Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə21/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   151

 

104 


– Heç  bir  xüsusi  bacarığım  yoxdur,  –  Amvrosi  etiraz 

etdi, – sadəcə, insan kimi yaĢamaq istəyim var. Foka, sənin 

deməyindən  belə  çıxır  ki,  suf  balığını  "Kolizey"də  də 

tapmaq  olar.  Ancaq  "Kolizey'də  suf  balığının  bir  porsiyası 

on üç manat on beĢ qəpikdir, bizdə isə beĢ manat əlli qəpik! 

Bundan baĢqa, "Kolizey"dəki üç gündən qalma suf balığıdır 

və heç kim sənə zəmanət verə bilməz ki, Teatr döngəsindən 

soxulmuĢ  ilk  rastına  çıxan  gənc  üzüm  salxımını  sifətinə 

çırpmayacaq.  Yox,  mən  "Kolizey"ə  getməyin  qəti 

əleyhinəyəm,  –  dadlı  yeməklərin  vurğunu  Amvrosinin  səsi 

bulvarı baĢına götürmüĢdü. – Məni dilə tutma, Foka! 

– Səni  dilə  tutmuram,  Amvrosi,  –  Foka  mızıldadı.  – 

Evdə də yemək olar. 

– Ay rəhmətliyin oğlu,  – Amvrosi elə dediyini deyirdi, 

– təsəvvür eləyirəm, ümumi mətbəxdə, adi qazanda soyutma 

suf balığını arvadın necə biĢirər! Hi-hi-hi!.. Orevuar

14

, Foka! 


–  və  oxuya-oxuya  Amvrosi  özünü  parusin  örtüklü  eyvana 

saldı. 


                                                 

14

Orevuar – əlvida (fr.) 



downloaded from KitabYurdu.org


 

105 


Ay-hay...  Doğrudur,  olub,  olub!..  MəĢhur  Qriboyedov 

yaĢlı  moskvalıların  yaxĢı  yadındadır!  Məxsusi  hazırlanmıĢ 

soyutma  suf  balığı  nəmənədir  ki!  Heç  nədir,  əzizim 

Amvrosi!  Bəs  çökə  balığı,  gümüĢ  qazanda  biĢən,  içinə 

xərçəng  boynu  və  təzə  kürü  doldurulmuĢ  çökə  balığı?  Bəs 

piyalədə  Ģampinyon  püresiylə  soyutma  yumurta?  Bəs 

qaratoyuğun  döĢ  əti  xoĢunuza  gəlmirdi?  Yerdombalanıyla? 

Genuyasayağı  hazırlanmıĢ  bildirçin?  Bir  manat  əlli  qəpik! 

Hələ  caz,  hələ  nəzakətli  xidmət!  Bəs  iyulda,  bütün  ailə 

bağda,  siz  isə  ədəbiyyatla  bağlı  vacib  iĢlərə  görə  Ģəhərdən 

gedə  bilmirsiniz,  –  eyvana  sarmaĢan  qıvrım-qıvrım  tənəyin 

kölgəsində, tərtəmiz süfrədə qızıl kimi parıldayan bir boĢqab 

prentanyer  Ģorbası?  Yadınızdamı,  Amvrosi?  Axı  soruĢmaq 

nəyə  lazım!  Dodağınızdan  görürəm  ki,  yadınızdadır.  Sizin 

alabalıq, suf balığı nəmənədir ki! Bəs cüllüt, meĢəcüllütü öz 

mövsümündə,  bəs  bildirçin?  Boğazda  qaynayan  narzan?! 

Daha yetər, oxucum, fikrin yayınır! Arxamca!.. 

Berliozun  Patriarx  gölünün  kənarında  öldüyü  həmin 

axĢam  saat  on  birin  yarısında,  Qriboyedovun  üst 

mərtəbəsində  ancaq  bir  otağın  iĢığı  yanırdı  və  orada  iclasa 

downloaded from KitabYurdu.org



 

106 


yığılan  on  iki  ədəbiyyatçı  Mixail  Aleksandroviçi 

gözləməkdən yorulmuĢdu. 

Stulda,  stolda,  hətta  otağın  iki  pəncərəsinin  qabağında 

oturan Massolitin idarə heyətinin üzvləri bürküdən əməllicə 

əziyyət  çəkirdi.  Açıq  pəncərədən  bir  udum  sərin  hava  da 

gəlmirdi.  Asfaltın  gün  ərzində  yığdığı  istini  Moskva  geri 

qaytarırdı  və  aydın  idi  ki,  gecə  rahatlıq  gətirməyəcək. 

Xalanın  evinin  indi  restoranın  mətbəxi  olan  zirzəmisindən 

soğan  qoxusu  gəlirdi,  hamı  susamıĢdı,  hamı  əsəbi  və  hirsli 

idi. 


Səliqəli  geyinmiĢ,  gözündən  heç  nə  yayınmayan,  eyni 

zamanda,  hara  baxdığı  sezilməyən,  sakit  bir  adam  olan 

belletrist  Beskudnikov  saatını  çıxartdı.  Əqrəblər  on  birə 

yaxınlaĢırdı.  Beskudnikov  barmağını  siferblata  toxundurub, 

onu  qonĢusuna,  stolda  oturub  darıxdığından  rezin  altlı  sarı 

ayaqqabılarını yellədən Ģair Dvubratskiyə göstərdi. 

– Gör də, – Dvubratski donquldandı. 

– Yəqin, oğlan Klyazmada iliĢib qalıb, – moskvalı tacir 

ailəsində doğulub uĢaqlıqdan yetim qalan, sonralar "ġturman 

Jorj"  ləqəbi  ilə  yazıçılığa  baĢlayıb,  dəniz  döyüĢlərindən 

downloaded from KitabYurdu.org



 

107 


hekayələr  yazan  Nastasya  LukiniĢna  Nepremenova  qalın 

səslə cavab verdi. 

– Müsaidənizlə!  –  məĢhur  estrada  məzhəkələrinin 

müəllifi Zaqrivov cəsarətlə dilləndi. – Burada biĢməkdənsə, 

elə mən də eyvanda ləzzətlə çay içərdim. Axı iclas saat ona 

təyin olunub! 

  Ġndi  Klyazmanın  yeri  məlum,  –  ədəbiyyatçıların  bağ 

evlərinin  yerləĢdiyi  Klyazmadakı  Perelıqino  qəsəbəsinin 

hamının  ağrıyan  yeri  olduğunu  bildiyindən,  ġturman  Jorj 

oturanları  qıcıqlandırdı.  –  Yəqin,  indi  bülbüllər  də  cəh-cəh 

vurur.  Mən  nəyə  görəsə  Ģəhər  kənarında  həmiĢə  yaxĢı 

iĢləyirəm, xüsusən də yazda. 

– Üçüncü  ildir  pul  ödəyirəm  ki,  bazedov  xəstəliyinə 

tutulmuĢ arvadımı bu cənnətə yollayam,  di gəl, üfüqdə heç 

nə görünmür, – novellaçı Ġeronim Poprixin acı-acı dilləndi. 

– Gərək  bəxtin  ola,  –  pəncərənin  qabağında  oturmuĢ 

Ababkov söz atdı. 

ġturman  Jorjun  xırda  gözlərində  sevinc  qığılcımları 

göründü və səsini yumĢaldaraq dedi: 

downloaded from KitabYurdu.org




 

108 


– Paxıllıq eləmək lazım deyil, yoldaĢlar. Vur-tut iyirmi 

iki bağ evi var, yeddisi də hələ tikilir, biz isə Massolitdə üç 

min nəfərik. 

– Üç min on bir, – küncdən kimsə düzəliĢ verdi. 

– Bax,  görürsünüz,  –  ġturman  davam  elədi,– 

neyləyəsən? Təbii ki, bağ evlərini ən istedadlılarımız alıb... 

– BaĢda  oturanlar!  –  ssenariçi  Qluxaryov  onun  sözünü 

kəsdi. 


Beskudnikov yalandan əsnəyib otaqdan çıxdı. 

– Perehqinoda  tək  canına  beĢ  otağa  yiyələnib,  – 

Qluxaryov onun arxasınca dedi. 

– Lavroviç  altı  otağa,  –  Deniskin  qıĢqırdı,  –  yemək 

otağına da palıd ağacından üzlük vurulub! 

– Eh,  indi  məsələ  bunda  deyil,  –  Ababkov  zarıdı,  – 

məsələ bundadır ki, saat on ikinin yarısıdır. 

Hay-küy  qalxdı,  qiyama  oxĢar  bir  Ģey  yetiĢirdi. 

BaĢladılar  mənfur  Perelıqinoya  zəng  vurmağa,  baĢqa  bağa, 

Lavroviçin bağına düĢdülər, xəbər tutdular ki, Lavroviç çaya 

gedib,  bu  da  qanlarını  lap  qaraltdı.  Hər  ehtimala  qarĢı  930 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə