“Üçüncü qisim problemləri" məhz bu paradoksal şərait yaradır
və buna görə də bu problemlərin həlli üçün pozitiv (birmənalı)
beynəlxalq, (xarici) təcrübə yoxdur. Fərq orasındadır ki, bu
vaxta qədər başqa ölkələrin təcrübəsini nəzərə almaq olurdusa,
hazırkı mərhələdə problemlərin həlli üçün bu mümkün deyil və
kifayət deyil. Çünki hər bir ölkə özünün orijinal, siyasi-iqtisadi
spesifikasını nəzərə alaraq irəliləyə, inkişaf edə bilir. Dövlətin
inkişafı özünəməxsus siyasi kursun yeridilməsindən bilavasitə
asılı olur.
Bu mərhələnin 3 əsas xüsusiyyəti var. (dünya elmində
qəbul edilmiş): 1) cəmiyyətin inkişafına çox həssas münasibət
və diqqət tələb edən infrastruktur və mexanizmlərin yara
dılması, “insan rifahı”nın meyar hesab edilməsi; 2) hakimiy
yətin inzibati resurslarının artırılması və təşkmilləşdirilməsi;
3) bu proseslərin həyata keçirilməsi zamanı mütləq konkret
ölkənin spesifikasının nəzərə alınması;
“Üçüncü qisim problemlər”də “insanlar rifahı"nın
prioritet əhəmiyyət kəsb etməsi diqqəti xüsusilə cəlb edir. Belə
ki, dünyanın əsasən inkişaf etmiş ölkələri bu problemləri
prioritet məsələlər sırasına daxil etmək iqtidannda ola bilir.
Bu məsələlərdən bəhs etməyi ona görə vacib sayınq ki,
ölkəmizin daxilində və xaricində bəzi qüvvələr hər hansı “müt
ləq model, inkişaf yolu və etalon"lar barədə lüzumsuz mü
zakirələr açır, dünyadakı real vəziyyətə biganəlik göstərirlər.
Bir-iki misal çəkmək istəyirəm. Məsələ burasındadır ki,
dünyada Avropa da, Qərb də bəhs olunan miqyaslı problemlər
və seçimlər qarşısındadır. Məs: Avropanın özündə inkişaf yo
luna dair liberalizm, konservatizm və s. mövqelərin münasi
bətləri ziddiyyətlidir. Fransa və Niderlandın Avropa Konstitu
siyası əleyhinə səs verməsi göstərir ki, hər hansı bir mütləq
- 2 8 6 -
"Avropa modeli", “Vahid Avropa siyasəti" və s. anlayışların
məzmunu hələlik qeyri-müəyyən, inkişaf prosesindədir.
Digər misal: Azərbaycan istər Avropa üçün, istərsə
bütün dünya üçün demokratik insan azadlıqlarının prioritet ol
duğunu yalnız nəzərə almaqla kifayətlənmir, real siyasətdə
bunu nümayiş etdirir. Lakin, bu aspektdə Avropanın tövsiyələri
və ya tənqidi də konstruktiv xarakter daşımalıdır. İdeal
vəziyyət heç yerdə yoxdur, natamamlıq, islahata ehtiyaclar isə
hər zaman və hər yerdə vardır. Məs: paradoksal bir hal
mövcuddur. ABŞ-da son prezident seçkiləri gedişində “gözlə
nilmədən” məlum olur ki, bu ölkənin bəzi ştatlarının qanun
vericiliyi ümumiyyətlə müşahidəçilərin iştirakını qadağan edir
və bu məhdudiyyətlər həmçinin Böyük Britaniyada da möv
cuddur.
Göründüyü kimi, düşünmək üçün burada ciddi əsas var.
Analitiklər belə hesab edir ki, MDB məkanında, o cümlədən
Azərbaycanda demokratik seçki proseslərinin vahid obyektiv
meyar və standartları mövcuddur və ATƏT özü də bu sahədə
təcrübə mübadiləsindən faydalana bilər.
Bütün bunlar göstərir ki, Qərb ölkələrinin əsrlərlə qət
etdiyi yolu, çox qısa müddətdə keçməli olan Azərbaycan da
nəinki suverenliyini möhkəmləndirir, parlamentarizm ənənəsini
yaradır, hətta bəzi sahələrdə dünya standartlarını da önləyə
bilir.
2003-cü ildən üzü bəri Azərbaycanda inkişafın yeni
istiqamətlərinin yalnız indiyə deyil, gələcəyə yönümlü strateji
oriyentirlərin müəyyənləşdirilməsi, Azərbaycanın xarici siyasə
tinin, dövlətin mənafeyi və cəmiyyətin rifahının təmin edilməsi
işinə xidmət etməsinin real nəticələri özünü göstərməkdədir.
Tarix dəfələrlə sübut etmişdir ki, hər bir dövlətin uğurlarının
- 2 8 7 -
artması ilə bahəm, siyasi liderin dövlət başçısının rolu və
məsuliyyəti də dəfələrlə artır. O da məlumdur ki, böyük şəxsiy
yətlərin adının tarixdə qalmasının əsas səbəbi onların apardığı
müharibələr yox, müstəqil dövlətin yaradılması, apardığı
quruculuq və islahatlar olmuşdur.
2003-cü ildən Azərbaycan yeni yüksəliş, irəliləyiş
pilləsinə qədəm qoymuş, siyasi müstəqilliyin, iqtisadi, mənəvi-
mədəni müstəqilliklə təmin edilməsini geniş vüsətlə davam
etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti, ümummilli
liderin siyasi kursunu davamçısı İlham Əliyev öz fəaliyyəti ilə
hər dəfə sübut edir ki, qarşıda duran miqyaslı problemlərin
həlli üçün, mövcud stereotipləri dəf edə bilən, yeni perspek
tivləri duymağı bacaran siyasi iradəyə malikdir. Qarşıdakı vəzi
fələrin ənənəvi olduğu qədər də, yeni orijinal siyasi fəhm tələb
etdiyini, sabitsizlik və “rəngli inqilabların siyasi import və
eksport predmeti kimi başa düşənlərin dərindən yanıldığını
göstərən, Prezident İlham Əliyev, bunların təhlükəli illüziya
olduğunu dəfələrlə bəyan etdi. Baş verən proseslərin kökü və
səbəbinin - hər bir konkret ölkədən asılı olduğunu uzaqgörən
liklə söylədi və bir daha göstərdi: proseslərin qiymətləndiril
məsində yeganə düzgün mövqe, əsas vasitə məkirli “siyasi
texnologiya"!ar, siyasi alver (inqilab, import və s.) deyil, dü
şünülmüş müdrik siyasi kursdur. Azərbaycan öz daxilində ge
dən proseslərdə nə qədər əmindirsə, dünya miqyasında da o
qədər nüfuzlu, siyasi sabitliyin olduğu ölkə kimi, başqa ölkə
lərin marağının yönəldiyi məkandır.
Qədəm qoyduğumuz hər bir il, “Müstəqilliyimizin dön
məz, əbədi, sarsılmaz” olması üçün tarixin verdiyi şansın uğur-
-288
-
|a reallaşdırılması, Azərbaycan tarixinin yeni şərəf salnaməsi
nin yazıldığı ildir.
Xalqın etimadım qazanmaq, bu etimadı doğrultmaq və
dünya birliyi ölkələrinin birmənalı dəstəyinə nail olmaq, siyasi
perspektivdə ölkənin əsas inkişaf prioritetlərinin aydın müəy
yənləşdirilməsi, iqtisadiyyatda investisiya və sahibkarlıq fəal
lığının dəstəklənməsi və s. Azərbaycanın daimi, ardıcıl yüksəli
şinin təmin ediləcəyini birmənalı göstərir.
2003-ci ilin prezident seçkiləri Azərbaycan cəmiyyəti
nin yaddaşında, özünün hədsiz dinamizmi, iştirakçılarının gö
rünməmiş sayı, bərabər hüquq və imkanları, açıq siyasi rəqabət
ab-havası ilə, hətta adi şüur səviyyəsində son dərəcə fərqli bir
hadisə kimi yadda qalmışdır. Seçkilərəqədərki, seçkilərin gedi
şində və sonrakı hadisələrdə, nəticələrdə məlum və aşkar müs
təviyə keçdi.
Bəlkə də adi şüur üçün, parlament seçkilərinə dair bu
təsəvvürlər, yekun və rəylər kifayətdir. Lakin parlament seçki
lərinin nəticələrinin yalnız görünən hadisələrlə, bəsit, səthi
aspekt və nəticələrlə əlaqələndirmək kifayət və məqbul de
yildir.
Prezident seçkilərinin nəticələrini az da olsa keçmiş
olan zaman məsafəsindən, ciddi elmi-nəzəri, əhatəli təhlili,
ümumiləşdirilməsi və gələcək proqnozlarının verilməsinə həsr
olunmuş bu silsilə yazılarla tanış olduqda ilk olaraq bizə aydın
olan bir fikirlə bölüşmək istərdim. Azərbaycanda keçirilmiş
2003-cü ilin prezident seçkilərinin əhəmiyyəti, bəzi insanların
təsəvvüründə yeganə aspekt kimi özünə yer alan siyasi hüdud
və çərçivələri çox-çox aşaraq, milli dövlətçiliyimizin bugünkü
inkişafı və mənafeyi, Azərbaycanın dünya məkanına nüfuzu və
təsirini bir daha möhkəmləndiyini, demokratik dəyərlərin
-
289
-
Dostları ilə paylaş: |