Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

60 

 

yerli əhalinin kəskin müqaviməti ilə qarşılandı.1807-ci il yanvarın 5-də Şəki əhalisi 



bu təyinata etiraz əlaməti olaraq bir neçə Rusiya əsgərini öldürdü. Qafqazdakı rus 

qoşunlarının  baş  komandanı  qraf  Qudoviç  general-mayor  Nebolsinə  əhalini 

tərksilah  etməyi,  ən  cüzi  narazılıqları  ciddi  cəzalandırmağı  tapşırdı.  Şəhər 

əhalisinin  silahlı  çıxışından  ehtiyat  edən  rus  komandanlığı  Cəfərqulu  xanı  ciddi 

mühafizə altında Şəkiyə gətirdi, onun təhlükəsizliyi üçün bütün tədbirlər görüldü. 

Xanın hakimiyyətini tanımaq istəməyənlər isə dərhal həbs edildi (37, s. 275). 

Yerli  əhalini  daim  qorxu  içərisində  saxlamaq  üçün  Cəfərqulu  xan  öz 

adamlarından 500 nəfərlik qoşun saxlayırdı. Görülən bütün tədbirlərə baxmayaraq 

azadlıq mübarizəsini bir an da olsun dayandırmaq mümkün deyildi. Rusiya işğalına 

qarşı ən böyük və birinci üsyan Göynükdə başladı. 

 

§ 1. 1807-ci il  Göynük üsyanı 

 

XIX  yüzilliyin  əvvəllərində  xalq  azadlıq  mübarizəsinin  ən  şanlı 

səhifələrindən  biri  Şəkinin  Baş  Göynük  kəndində  yazılmışdı.  Baş  Göynük  Şəki 

xanlığının  ən  böyük  mahallarından  biri  idi.  1824-cü  il  siyahıya  alınmasına  görə 

burada  3433  nəfər  əhali  yaşayırdı.  Şimali  Qafqaza  gedən  dağ  cığırları  bu  kəndin 

ərazisindən keçirdi. Ona görə də başlanan üsyan işğalçıları vahiməyə salmış, onları 

dərhal  ciddi  tədbirlər  görməyə  məcbur  etmişdi.  Şəkidə  yerləşdirilmiş  Kabardin  - 

muşketyor  polkunun  mayoru  Qrekovun  Qafqazdakı  rus  qoşunlarının  baş 

komandanı qraf Qudoviçə göndərdiyi 48 №-li raportda bu üsyan haqqında maraqlı 

məlumat var (65, s. 279). 

Üsyan  1807-ci  il  aprelin  28-də  başladı.  Baş  Göynük  və  Aşağı  Göynük 

kəndlərini  əhatə  edən  üsyan  qısa  müddətdə  yaxınlıqdakı  Burs  kəndinə  yayıldı. 

Üsyana  Baş  Göynük  kənd  sakini  sultan  Murad  başçılıq  edirdi.  Göynük  əhalisi 

bütünlüklə  yaşayış  yerini  tərk  edərək  Burs  kəndi  yaxınlığındakı  dərədə  düşərgə 

yaratdı. Üsyançılar Şəki xanı Cəfərqulu xanın göstərişlərinə tabe olmaqdan boyun 

qaçırdı. Bu əslində Rusiya hakimiyyətini tanımaqdan imtina etmək idi. 

Üsyanın  getdikcə  genişlənməsi  və  digər  ərazilərə  yayılması  təhlükəsi 

gündən-günə  artırdı.  Üsyançılar  Şirvan  xanı  Mustafa  xanla  da  əlaqə  yaratdılar. 

Şirvan  xanı  üsyançılara  möhkəm  dayanmağı  və  Cəfərqulu  xana  tabe  olmamağa 

çağırdı. 

Əvəzində isə o yaxın vaxtlarda üsyançılara hərbi qüvvə ilə yardım edəcəyini 

vəd etdi. 

Üsyanın  getdikcə  genişlənməsi  qorxusu  işğalçıları  öz  qüvvələrini 

səfərbərliyə  almağa  vadar  etdi.  Mayor  Qrekov  özü  ilə  100  nəfər  əsgər  və  hərbi 

sursat götürərək üsyançıların üzərinə yeridi. Cəfərqulu xanla İlisu sultanının 1000 

nəfərlik birləşmiş  hərbi qüvvələri onlara qoşuldu. Üsyançılarla birləşmiş qüvvələr 

arasında  qanlı  döyüş  başladı.  Qeyri-bərabər  döyüşdə  güclü  müqavimətlə  üzləşən 

rus  işğalçıları  toplardan  istifadə  edərək  üsyançılar  arasında  çaxnaşma  yaratdılar. 




61 

 

Top  atəşi  üsyançıların  sıralarını  dağıtdı.  Pərakəndə  düşən  əhali  dağlara  çəkildi. 



Üsyançılar  möhkəm  dayanaraq  Mustafa  xandan  vəd  olunan  köməyi  gözləyirdi. 

Lakin  gözlənilən  köməyi  almaq  mümkün  olmadı.  3  gün  davam  edən  şiddətli 

döyüşdən  sonra  qüvvələri  tükənən  üsyançılar  təslim  oldu.  Üsyan  başçısı  sultan 

Murad öz ailəsi ilə birlikdə dağlara qaçdı və yalnız bir neçə gündən sonra çətinliklə 

ələ keçirildi. Üsyan yatırıldıqdan sonra kənd əhalisi öz yaşayış yerinə qaytarıldı və 

rus  qoşunlarının  təzyiqi  altında  Cəfərqulu  xana,  Rusiya  taxt-tacına  sadiq 

qalacaqlarına and içdi. Sultan Murad isə Şəkiyə gətirilərək qalaya salındı. Sonralar 

sultan  Murad  öz  igidliyi  sayəsində  qaladan  qaçmış,  Cara  gedərək  bu  ərazidə 

müstəmləkə əsarətinə qarşı mübarizəni davam etdirmişdi (22, s. 543-544). 

1807-ci  il  Göynük  üsyanının  yatırılmasına  baxmayaraq  onun  böyük  tarixi 

əhəmiyyəti  var  idi.  Bu  üsyandan  sonra  azadlıq  mübarizəsi  yeni  qüvvə  ilə 

genişləndi. Üsyan xalqın işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsinin şanlı 

simvoluna çevrildi. 

1808-ci  ilin  əvvəlində  Şəki  xanlığında  azadlıq  mübarizəsi  yeni  vüsət  aldı. 

Bu mübarizənin başında öz vətənini tərk edib İrana qaçmaq məcburiyyətində qalan 

Səlim xan dayanırdı. 

1808-ci ilin iyununda Səlim xan Şəkinin bir sıra nüfuzlu bəylərinə  məktub 

göndərdi.  O  məktubunda  bildirirdi  ki,  tezliklə  böyük  qoşunla  Şəkiyə  gələcək, 

işğalçıları qılıncdan keçirəcək, Cəfərqulu xanı isə Şəkidən qovacaqdır. Səlim xan 

əhalini qanlı və amansız işğal rejiminə qarşı çıxışlara təhrik edir, hücum ərəfəsində 

bütün qüvvələrin səfərbərliyə alınmasını zəruri hesab edirdi. 

Səlim  xanın  məktubundan  xəbər  tutan  Cəfərqulu  xan  öz  qoşunu  ilə  dərhal 

müxtəlif  ərazilərə  getdi.  O  Səlim  xanla  əməkdaşlıq  edən  bəyləri,  onların  yaxın 

qohumlarını girov götürərək Şəki qalasına saldı (66, s. 287). 

1808-ci  ilin  iyununda  Səlim  xan  böyük  qoşunla  Kürə  yaxınlaşdı.  Kür 

sahilindəki kəndlərin əhalisi Səlim xana qoşuldu. Bütün qüvvələri səfərbərliyə alan 

Səlim  xan  Şəkiyə  hücuma  hazırlaşdı.  Bu  xəbəri  eşidən  Cəfərqulu  xan  dərhal  öz 

qoşunu ilə Kür sahilinə gəldi. General-mayor Nebolsinin və polkovnik Lisaneviçin 

başçılığı  altında  olan  600  piyada  və  bir  top  Cəfərqulu  xana  köməyə  göndərildi. 

Qafqazdakı  rus  qoşunlarının  baş  komandanı  qraf  Qudoviç  Cəfərqulu  xana 

göndərdiyi  təlimatda  Səlim  xanı  diri  tutmağı  və  bu  işdə  əlindən  gələni 

əsirgəməməyi tapşırırdı. 

Cəfərqulu  xanın  getməsindən  istifadə  edən  şəhər  əhalisi  qiyam  qaldıraraq 

Səlim xanın tərəfdarlarına qoşuldu. Bu zaman Səlim xanın məmuru Məmməd bəy 

500 nəfərlik qoşunla Nuxa qalasının 50 verstliyinə gəlib çatdı. Kür sahilində böyük 

hərbi  qüvvə  ilə  qarşılaşmaqdan  vaz  keçən  Səlim  xan  İrana  qayıtdı.  Bu  isə 

Cəfərqulu  xana  Şəkidə  başlamış  qiyamı  asanlıqla  yatırmağa  imkan  verdi. 

Cəfərqulu  xan  900  nəfərlik  rus  qoşunu  ilə  üsyançıların  üzərinə  yeridi.  Məmməd 

bəyin qüvvələri geri oturduldu. Üsyan məğlub oldu. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə