Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər


Qiymətləndirmə meyarlarının müəyyən olunması



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

 Qiymətləndirmə meyarlarının müəyyən olunması 

 

Qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur. 



 

 

 

 

 



 

 

 

Müəllimin  fəaliyyətindəki  xüsusi  yerini  nəzərə  alaraq  kiçik  və  böyük 

summativ qiymətləndirmənin daha geniş şəkildə şərhinə, müyyən qədər təkrara yol 

vermiş olsaq da belə, bir daha diqqət yönəldək: 

-  Kiçik  summativ  qiymətləndirmə  fənn  kurikulumları  tətbiq  olunan  siniflərdə 

bəhs  və  ya  bölmələrin  sonunda  dörd  həftədən  tez  və  altı  həftədən  gec  olmayaraq 

müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında 

nəzərə alınır.  

-  Kiçik  summativ  qiymətləndirmənin  keçirilməsi  üçün  vaxt  fənni  tədris  edən 

müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük 

summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

tövsiyələri  əsasında  yerli  təhsili  idarə  edən  orqanlar  və  ümumtəhsil  müəssisəsi 

rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.  

- Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni 

tədris edən müəllim tərəfindən hazırlanır. 

-  Kiçik  summativ  qiymətləndirmə  vasitələri  asan,  orta,  çətin  olmaqla 

hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı 

bir  məlumatı  bilməsini  və  yadda  saxlamasını  ölçür. 

Orta  s

ə

viyy

ə

li

  tapşırıqlar 

idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini 

anlamaq,  tətbiq  etmək,  müqayisə  etmək  və  fərqləndirmək  kimi  bacarıqlarını 




qiymətləndirir.  Çə

tin  s

ə

viyy

əli  tapşırıqlar  idrakın  sintez  etmək,  qarşılaşdırmaq, 

dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.  

-Kiçik  summativ  qiymətləndirmə  bir  dərs  saatı  və  ya  dərs  saatının  bir 

hissəsində  aparıla  bilər.  Bu  müddət  fənni  tədris  edən  müəllim  tərəfindən 

müəyyənləşdirilir. 

-  Kiçik  summativ  qiymətləndirmənin  keçirdiyi  gün  dərsdə  iştirak  etməyən 

şagirdin  sinif  jurnalında  adının  qarşısında  xana  diaqonalla  2  yerə  ayrılır  və  onun 

surətində  “q”  (qaib)  yazılır,  məxrəci  isə  boş  saxlanılır.  Müəllim  həmin  şagirdlə 

növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə 

qeyd edir.  



- Böyük summativ qiymətləndirmə. 

-

 



Yarımillərin  sonunda  böyük  summativ  qiymətləndirmənin  bir  dərs  saatı 

ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur

-

 

Böyük  summativ  qiymətləndirmə  vasitələri  (test  tapşırıqları)  ümumi  təhsil 



müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır; 

-

 



Böyük  summativ  qiymətləndirmə  vasitələri  fənnin  məzmunundakı  əsas 

zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət 

edir.  Təhsil  Nazirliyinin  tövsiyələri  və  verdiyi  nümunələr  əsasında  hər  bir 

ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir. 

-

 

Böyük  summativ  qiymətləndirmə  vasitələri  asan,  orta,  çətin  olmaqla 



hazırlanır.  Asan  tapşırıqlar”  idrakın  bilmə  mərhələsinə”  aid  olub  şagirdin 

hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli 

tapşırıqlar” idrakın anlama, tətbiq və təhlil mərhələsinə” aid olub şagirdin 

səbəb-nəticə  əlaqələrini  anlamaq,  tətbiq  etmək,  müqayisə  etmək  və 

fərqləndirmək  kimi  bacarıqlarını  qiymətləndirir.  Çətin  səviyyəli  tapşırıqlar 

idrakın  sintez  və  dəyərləndirmə  mərhələsinə”  aid  olub  şagirdin  sintez 

etmək,  qarşılaşdırmaq,  dəyərləndirmək,  qərar  qəbul  etmək  bacarıqlarını 

ölçür.  



-

 

Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə bir 



ay  müddətində  onun  böyük  summativ  qiymətləndirmədə  iştirakı  təmin 

edilir.  

-

 

Şagird  II  yarımildə  üzürlü  səbəbdən  böyük  summativ  qiymətləndirmədə 



iştirak  etmədikdə  II  yarımillik  qiyməti  çıxarılarkən,  I  böyük  summativ 

qiymətləndirmədə  aldığı  qiymət  ,həm  də  II  böyük  summativ  qiymət  hesab 

olunur.  Şagirdin  üzürsüz  səbəbdən  iştirak  etmədiyi  II  yarımildəki  böyük 

summativ  qiymətləndirmənin  nəticəsi  yarımillik  qiyməti  çıxarılarkən  “o” 

qəbul edilir. 

-

 



Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzürlü səbəbdən 

iştirak  etməmiş  və  bir  ay  müddətində  onun  böyük  summativ 

qiymətləndirmədə  iştirakını  təmin  etmək  mümkün  olmamışdırsa,  həmin 

şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm 

də  I  yarımilin  qiyməti  olaraq  hesablanır.  Hər  iki  böyük  summativ 

qiymətləndirmədə  üzürlü  və  ya  üzürsüz  səbəbdən  iştirak  etməyən  şagird 

haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır.  

-

 



Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif 

üçün  istifadə  olunan  tapşırıqlarla  eyni  səviyyəli  qiymətləndirmə  vasitələri 

hazırlanır. 

-

 



Summativ  qiymətləndirmə  şagird  nailiyyətinin  rəsmi  qiymətləndirilməsidir 

və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və 

qiymətlər sinif jurnalına yazılır.   

Ümumiləşmə.  

Düzgün  həyata  keçirilmiş  qiymətləndirmənin  nəticələri  müəllimin  və  şagirdin 

fəaliyyəti,  müəllimin  fəaliyyətinin  şagirdlrin  tələbatına  nə  dərəcədə  cavab  verməsi, 

habelə  kurikulumda,  planlaşdırmada  və  dərsliklərdə  müvafiq  dəyişikliklərin 

aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir. Şagird nailiyyətlərinin 

qiymətləndirilməsi  (müvafiq  konsepsiya  barədə  əvvəlki  fəsillərdə  bəhs  etmişik) 

şagirdin  biliklərə  yiyələnmək,  onlardan  istifadə  etmək,  nəticə  çıxarmaq  bacarıqları 

haqqında məlumatların toplanması kimi qəbul edilir. Təlimin bu komponenti şagird 

irəliləyişinin  (geriləməsinin)  izlənilməsi  (monitorinqi),  təlim  prosesində  qərarların 

qəbulu  və  şagirdin  təlim  nəticələrini  və  kurukulumun  qiymətləndirilməsi 

məqsədlərinə xidmət edir . 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə