Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

2014v4 

11 


 

4) yollardan qum vә çınqıl çıxarılması; 

5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülәrin altından taxta-şalban axıdılması; 

6) mal-qaranın otarılması, habelә onların yolun müәyyәn edilmәmiş  vә uyğunlaşdırılmamış yerlәrindәn 

keçirilmәsi; 

7) üzәn nәqliyyat vasitәlәrinin körpü dayaqlarına yan alması, körpülәrin altında qayıq stansiyalarının, digәr 

qurğuların yerlәşdirilmәsi; 

8) torpaqların şumlanması, yaşıllığın qırılması; 

9) kütlәvi istirahәt yerlәrinin tәşkil edilmәsi

10) kanalizasiya, sәnaye vә çirkli suların axıtması; 

11) yolu vә  tәhkim zolağını zibillәyә bilәn materialların vә yüklәrin müvafiq qaydada qablaşdırılmadan 

aparılması; 

12) müәyyәnlәşdirilmәmiş yerlәrdә yola girmә vә yoldan çıxma. 

V. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırmadan avtomobil yollarında vә  nәzarәt 

edilәn zonalarda aşağıdakılar qadağandır: 

1) yolun hәrәkәt hissәsindә  vә ya sәkilәrdә materialların yığılması  vә predmetlәrin saxlanılması (sәkilәrdә 

materialların vә ya predmetlәrin saxlanılması  nәticәsindә yaranmış  mәhdudiyyәtlәrin piyadaların gediş-gәlişi üçün 

yolun hәrәkәt hissәsindәn istifadә etmәsinә sәbәb olmadığı hallar istisna olmaqla); 

2) geoloji, axtarış, tikinti, meliorasiya işlәrinin aparılması, rabitә  vә elektrik xәtlәrinin, digәr 

kommunikasiyaların çәkilmәsi; 

3) daimi vә müvәqqәti giriş-çıxış yerlәrinin, başqa yollarla birlәşmәlәrin vә kәsişmәlәrin yaradılması; 

4) yolların hәrәkәt hissәsindә  sәdlәrin,  şlaqbaumların qurulması  vә  nәqliyyat vasitәlәrinin hәrәkәtinin başqa 

üsullarla kәsilmәsi; 

5) tәhkim zolağında hәrәkәt tәhlükәsizliyinә aid olmayan nişanların vә göstәricilәrin, reklam lövhәlәrinin vә 

transparantların qurulması; 

6) dәmiryol keçidlәrinin, bәndlәrin, şlüzlәrin, nohurların, digәr meliorasiya vә hidrotexniki qurğuların tikintisi, 

yenidәn qurulması, tәmiri vә lәğvi, çayların vә kanalların yatağının dәrinlәşdirilmәsi; 

7) bәrk örtüklü yollarda avtomobillәrin, traktorların, digәr özügedәn vә qoşqulu nәqliyyat vasitәlәrinin zavod 

sınaqlarının keçirilmәsi; 

8) tәhkim zolağında nәqliyyat vasitәlәrinin durması  vә yuyulması üçün meydançaların, servis obyektlәrinin, 

köşklәrin, pavilyonların, digәr qurğuların yerlәşdirilmәsi vә ticarәt aparılması; 

9) yarışların, mәşqlәrin vә digәr idman tәdbirlәrinin keçirilmәsi (krosslar, avtomotoyarışlar, digәr kütlәvi 

tәdbirlәr). 

VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çәkili vә ya tәhlükәli yüklәri daşıyan nәqliyyat vasitәlәrinin avtomobil 

yollarında hәrәkәti bu Qanunun 10-cu maddәsinin ikinci hissәsindә göstәrilәn hüquqi vә ya fiziki şәxslәr ilә 

razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çәkili vә ya tәhlükәli yüklәri daşıyan nәqliyyat vasitәlәrinin 

avtomobil yollarından istifadә qaydası Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn 

müәyyәn olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çәkili vә ya tәhlükәli yüklәri daşıyan nәqliyyat vasitәlәrinin 

hәrәkәti zamanı avtomobil yoluna vә yol qurğularına zәrәr dәydikdә, onların sahiblәri bu zәrәri ödәmәyә 

borcludurlar. 

VII. Bu maddәdә sadalanan qadağanlar vә  mәhdudiyyәtlәr bu Qanunun 10-cu maddәsinin ikinci hissәsindә 

göstәrilmiş hüquqi vә ya fiziki şәxslәr tәrәfindәn avtomobil yollarının saxlanılması, abadlaşdırılması  vә avtomobil 

yollarında tәhlükәsiz hәrәkәt şәraitinin yaradılması üçün görülәn işlәrә şamil edilmir. 

VIII. Avtomobil yollarından istifadә olunması zamanı yol hәrәkәti tәhlükәsizliyinin bu maddәdә göstәrilmiş tәlәblәrini 

pozan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar. 

 

Maddә 12. Yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması vә ya qadağan edilmәsi 

I. Yol hәrәkәti yalnız aşağıdakı hallarda müvәqqәti mәhdudlaşdırıla vә ya qadağan edilә bilәr: 

1) yollarda tәmir vә ya abadlaşdırma işlәri görüldükdә; 

2) tәbii fәlakәt, qәza vә ya digәr fövqәladә hadisә baş verdikdә; 

3) yol hәrәkәtinin tәhlükәsizliyi, insanların hәyatı vә ya әmlakı üçün tәhlükә yarandıqda; 

4) hava-iqlim şәraiti xeyli pislәşdikdә; 

5) Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş hallarda kütlәvi tәdbirlәr hәyata keçirildikdә. 

II. Yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması vә ya qadağan edilmәsi haqqında qәrar, yolun mәnsubiyyәtindәn 

asılı olaraq, Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları vә ya özәl yolun sahibi tәrәfindәn qәbul 

edilir. Yol şәraiti hәrәkәt üçün ciddi tәhlükә yaradarsa, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinә nәzarәti hәyata 

keçirәn orqan yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması vә ya qadağan edilmәsi haqqında qәrarın qәbul edilmәsi 

barәdә göstәriş verә bilәr. Qәrar olmadan, yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması vә ya qadağan edilmәsi, 

yalnız fövqәladә hadisәlәr, habelә  qәza tәhlükәsinin aradan qaldırılması ilә bağlı  işlәrin görülmәsi zәrurәti ilә 

әlaqәdar hallarda mümkündür. 



2014v4 

12 


 

III. Yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması  vә ya qadağan edilmәsi haqqında qәrarda yol hәrәkәtinin 

mәhdudlaşdırılmasının vә ya qadağan edilmәsinin yeri, sәbәbi, vaxtı  vә  şәrtlәri, qәbul olunan qәrar barәdә yol 

hәrәkәti iştirakçılarına mәlumat verilmәsi qaydası, yol hәrәkәtinin tәhlükәsizliyi tәdbirlәri vә işlәrin yerinә yetirilmәsi 

müddәtlәri, zәruri işlәrin icrasına cavabdeh olan şәxslәr göstәrilir. 

IV. Yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması vә ya qadağan edilmәsi haqqında qәrar tәxirәsalınmadan dövlәt 

orqanlarının vә әhalinin nәzәrinә çatdırılmalıdır. Qәrarda göstәrilmiş zәruri işlәrin icrasına cavabdeh olan şәxslәr yol 

hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinә nәzarәti hәyata keçirәn orqanla birlikdә zәruri, o cümlәdәn dolayı yol ilә 

yol hәrәkәtinin tәşkil edilmәsinә dair tәdbirlәri hәyata keçirmәlidirlәr. 

V. Yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması vә ya qadağan edilmәsi zamanı, tәhlükәsizlik tәdbirlәrinin hәyata 

keçirilmәsi şәrtilә, yalnız bu Qanunda nәzәrdә tutulmuş xüsusi işarәlәrdәn, fәrqlәndirici nişanlardan, svetoforlardan 

vә digәr texniki vasitәlәrdәn istifadә olunmalıdır. 

VI. Yollara xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәri, fövqәladә hallar istisna olmaqla, avtomobil yollarında hәrәkәtin 

müvәqqәti mәhdudlaşdırılmasının vә ya qadağan edilmәsinin planlaşdırılması, habelә bunun üçün müәyyәn olunmuş 

müddәtlәr haqqında yol istifadәçilәrinә qabaqcadan xәbәr vermәlidirlәr. Yol hәrәkәtinin müvәqqәti 

mәhdudlaşdırılmasının vә ya qadağan edilmәsinin hәr bir halında yollara xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәri yol 

hәrәkәtinin müәyyәn olunmuş müddәtdә tәcili bәrpası üçün zәruri tәdbirlәr hәyata keçirmәlidirlәr. 

VII. Bu maddәnin müddәalarını, habelә yol hәrәkәtinin müvәqqәti mәhdudlaşdırılması  vә ya qadağan edilmәsi 

haqqında qәbul olunmuş qәrarla müәyyәnlәşdirilmiş göstәrişlәri vә ya qadağan edilmәsi müddәtlәrini pozan vә ya 

özbaşına yol hәrәkәtini müvәqqәti mәhdudlaşdıran vә ya qadağan edәn tәqsirli şәxslәr Azәrbaycan Respublikasının 

qanunvericiliyi ilә müәyyәn edilmiş mәsuliyyәt daşıyırlar. 

 

Maddә 13. Küçәlәrin, meydanların vә ya dәmiryol keçidlәrinin tikilmәsi, saxlanılması  vә istifadә 



olunması zamanı yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi 

Avtomobil yolları küçәlәrdәn meydanlardan vә ya dәmiryol keçidlәrindәn keçirsә, avtomobil yollarının tikilmәsi, 

saxlanılması vә istifadә olunması zamanı yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinә, habelә avtomobil yollarında 

hәrәkәtin müvәqqәti mәhdudlaşdırılmasına vә ya qadağan edilmәsinә dair bu Qanunun 9—12-ci maddәlәrindә 

nәzәrdә tutulmuş müddәalar eyni dәrәcәdә  hәmin küçәlәrin, meydanların vә ya dәmiryol keçidlәrinin tikilmәsinә, 

saxlanılmasına vә istifadә olunmasına, habelә küçәlәrdә, meydanlarda vә ya dәmiryol keçidlәrindә  hәrәkәtin 

müvәqqәti mәhdudlaşdırılmasına vә ya qadağan edilmәsinә dә şamil olunur. 

 

Maddә 14. Nәqliyyat vasitәlәrinin yol hәrәkәtindә iştirak etmәyә buraxılması 

Azәrbaycan Respublikasında qüvvәdә olan vahid beynәlxalq texniki göstәrişlәrә, yol hәrәkәtinin tәhlükәsizliyi 

normativlәrinә  vә standartlarına uyğun gәlәn, bu tәlәblәrә uyğunluğu barәsindә sertifikatı olan, qeydiyyatdan, 

qanunla müәyyәn edilmiş hallarda dövlәt texniki baxışından keçmiş, habelә sahibinin mülki mәsuliyyәti Azәrbaycan 

Respublikasının icbari sığorta qanunvericiliyinә uyğun olaraq sığorta etmiş  nәqliyyat vasitәlәri Azәrbaycan 

Respublikası әrazisindә yol hәrәkәtindә iştiraka buraxılırlar. 

 

Maddә 15. Yol hәrәkәtinin nizama salınması 

Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi üçün yol hәrәkәtinin vahid qaydaları müәyyәnlәşdirilir. Yol hәrәkәti 

Qaydaları bu Qanunla tәsbit olunur vә Azәrbaycan Respublikasının  әrazisindә olan bütün fiziki vә hüquqi şәxslәr 

üçün mәcburidir. Azәrbaycan Respublikasında yol hәrәkәtinin xüsusiyyәtlәrini müәyyәnlәşdirәn digәr normativ-

hüquqi aktlar (xüsusi yüklәrin daşınması, nәqliyyat vasitәlәrinin ayrı-ayrı növlәrinin istismarı, qapalı  әrazilәrdә 

hәrәkәt etmәsi vә s.) yol hәrәkәti Qaydalarının tәlәblәrinә әsaslanmalı vә onlara uyğun olmalıdır. 

 

Maddә 16. Nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması vә ixtisaslarının artırılmasının tәşkili 

I. Nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması vә ixtisaslarının artırılması lazımi texniki-metodiki tәdris vasitәlәri ilә 

tәmin olunmuş, Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada razılıq almış kurslarda 

hәyata keçirilir. Belә kursların fәaliyyәti Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq 

edilәn “Nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması vә onların ixtisasının artırılması kursları haqqında” Әsasnamә 

ilә nizama salınır. Nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması  vә ixtisaslarının artırılması ilә  mәşğul olan bütün 

tәdris müәssisәlәri Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqan tәrәfindәn müvafiq icra hakimiyyәti 

orqanından alınmış mәlumatlara әsasәn uçota alınmalıdır. 

II. Nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması vә ixtisaslarının artırılması xüsusi proqramlar üzrә aparılır. Müvafiq 

kateqoriyalı  nәqliyyat vasitәlәrinin sürücülәri üçün proqramlar, dövlәt tәhsil standartları  әsasında, Azәrbaycan 

Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn hazırlanır vә tәsdiq edilir. 

 

Maddә 17. Nәqliyyat vasitәlәri sürücülәrinin sağlamlığının qorunması  vә onlar üçün lazımi  әmәk 

şәraitinin yaradılması 

I. Nәqliyyat vasitәsinin sürücüsünü işә götürmüş hәr hansı fiziki vә ya mülkiyyәt formasından asılı olmayaraq hüquqi 

şәxs: 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə