45
cümlədən Azərbaycana ermənilərin kütləvi köçürülməsinə və yerləşdirilməsinə
başlamışdı. Rusiya İsmayıl xana Xoy ailələrini saxlamaq üçün boş olan torpaqlarda
onlara yer ayrılmasını və yerli əhalinin qüvvəsi ilə evlərin tikilməsini tapşırır və bu
iş üçün lazım olan bütün şəraitin yaradılmasını isə öz üzərinə götürürdü (49, s.
563).
I Rus-İran müharibəsi başa çatdıqdan sonra bağlanmış sülh müqaviləsinə
əsasən müharibə zamanı əsir düşən, yaxud bir ölkənin ərazisindən digərinə keçən
əhalinin sərbəst şəkildə öz əvvəlki yaşayış yerinə qayıtması mümkün idi.
Məhz əldə edilmiş razılığa əsasən Abbas Mirzə öz məmuru Lütvəli xanı
general N. F. Rtişşevin yanına vaxtilə Cəfərqulu xan tərəfindən aparılan Xoy
ailələrini geri qaytarmaq üçün göndərir. General N. F. Rtişşev Lütvəli xanı türk
dilini mükəmməl bilən podpolkovnik Ladinski ilə birlikdə Nuxaya göndərir.
İsmayıl xana bildirilir ki, xoy ailələrini İrana göndərən zaman heç bir zorakılığa
yol vermək olmaz. Yalnız öz xoşu ilə getmək istəyənləri İrana yola salmaq
lazımdır. Həmişəlik Rusiya imperiyasının sərhədləri daxilində yaşamaq istəyənlərə
isə tam azadlıq verilirdi (80, s. 561-62).
İsmayıl xanın vəfatından sonra Xoy ailələrinin vəziyyəti xeyli pisləşdi.
Onların quldurluğu, oğurluğu və həyasızlığından cana gəlmiş yerli əhali hər an
xoylulara divan tutmağa hazır idi. Hətta İsmayıl xanın vəfatının ilk günlərində
dəhşətli qisasdan qorxan xan ailəsi və yaxın adamları qaladan kənara çıxmır, kişilər
çadraya bürünüb gəzirdilər. Rusiya imperiyası da şəhərdə yaşayan və xalqı təngə
gətirən xoy ailələrinin ərazidə saxlanmasını artıq məqsədəuyğun hesab etmirdi.
Ona görə ki özgə hesabına yaşayan xoylulara nifrət o qədər güclü idi ki, bu
xanlıqda böyük çaxnaşmaya və sonu bilinməyən hadisələrə gətirib çıxara bilərdi.
Ona görə də xanlığın ləğv edilməsindən dərhal sonra Rusiya Xoy ailələrinin
ərazidən çıxarılması işi lə məşğul olmağa başladı. Xan ailəsinin Şəkidən
çıxarılması haqqında polkovnik Kiçik ağa ilə aparılan danışıqlarda razılaşma əldə
edildi. Rusların xəyanəti burada da özünü göstərdi. Ömrü boyu imperiyaya
sədaqətlə qulluq etmiş Cəfərqulu xanın ailəsini əvvəlcə Bakıya, oradan isə
Həştərxana sürgün etmək nəzərdə tutulurdu. General mayor Axverdovun 1819-cu
avqustun 25-də gen. Velyaminova göndərdiyi məlumatda qeyd edilirdi ki, biz xan
ailəsinin Şəkidən çıxarılmasına razılaşdıq. Lakin xan ailəsindən olan polkovnik
Kiçik ağa bildirdi ki, Bakı onlar üçün tamamilə yad olan ərazidir. Onlar artıq
Qarabağ xanı Mehdiqulu xanın yanına adam göndərərək onun ərazisində
yerləşmək üçün razılıq əldə etmişlər (63, s. 743).
Xan ailəsi gedərkən şəhərdəki bütün Xoy ailələrini o cümlədən erməni
ailələrini aparmaq niyyətində idi. Lakin qeyd etdiyimiz kimi Rusiya erməni
ailələrini saxlamaqda maraqlı idi. "xan ailəsini Bakıya, oradan Həştərxana
göndərmək lazımdır, lakin əkinçiliklə məşğul olan 50 xoy ailəsini (erməni ailələri -
Z. C.) onlara verməyə heç bir ehtiyac yoxdur. Onlar həmişəlik Şəki əyalətində
46
yaşamaq arzusundadır və əkinçiliklə məşğul olmaq üçün bu ərazini əlverişli yer
hesab edir". (81, s. 748).
Gen.-l. Velyaminov polkovnik Kiçik ağaya bildirdi ki, onlara məxsus olan
və şəhərdə yaşayan 50 erməni ailəsini xan ailəsinə vermək mümkün deyil, ona görə
ki, onlar gen. Yermolova şikayət edərək artıq xan ailəsinin asılılığında qalmaqdan
imtina edir. Rusiya qanunlarına görə isə erməni ailələri azad adamlar hesab edilir
və onları başqa yerə getməyə heç kim məcbur edə bilməz (50, s. 761).
Xoy ailələrinin hara göndərilməsi məsələsi bir müddət qızğın müzakirə
edildi. Rus imperiyasının məqsədi onları Həştərxana sürgün etmək idi. Lakin
Rusiya bu addımın digər xanlıqlarda pis fikir yaradacağından ehtiyat edib xan
ailəsini və soyğunçuluqla məşğul olan xoyluları Yelizavetpola və İrana
göndərməyi qərara aldı. Bu zaman şəhər kənarlarında yaşayan bütün xoy
ailələrinin ərazidə saxlanması məqsədəuyğun hesab edildi. 1819-cu il sentyabrın
30-da 137 xoy ailəsi (cəmi 632 nəfər) polkovnik Zolotaryovun 100 kazak
dəstəsinin və İran yasovulunun müşayəti ilə Qarabağa, oradan isə İrana göndərildi
(82, s. 757). Xanın ailəsi və qohumları isə oktyabrın 5-də Yelizavetpola yola
salındı (36, s. 757).
Şəhərdə olan 50 erməni ailəsi xan ailəsinə verilmədi. Cəfərqulu xanın
arvadı Şərəfnisə xanım gen. Velyaminova yazırdı ki, əcdadlarımızdan bizə miras
qalan erməni ailələri əlimizdən alınaraq Şəkidə saxlandı (51, s. 764). Şəhərdə
saxlanılan bu Xoy ermənilərinin sayı 1824-cü ildə 241 nəfərə çatmışdı. "Şəhərin
mərkəzində yaşayan 76 erməni ailəsi Xoy erməniləri idi, yerli əhali onların
yaşadığı ərazini ermənikənd adlandırır" (104, v. 1 - 15).
1824-cü ildə Şəki əyalətinin aşağıdakı kəndlərində Cəfərqulu xan tərəfindən
gətirilən erməni ailələlərinin sayı belə idi.
Cədvəl 6 (103)
№
Kəndlərin adı
Ailə sayı
Kişi
Qadın
1.
Axpelikənd
83
278
222
2.
Göybulaq
134
358
284
3.
Cəfərabad
100
216
159
4.
Daşbulaq
156
332
298
5.
Aydınbulaq
31
68
43
6.
Xanabad
12
31
17
7.
Qayabaşı
40
Cəmi
556
1283
1023
1823-cü ildə Cəfərabad kəndində yaşayan ermənilərin bir hissəsi öz
xahişlərinə əsasən Qayabaşı, bir hissəsi isə Daşbulaqda olan boş torpaqlara