Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə79/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

Bu  gün  inkişaf etmiş  dünya  dövlətlərinin  ekspertləri  do 
etiraf edir ki,  1995-ci  il noyabrın  12-do ümumxalq  refeıenduru- 
munda  qəbul  edilmiş  Azərbaycan  Respublikasının  Konstitusi­
yası  insan  hüquq  və  azadlıqlarına  önəm  verən  ən  demokratik 
Konstitusiyalarından  biridir.
Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  mad­
dəsində  yazılır:  “İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqla­
rının təmin edilməsi  dövlətin  ali  məqsədidir”.
12  fəsil,  158  maddəni  özündə  birləşdirən  bu  ali  Qanu­
nun  bütöv  bir fəsli  və 60-a  yaxın  maddəsinin  məhz  insan  hüquq 
və  azadlıqları  ilə  bilavasitə  bağlılığı  dövlətimizin  demokratik 
cəmiyyət  və demokratik dövlət qurulucuğuna necə böyük önəm 
verdiyini  təsdiq edir.
2001-ci  ildə  Azərbaycanın  Avropa  Şurasının  üzvlüyünə 
qəbul  olunmasından  sonra  Qərbin  ən  mütərəqqi  və  demokratik 
dəyərlərinə  yiyələnməklə  milli  qanunvericiliyimizdə  də  əsaslı 
dəyişikliklər  baş  verdi  və  bu  dəyişikliklər  2002-ci  il  avqustun 
24-də  ümumxalq  səsverməsində  qəbul  olunaraq  Konstitusiya 
mətninə daxil  edildi.
2001-ci  il  dekabrın  28-də  Azərbaycan  Respublikasının 
insan  hüquqları  üzrə müvəkkili  (ombudsman)  haqqında Konsti­
tusiya qanunu,  24  dekabr  2002-ci  ildə  isə  Azərbaycan  Respub­
likasında  İnsan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinin 
tənzimlənməsi  haqqında Konstitusiya qanunu qəbul edildi.
Bu  gün  istər  bu  iki  Konstitusiya  qanununun,  istərsə  də 
bilavasitə  insan  hüquqlarının  genişlənməsinə  təminat  verən 
“Yaşayış yeri  və olduğu  yer üzrə qeydiyyat  haqqında”,  “Vətən­
daşların  müraciətlərinə  baxılması  qaydası  haqqında”,  “Qaçqın­
ların  və  məcburi  köçkünlərin  statusu haqqında”, “Kütləvi  infor­
masiya  vasitələri  haqqında”,  “Qeyri-hökumət  təşkilatlan  (icti­
-
318
-
mai  birliklər  və  fondlar)  haqqında",  “İnformasiya  əldə  etmək 
haqqında”  və  sairə  qanunlann  işlənib  hazırlanması  və  qəbu­
lunda  komissiyamızın  xüsusi  rolu  və  əməyi  olmuşdur.  Milli 
Məclisin iclaslannda  müzakirə olunan  yüzlərlə qanun  layihələri 
ilə bağlı  komissiyamızın ekspertiza rəyləri  olmuşdur.
Söz  yox  ki,  bu  zaman  Qərbin  mütərəqqi  nailiyyətləri 
nəzərə  alınmaqla  milli  xüsusiyyətlərimiz,  mənəvi  dəyərlərimiz 
və  obyektiv  gerçəkliklər  əsas  götürülür.  Son  dövrlərdə  bizi  se­
vindirən  hallardan  biri  də odur ki, hər hansı  qanun  layihələrinin 
müzakirəsində  dövlət  və  hökumət  təşkilatlan  ilə  yanaşı  qeyri- 
hökumət  təşkilatlan  da  fəallıq  göstərir,  öz  təklif  və  layihələrini 
bizə  göndərirlər.  Biz  istəyirik  ki,  bu  əməkdaşlıq  daha  da  ge­
nişlənsin,  cəmiyyətin  daha  böyük  hissələrə  qanun  yaradıcılıq 
prosesinə  cəlb  olunsun.  Çünki  qanunlar  hər  hansı  qurum  üçün 
deyil,  bütövlükdə  cəmiyyətin  inkişafı  üçün  hazırlanır  və  qəbul 
olunur.
Bu  bir  həqiqətir  ki,  əsası  ulu  öndərimiz  Heydər  Əliyev 
tərəfindən  qoyulmuş  və  bu  gün  də  möhtərəm  Prezidentimiz 
İlham Əliyev cənabları  tərəfindən  uğurla həyala keçirilən  daxili 
və  xarici  siyasət  ölkəmizi  regionun  ən  nüfuzlu  dövlətlərindən 
birinə  çevirmişdi.  Dövlətimizin  iqtisadi  qüdrəti  yüksəlmiş, 
əhalinin  həyat  səviyyəsi  yaxşılaşmışdır.  Söz  yox  ki,  bu  inkişaf, 
bu  tərəqqi  ölkədə  insan  və  vətəndaş  hüquqlarının  möhkəmlən­
məsinə daha geniş şərait yaradacaqdır.
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
cənablarının  ölkənin  şimal  bölgəsində  zəhmətkeşlərlə  görüşü 
zamanı  söylədiyi  bir  fikri  mən  bir  daha  belə  məmurların  diq­
qətinə  çatdırmaq  istərdim:  “Hamıdan  tələb  edirəm  ki,  öz  işinə 
məsuliyyətlə  yanaşsın  və  vəzifə  borcunu  vicdanla  yerinə  yetir-
-
319
-


sin.  Biz  Azərbaycan  xalqı  üçün  işləyirik.  Onlar bizə bu etimadı 
göstəriblər və biz də bu etimadı doğrultmalıyıq”.
Bu  gün  Azərbaycan  Respublikasının  Milli  Məclisi 
ümumbəşəri  və  demokratik  dəyərlərə  əsaslanmaqla  bütün 
fəaliyyətini  dövlətçiliyimizin  və  müstəqilliyimizin  daha  da 
möhkəmləndirilməsi,  insan  hüquqlarının  genişləndirilməsi  isti­
qamətində davam etdirir.
İnanırıq  ki,  Heydər Əliyev  ideyalarına sadiq olan  hər bir 
vətəndaş  sözdə  deyil,  əməli  işdə  xalqımıza  sədaqətlə  xidmət 
edəcək,  insan  və vətəndaş hüquqlarının  pozulmasına qarşı  daim 
mübarizə aparacaqdır.
-
320
-
§  14.  İnsan hüquqları və azadlıqları 
sahəsində milli qanunvericiliyin 
inkişaf perspektivləri
Bəşəriyyətin  ən  böyük  nailiyyəti olan 
insan  hüquqları  ideyası,  qarşılıqlı  m ünasi­
bətlərin  universal  dəyəri  kim i  tarixi  təcrübə 
və  sınaqdan  çıxmış,  m üasir  cəm iyyətin  opti­
m al  m övcudluq form ası  qism ində  qəbul  edil­
mişdir.  Bu  gün  insan  hüquqları  bütün fu n d a ­
m ental  hüquqların  -   siyasi,  sosial,  iqtisadi, 
mədəni,  m ənəvi  və  s.  haqların  əsas  göstəri­
cisi.  in kişa f səviyyəsini dəyərləndirən  başlıca 
m eyarı qismində qəbul edilir.
Bu  ona  görə  mümkün  olmuşdur  ki,  insan  hüquqlan  hər 
bir  cəmiyyətdə,  eləcə  də  bütün  dünyada  birgəyaşayış  münasi­
bətlərinə,  həyatımıza  bir  insanilik,  dünyagörüşümüzə  huma­
nistlik  ölçüsü  gətirir.  Yalnız  insan  hüquqlarının  təmin  edildiyi 
təqdirdə  dünyanın  inkişaf  dinamikasının  mütərəqqi,  müsbət 
istiqamətə  yön  aldığı  məlum olur.
Azərbaycanda dövlət  müstəqilliyi  əldə  edildikdən  sonra 
insan  hüquqlarının  təminatına  yönümlü,  keyfiyyətcə  tamamilə 
yeni  qanunvericilik  sistemi  təsbit  olundu.  Bütün  normativ  baza 
yeniləşdiriİdi,  yeni  hüquq  institutları  Konstitusiya  Məhkəməsi, 
insan  hüquqlan  üzrə müvəkkil -  ombudsman  yaradıldı,  beynəl­
xalq hüququnun  prinsiplərinin  prioritetliyi  nəzərə  alınaraq,  yeni 
cəmiyyətdə  insan  hüquqlan  sisteminin  yeni  kriterityalan
-321
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə