Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

53 

 

Şəki əyalətində bəy adı əhalinin ən yüksək təbəqəsini təşkil edən adamlara 



şamil  edilirdi.  Bəylər  öz  dərəcələrinə,  hüquq  və  vəzifələrinə  görə,  eyni  zamanda 

tutduğu  mövqeyə  görə  müxtəlif  qruplara  bölünürdü.  Bəy  adı  ilk  növbədə  xanın 

övladlarına  və  yaxın  qohumlarına  aid  edilirdi.  Xalq  arasında  onlar  Böyük  bəy, 

Kiçik bəy, Böyük xan və s. kimi adlarla tanınırdı. 

İkinci  qrup  bəylər  Şəki  xanlarından  asılı  vəziyyətə  düşən  Ərəş  və  Qəbələ 

sultanları,  eyni  zamanda  onların  nəsilləri  idi.  Xanlıqlar  zamanı  onlar  xalqın 

içərisində  çox  böyük  hörmət  və  nüfuz  sahibləri  hesab  olunurdu.  Onlar  cəza 

vermək,  cərimə  etmək  hüququna  malik  idilər  və  bir  qayda  olaraq  mahallardan 

gələn gəlir hesabına yaşayırdılar. Öz hərəkətləri haqqında çox nadir hallarda xana 

hesabat  verirdilər.  sultanların  hüquq  və  vəzifələri  digər  bəylərlə,  eyni  idi.  Lakin 

onlar yığıncaqlar zamanı başqa bəylərdən fərqli olaraq qabaq cərgədə oturur və xan 

ən mühüm tapşırıqları əsasən onlara verirdi. sultan rütbəsi yəlnız xanın icazəsi və 

razılığı əsasında irsi olaraq atadan oğula keçə bilərdi. Qəbələ və Ərəş sultanları ata-

babalarından onlara miras qalan torpaqları yalnız xan tərəfindən təsdiq edildikdən 

sonra idarə edirdilər. Xan bəzən bir sıra nüfuzlu bəyləri sultan rütbəsinə qaldırırdı. 

Məliklər  bəylərin  digər  qrupuna  daxil  idi.  Ərəş  mahalında  onların 

idarəçiliyində  bir  neçə  kənd  olmasına  baxmayaraq  əyalətdə  çox  böyük  üstünlüyə 

malik  deyildi.  Onlar  həmişə  sultan  və  mahalları  idarə  edən  bəylərdən  asılı  olub 

müstəqil  göstəriş vermək hüququnda  məhrum  idi.  Məliklərin başlıca vəzifəsi  xan 

tərəfindən  müəyyən  edilmiş  vergi  və  mükəlləfiyyətlərin  vaxtlı-vaxtında  yerinə 

yetirilməsinə nəzarət etmək idi. 

Əz mülkiyyətində müəyyən torpaq sahələri olan mülkədar bəylər və tiyuldar 

bəylər  də  var  idi.  Bu  qrupa  daxil  olan  bəylər  xüsusi  xidmət  müqabilində  xandan 

bəy adı alır və çox zaman xalq içərisində böyük nüfuz və hörmət qazanırdı. Bəzən 

xan maafları bəy rütbəsinə qaldırırdı. Nəhayət, elə hallar da olurdu ki, quldurluq və 

digər  qorxulu  əməllərlə  məşğul  olan  adamları  xan  bəy  kimi  tanımaq 

məcburiyyətində qalırdı. 

Dərəcəsindən  asılı  olmayaraq  bəy  adını  daşıyanlar  talikə  adlanan  xüsusi 

fərmana  sahib  olmalı  idi.  Bəylər  bütün  vergi  və  mügəlləfiyyətlərdən  azad  olub, 

xəzinədən aldıqları məvacib, yaxud idarə etdikləri ərazilərdən gələn gəlir hesabına 

yaşayırdılar.  Bəzən  xan  xüsusi  xidməti  müqabilində  bəylərə  bütöv  kəndlər 

bağışlayırdı.  Bəylər  eyni  zamanda  xana  vergi  vermədən  ticarət  və  digər  işlərlə 

məşğul ola bilərdilər. Onların ən mühüm vəzifəsi xana sədaqətlə qulluq etmək idi 

(84, s. 430, 432). 

İlisu  sultanlığında  da  bəy  adı  birmənalı  deyildi.  Burada  bəylər  3  qrupa 

bölünürdü. Sultanlıqda bəy adı ilk növbədə sultan ailəsinin üzvülərinə aid edilirdi. 

Adətən  sultanın  əsil-nəcabətli  arvadından  olan  oğlu  bəy  adını  daşımaq  hüququna 

malik idi. 

İkinci  qrup  bəylər  sultana  göstərdiyi  xidmət  müqabilində  bu  adı  qazanırdı 

və  öz  adlarını  irsi  olaraq  nəsildən-nəslə  ötürürdü.  Hər  iki  qrupa  daxil  olan  bəylər 




54 

 

sultandan Keşkəl kəndlərində mülk, yaxud keşkəl sahəsi alırdı və mülkiyyətin irsi 



sahibi hesab olunurdu. 

Üçüncü  qrup  bəylər  mənşə  etibarilə  bəy  nəslindən  olmayıb,  bu  adı  şəxsi 

xidməti  müqabilində  qazanan  adamlar  idi.  Onların  bəy  adı  irsi  deyildi.  Bəzən 

sultanlıqda  bütün  kəndlərə  sahiblik  edən  bəylər  olurdu.  Belə  ki,  XIX  əsrin  I 

rübündə  Fıstıqlıda  40  ev  Hacı  ağa  bəyə,  Amanlı  və  Qeysərli  də  31  ev 

Əlisultanuşağına məxsus idi. 



 

Bütün Şəki əyaləti üzrə 

 

Mahal 


ların adı 

Kənd 


lər 

Türk 


ailələ

ri 


Ermə

ni 


ailələ

ri 


Yəhu

di 


ailələ

ri 


Türklər 

Erməni 


gürcü 

Yəhudi 


kişi 

qa

dın 



Ki

ş 

Qad 



Ki

ş 

Qa



Qa



Ki

ş 

1.Şəki 



89 

5525 


1567 

221 


13349 

117


80 

371


3199 


368 

338 


539 

50



2.Ərəş  

27 


928 

199 


2058 


186

446 



440 



3.Ağdaş  



34 

1299 


2934 



277





4.Adar  



14 

703 


1646 



146





5.Apout  



24 

1039 


34 

2430 



221

89 



78 



6.Qutqaşen  



38 

2349 


459 

5840 



500

113



966 




7.Xaçmaz  

26 

2303 


311 

5630 



490

628 



649 



8.Bum  



20 

1047 


583 

2694 



239

130



111 




 

5-dən 12-dək olan cədvəllər 1824-cü il Şəki əyalətinin siyahıya alınmasına   əsasən 



tərtib edilmişdir (103). 

Sultan  ayrı-ayrı  keşkəldən  gələn  gəliri  öz  bəylərinin  hətta  nökərlərinin 

müvəqqəti istifadəsinə verirdi. 

Bəylərə  məxsus  olan  kəndlərdə  yaşayan  kəndlilər  onlara  vergi  verir  və 

müəyyən mükəlləfiyyətlər daşıyırdılar. Bəylərə bayram şənlikləri zamanı "bəxşiş" 

aparılması  adəti  də  var  idi.  Digər  tərəfdən  kəndlilər  keç  zamanı  öz  atlarını  və 

adamlarını bəylərin ixtiyarına verməli idi. 

Xanlıqların  ləğvindən  sonra  şimal-qərbi  Azərbaycanda  da  xan  ailəsi 

üzvlərinin,  o,  cümlədən  bəylərin  bir  çoxu  mülkiyyət  hüququndan  məhrum  edildi. 

Müstəmləkə əsarətinə qarşı çevrilən azadlıq mübarizəsinin başında dayanan hakim 

sinfin  nümayəndələrinin  bir  qismi  təqiblərdən  baş  götürüb  öz  vətənlərini  tərk 

etmək məcburiyyətində qaldı. 

Əhalinin sosial-tərkibində maaflar mühüm yer tuturdu. Xanlıqlar zamanında 

maaflar  müəyyən  xidmət  müqabilində  vergi  və  mükəlləfiyyətdən  azad  edilmiş 

adamlar  idi.  Onlar  müharibələr  zamanı  öz  atları  və  silahları  ilə  xan  qoşununun 

tərkibində  hərbi  əməliyyatlarda  iştirak  etməli,  polis  funksiyasını  daşımalı,  yerli 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə