Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

45 

 

cümlədən  Azərbaycana  ermənilərin  kütləvi  köçürülməsinə  və  yerləşdirilməsinə 



başlamışdı. Rusiya İsmayıl xana Xoy ailələrini saxlamaq üçün boş olan torpaqlarda 

onlara yer ayrılmasını və yerli əhalinin qüvvəsi ilə evlərin tikilməsini tapşırır və bu 

iş  üçün  lazım  olan  bütün  şəraitin  yaradılmasını  isə  öz  üzərinə    götürürdü  (49,  s. 

563). 


I  Rus-İran  müharibəsi  başa  çatdıqdan  sonra  bağlanmış  sülh  müqaviləsinə 

əsasən müharibə zamanı əsir düşən, yaxud bir ölkənin ərazisindən digərinə  keçən 

əhalinin sərbəst şəkildə öz əvvəlki yaşayış yerinə qayıtması mümkün idi. 

Məhz  əldə  edilmiş  razılığa  əsasən  Abbas  Mirzə  öz  məmuru  Lütvəli  xanı 

general  N.  F.  Rtişşevin  yanına  vaxtilə  Cəfərqulu  xan  tərəfindən  aparılan  Xoy 

ailələrini  geri  qaytarmaq  üçün  göndərir.  General  N.  F.  Rtişşev  Lütvəli  xanı  türk 

dilini  mükəmməl  bilən  podpolkovnik  Ladinski  ilə  birlikdə  Nuxaya  göndərir. 

İsmayıl  xana  bildirilir  ki,  xoy  ailələrini  İrana  göndərən  zaman  heç  bir  zorakılığa 

yol  vermək  olmaz.  Yalnız  öz  xoşu  ilə  getmək  istəyənləri  İrana  yola  salmaq 

lazımdır. Həmişəlik Rusiya imperiyasının sərhədləri daxilində yaşamaq istəyənlərə 

isə tam azadlıq verilirdi (80, s. 561-62). 

İsmayıl  xanın  vəfatından  sonra  Xoy  ailələrinin  vəziyyəti  xeyli  pisləşdi. 

Onların  quldurluğu,  oğurluğu  və  həyasızlığından  cana  gəlmiş  yerli  əhali  hər  an 

xoylulara  divan  tutmağa  hazır  idi.  Hətta  İsmayıl  xanın  vəfatının  ilk  günlərində 

dəhşətli qisasdan qorxan xan ailəsi və yaxın adamları qaladan kənara çıxmır, kişilər 

çadraya  bürünüb gəzirdilər. Rusiya  imperiyası da  şəhərdə  yaşayan və  xalqı təngə 

gətirən  xoy  ailələrinin  ərazidə  saxlanmasını  artıq  məqsədəuyğun  hesab  etmirdi. 

Ona  görə  ki  özgə  hesabına  yaşayan  xoylulara  nifrət  o  qədər  güclü  idi  ki,  bu 

xanlıqda  böyük  çaxnaşmaya  və  sonu  bilinməyən  hadisələrə  gətirib  çıxara  bilərdi. 

Ona  görə  də  xanlığın  ləğv  edilməsindən  dərhal  sonra  Rusiya  Xoy  ailələrinin 

ərazidən  çıxarılması  işi  lə  məşğul  olmağa  başladı.  Xan  ailəsinin  Şəkidən 

çıxarılması haqqında polkovnik Kiçik ağa ilə aparılan danışıqlarda razılaşma əldə 

edildi.  Rusların  xəyanəti  burada  da  özünü  göstərdi.  Ömrü  boyu  imperiyaya 

sədaqətlə  qulluq  etmiş  Cəfərqulu  xanın  ailəsini  əvvəlcə  Bakıya,  oradan  isə 

Həştərxana  sürgün  etmək  nəzərdə  tutulurdu.  General  mayor  Axverdovun  1819-cu 

avqustun 25-də gen. Velyaminova göndərdiyi məlumatda qeyd edilirdi ki, biz xan 

ailəsinin  Şəkidən  çıxarılmasına  razılaşdıq.  Lakin  xan  ailəsindən  olan  polkovnik 

Kiçik  ağa  bildirdi  ki,  Bakı  onlar  üçün  tamamilə  yad  olan  ərazidir.  Onlar  artıq 

Qarabağ  xanı  Mehdiqulu  xanın  yanına  adam  göndərərək  onun  ərazisində 

yerləşmək üçün razılıq əldə etmişlər (63, s. 743). 

