59
baĢlığını
dazlaĢan baĢına örtüb, əsas məsələyə keçdi. Söhbət
yunan dilində gedirdi.
Pilat dedi ki, ĠeĢua Qa-Nosrinin iĢini araĢdırıb və ölüm
hökmünü təsdiqləyib.
Beləliklə, bu gün həyata keçiriləsi edama üç quldur:
Dismas, Hestas, Var-Ravvan və bundan əlavə, ĠeĢua Qa-
Nosri məhkum edilib. Xalqı qeysər əleyhinə qiyama
çağırmaq fikrinə düĢən ilk
ikisi Roma hökuməti tərəfindən
döyüĢlə ələ keçirilib və prokuratorun nəzarətindədir, deməli,
burada onlardan söhbət gedə bilməz. Sonuncular– Var-
Ravvanla, Qa-Nosrini isə yerli hakimiyyət tutub və onlar
Sinedrion tərəfindən məhkum edilib. Qanuna və adətə görə,
bu iki cinayətkardan birini bu gün girən böyük Pasxa
bayramı münasibətilə azadlığa buraxmaq lazım gələcək.
Ġndi prokurator bilmək istəyir, Sinedrion bu iki
cinayətkardan hansını azad etmək fikrindədir: Var-Ravvanı,
ya Qa-Nosrini.
Kaifa sualın ona aydın olduğunu göstərmək üçün baĢını
tərpətdi və cavab verdi:
– Sinedrion Var-Ravvanın buraxılmasını xahiĢ edir.
downloaded from KitabYurdu.org
60
BaĢ ruhaninin ona məhz bu cavabı verəcəyini
prokurator yaxĢı bilirdi, ancaq özünü elə aparmalı idi ki,
guya, belə cavab onu heyrətləndirib.
Pilat bunu böyük məharətlə etdi. QaĢlarını təkəbbürlə
qaldırıb, heyrətlə baĢ ruhaninin düz gözlərinə baxdı.
– Boynuma alıram ki, bu cavab məni heyrətləndirdi, –
prokurator mülayimcəsinə dedi, – burada nəsə bir
anlaĢılmazlıq olduğundan ehtiyatlanıram.
Pilat fikrini izah etdi. BaĢ ruhaniyə yaxĢı məlumdur ki,
Roma hakimiyyəti yerli ruhani hakimiyyətinin hüquqlarına
həmiĢə hörmətlə yanaĢır, ancaq bu məsələdə səhv göz
qabağındadır. Və bu səhvin aradan qaldırılmasında, əlbəttə,
Roma hakimiyyəti maraqlıdır.
Əslində, Var-Ravvanın və Qa-Nosrinin cinayətləri
ağırlığına görə müqayisə edilməzdir. Əgər ikinci Ģəxs açıq-
aĢkar dəlidirsə, cəfəng çıxıĢlarıyla YerĢalaimdə və digər
yerlərdə xalqı həyəcanlandırdığı üçün günahkardırsa,
birincinin günahı daha ağırdır. BirbaĢa qiyama çağırmağı
azmıĢ kimi, üstəlik, onu tutmaq istəyən keĢikçini də öldürüb.
Var-Ravvan daha təhlükəlidir, nəinki Qa-Nosri.
downloaded from KitabYurdu.org
61
Bütün deyilənlərin müqabilində prokurator xahiĢ edir
ki, baĢ ruhani qərarı dəyiĢsin, iki cinayətkardan daha az
ziyanlısını azad etsin, o da, Ģübhəsiz, Qa-Nosridir. Bəs indi
sözü nədir?..
Kaifa düz Pilatın gözünün içinə baxdı, astadan, ancaq
qətiyyətlə dedi ki, Sinedrion iĢlə çox diqqətlə tanıĢ olub və
Var-Ravvanı azad etmək fikrində olduğunu ikinci dəfə
söyləyir.
– Necə? Hətta mənim xahiĢimdən sonra da? Roma
hakimiyyətinin adından danıĢan Ģəxsin xahiĢindən sonra?
BaĢ ruhani, üçüncü dəfə təkrar et.
– Biz üçüncü dəfə də bildiririk ki, Var-Ravvanı azad
edirik, – Kaifa sakitcə cavab verdi.
Hər Ģey bitmiĢdi və daha danıĢılası heç nə qalmamıĢdı.
Qa-Nosri həmiĢəlik gedirdi, prokuratorun dəhĢətli ağrılarını
sağaldan olmayacaqdı; ölümdən savayı bu ağrının əlacı
yoxdur. Ancaq indi Pilatı heyrətləndirən bu fikir deyildi.
Bayaq eyvanda hiss etdiyi anlaĢılmaz qüssə onun bütün
varlığına hakim kəsilmiĢdi. ÇalıĢdı qüssənin səbəbini özü
üçün aydınlaĢdırsın, ancaq bunun səbəbi də qəribə idi:
downloaded from KitabYurdu.org
62
prokuratora elə gəldi ki, məhbusa nəyisə deməyib, ya nəyəsə
qulaq asmayıb.
Pilat bu fikri özündən qovdu və bu fikir gəldiyi kimi də
bir anda uçub-getdi. O, uçub-getdi, ancaq qüssənin səbəbi
izah olunmamıĢ qaldı, çünki ildırım kimi çaxan baĢqa fikir
də onu izah edə bilməzdi: "Ölümsüzlük... ölümsüzlüyə
qovuĢdu..." Kim ölümsüzlüyə qovuĢdu? Prokurator bunu
baĢa düĢmədi, ancaq bu müəmmalı ölümsüzlük haqqındakı
fikir günün altında onu üĢütdü.
– YaxĢı, – Pilat dedi, – qoy belə olsun.
Bu yerdə o, ətrafına göz gəzdirib, baĢ vermiĢ
dəyiĢikliyə heyrətləndi. Qızılgüllərin çoxluğundan əyilmiĢ
kollar, yuxarıdakı terrası dövrələmiĢ sərv ağacları, nar
ağacları, yaĢıllığın arasındakı ağ heykəllər, elə yaĢıllığın özü
də yoxa çıxmıĢdı. Bunların yerini içində yosunlar yırğalanan
qıpqırmızı xılt tutmuĢdu, bu xılt harasa axıb gedir, Pilatı da
özü ilə aparırdı. Acizliyinə, gücsüzlüyünə görə o, indi
qəzəbdən boğulurdu.
– Canım sıxıldı, – Pilat dedi, – canım sıxıldı!
downloaded from KitabYurdu.org
63
O, tərli, soyuq əliylə plaĢın yaxasındakı toqqanı dartdı
və plaĢ quma düĢdü.
– Bu gün bürküdür, haradasa tufan qalxıb,–
prokuratorun qızarmıĢ sifətindən gözünü çəkmədən və
qarĢıdan gələn bütün məĢəqqətləri hiss edərək Kaifa
dilləndi. "Ah, bu ilin nisan ayı necə dəhĢətlidir!"
– Bürküdən yox, – Pilat dedi, – səninlə bir yerdə
olduğuma görə sıxıldım, Kaifa, – Pilat gözlərini qıyıb
gülümsədi, – özünü gözlə, baĢ ruhani.
BaĢ ruhaninin gözləri parıldadı və heyrətləndiyini
büruzə verməkdə prokuratordan heç də geri qalmadı.
– Mən nə eĢidirəm, prokurator? – Kaifa təkəbbürlə və
sakit tərzdə cavab verdi. – Özün təsdiq etdiyin hökmə görə
məni hədələyirsən? Belə Ģey ola bilərmi? Roma
prokuratorunun nəsə deməmiĢdən əvvəl sözləri ölçüb-
biçdiyinə adət etmiĢik. Bizi kimsə eĢitmədi ki, igemon?
Pilat donuq gözləriylə baĢ ruhaniyə baxdı və hirsindən
gülümsədi.
– Bu nə sözdür, baĢ ruhani! Axı bizi indi burada kim
eĢidə bilər? Məgər mən bu gün edam olunacaq gənc
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |