyatında ədəbi-tənqidi fikir Roma mədə-
niyyətinin  ellinləşməyə  başlaması  dövründən  –  e.ə.  III 
əsrdən yaranır. Ilk dövrlərdə ədəbiyyatşünaslıq məsələ-
ləri Yunanıstanda olduğu kimi Romada da müxtəlif janrlı 
bədii  ədəbiyyat  nümunələri,  fəlsəfəyə  və  dilçiliyə  aid 
əsərlər,  ritorikaya  dair  traktatlar  daxilində  təsadüf  olu-
nurdu.  Erkən  Roma  ədəbiyyatının  nümayəndələri  (Livi 
Andronik, Nevi, Enni) eyni zamanda filoloji problemlərin 
həlli ilə məşğul idilər. Onların qarşısında duran ən böyük 
problem  Roma  ədəbiyyatının  inkişafı  üçün  yunan  bədii 
ədəbiyyatından  hansı  metodla  istifadə  etmək  məsələsi 
olmuşdur.  Bir  qrup  ədiblər  Roma  ədəbiyyatının  bütün-
lükdə  ellinləşməsi  tərəfdarı  (Sipion  dərnəyinin  üzvləri) 
olsalar  da,  bəziləri  mühafizəkar  mövqedə  duraraq,  bu-
nun  əleyhinə  çıxış  edirdilər  (Katon  və  onun  ətrafı).  İlk 
Roma  ədibləri  istər-istəməz  bu  problemlə  qarşılaşmalı 
olurdular.  Onlar  yunan  ədəbiyyatından  tərcümə  üçün 
hansı  nümunləri  seçməyi,  hansı  üsulla  (sərbəst,  yoxsa 
hərfi) tərcümə etməyi, kontaminasiyaya (lat. contamina-
tia  –  qarışdırıram)  yol  verib-veməməyi  müəyyənləşdir-
məli idilər və bu məsələləri həll edərkən, şair və yazıçılar 
ədəbi-estetik  görüşlərini  ifadə  edirdilər.  Bu  baxımdan 
görkəmli  Roma  komedioqrafı  Terensi  əhəmiyyətli  möv-


20 
 
qeyə  malikdir.  Terensinin  Roma  komediyasına  gətirdiyi 
yenilik – yeni məzmunlu proloq onun bir ədəbiyyat tən-
qidçisi kimi formalaşmasında böyük rol oynamışdır. Te-
rensidən əvvəl də proloqdan ədəbi-nəzəri fikirlər söylə-
mək üçün istifadə olunurdu (Plavt). Lakin o, komediyala-
rının  proloqunu  bütünlükdə  bu  işin  xidmətinə  qoymuş, 
orada  ədəbi  rəqibləri  ilə  polemikaya  girmiş,  kompozisi-
ya, dramın texnikası və s. məsələlər haqqında maraqlı fi-
kirlər  söyləmişdir.  Terensi  yunan  ədəbiyyatından  sər-
bəst  tərcümələrin  tərəfdarı  kimi  çıxış  edir,  özündən  əv-
vəlki  Roma  komedioqrafı  Plavtdan  fərqli  olaraq,  hay-
küylü komediyaya deyil, sakit, dəqiq forma və üsluba ma-
lik  komediyaya  üstünlük  verirdi.  Eyni  zamanda  Terensi 
təkrarlanan,  şablon  xarakterlərin  (məs.,  qəzəbli  qoca, 
hiyləgər  qul,  pulgir  aradüzəldən  və  b.)  yaradılmasına 
qarşı çıxırdı.  
Romada  estetik  fikir  tarixinin  ikinci  mərhələsi  (Res-
publika  dövrü)  Siseronun  (e.ə.  106-43)  adı  ilə  bağlıdır. 
Siseronun filologiyaya dair xüsusi əsəri  olmamışdır. Bu-
nunla belə, bir sıra çıxışlarında (məs., şair Arxinin müda-
fiəsi üçün), ritorika (“Natiq”) və estetika (“Tuskulan söh-
bətləri”)  traktatlarında  Siseron  ədəbi-estetik  görüşlərini 
ifadə etmişdir. O, ədəbiyyata münasibətdə rasionalist idi, 
bədii  əsərləri  ilk  növbədə  cəmiyyət  üçün  praktiki  əhə-
miyyəti  ilə  qiymətləndirirdi.  Bu  mənada  epos  və  faciəni 
insanlara  praktiki  həyatda  daha  çox  gərəkli  olan  janrlar 
sayırdı. Siseron üçün əsərin məzmunu onun forma xüsu-


21 
 
siyyətlərindən daha vacibdir.  Hesab edirdi ki, hətta “pis 
şair belə xeyrli ola bilər”. 
Respublika quruluşunun sonu, imperiyanın başlanğıc 
dövründə (“Avqust əsri”) Roma ədəbiyyatşünaslığının ən 
tanınmış  nümayəndəsi  Kvint  Horasi  Flakkın  (e.ə.  65-8) 
“Pizonlara  məktub”u  Aristotelin  “Poetika”sından  sonra 
antik  filologiyada  ədəbiyyat  nəzəriyyəsinə  aid  yazılmış 
ən böyük əsərdir. Lakin bu əsərlər keyfiyyət baxımından 
eyni  pillədə  durmurlar.  Horasinin  “Poetika”sı  (tədqiqat-
çılar  “Pizonlara  məktub”u  daha  çox  belə  adlandırırlar) 
Aristotel “Poetika”sından fərqli olaraq, heç də ədəbiyya-
tın nəzəri problemlərini araşdırmır. Əsərin heç bir dərin 
fəlsəfi-estetik əsasları yoxdur  və daha çox “normativ” sə-
ciyyə  daşıyır.  Belə  ki,  orada  ədəbiyyat  xadimləri  üçün 
doqma xarakteri daşıyan bir sıra qaydalar göstərilmişdir 
(dramın  5  pərdədən  ibarət  olması,  “üç  vəhdət”  qanunu 
və  s.).  Lakin  Horasi  bu  normativ  qanunları  da  özündən 
kəşf etməmiş, daha əvvəlki filoloqların (ellinizm filoloq-
ları,  Neoptolem)  əsərlərindən  götürmüş,  poetik  istedadı 
nəticəsində  orijinal  əsər  kimi  təqdim  etmişdir.  Horasi 
“Poetika”sının  estetikası  –  klassisizm  estetikasıdır:  əsər 
sadə, tamamlanmış,  vəhdət halında olmalıdır. Simmetri-
yanın  pozulması,  haşiyələr,  bir  əsər  daxilində  müxtəlif 
üslub  elementləri  onun  fikrincə  əsərin  gözəlliyinə  xələl 
gətirir.  Bu  mənada  Horasi  yunan  ədəbiyyatını  əlçatmaz 
zirvə  hesab  edir,  dövrünün  ədiblərinə  “gecə  də,  gündüz 
də  yunan  nümunələrindən  əl  çəkməməyi”  məsləhət  gö-
rürdü. Sonrakı dövrlərdə Avropa klassisistləri Horasinin 


22 
 
“Pizonlara  məktub”unu  Aristotelin  “Poetika”sı  səviyyı-
sində  (hətta  bəzən  ondan  daha  çox)  kanonik  ədəbi  qa-
nunlar  toplusu  kimi  qəbul  edirdilər.  Bualonun  “Poeziya 
sənəti”  traktatı  bir  çox  cəhətləri  ilə  Horasin  əsərini  tək-
rarlayırdı. 
 
                                          *** 
 
Roma  imperiyasının  Qərbi  və  Şərqi  hissələrə  bölün-
məsi  ilə  antik  ədəbiyyatın  meydana  gəldiyi  Balkan  yarı-
madası və Kiçik Asiyanın Şərqi Roma (Bizans) tərkibində 
qalması və IV əsrdə xrislianlığın burada dövlət dini kimi 
qəbul olunması antik ədəbiyyatın bütün gələcək taleyini 
müəyyənləşdirdi.  Yeni  monoteist  dinin  yaranması  və 
möhkəmlənməsi  ilə  əlaqədar  antik  mədəniyyətin  bütün 
əlamətləri  getdikcə  tənəzzülə  uğradı.  Xristianlığın  ilk 
dövrlərində  bu  iki  bir-birinə  zidd  mədəniyyət  hələ  ki 
dinc yanaşı yaşamağa davam etsə də, VII əsrə yaxın kilsə 
ədəbiyyatı  antik  ədəbiyyatı  tamamilə  sıxışdırıb  aradan 
çıxardı.  Təsadüfi  deyil  ki,  VII-X  əsrlər  elmi  ədəbiyyatda 
“qaranlıq dövr” adlandırılır. Bu dövrdə antik mədəniyyə-
tə, o cümlədən antik ədəbiyyata marağın ümumi səviyyə-
si kəskin aşağı düşmüşdü. Bizə qədər qorunub saxlanmış 
və  antik  ədəbiyyat  haqqında  hər  hansı  filololoji  fikirlər 
bildirilən əsərlər (İsgəndəriyyəli Afanisinin “Bütpərəstlə-
rə qarşı” nitqi, Kesariyalı Vasilinin “Yeniyetmənin bütpə-
rəst kitablarından necə xeyir əldə etməsi haqqında” trak-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə