Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə20/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   151

 

99 


 

V fəsil 


QRĠBOYEDOVDA QOPAN HƏNGAMƏ 

 

Açıq-sarı  rəngli  ikimərtəbəli  qədim  ev  bulvar 



dairəsində,  naxıĢlı  çuqun  çəpərlə  səkidən  ayrılan  baxımsız 

bağın  dərinliyində  yerləĢirdi.  Evin  qarĢısındakı  kiçik 

meydança asfaltlanmıĢdı, qıĢda qarı kürüyüb təpə kimi oraya 

yığırdılar, yayda isə restoranın parusin örtüklü çox gözəl bir 

guĢəsinə çevrilirdi. 

Malikanəyə  "Qriboyedovun  evi"  deyirdilər,  çünki 

yazıçı  Aleksandr  Sergeyeviç  Qriboyedovun  xalası,  guya, 

haçansa  buranın  sahibi  olmuĢdu.  Sahibi  olub-olmadığını 

dəqiq 

bilmirik. 



Hətta 

zənnimiz 

bizi 

aldatmırsa, 



Qriboyedovun,  ümumiyyətlə,  belə  bir  xalası  olmayıb... 

Ġntəhası,  ev  belə  adlanırdı.  Üstəlik,  bir  Moskva  gopçusu 

danıĢır  ki,  guya,  bax,  bu  ikinci  mərtəbədə,  sütunlu  dairəvi 

zalda  görkəmli  yazıçı  taxtda  yayxanmıĢ  həmin  bu  xalasına 

"Ağıldan bəla"dan parçalar oxuyurmuĢ. Bir yana qalanda, nə 

bilək, bəlkə də, oxuyub, bu elə də vacib deyil! 

downloaded from KitabYurdu.org



 

100 


Vacib  odur  ki,  hal-hazırda  bu  evin  sahibi,  bədbəxt 

Mixail  Aleksandroviç  Berliozun  Patriarx  gölünə  gələnə 

qədər baĢçılıq etdiyi həmin Massolit idi. 

Massolit  üzvlərinin  xeyir-duasıyla  heç  kim  bu  evi 

"Qriboyedov 

evi" 


adlandırmırdı, 

hamı, 


sadəcə, 

"Qriboyedov" deyirdi: "Dünən iki saat Qriboyedovda girinc 

olmuĢam".  –  "Axın  necə  oldu?"  –  "Yaltaya  bir  aylıq 

putyovka qopartdım". – "Əhsən!" Yaxud: "Berliozun yanına 

get,  o,  bu  gün  dörddən  beĢə  kimi  Qriboyedovda  qəbul 

eləyir..." və sair. 

Massolit Qriboyedovda elə yerləĢmiĢdi ki, ondan yaxĢı 

və  rahat  təsəvvür  etmək  olmazdı.  Qriboyedova  daxil  olan 

hər kəs ilk əvvəl istər-istəməz müxtəlif idman dərnəklərinin 

bildiriĢləri  və  Massolit  üzvlərinin  birlikdə,  həmçinin  tək 

çəkdirdiyi Ģəkillərlə tanıĢ olurdu, bəzilərinin fotoĢəkli ikinci 

mərtəbəyə qalxan pilləkənin divarından asılmıĢdı. 

Həmin  yuxarı  mərtəbədə  elə  ilk  otağın  üstünə  iri 

hərflərlə  "Bağ-balıqçılıq  bölməsi"  yazılmıĢdı  və  qarmağa 

keçmiĢ dabanbalığı təsvir olunmuĢdu. 

downloaded from KitabYurdu.org




 

101 


2  №-li  otağın  üstündəki  yazı  çətin  anlaĢılırdı: 

"Birgünlük  yaradıcılıq  putyovkası.  M.V.  Podlojnıya 

müraciət edin". 

Növbəti  otağın  üstünə  qısa,  ancaq  ümumiyyətlə, 

anlaĢılmaz  bir  Ģey  yazılmıĢdı:  "Perehqino".  Sonra  xalanın 

qoz  ağacından  düzəldilmiĢ  qapılarının  üstündəki  yazılardan 

Qriboyedova  təsadüfən  gələn  adamın  gözləri  alacalanırdı: 

"Kağız üçün növbəyə Poklevkina yazır", "Kassa", "Məzhəkə 

yazanların xüsusi hesablaĢmaları..." 

Lap  aĢağıdan,  qapıçının  yanından  baĢlayan  uzun 

növbəni yarıb, hər an kimlərinsə girib-çıxdığı qapının üstünə 

"Mənzil məsələləri" yazıldığını oxumaq olardı. 

