Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

62 

 

Cəfərqulu xan üsyançılara qanlı divan tutdu. 40 nəfər üsyançı həbs edilərək 



qalaya salındı. Cəfərqulu xan belə hesab edirdi ki, üsyançılara ağır cəza vermək və 

bu  işi  əhalinin  gözü  qarşısında  həyata  keçirmək  lazımdır  ki,  xalqı  daim  qorxu 

içərisində  saxlamaq  mümkün  olsun.  Üsyançıların  xeyli  hissəsi  kötəklə  döyülmə 

cəzasına  məruz  qaldı.  Üsyana  qoşulan  bəylər  isə  cəzalandırılmaq  üçün  ciddi 

nəzarət  altında  Tiflisə  göndərildi.  Onlar  burada  Rusiya  qanunları  ilə  mühakimə 

edilərək Sibirə sürgün edildi (85, s. 288). 

 

§ 2. 1814-cü il  Şəki üsyanı 

 

1807-ci  il  Göynük  üsyanı  yatırıldıqdan  sonra  da  Şəkidə  mövcud  üsul 



idarəyə  qarşı  xalqın  ümumi  narazılığına  son  qoymaq  mümkün  olmadı.  1814-cü  il 

noyabrın 8-də Qafqazdakı rus qoşunlarının baş komandanı general N. F. Rtişşevin 

imperatora  göndərdiyi raportdan aydın olur ki,  Cəfərqulu xanın ölümündən sonra 

Şəkiyə  yeni  xanın-İsmayıl  xanın  təyin  edilməsi  yerli  əhalinin  kəskin  müqaviməti 

ilə qarşılandı (6, s. 556). Cəfərqulu xanın sağlığında Rusiyaya sədaqəti ilə diqqəti 

cəlb edən və buna  görə də xanın  varisi  kimi tanınan İsmayıl xanın Şəki  xanı elan 

edilməsi Şəkidə üsyanın başlanılmasına səbəb oldu. Yerli əhali yaxşı başa düşürdü 

ki,  İsmayıl  xan  da  öz  atası  Cəfərqulu  xan  kimi  Rusiyanın  müstəmləkə  siyasətini 

can-başla yerinə yetirəcək. 

Yeni  xanın  hakimiyyətini  rəsmi  şəkildə  elan  etmək  üçün  general-mayor 

Axverdov  Şəkiyə  gəldi.  Bu  xəbəri  eşidən  xalq  qalanın  ətrafına  yığılaraq  öz 

narazılığını  bildirdi.  Xalq  Rusiyadan  asılı  olmaq  istəmir  və  İsmayıl  xanın 

hakimiyyətini  tanımayacaqlarını  bildirirdilər.  Başlanan  üsyana  əhəmiyyətsiz 

yanaşan  Axverdov  mahalları  idarə  edən  bəylərin  və  məliklərin  yığıncağında 

İsmayıl  xanı  Şəki  xanı  elan  edərək  bu  ərazidən  Şirvan  xanlığına  getdi.  Məqsəd, 

vaxtilə  Cəfərqulu  xanla-Şirvan  xanlığı  arasında  yaranmış  ümumi  narazılığa  son 

qoymaq  və  yeni  xanla-İsmayıl  xanla  Mustafa  xan  arasında  rus  imperiyasının 

mənafeyi  naminə  xoş  münasibət  yaratmaq  idi.  General-mayor  Axverdovun 

getməsindən  sonra  xalqın  ümumi  narazılığı  daha  da  artdı.  Üsyan  genişlənərək 

yaxın  kəndlərə  və  xanın  bütün  iqamətgahına  yayıldı.  Üsyançılar  Rusiyapərəst 

İsmayıl  xanın  divanının  bağlanmasını  tələb  edir  və  yeni  xanın  hakimiyyətini 

tanımayacaqlarını bildirirdilər. 

 Üsyanın getdikcə genişlənməsi təhlükəsi Nuxada yerləşdirilmiş Sevastopol 

piyada  polkunun  kapitanı  Denibekovu  cəld  bir  sıra  tədbirlər  həyata  keçirməyə 

məcbur etdi. O, İsmayıl  xanın və Şəkinin bir sıra nüfuzlu bəylərinin  məsləhəti ilə 

üsyan  başçıları  ilə  danışığa  girdi.  Lakin  kapitan  Denibekov  xəyanət  edərək 

danışığa  gələn  4  nəfər  üsyan  başçısının  həbs  olunması  haqqında  əmr  verdi.  Öz 

tərcüməçisini  2  nəfər  kazakla  üsyançıların  yanına  göndərən  Denibekov  onlara 

evlərinə dağılışmağı məsləhət gördü, əks halda silahlı divan tutulacağı ilə hədələdi. 



63 

 

Üsyançılar  şəhər  ətrafına  çəkildi  və  möhkəmlənməyə  başladı.  Kapitan 



Denibekov üsyançıların  güclənməsinə  yol  verməmək üçün  vaxt  itirmədən özü ilə 

70  əsgər  və  bir  top  götürərək  qaladan  çıxıb  üsyançıların  üzərinə  yeridi.  Silahsız 

xalq  müqavimət  göstərməyin  çətin  olduğunu  görərək  əz  yaşayış  yerinə  qayıtdı: 

Şəkidə Üsyan əhval-ruhiyəsini isə uzun müddət yatırmaq mümkün olmadı. 

Məhz  bu  qorxu  Şəki  qalasında  yerləşdirilmiş  qarnizonun  yeni  hərbi 

qüvvələr  hesabına  möhkəmləndirilməsinə  səbəb  oldu.  Vəziyyətin  ağırlığını  görən 

general-mayor  Axverdov  yenidən  Şirvan  xanlığından  Şəkiyə  qayıtmağa  məcbur 

oldu.  O  general  N.  F.  Rtişşevə  göndərdiyi  məlumatda  artıq  sakitliyin  yaranması 

haqqında xəbər verirdi. 

Şəkidə  yaranmış  sakitlik  isə  yalnız  zahiri  xarakter  daşıyırdı.  Mübarizəni 

axıra  qədər  davam  etdirmək  istəyən  250  nəfər  Car  ərazisindən  keçərək  Kaxetiya 

vasitəsilə Tiflisə, general N. F. Rtişşevin yanına getdi. Bundan xəbər tutan general 

üsyançıları  şəhərə  buraxmamaq  haqqında  əmr  verdi.  N.  F.  Rtişşev  tərəfindən 

üsyançıların  yanına  göndərilən  Gürcüstan  qubernotoru  gen.-m.  Simonoviç  və 

Tiflisin hərbi komendantı 16 nəfərlə Tiflisə qayıtdı. Onlar əsasən üsyan başçıları və 

Şəki  xanlığında  əhalinin  daha  çox  inandığı,  hörmət  etdiyi  din  xadimləri  idi. 

General-mayor N. F. Rtişşev nəinki üsyan başçılarının şikayətinə qulaq asdı, hətta 

hiylə  ilə  onları  bu  işdən  çəkindirməyə  çalışdı.  Üsyançıların  möhkəm  dayandığını 

və  geri  çəkilmədiyini  görən  N.  F.  Rtişşev  onları  hərbi  məhkəməyə  verdi. 

Üsyançıların  bir  hissəsi  Sibirə  və  Orenburqa  sürgün  edildi,  bir  hissəsinə  kötəklə 

döyülmə  cəzası verildi,  qalanları isə  cəzalandırmaq üçün İsmayıl  xanın ixtiyarına 

göndərildi. 

Tiflisə  gedən  üsyançılar  İsmayıl  xanın  məmuru  Maqsud  ağanın  başçılığı 

altında  bir  rotanın  müşayəti  ilə  Şəkiyə  qaytarıldı.  Onlar  yeni  xana  və  Rusiya 

imperiyasına sadiq qalacaqlarına and içdi. 

Sonralar Şəki əhalisinin Qafqazda rus qoşunlarının yeni baş komandanı A. 

P.  Yermolova  yazdığı  məktubdan  aydın  olur  ki,  Sibirə  sürkün  olunanlardan  8 

nəfəri  orada  ölmüşdü.  Əhali  sağ  qalanların,  o  cümlədən  Mahmud  ağa 

Hacıxanovun,  Molla  Hacının,  Hacı  Əli  oğlunun,  Məmmədyusif  Səfərovun  və  b. 

geri qaytarılmasını xahiş edirdi (54, s. 730). 

1814-cü  il  üsyanı  yatırıldı.  Təpədən-dırnağadək  silahlanmış  rus  ordusuna 

qarşı  müqavimət  göstərmək  olduqca  çətin  idi.  Buna  baxmayaraq  xalq  yadelli 

əsarətinə-ağalığına  qarşı  öz  qəzəb  və  nifrətini  bildirməkdən  çəkinmirdi.  Şəki 

xanlığına yeni hərbi qüvvələr gətirilir, üsyan baş verməməsi üçün bütün tədbirlər 

görülürdü. 

Görülən  tədbirlərə  baxmayaraq  Azərbaycanın  şimal-qərb  ərazisi 

müstəmləkə əsarətinə qarşı çevrilmiş ən qüvvətli mübarizə mərkəzi olaraq qalırdı. 

İkinci  Rusiya-İran  müharibəsi  zamanı  azadlıq  uğrunda  mübarizə  daha  da 

gücləndi.  Müharibənin  əvvəlində  İran  qoşunlarının  müvəffəqiyyətli  hərbi 

əməliyyatları çarizmin milli müstəmləkə siyasətinə qarşı çıxışların artmasına səbəb 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə