Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

64 

 

oldu.  Bu  çıxışlar  işğalçılarla  yanaşı  çarizmə  qulluq  edən  yerli  feodalların 



özbaşınalığı və zorakılığı əleyhinə də çevrilmişdi. 

1826-cı ildə Şəki əhalisi yenidən üsyan qaldırdı. Qorxuya düşən Rusiya öz 

qoşunlarını  şəhərdən  çıxarmaq  məcburiyyətində  qaldı.  Səlim  xanın  oğlu  Hüseyn 

xan  yaranmış  vəziyyətdən  istifadə  edərək  xanlığı  ələ  keçirdi.  Lakin  1826-cı  ilin 

sonunda  rus  qoşunlarının  qələbəsindən  sonra  hakimiyyəti  əldə  saxlaya  bilməyən 

Hüseyn xan İrana getdi. Şəkidəki rus hərbi qüvvələri artırıldı. 1827-ci ildə bəylərin 

böyük bir hissəsi İrana getmək məcburiyyətində qaldı. Onlara məxsus olan əmlak 

isə Rusiyanın dövlət xəzinəsinin ixtiyarına keçdi (106, v. 13-14). 

 

§ 3.   1830-cu il Car-Balakən üsyanı 

 

Şimal-qərbi  Azərbaycanda    çarizmin  müstəmləkə  əsarətinə  qarşı  çevrilmiş 

ən böyük üsyanlardan biri də 1830-cu ildə baş verən Car-Balakən üsyanı idi. 

1803-cü ildə rus qoşunları Car-Balakənə daxil olduqları ilk gündən burada 

əhalinin  güclü  müqaviməti  ilə  qarşılaşmışdı.  Azadlıq  uğrunda  mübarizə  aparan 

qəhrəman  xalqı diz çökdürə bilməyən işğalçılar Car-Balakənin daxili idarəçiliyini 

1830-cu  ilə  qədər  saxlamağa  məcbur  olmuşdu.  1830-cu  ildə  isə  Car-Balakən  qəti 

şəkildə  işğal  edildi.  Car-Balakənin  Rusiya  tərəfindən  işğal  edilməsinə  etiraz 

əlaməti  olaraq  xalqın  böyük  üsyanı  başladı.  Üsyan  ərəfəsində  Car-Balakəndə 

müridizm ideyalarının geniş şəkildə yayılması azadlıq uğrunda gedən mübarizənin 

ideologiyasına  çevrilmişdi.  Müridizmin  məğzində  sihadla  şəhidlik  fəlsəfəsi  bir-

birini  tamamlayırdı.  Burada  torpaq  təəssübkeşliyi  ilə  yanaşı  din  müqəddəsliyi  də 

mühüm yer tuturdu. 

Üsyan  ərəfəsində  Car-Balkəndə,  xüsusilə  Car,  Balakən  və  Katex 

icmalarında müridizmin çoxlu tərəfdarları var idi. Müridizmin tərədarları içərisində 

müxtəlif  qruplar-tacirlər,  sənətkarlar,  kəndlilər  birləşmişdi.  İşğala  qarşı  mübarizə 

onları birləşdirən başlıca və əsas məqsəd idi. 

1830-cu  ilin  mayında  Şimalı  Qafqaz  mürüdlərinin  rəhbəri  şeyx  Şaban 

carlılara  müraciət  edərək  onları  xainlərə  qarşı  mübarizəyə  çağırdı.  Bu  müraciət 

bütün icmalarda böyük əks-səda doğurdu. Şeyx Şaban öz müraciətində xalqı təkcə 

rus-işğalçılarına  qarşı  deyil,  eyni  zamanda  onların  tərəfinə  keçən  iri  torpaq 

sahiblərinə  qarşı  fəal  mübarizəyə  çağırırdı.  Təsadüfi  deyil  ki,  şeyx  Şabanın 

müraciətini  Car  icmasının  yığıncağında  oxuyan  qazı  onun  ayaqları  altına  salıb 

tapdaladı. 

İyunun əvvəlində Car-Balakən icmasında başlanan həyəcan rusları qorxuya 

saldı və öz qüvvələrini səfərbərliyə almağa məcbur etdi. Əhali hər yerdə açıq-aşkar 

rusların  tələblərini  yerinə  yetirməkdən  boyun  qaçırır,  öz  üzərlərinə  götürdükləri 

mükəlləfiyyətləri  ödəməkdən  imtina  edirdilər.  Belə  bir  vaxtda  şeyx  Şabanın  ilk 

dəstələri Balkənin 15 kilometrliyinə gəlib çıxdı. Şeyx Şaban camaatlara göndərdiyi 

məktublarda onları mübarizəyə başlamağa və onun tərəfinə keçməyə çağırdı. 




65 

 

Rusiya  əvvəlcə  varlı  toxum  başçıları  və  din  xadimlərinin  vasitəçiliyi  ilə 



şeyx  Şabanla  danışığa  girməyə  cəhd  göstərdi.  Onlar  Şabandan  bu  yürüşdən  əl 

çəkərək geri qayıtmağı tələb etdilər. Lakin göstərilən bütün cəhdlər nəticəsiz qaldı. 

İyunun 21-də döyüş başladı. Şeyx Şabanın dəstələri sürətlə hərəkət edərək 

Qəbizdərəni  keçdi  və  Balakənə  yaxınlaşdı.  Yolda  onlara  Balakən,  Katex,  Car  və 

Zaqataladan olan atlı dəstələri də qoşuldu. Rus qoşunları ilə gedən şiddətli vuruşma 

bir  neçə  gün  davam  etdi.  Döyüş  toplarından  istifadə  edən  rus  qoşunları  qələbə 

qazandı.  Şeyx  Şaban  dağlara  çəkildi.  Şeyxin  Balakənə  hücumu  zamanı  ona 

qoşulanların böyük əksəriyyəti həbs olundu. İlk müvəffəqiyyətdən razı qalan ruslar 

sərt  cəza  tədbirlərinə  əl  atdılar.  Əhali  üzərinə  qoyulan  vergilər  artırıldı  və  onun 

yığılması  başlandı.  İşğalçılar  əhalini  bir  sıra  ağır  mükəlləfiyyətləri  yerinə 

yetirməyə  məcbur  edirdilər.  Onların  bir  hissəsi  tikilməkdə  olan  Zaqatala  qalasına 

tikinti materialı daşıyıb gətirməli, onun inşasını sürətləndirmək üçün bir sıra işləri 

görməli idi. 

Lakin  iyun  üsyanından  sonra  Carda  mövcud  olan  vəziyyət  nəinki  yoluna 

düşdü,  əksinə  daha  da  gərginləşdi.  Əgər  iyun  üsyanı  ərəfəsində  şeyx  Şaban  Car-

Balakənlilərin  ona  qoşulacağına  tam  əmin  deyildisə,  indi  carlılar  işğalçılara  qarşı 

mübarizədə  təşəbbüsü öz  əllərinə  almışdılar. Onlar passiv  şəkildə  dağlıların gəlib 

çıxmasını  gözləmir,  əksinə  özləri  yeni  üsyana  hazırlaşırdılar.  Vəziyyətin  kəskin 

olduğunu  görən  Zaqatala  qalasındakı  rus  qoşunlarının  komandanı  Sergeyev  hətta 

qraf Paskeviçdən iyun üsyanı zamanı həbs olunanların cəzalandırılmasını bir qədər 

ləngitməyi  xahiş  edirdi.  Onun  fikrincə  bu  hadisə  vəziyyəti  bir  qədər  də 

mürəkkəbləşdirə  bilərdi.  Paskeviç  isə  nəinki  günahkarların  qısa  müddətdə 

cəzalandırılmasını  istəyir,  eyni  zamanda  Car-Balakən  camaatlarının  Tiflisdə  olan 

girovlarının həbs olunmasını tələb edirdi. Nəhayət, Sergeyevin ciddi xahişlərindən 

sonra  o  iyun  üsyanı  zamanı  həbs  olunanların  cəzalandırılmasını  1831-ci  ilin 

yanvarınadək təxirə saldı. 

Car-Balakən  camaatlığında  mövcud  vəziyyəti  qiymətləndirən  dağlıların 

silahlı qüvvələri 1830-cu ilin sentyabrında yenidən toplaşmağa başladı. 

Car-Balakən  üsyançıları  ilə  əlaqə  yaradıldı.  Bu  dəfə  hərəkatın  başında 

Həmzət bəy dururdu. 2 minə qədər silahlı dağlı qoşunlarının düzənlikdə görünməsi 

üsyanın başlamasına işarə oldu. 

Üsyan ərəfəsində rus qoşunları içərisində yayılan epidemiya ciddi qarışıqlıq 

yaratmışdı. Yeni Zaqatala qalasının tikintisi dayandırıldı. Üsyan genişlənərək İlisu 

sultanlığının da ərazisinə yayıldı. 

Oktyabrın 10-da ruslar yeni hərbi qüvvələr gətirdi. Rusiya başlanmış üsyan 

zamanı qüvvələri parçalamaq məqsədi ilə yenə də ingiloyları öz tərəfinə çəkməyə 

cəhd göstərdi. Rusiya ingiloylara müraciət edərək onları üsyançılara qoşulmamağa 

çağırdı,  əvvəzində  isə  onları  bütün  vergi  və  mükəlləfiyyətlərdən  azad  edəcəyini 

bildirdi.  Həmzət  bəy  hücuma  keçərək  tikilməkdə  olan  Zaqatala  qalasındakı  rus 

qoşunlarının  bir  hissəsini  mühasirəyə  aldı.  Oktyabrın  13-qalanın  xarici  aləmlə 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə