Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

55 

 

rəislərin  göstərişlərinə  əməl  etməli  idi.  Maaflıq  hüququ  xandan  xüsusi  xidmət 



müqabilində  alınırdı.  Bəzən  xan  bu  adı  ayrı-ayrı  adamlara  nüfuzlu  bəylərin 

xahişinə əsasən verirdi. Elə hallara da təsadüf olunurdu ki, bəzi maaflar feodalların 

qəzəbinə gələrək bütün hüquqlarından məhrum edilərək vergi və mükəlləfiyyətləri 

ödəyən  kəndlilərin  sırasına  qayıtmalı  olurdu.  Şəkidə  xan  üsul-idarəsinin  ləğvi  ilə 

əlaqədar onların vəzifələri də dayandırıldı. Kameral siyahıya almalarda çinovniklər 

adı  ilə  qeyd  olunan  bu  zümrə  yenə  də  əvvəlki  kimi  vergi  və  mükəlləfiyyətlərdən 

azad  edilməsinə  baxmayaraq  uzun  müddət  maaflar  heç  bir  xidmətə 

göndərilməmişdi. Yalnız 1834-cü ildə Varşavaya göndərilmək üçün müsəlman atlı 

polku  təşkil  edilən  zaman  maafların  bir  hissəsi  yerli  əhali  ilə  birlikdə  bu  polkun 

tərkibinə daxil edilmişdi. Onlar yaşadıqları mahallar tərəfindən silah, at, geyim və 

sursatla  təchiz  olunmalı  idi.  1837-ci  ildə  isə  Şəki  əyalətindən  200  maaf  Quba 

üsyanını  yatırmaq  üçün  göndərilmiş,  1839-cu  ildə  94  maaf  Dağıstan  sərhəddinə 

gözətçiliyə  təyin  edilmişdi  (64,  s.  197).  Azərbaycanın  digər  ərazilərində  olduğu 

kimi  şimal-qərbi  Azərbaycanda  da  XIX  yüzilliyin  birinci  yarıcında  kəndlilər  3 

kateqoriyaya bölünürdü.  

1. Rəiyyətlər;  

2. Rəncbərlər;  

3. Köçəri kəndlilər (elat).  

Rəiyyətlər istifadə etdikləri torpağın müqabilində öz sahiblərinə vergi verir 

və müəyyən mükəlləfiyyətlər daşıyırdılar. 

Xanlıqlar dövründə şəxsi təsərrüfata malik olmayan rəncbərlər dövlətə vergi 

verməkdən  azad  idi.  Şəki  əyalətində  rəncbərlər  adətən  başqa  xanlıqların 

ərazisindən  qaçan  kəndlilər  idi.  Bu  kəndlilər  bəylərin,  ruhanilərin,  yüzbaşıların 

himayəsinə sığınırdı. Onlar da rəncbərlər üçün ev tikir, onları evləndirir, təsərrüfat 

fəaliyyəti  üçün  lazım  olan  hər  şeyi  edirdilər.  Rəncbərlər  yerləşdikləri  torpağın 

sahibinə  hər  cür  xidmət  göstərməyə  borclu  idi.  Lakin  rəncbərlər  yerləşdikləri 

torpaqdan  tamamilə  asılı  vəziyyətə  düşmürdü.  Onlar  öz  ağalarından  narazı 

qaldıqda  başqa  əraziyə  qaça  bilərdi.  Ağanın  qaçan  kəndlini  ez  yanına  qaytarmaq 

hüququ yox idi. 

Bəzən xanlar öz yaxın adamlarına xəzinə torpaqlarında yerləşmək üçün bir 

neçə  ailəyə  torpaqla  yanaşı  rəncbərlərin  özlərini  də  hədiyyə  edirdilər.  Şəki 

əyalətində elə hallara da təsadüf olunurdu ki, kasıbçılığa düşmüş rəiyyətlərdən bir 

neçəsi  öz  xüsusi  əmlakını  güclü  bəylərdən  kiməsə  satır  və  özləri  də  onların 

rəncbərinə çevrilirdi. 

Şəki  əyalətində  yalnız  bəylərin  deyil,  ruhanilərin,  yüzbaşıların,  həmçinin 

Nuxa  vətəndaşlarının  da  kəndliləri  olurdu.  Bəylərin  öz  kəndlilərini  satmaq,  girov 

qoymaq və başqasına bağışlamaq hüququ yox idi (120, s. 109). 

Şəki  əyalətində  rəiyyət  və  rəncbərlərdən  başqa  ayrı-ayrı  bəylərə  məxsus 

köçəri kəndlilər də var idi. 



56 

 

Car-Balakən camaatlığında  kəndlinin  torpaqdan asılılığının, xüsusi  forması 



mövcud  idi.  Bu  forma  mənbələrdə  keşkəl  hüququ  adlanırdı.  Əslində  keşkəlin  3 

sahibi var idi. Onun hüquqi sahibi bütün torpağın əsil sahibi olan avar icması hesab 

olunurdu.  Keşkəlin  digər  sahibi  varlı  toxumun  nümayəndəsi,  üçüncü  sahibi  onu 

becərən kəndli idi. Keşkəl sahibləri hüquqi cəhətdən azad adamlar hesab olunurdu. 

Adətən  keşkəl  sahibindən  kəndli  yox,  onun  keşkəli  asılı  idi.  Keşkəl  satıla  və  ya 

birindən  digərinə  verilə  bilərdi.  Bu  halda  keşkəlin  yeni  sahibi  keşkəl 

mükəlləfiyyətlərini  bütünlüklə  öz  üzərinə  götürürdü.  Keşkəl  kəndliləri  pulla  öz 

keşkəlinin  sahibi  ilə  razılaşma  əsasında  ala  bilərdi.  Lakin  keşkəl  kəndliləri  çox 

nadir hallarda bu hüquqdan istifadə edə bilərdi. 

1869-cu ildə çar hökuməti tərəfindən yaradılan Zaqatala silki-torpaq islahatı 

komissiyası  keşkəl  hüququnun  xarakterini  və  mahiyyətini  aydınlaşdırmağa  cəhd 

göstərmişdi. Komissiyanın rəyinə əsasən keşkəl torpaqları kəndlilər üçün əlverişli 

və  dəqiq  müəyyən  edilmiş  şərtlərlə  onların  daimi  icarəsinə  verilirdi.  Doğrudur 

keşkəl  sahibləri  hüquqi  cəhətdən  təhkimli  deyildi,  lakin  azad  adamlar  da  hesab 

edilmirdi. 

Əhalinin  sosial  strukturunda  "üçüncü  zümrə"  nümayəndələri  hesab  olunan 

tacirlər və sənətkarların da xüsusi yeri var idi. Şəki əyalətində tacirlər öz kapitalına 

görə  üç  qrupa  bölünürdü.  Birinci  qrupa  daxil  olan  tacirlər  əsasən  iri  tacirlər  idi. 

Onlar Rusiya və İranla ticarət edir, xəzinəyə pul və mustamira adlanan taxıl vergisi 

ödəyirdilər. Bu tacirlər əsasən taxıl və ipək ticarəti ilə məşğul olurdular. 

İkinci  qrup  tacirlər  xəzinəyə  pul  vergisi  verir  və  mustamira  adlanan  taxıl 

vergisi  ödəyirdilər.  Digər  əyalətlərlə  ticarət  aparan  bu  tacirlərin  sayı  o  qədər  də 

çoxluq təşkil etmirdi. 

Üçüncü  qrup  tacirlər  əyalətin  özündə  ticarətlə  məşğul  olan  adamlar  idi. 

Onlar Nuxa tacirlərindən müxtəlif mallar alır və satırdılar. 

Nəhayət,  xırda  ticarətlə  məşğul  olan  alverçilər  və  sənətkarlar  da  var  idi. 

1824-cü il  məlumatına görə şəhərdə 503 nəfər birinci, 389 nəfər ikinci, 138 nəfər 

üçüncü dərəcəli tacir, 4141 nəfər xırda alverçi və sənətkar var idi (117, 48). 

Şəki əyalətindən fərqli olaraq Car-Balakən hərbi dairəsində ticarət o qədər 

də mənfəət gətirən sahə hesab olunmurdu. Əsas ticarət mərkəzi Zaqatala dairəsi və 

yaxud  Tiflis  hesab  olunurdu.  Alıcılar  əsasən  ermənilər  idi.  Onlar  malı  aşağı 

qiymətə  alır,  sonra  isə  digər  ərazidən  olan  tacirlərə  baha  qiymətə  satırdılar.  Car-

Balakən və İlisudan ixrac edilən məhsullar içərisində ipək və mum üstünlük təşkil 

edirdi. Yerli əhali daha çox at ləvazimatı, tikili paltar, yun və pambıq parça, silah, 

çüvək (başmaq), mis qab-qacaq, papaq və s. alırdılar. 

XIX əsrin I yarısında Şəkidə sənətkarlığın demək olar bütün sahələri geniş 

ingişaf  etmişdi.  Şəki  sənətkarlarının  hazırladığı  məhsullar  nəinki  əyalətdə  satılır, 

eyni zamanda Bakı, Quba, Qarabağ və digər ərazilərə aparılırdı. Çox inkişaf etmiş 

sənətkarlıq sahələri boyaqçılıq, misgərlik, zərgərlik, dabbaqlıq, qalayçılıq və b. idi. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə