Onun əsas əlamətlərini hər kəs öz əhatəsində hiss edə bilər.
“Ekran mədəniyyətinin yayılması nəticəsində hər bir
insanın, eləcə də cəmiyyətin
reallığı qavrama səviyyəsinin
prinsipial olaraq dəyişməsi, ayrıca bir sözün qavranılması ilə
ekrandakı bütöv obrazın qavranılması arasında fərq çox bö
yükdür. Məsələn, “ekran inqilabina qədər bu xüsusiyyət əsa
sən incəsənətdə, musiqidə və digər yaradıcılıqla bağlı sahələr
də üstünlük təşkil etmişdir. Belə şəraitdə mədəniyyətin əhəmiy
yətinin, onun formalaşmaqda olan yeni ictimai və fərdi şüurun
fundamental əsası kimi rolunun son dərəcə artması müşahidə
olunur.
Şüurun təkamülü həm də sosial texnologiyaların yeni
formalarının yaranmasını şərtləndirməklə öz növbəsində sosial
dəyişikliklərin yeni dalğasına təkan verir. Belə şəraitdə milli
maraq və mənafenin qorunması yeni sosial-mədəni məkanın
“oyun qaydalan”nı mənimsəməyi tələb edir.
Beləliklə, sosial texnologiyalarda bəşər tarixində həll
edici rol oynamağa başlamışlar: əvvəlcə onlar intensiv inkişaf
etmə mərhələsini keçir, sonra reallığın məhz bu inkişaf
ritmində getməsini şərtləndirir. XX əsrin sonlarından texnolo
giyaların inkişaf sürətini üstələmişdir. Belə vəziyyətdə cəmiy
yət sürət ritminə uyğunlaşmağa çalışır, öz şüurunu da onunla
ayaqlaşmağa istiqamətləndirir. Qeyd edilən mental inqilab -
şüurun öz təkamülündə keyfiyyət mərhələsini yaşaması da
bununla izah olunur.
-
5 2
-
§ 7. Mədəni məkan, qlobal rəqabət və
mədəni müqavimət
M ədəniyyətin milli, sosial təhlükəsiz
liyin təminatçısına, rəqabətə davamlılığın
başlıca faktoruna çevrilm əsini şərtləndirən
am illər çoxdur. Fərdi şiiurun dünyanı düşü
nülm üş şəkildə dərk etməsinin azalması ilə
müqayisədə, ictim ai şüurda həkk olunan k o l
lektiv təsəvvürlər və ictim ai rəy cəm iyyətin
sabitliyinə dəstək və ya əngəl ola bilən böyük
qüvvəyə çevrilir.
Dünya təcrübəsi göstərir ki, miqyaslı ictimai sarsıntılar,
düşünülmüş və ya kortəbii şəkildə həyata keçirilən inqilab və
ya transformasiyalar get-gedə insanların əksəriyyətini və bü
tövlükdə cəmiyyətin ictimai rəyini kökündən əks istiqamətə
yönəldə, hələ dünən əbədi, sarsılmaz görünən ideya və ideolo
giyalardan bu gün imtina edilə bilər.
Bu dəyişikliklər baş verən yeniliklərə sosial-mədəni
reaksiyanın təbii təzahürüdür. Cəmiyyət yeni şəraitə, yeni
reallığa məhz bu yolla uyğunlaşır.
Dəyişikliklərin bütün növlərinə davam gətirməyin za
manın irəli sürdüyü “çağırışlara”, mürəkkəbliyi ilə insan dü
şüncəsinə “meydan oxuyan” problemləri cavablandırmağın
başlıca rolu yenə də qeyd-şərtsiz olaraq sosial, mədəni-mənəvi
reaksiyadan başlayır və ondan asılıdır. Bu o deməkdir ki.
-
5 3
-
mədəniyyət heç bir başqa amillə müqayisə olunmayan adaptiv
funksiyaya, yeni adlandırılan təzahürlərin “ələkdən” keçirildiyi
süzgəcə malikdir. Çağırışlara, yabançı, özgə impulslara cavab
mədəniyyətlə determinasiya olunmuşdur.
İnsan psixologiyasında sonradan qazanılmış, şərti ref-
lekslərlə müqayisədə, genetik koddan qaynaqlanan şərtsiz ref-
lekslər əvəzsiz rol oynayır. Mədəniyyət hər iki refleksivliyin
mükəmməl cəmləndiyi, dinamik dəyişikliklərə uyğunlaşma
prosesində cəmiyyətin sabitliyini təmin edən təməl və köklərə
zərər verilmədən, mahiyyətə sadiq qalmaqla onu yeni səviyyə
adlanmasmı şərtləndirən, davamlı müqavimət, “mənəvi immu
nitet" qismində çıxış edən sosial-genetik kodla müqayisə oluna
bilər. Hər bir insan analoji situasiyaya bənzər təsirlərə müxtəlif
cür reaksiya göstərir. Hər bir insan mənsub olduğu mədəniy
yətdə toplanmış dəyərlər və meyarlar sistemi ilə, əhatəsindəki
reallıqdan gələn yad siqnalları “saf-çürük” edir. Buna nə dərə
cədə nail olması daşıdığı mədəni irsin müqavimət gücü ilə
müəyyən olunur.
Yabançı təsirlərin
formalaşdırdığı yeni dəyərlər sis
temini hər dəfə təkrar “çalxalaşdınb bulaşdırdığı” zamanlarda,
mənəvi irsə dayaqlanaraq kosmos-nizam yaratmaq mədəniy
yətin missiyasıdır. “Yenilik” sözünün ifadə etdiyi nə varsa, xal
qın dəyərlər sistemində mənəvi “legitimasiya" prosesini
keçməli, sonrakı mövcudluq haqqını qazanmalıdır.
Dəyişən zamanlarda və məkanlarda itib-batmamaq üçün
bəşər övladı insanları birləşdirən, birgəyaşayışın ahəngini
təmin edən mədəniyyət adlanan kosmosda mövcud ola bilər.
Mədəni kosmosda qarşılıqlı mnasibətlərin, ünsiyyətin, uni
versal prinsiplərin sistemi tarixən zərrə-zərrə toplanıb, saxla
nılmışdır. Hər bir insan haraya, hansı uzaq ölkəyə getsə bir
-
5 4
-
məsələdə əmindir: o, bəşəriyyətin mədəni kosmosunun qanun
larına riayət edildiyi məkandadır, təhlükəsiz bir yerdədir. Mə
dəni universalilərin, norma və tələblərin onu mühafizə etdiyinə
əmindir. Hara getsə, kimlə ünsiyyət qursa, ilk növbədə, onun
simvolik bələdçisi “tərcüməçisi”, vaistəçisi - mədəniyyətdir.
Mədəniyyət məkanının xüsusiyyətləri, əlamətləri föv
qəladə dərəcədə mürəkkəbdir. Bu məkana qədəm qoymaq
onlardan xəbərdar olmağı tələb edir.
Əvvəla, mədəniyyət məkanı “şaquli” müstəvidən daha
çox “üfüqi" təşkilatlanma, formalaşma qanunauyğunluqlarına
malikdir. Burada fərdi seçimlər son nəticədə kollektiv, ictimai
seçimləri müəyyənləşdirir. Fərd, subyekt qismində ayrıca
götürülmüş insan da, aynca xalq və millət də çıxış edə bilər.
"Şəxsi xarakter və psixologiya sosial-mədəni reaksiyanın,
xarici maraq və mənafelər üçün deyil, mədəniyyətin öz daxili
qanunları əsasında reallaşmasını təmin edir. Həm cəmiyyətin
və dövlətin maraqlan məhz mədəni-genetik kod vasitəsilə
qorunur. Buna görə də informasiya inqilab» və ictimai rəyin
manipulyasiyası texnologiyalannın inkişafı şəraitində mədəniy
yət təbii-tarixi milli maraqlann sınanmış sistemi, qeyri-müəy-
yən vəziyyətlərdə “həqiqət meyannın" aşkara çıxanlması üçün
əvəzsiz qüvvə kimi çıxış edir.
İntensiv informasiya axını əksər hallarda birtərəfli təz
yiq xarakteri daşıyır. Ən vacibi informasiya onu yaradanın da,
qəbul edənin də mədəni “izlərini” daşıyır. Belə olan təqdirdə,
onun ötürən və qəbul edilən mədəniyyətlər arasındakı fərqin
həcmi, onun təsir effektini müəyyən edir. Mədəniyyətlər ara
sındakı fərqlər nə qədər böyükdürsə, bu təsir də o qədər böyük
olur. Müasir mərhələdə informasiyanın yaradılması və ötürül
məsi üsullarını, standartlarını, düşüncə stereotiplərini və hətta
-
5 5
-
Dostları ilə paylaş: |