Mənzil məsələlərindən sonra yalı qalxan yapıncılı, çiyni 

tüfəngli  bir  atlının  təsvir  olunduğu  plakat  adamı  uzaqdan 

çağırırdı.  AĢağıda  palma  və  eyvan  görünürdü,  eyvanda 

oturmuĢ  kəkilli  gənc  əlində  qələm,  qartal  baxıĢlarını 

yüksəklərə 

dikmiĢdi. 

Plakatın 

altında 


yazılmıĢdı: 

"Tamhəcmli  yaradıcılıq  ezamiyyəti  –  iki  həftədən  (hekayə-

novella)  bir  ilə  qədər  (roman-trilogiya).  Yalta,  Suuk-Su, 

Borovoye, Tsixidziri, Maxindjauri, Leninqrad (QıĢ sarayı)". 

downloaded from KitabYurdu.org



 

102 


Bu qapının ağzında da növbə idi, ancaq elə də yox, cəmi yüz 

əlli nəfər. 

Sonra  Qriboyedov  evinin  enən-qalxan,  əyri-üyrü 

dəhlizlərinə  uyğun  olaraq,  "Massolitin  idarə  heyəti", 

"Kassalar №2,3,4,5", "Redaksiya heyəti", "Massolitinsədri", 

"Bilyard  otağı",  müxtəlif  yardımçı  idarələr  və  ən  nəhayət, 

xalanın öz dahi bacısı oğlunun komediyasından ləzzət aldığı 

sütunlu zal gəlirdi. 

Qriboyedova qədəm basan hər bir kəs, əlbəttə, əgər küt 

deyildisə,  bu  xoĢbəxtlərin  –  Massolit  üzvlərinin  necə  yaxĢı 

yaĢadıqlarını  dərhal  baĢa  düĢürdü  və  paxıllıq  içini  didib 

parçalamağa  baĢlayırdı.  Niyə  ona  istedad  bəxĢ  etmədiyi 

üçün göylərə acı töhmətlər yağdırırdı, istedad yoxdusa, təbii 

ki,  bütün  Moskvada  məĢhur  olan  Massolitin  bahalı  dəri 

qoxusu  verən,  kənarları  qızılı  haĢiyəli  qəhvəyi  üzvlük 

vəsiqəsi haqqında heç düĢünməyə dəyməzdi. 

Paxıllığa  kimsə  haqq  qazandıra  bilərmi?  Bu,  çox  pis 

xüsusiyyətdir,  ancaq  hər  halda,  gələnləri  də  baĢa  düĢmək 

lazımdır. Axı onun üst mərtəbədə gördükləri hələ heç nədir. 

Xalanın evinin alt mərtəbəsi baĢdan-baĢa restoran idi, özü də 

downloaded from KitabYurdu.org



 

103 


necə  restoran!  Çox  düzgün  olaraq  Moskvada  o  ən  yaxĢı 

restoran  sayılırdı.  Yalnız  ona  görə  yox  ki,  tağlı  tavanını 

assuriya  yallı  bənövĢəyi  atlar  bəzəyən  böyük  zalda 

yerləĢirdi;  yalnız  ona  görə  yox  ki,  hər  stola  saçaqlı  örtüyü 

olan lampa qoyulmuĢdu; yalnız ona görə yox ki, hər yoldan 

ötən  buraya  soxula  bilməzdi,  həm  də  ona  görə  ki, 

Qriboyedovdakı  ərzağın  keyfiyyəti  Moskvanın  istənilən 

restoranını  üstələyirdi  və  bu  ərzaq  heç  də  baha  olmurdu, 

uyğun qiymətə verilirdi. 

Ona  görə  bu  doğru  sətirlərin  müəllifinin  bir  dəfə 

Qriboyedovun  çuqun  çəpəri  yanında  eĢitdiyi  söhbətdə  də 

təəccüblü heç nə yoxdur: 

– Amvrosi, bu gün harada Ģam eləyəcəksən? 

– Bu nə sualdır, əzizim Foka, əlbəttə, burada! Arçibald 

Arçibaldoviç  bu  gün  qulağıma  pıçıldadı  ki,  məxsusi 

hazırlanmıĢ soyutma suf balığı olacaq. Əla Ģeydir! 

– YaĢamağı  bacarırsan,  Amvrosi!  –  arıq,  üzgün, 

boynundan  karbunkul  asılmıĢ  Foka  köks  ötürərək  qırmızı 

dodaqlı, qızılı saçlı, yumru yanaqlı yekəpər Ģair Amvrosiyə 

cavab verdi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə