Yerin daxilinin müxtəlif təbəqələrdən ibarət olması fərz edilir.
Yerin nüvəsi qalınlığı 2800 – dən artıq olan mantiya ( latınca “örtük”)ilə əhatə olunmuşdur. Mantiya ərimiş, lakin yüksək təzyiq nəticəsində sıxılmış maddədən ibarətdir. Yerdə ən ağır və sıx maddələr aşağı mantiya və nüvədədir.Yerin ümumi kütləsinin 80%-dən artığını təşkil edir.
Yerin səthə yaxın olan yuxarı hissəsi yer qabığı adlanır. Yer qabığı 3 qatdan ibarətdir: 1. çökmə süxurlar (gil, qum, əhəngdaşı və s) 2.qranit qatı 3. bazalt qatı
Yer qabığı ilə ona yaxın olan üst mantiya birlikdə litosfer (“lito”- yunanca “daş”) adlanır. Litosferin qalınlığı 90 – 250 km arasında dəyişir.
Litosfer çox böyük çatlarla iri litosfer tavalarına bölünür. Ən böyük litosfer tavalarının sayı 7 – dir.
Yer qabığını öyrənmək üçün alimlər bir sıra işlər görsələrdə lakin, bu kifayət etmir. Son illər kosmik gəmilərdən alınmış fotoşəkillər və digər materiallar Yer qabığının öyrənilməsinə imkan açır. Kosmik şəkillər artıq Dünya okeanın dibində 600 – 700m dərinliklərin öyrənilməsini təmin edir.
Dostları ilə paylaş: |