Dünyanın 100-dən çox ölkəsində insan hüquq və azad-
lıqlanmn qorunması sahəsində mühüm demokratik təsisatlar
yaranmışdır. Həmin təsisatların yaranması istiqamətində Azər
baycanda da vacib işlər görülmüşdür. 2002-ci ildə keçirilən
referendum və onun nəticələri, ombusdman institutunun (insan
hüquqları üzrə müvəkkilin) yaranması, məhkəmə-hüquq siste
mində apanlan islahatlar, Məhkəmə-Hüquq Şurasının, Konsti
tusiya Məhkəməsinin formalaşması, həmçinin, insan hüquq və
azadlıqlarının qorunmasını təmin edən proqramlar toplusunun
Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanması və cəmiy
yətə təqdim olunması onun göstəricisidir ki, ölkəmizdə bu is-
tiqamətdəki inkişaf bitmiş və tükənmiş deyil, əksinə, davam
edən, daim təkmilləşən prosesdir.
Ümumiyyətlə, bu gün Azərbaycan cəmiyyətində baş ve
rən siyasi, iqtisadi sosial və mədəni dəyişikliklər bir məqsədə
xidmət edir - vətəndaşın hüquqları daha mükəmməl qorunsun
və insanlarımız öz vətənində Avropa standartlarına uyğun şə
kildə yaşasın. Bu onun halal haqqıdır, ona Konstitusiyamız
tərəfindən verilmiş hüquqlardır və onun gerçəkləşməsinə nail
olmaq hər kəsin vətəndaşlıq borcudur.
Bu gün Milli Məclisdə qəbul olunan elə bir qanun yox
dur ki, o, insan hüquqları baxımından ekspertizadan keçiril
məsin. Ona görə ki, qəbul edilən qanunlar insanların maraq və
mənafeyinə xidmət etməlidir. Burada söhbət cəmiyyətdən təc
rid olunmuş insanların hüquqlarının qorunması zərurətindən
gedir.
Amma onlara qarşı qanundan kənar hərəkətlərin edil
məsi yolverilməzdir və həmin insanların hüquqlarının qorun
ması vacibdir. Biz bu qanunlan qəbul edəndə mühüm bir prin
sipi əsas tuturuq. Həmin prinsip ümummilli liderimiz Heydər
-
34 2
-
Əliyevin tövsiyəsi əsasında formalaşıb. Ulu öndərimiz həmişə
şərə qarşı şər deyil, şərə qarşı xeyirxahlıq prinsipini rəhbər
tutubdur. O, doğrudan da, hesab edirdi ki, şər şər yaradar. Ona
görə də böyük hümanistlik göstərərək səhv etmiş, hətta azad
lıqdan məhrum olunmuş insanların əfv olunmasına, amnistiya
ya düşməsinə şərait yaradırdı. Möhtərəm Prezidentimiz İlham
Əliyev də bu gün həmin prinsipi davam etdirir. Bu baxımdan
hesab edirik ki, sözügedən qanunun qəbul olunması vacibdir.
Bu gün dünyada insan haqlarının tam qorunduğu bir
cəmiyyəti, ölkəni göstərmək qeyri-mümkündür və hər bir ölkə
də müxtəlif hüquqların pozulmaları müşahidə edilir. Ümumiy
yətlə, ziddiyyətlərlə dolu dünyada insan hüquqlarını müfəssəl
şəkildə qorumaq olduqca çətin prosesdir. Bəzən bu prosesdə
hətta fərdin deyil, bir xalqın, bir dövlətin hüquqlarının qorun
ması aktual hadisəyə çevrilir. Bu baxımdan insan hüquqlarının
tam təmin olunduğu bir ideal ölkə tapmaq çox çətindir. Çünki
fəlsəfədə belə bir məqam var: başqasının taleyinin səndən asılı
olduğunu dərk etmirsənsə, həmin hüquqlara dözümlü yanaş
mırsansa hüquqların pozulması baş verir. Nə qədər yüksək
inkişaf etmiş və yüksək mənəvi prisiplərə sadiq insan olmalısan
ki, öz hüquqlarının sərhədi ilə başqasının hüquqlarının sərhədi
arasındakı kövrək sərhədi görə biləsən. Yəni sizin hüquqlarınız
orada başlayırsa, mənim hüquqlarım orada bitmir.
Bunu anlamaq çox önəmli məqamdır və bu stereotipi
pozmaq, yeni təfəkkür tərzi formalaşdırmaq bəlkə də bəşəriy
yətin ən ali istəyidir. Belə olarsa, onda bir fərdin digər fərdin
hüquqlarını pozmaması və yaxud bir təbəqənin digər təbəqəyə,
bir ölkənini digər ölkəyə münasibətində ədalət prinsiplərinin
rəhbər tutulması kimi ideal bir mərhələyə gəlib çıxarıq. Təəssüf
ki, bu hələ mümkün deyil.
-343
-
O ki, qaldı bizim ölkəmizə, burada insan hüquqpozma
larının qarşısını almaq üçün möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən böyük siyasi iradə ortaya qoyulub. Dövlət
başçımız Azərbaycan vətəndaşlarının hüquqlarının bütün sə
viyyələrdə qorunmasını tələb edir. O, çıxışlarında dəfələrlə bil
dirib ki, hər bir məmur, hər bir vətəndaş kimliyindən asılı
olmayaraq öz vətəndaşına xidmət etməlidir. Cənab Prezidentin
"Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" fikri
böyük çağırış idi və insan hüqüqlannı pozmaq istəyənlərə bir
mesaj idi ki, Azərbaycan dövləti və onun başçısı bu hallara
qarşı cox kəskin münasibətdədir.
Ümümiyyətlə, cəmiyyətdə baş verən proseslərin məsu
liyyətini bərabər bölüşdürmək tendensiyası var. Bu tendensi
yaya əməl etmək istəyi olarsa insan hüquq və azadlıqlarının
pozulması faktları azalar. Azərbaycan vətəndaşı özü də fəal
olmalıdır, hüquqlarının pozulması ilə barışmamalıdır. Onlar
qəbul etdiyimiz qanunların dəyərini bilməli və hüquqlarının
kimlər tərəfindənsə deyil, məhz özlərinin müdaxilələri ilə qo
runmasına nail olmalıdırlar. Ölkəmizdə kifayət qədər insan
hüqüqlannı qoruyan qeyri-hökumət təşkilatlan da var. Hesab
edirəm ki, bu tip təşkilatlar özlərində milli mənəvi məsuliyyət
hiss etməlidirlər.
-
344
-
III BÖLMƏ
İNTEQRASİYA PROSESLƏRİ, TOLERANTLIQ
VƏ DİN AMİLİ.
İSLAM AVROPA MƏKANINDA
§ 1. Müasir insanın dünyəvi və dini dəyərlər
seçimində tolerantlıq meyarı
Diinyada gedən qloballaşm a proseslərinin
gerçəkliyi büiiin sahələrdə adi gözlə də sezilir. Bu
baxım dan X X əsr "atom ə sr i" adlandırılırdısa, XXI
əsr "qloballaşm a əsri" kim i tarixdə qalacaq.
Qloballaşma ən müxtəlif sosial, mədəni, iqtisadi, mənə
vi transformasiyaların təkanverici qüvvəsinə çevrilir. Bir tə
rəfdən “dünya standartları” termini ilə səciyyələnən unifikasiya
və inteqrasiya prosesləri, sterotiplərini formalaşdırır. Digər tə
rəfdən mədəni, sosial-psixoloji modellər, çeşidli dəyər oriyen
tasiyalarının çoxalması, dentiklik motivlərinin yeni tiplərinin
ortaya çıxmasına, differensiyaya səbəb olur.
Tarixin bütün dönəmlərində olduğu kimi, qloballaşma
adlanan müasir çevriliş mərhələsində hər bir insanın, cəmiy
yətin və dövlətin qazandığı nailiyyət və itirdiyi fürsət, tərəqqi
və tənəzzül onun hansı dəyərləri üstün tutması, hansı təməl
üzərində yüksələcəyi məsələsindən bilavasitə asılı olur. İstər
dini, istərsə də dünyəvi dəyərlər seçimində prioritet hədəflərin
müəyyən edilməsi, onların optimal balansının təmin olunması
cəmiyyətin siyasi, sosial və iqtisadi həyatına həlledici təsir gös
tərir.
Bu gün dünyada çeşidli mədəni-mənəvi sistemlər, müx
-
346
-
təlif tarixli təcrübə və taleyə malik sivilizasiyalar, dinlər möv
cuddur.
Belə çoxçalarlı dünyada əlbəttə ki, qarşılıqlı anlaşma və
əməkdaşlıq problemi ortaya çıxır. Çünki xalqların, mədəniy
yətlərin müxtəlifliyi nə qədər maraqlı olsa da, öz-özlüyündə
ideal ahəngi təmin etməyə qadir deyil. O yalnız əməkdaşlığın
yox, münaqişənin də səbəbi kimi çıxış edir.
Qloballaşma gedişində bütün xalqların qəbul etdiyi
ümumi mədəni, dünyəvi dəyərlər formalaşır. Lakin, heç kim
əminliklə deyə bilməz ki, bəşəriyyət yalnız bu ali dünyəvi
dəyərlər əsasında öz məsuliyyətini dərk edə, qlobal kollektivə -
subyektə çevrilə bilər. Əhatəmizdə hər gün informasiya məkanı
və mədəni üfüqlər nə qədər genişlənsə də, dünya birliyini
sarsıdan münaqişə və ziddiyyətlərin də sonu hələ ki, görünmür.
Parodoksal olan məqamlardan bin də budur ki, dünyəvi
dəyərlərin - demokratiya, insan hüquqlan və azadlığı kimi uni
versal nailiyyətlərin bütün ölkələr tərəfindən qəbul edilməsi
problemin həllinə yardımçı olmaq əvəzinə yeni problemlər
doğurur. Mən diqqəti məhz buna - dünyəvi dəyərlərin müxtəlif
ölkə və mədəniyyətlər arasında körpü yaratmalı ahəng qurmalı
olduğu halda bəzən mənəvi-dini dəyərlərlə üz-üzə gəldikdə
ziddiyyət və gərginlik vəziyyətini yaratmasına, bunu səbəblə
rinə yönəltmək istəyirəm.
Bu gün bütün dünyada insan hüquqlan və azadlıqlan
universal dünyəvi dəyər kimi qəbul edilir. Yəni, insan hüquq
lan əvvəlcədən, öz dünyagörüşü və mədəni və dini məsuliy
yətindən asılı olmayaraq bütün insanlar tərəfindən başa düşülən
və qəbul edilən dünyəvi dəyər qismində formalaşmışdır. Bu
təbiidir. Qeyri-təbii olan budur ki, bəzən dünyəvi dəyərlərin
dini-dəyər və prinsiplərlə bir araya sığmadığını, onlann birinin
-
347
-
Dostları ilə paylaş: |