Xan  ailəsi  gedərkən  şəhərdəki  bütün  Xoy  ailələrini  o  cümlədən  erməni 

ailələrini  aparmaq  niyyətində  idi.  Lakin  qeyd  etdiyimiz  kimi  Rusiya  erməni 

ailələrini  saxlamaqda  maraqlı  idi.  "xan  ailəsini  Bakıya,  oradan  Həştərxana 

göndərmək lazımdır, lakin əkinçiliklə məşğul olan 50 xoy ailəsini (erməni ailələri - 

Z.  C.)  onlara  verməyə  heç  bir  ehtiyac  yoxdur.  Onlar  həmişəlik  Şəki  əyalətində 



46 

 

yaşamaq  arzusundadır  və  əkinçiliklə  məşğul  olmaq  üçün  bu  ərazini  əlverişli  yer 



hesab edir". (81, s. 748). 

Gen.-l.  Velyaminov  polkovnik  Kiçik  ağaya  bildirdi  ki,  onlara  məxsus  olan 

və şəhərdə yaşayan 50 erməni ailəsini xan ailəsinə vermək mümkün deyil, ona görə 

ki, onlar gen. Yermolova şikayət edərək artıq xan ailəsinin asılılığında qalmaqdan 

imtina edir. Rusiya qanunlarına görə isə erməni ailələri azad adamlar hesab edilir 

və onları başqa yerə getməyə heç kim məcbur edə bilməz (50, s. 761). 

Xoy  ailələrinin  hara  göndərilməsi  məsələsi  bir  müddət  qızğın  müzakirə 

edildi.  Rus  imperiyasının  məqsədi  onları  Həştərxana  sürgün  etmək  idi.  Lakin 

Rusiya  bu  addımın  digər  xanlıqlarda  pis  fikir  yaradacağından  ehtiyat  edib  xan 

ailəsini  və  soyğunçuluqla  məşğul  olan  xoyluları  Yelizavetpola  və  İrana 

göndərməyi  qərara  aldı.  Bu  zaman  şəhər  kənarlarında  yaşayan  bütün  xoy 

ailələrinin  ərazidə  saxlanması  məqsədəuyğun  hesab  edildi.  1819-cu  il  sentyabrın 

30-da  137  xoy  ailəsi  (cəmi  632  nəfər)  polkovnik  Zolotaryovun  100  kazak 

dəstəsinin və İran yasovulunun müşayəti ilə Qarabağa, oradan isə İrana göndərildi 

(82,  s.  757).  Xanın  ailəsi  və  qohumları  isə  oktyabrın  5-də  Yelizavetpola  yola 

salındı (36, s. 757). 

Şəhərdə  olan  50  erməni  ailəsi  xan  ailəsinə  verilmədi.  Cəfərqulu  xanın 

arvadı  Şərəfnisə  xanım  gen.  Velyaminova  yazırdı  ki,  əcdadlarımızdan  bizə  miras 

qalan  erməni  ailələri  əlimizdən  alınaraq  Şəkidə  saxlandı  (51,  s.  764).  Şəhərdə 

saxlanılan  bu  Xoy  ermənilərinin  sayı  1824-cü  ildə  241  nəfərə  çatmışdı.  "Şəhərin 

mərkəzində  yaşayan  76  erməni  ailəsi  Xoy  erməniləri  idi,  yerli  əhali  onların 

yaşadığı ərazini ermənikənd adlandırır" (104, v. 1 - 15). 

1824-cü ildə Şəki əyalətinin aşağıdakı kəndlərində Cəfərqulu xan tərəfindən 

gətirilən erməni ailələlərinin sayı belə idi. 

 

Cədvəl 6 (103) 

 

№ 



Kəndlərin adı 

Ailə sayı 

Kişi 

Qadın 

1. 


Axpelikənd 

83 


278 

222 


2. 

Göybulaq 

134 

358 


284 

3. 


Cəfərabad 

100 


216 

159 


4. 

Daşbulaq 

156 

332 


298 

5. 


Aydınbulaq 

31 


68 

43 


6. 

Xanabad 


12 

31 


17 

7. 


Qayabaşı 

40 


 

 

Cəmi 



556 

1283 

1023 

 

1823-cü  ildə  Cəfərabad  kəndində  yaşayan  ermənilərin  bir  hissəsi  öz 



xahişlərinə  əsasən  Qayabaşı,  bir  hissəsi  isə  Daşbulaqda  olan  boş  torpaqlara 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə