117
kondensləşdirilir. 5 istidəyişdiricisindən çıxan maye-buxar qarışığı 6 separatoruna
verilir. 6 separatorunda kondensləşdirilmiş reaksiyanın maye məhsulları qələvi ilə
yuyulmaq üçün dövrü olaraq 7 tutumuna axıdılır, qaz axını isə 8 soyuducusunda,
soyuducu agentlərin hesabına mənfi 25
0
C –yə qədər soyudulur. Kondensləşdirilməmiş
məhsullar öz axını ilə 6 separatoruna axıdılır, kondensləşməyən qazlar isə qalıq H
2
S
ilə birlikdə monoetanolaminlə təmizlənmə prosesinə ya da yandırılmaq üçün fakelə
göndərilir.
7 tutumunda su ilə neytral reaksiyaya qədər yuyulmuş katalizat 9,10,11
kalonlarından ibarət olan rektifikasiya qovşağına verilir. 9 kalonunda qalıq divinil və
ya piperilendən qazsızlaşdırma və reaksiyanın yüngül məhsullarının qovulması
prosesi həyata keçirilir. 10 rektifikasiya kalonunun yuxarısından məqsədli məhsul –
tiofen , aşağı hissəsindən isə kub qalığı ayrılır. Kub qalığı yandırılmaya göndərilir.
Yüksək təmizlikdə tiofenlər almaq üçün 10 kalonunun yuxarısından çıxan tiofen
fraksiyası əlavə olaraq 11 yüksək effektivlikli rotorlu kalonda ayrılır. 11 rektifikasiya
kalonunun yuxarısından tiofenlər (tiofen və 2-metiltiofen ) yüksək təmizliklə (99,7% -
dən çox) ayrılırlar, kub məhsulu isə resirkulyant kimi 10 kalonuna qaytarılır.
2-metiltiofen müxtəlif iqlim zonalarında yaşayan qoyunlarda yunlarının boy artımı
stimulyatoru kimi sınaqdan keçirilmişdir.
5.2. Neft xammalları əsasında sulfonlar konsentratının alınması
Neft xammallarından alınan sulfonlar konsentratından istifadə olunması
onların yüksək bioloji aktivliyi ilə əlaqədardır. Müəyyən olunmuşdur ki, neft
xammallarından alınan sulfonlar güclü askarisid təsirə malik olduqlarına görə
onlardan iri buynuzlu heyvanlarda və dovşanlarda baş verə bilən psoroptoz
xəstəliyinin müalicəsində istifadə olunur. Neft sulfonları az toksiki xassəyə
malikdirlər və 100% uzun müddətli hürkütmə təsiri göstərirlər. Neft xammalları
ə
sasında alınan sulfonlar inəklər, atlar və ceyranların mozalan və həşəratlardan
mühafizə olunmasında geniş istifadə olunur. Neft sulfonlarının alınmasında ilkin
118
xammal kimi 265-360
0
C temperatur hədlərində qaynayan yüksək kükürdlü neft
fraksiyalarından istifadə olunur. Əmtəə sulfonların ilkin xammala görə çıxımı 6,2-7,4
% təşkil edir.
Neft xammallarından sulfon konsentratlarının alınması iki üsulla həyata keçirilir.
Birinci üsulda neft fraksiyalarının tərkibində olan kükürdlü üzvi birləşmələr
oksidləşdirilir, sonra isə oksidləşmə məhsullarını mayeli ekstraksiya yolu ilə ayırırlar.
İ
kinci üsulda sulfidli birləşmələr oksidləşdirilərək sulfoksidlərə, sonra isə sulfoksid
konsentratları oksidləşdirilərək sulfonlara çevrilirlər. Bu üsulda oksidləşmə prosesi iki
mərhələli(sulfidlərin sulfoksidlərə və sulfoksidlərin sulfonlara oksidləşdirilməsi)
aparıldığına görə çox çətin olan, oksidatın tərkibindən sulfonların ayrılması mərhələsi
daha sadə və yaxşı işlənib hazırlanmış sulfoksidlərin ayrılması mərhələsi ilə əvəz
edildiyinə görə daha faydalı və qənaətli hesab olunur. Şəkil 5.2.-də bu üsulla neft
xammallarından sulfon konsentratlarının alınma prosesinin texnoloji sxemi
göstərilmişdir. 6 reaktoru poladdan hazırlanmış, içərisi emal örtüyü ilə örtülmüş,
qızdırıcı köynəklə təchiz olunan və üç oksidləşdirici seksiyadan ibarət olan silindrik
aparatdır. Seksiyalar arası fəzada deşikli tor şəkilli boşqablar quraşdırılmışdır.
Reaktorun yuxarı hissəsində 7 separasiya zonası vardır. Hidrogen peroksid və sulfat
turşusu 1 tutumunda, sirkə turşusu ilə sulfoksidlər isə 4 tutumunda qarışdırılır. Sonra
həmin qarışıqlar müvafiq olaraq 3 və 5 nasosları vasitəsilə 6 reaktorunun aşağı
hissəsinə göndərilir. 6 reaktoruna eyni zamanda reagentləri köpük-emulsiya halına
çevirmək üçün hava da verilir. Köpüklənmiş reaksiya qarışığı ilkin xammalın verilmə
dərəcəsindən asılı olaraq 6 reaktorunun aşağı seksiyasından ardıcıl olaraq orta və
yuxarı seksiyalarının sökülməyən tor şəkilli boşqablarından keçir ki, bu da reaktorun
tam çıxarma, oksidləşdirici seksiyanın isə qarışığın intensiv turbulizasiyası hesabına
tam qarışma rejimində işləməsini təmin edir. 6 reaktorundan çıxan reaksiya qarışığı 9
soyuducusunda 40
0
C-yə qədər soyudularaq 10 çökdürücü-ayırıcısına axıdılır. 10
çökdürücüsünə həm də 8 soyuducusundan kondensat da axıdılır. 10 aparatında
fazaların ayrılması prosesi baş verir ki, buradan da fasiləsiz olaraq su fazası 11
119
tutumuna, sulfonlar konsentratı isə 12 tutumuna axıdılır. Su fazası 11 tutumunda
neytrallaşdırılır və qurğudan kənarlaşdırılır. Bu halda xammal kimi yüksək təmizlikli
sulfoksidlərdən istifadə olunduğuna görə alınan sulfonlar konsentratının əlavə
təmizlənmə prosesinə düçar edilməsinə də ehtiyac qalmır və onları hazır məhsul kimi
istifadə olunmağa göndərirlər.
5.3. Azotlu birləşmələr
5.3.1. Akrilonitril və metakrilonitril istehsalı
Nitrilləri sianid turşusunun törəmələri hesab etmək olar. HCN molekulunda
hidrogen atomunun üzvi qrup ilə əvəz olunmasından nitrillər alına bilər. HCN
molekulunda hidrogen atomunun vinil qrupu ilə əvəz olunmasından akrilonitril əmələ
gəlir. Akrilonitrili akroleindən alırlar, akrilatlar isə akrilonitrilin törəməsidir. Lakin
akrilatları akrilonitrilin törəməsi olan akril turşusundan da almaq olar. Beləliklə akril
sözü çox böyük qohum birləşmələrinin kökünü ifadə edir. Bu birləşmələr arasındakı
qarşılıqlı əlaqənin onların quruluşlarındakı oxşarlıq ilə heç bir əlaqəsi yoxdur.
Akrilatları asetilen, propilen, akrilonitril və akril turşusundan alırlar. Akril turşusu
propilendən və ya akrilonitrildən, akrilonitril isə propilendən alına bilər. Bununla
yanaşı akrilonitril bir sıra faydalı məhsulların, məsələn, polimerlərin və ya
adiponitrilin (neylon-66–nın alınmasına lazım olur) alınmasında istifadə olunur.
Karbohidrogenlər yüksək temperaturda amonyakla reaksiyaya girib nitrillər əmələ
gətirirlər:
RCH
3
+ NH
3
→
RCN + 3 H
2
...(5.3)
Bundan başqa, nitrillər iminlərin dehidrogenləşdirilməsi aralıq mərhələsini keçməklə
aldehidlər və amonyakdan da alına bilər.
RCHO + NH
3
RCH
=
NH RCN ...(5.4)
CH
2
= CH – CN ; CH
2
= CH – C – OH ; CH
2
= CH – C – OR
O O
-H
2
0
-H
2
Dostları ilə paylaş: |