Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

57 

 

1846-cı  ilin  birinci  yarısında  Şəkidə  sənətkar  birliklərində  çalışanların  sayı 



aşağıdakı kimi idi: 

  

 



Ustaların sayı 

Fəhlələrin sayı 

Başmaqçılar 

200 

257 


Papaqçılar 

35 


90 

Dərzilər 

140 

280 


Yəhərqayıranlar 

22 


10 

Zərgərlər 

10 



Silahqayıranlar 



Çilingərlər 



Dəmirçilər 



30 

30 


Misgərlik 



Xarratlar 

45 


30 

Qayayçılar 

50 


(119, s. 329). 

 

Car-Balakən  və  İlisu  ərazisində  sənətkarlığın  inkişaf  edən  sahələri  əsasən 



çəkməçilik, sərraclıq, dəmirçilik, misgərlik idi. 

 

İllər 



1858 

1859 

1860 

862 

Sənətlər 

 

 

 



 

Çörəkçilər 

22 

28 


31 

30 


Qəssablar 

13 


12 

11 


10 

Dərzilər 

94 

75 


85 


Çəkməçilər 

66 


69 



Papaqçılar 

35 


32 

26 


35 

Başmaqçılar 





58 

Sərraclar 

25 

22 


17 


Yerbelləyənlər 

25 




Dəmirçilər 

22 


14 



Misgərlər 

28 


18 

14 



(129, s. 39). 

 

Şəki  əyalətindən  fərqli  olarq  Car-Balakən  və  İlisu  ərazisində  sənətkarlıq 



məhsullarının böyük hissəsi kustar üsulla evlərdə hazırlanırdı. Kətandan hazırlanan 

kisələr,  sıx  mahuddan  hazırlanan  paltarların  az  bir  hissəsi  satılırdı.  Qalan  hissəsi 

dağıstanlıların  gətirdiyi  qoyuna,  yuna,  yapıncıya,  barıt  və  tüfəngə  dəyişdirilirdi. 

Gürcüstanda isə bu malları adətən duz və dəmirə dəyişirdilər. 




58 

 

Şimal-qərbi Azərbaycanda yaşayan əhalinin başlıca məşğuliyyəti əkinçilik, 



ipəkçilik və heyvandarlıq idi. Bununla yanaşı üzümçülük də geniş yayılmışdı. 

Şəkidə  xanlıqlar  zamanı  alınan  bir  çox  vergilər  komendant  üsul  idarəsi 

zamanında  da  saxlanırdı.  Vergilərin  geniş  yayılmış  növü  malcəhət  idi.  Məhsulun 

onda bir hissəsi şəklində alınan bu vergi ilə yanaşı darğalıq, bayramlıq, qapan pulu, 

bağbaşı və s. adda vergilər də var idi. 

Car-Balakən  və  İlisuda  əsas  vergi  keşkəl  vergisi  hesab  olunurdu.  Bu  vergi 

əsasən natura ilə alınırdı. Keşkəl vergisi müəyyənləşdirilərkən torpağın münbitliyi 

daha çox nəzərə alınırdı. Bu vergi bir qayda olaraq taxıl, buğda, arpa, bəzi hallarda 

isə  darı  və  çəltiklə  ödənirdi.  XVIII  əsrin  sonuna  qədər  keşkəl  vergisi  o  qədər  də 

böyük deyildi və  uzun müddət onun həcmi dəyişməz qalmışdı. Rusiya  tərəfindən 

ərazinin  işğal  edilməsindən  sonra  bu  vergi  xeyli  artırılmışdı.  Məsələn  ən  böyük 

kəndlərdən  biri  olan  Əliabadda  hər  keşkəl  sahəsindən  alınan  vergi  20  çanaxdan  5 

tağara,  Çobankolda  10  çanaxdan  3  tağara,  Qarabaldırda  2  çanaxdan,  Lələlidə  3 

çanaxdan  8  tağara  qədər  artırılmışdı.  XIX  əsrin  I  yarısında  Car-Balakən  hərbi 

dairəsində  yığılan  keşkəl  vergisinin  həcmi  ayrı-ayrı  kəndlərdə  müxtəlif  idi.  Əksər 

hallarda  keşkəl  vergisi  yığılan  məhsulun  30%-ni,  bəzi  hallarda  isə  40%-ni  təşkil 

edirdi. 

Car-Balakən  dairəsində  əhalidən  alınan  verginin  bir  hissəsi  də  evdə 

toxunmuş  kətandan  alınan  vergi  idi.  Əvvəl-lər  bu  vergi  hər  keşkəl  sahəsindən 

alınan  verginin  bir  payına  bərabər  idi,  lakin  sonralar  onun  da  həcmi  artmağa 

başladı.  XIX  əsrin  əvvəllərində  bu  verginin  alınmasına  çox  da  təsadüf  edilmirdi. 

Bu  əmtəə  dövriyyəsi  ilə  əlaqədar  idi.  Belə  ki,  digər  ərazilərdən  gətirilən  pambıq 

parçalar yerli kustar istehsalını sıxışdırıb aradan çıxarırdı.  Lakin kətan istehsalına 

görə  alınan  verginin  sıradan  çıxması  keşkəl  vergisinin  artırılması  ilə  müşayət 

olunurdu. 

İlisu  sultanlığında  ipəyin  boyanmasından  və  sarınmasından  və  Alazan 

keçidlərindən alınan vergilər də var idi. 

Car-Balakən  və  İlisu  sultanlığında  keşkəl  sahibləri  kədliləri  öz 

təsərrüfatlarında  biyara  işlətməsələr  də  bəzən  onlara  bir  sıra  ağır  işlər 

gördürürdülər ki, bu işlər də öz mahiyyəti etibarilə ilə biyarı xatırladırdı. Kəndlilər 

öz ağaları üçün dağdan odun gətirir, tikinti işləri üçün müxtəlif  meşə  materialları 

daşıyır, avarların yay və qış otlaqlarına köçü zamanı onların əşyalarını daşıyırdı. 

Mükəlləfiyyətlər  içərisində  keşkəl  sahiblərinin  bayram  şənlikləri  zamanı 

bəxşiş  verməsi  xüsusi  yer  tuturdu.  İli  suda  kəndlilər  sultana  bayram  günündə  və 

ailə şənliklərin ―könüllü bəxşiş‖-tut arağı, fındıq, sirkə verməli idilər. XIX əsrdə bu 

―bəxşişin‖  ölçüsü  xeyli  artırılırdı.  Rusiya  işğalı  dövründə  bu  pay,  at,  mal-qara, 

hərdən 30 manat və daha artıq pulla alınırdı.  Məhsul yığımı zamanı kəndli keşkəl 

sahibinə  kömək  etməli  idi.  Başlanğıcda  bu  kömək  xarakteri  daşısa  da  əslində  ən 

ağır mükəlləfiyyət idi. 

 



59 

 

III FƏSİL 

 

XIX  yüzilliyin  əvvəllərində  Azərbaycanın  şimal-qərb  ərazisi  çarizmin 



müstəmləkə  əsarətinə  qarşı  çevrilmiş  azadlıq  mübarizəsinin  ən  güclü 

mərkəzlərindən biri idi. Hələ birinci rus-İran müharibəsinin qızğın çağında, işğalın 

başa  çatmadığı  bir  vaxtda  xalqın  yadelli  əsarətinə  qarşı  apardığı  qəhrəmanlıq 

mübarizəsi tariximizin şanlı  sahifələrindən birini təşkil edir. İşğalın ilk  günündən 

bu  ərazidə  yadelli  ağalığına  qarşı  güclü  müqavimət  göstərilmişdi.  Qafqaz 

Arxeoqrafiya Komissiyasının Aktlarında toplanan mühüm sənədlər bunu bir daha 

təsdiq edir. 

1803-cü  ildə  rus  qoşunları  Car-Balakənə  soxulduğu  ilk  gündən  güclü 

müqavimətlə  qarşılaşdı.  Məhz  xalqın  qəhrəmanlıq  mübarizəsi,  igidliyi,  düşmənə 

göstərdiyi güclü müqavimət ərazinin bütünlüklə işğal edilməsinə mane oldu. 1830-

cu  ilədək  Car-Balakən  daxili  idarəçilik  qaydalarını  qoruyub  saxladı.  Rus  ordusu 

özünün ən yaxşı generallarını məhz Car döyüşlərində itirdi, Car-Balakən əhalisinin 

dağlı  tayfaları  ilə  birlikdə  apardığı  qəhrəmanlıq  mübarizəsi  Qafqaz  xalqlarının 

ümumi düşmənə qarşı azadlıq mübarizəsinin həmrəyliyinə çevrildi. Güclü düşmən 

qarşısında  geri  çəkilməyən  Azərbaycan  oğulları  işğalçıları  dəfələrlə  ağır 

məğlubiyyətə  uğratdı.  Məhz  bu  güclü  müqavimət  öz  nəticəsini  verdi.  İşağalçı  rus 

qoşunları Azərbaycanın içərilərinə bu ərazidən soxula bilmədi. Digər tərəfdən rus 

imperiyasının  dağlı  tayfalarının  azadlıq  mübarizəsinə  arxadan  zərbə  vurmaq 

planları boşa çıxdı. 

1805-ci  ildə  Şəki  xanlığının  Rusiya  imperiyacına  birləşdirildiyi  ilk  gündən 

düşmən qüvvələrinə qarşı qeyri-bərabər döyüş başladı. Amansız düşmənlə apardığı 

mübarizədə minlərlə həmvətənimiz şəhid oldu. Mülkiyyəti əlindən alınan, qüruru, 

şərəf  və  ləyaqəti  təhqir  olunan  el  oğullarının  son  damla  qanınadək  apardığı 

mübarizə  inadlı  və  mətin  idi.  Düşmən  fitnəsi,  hiyləsi  qarşısında  sarsılmayan  el 

oğulları ölümü hər şeydən üstün tutur, sürgünlər və  həbsxanalar onları müqəddəs 

əməllərindən ayırmırdı. İmperiya əsarəti ilə barışmaq istəməyən qəhrəman oğullar 

öz  vətənlərini  tərk  etmək  məcburiyyətində  qalırdı,  lakin  bununla  belə  öz 

mübarizələrini bir an da olsun dayandırmırdılar. 

Hələ  1806-cı  ildə  xəyanətlə  barışmaq  istəməyən  Səlim  xan  rus  qoşunları 

üzərinə  hərəkət  edərək  onlardan  bir  neçəsini  öldürmüş,  Tiflis  alayının  2  rotasını 

şəhərdən qovmuşdu. Güclü düşmənə qarşı təkbətək mübarizəyə qalxan Səlim xanın 

şücaəti işğalçılara bir daha göstərdi ki, bu el oğulları namus, el qeyrətini hər şeydən 

üstün  tutur.  Heç  bir  firavan  həyat,  xan  titulu  onları  müqəddəs  əməllərdən  - 

işğalçılara qarşı mübarizədən uzaqlaşdıra bilməz. 

Xoylu  Cəfərqulu  xanın  Şəkiyə  hakim  təyin  edilməsi  yerli  əhalinin 

narazılığını  daha  da  artırdı.  Cəfərqulu  xan  Rusiyanın  müstəmləkəçilik  siyasətini 

can-başla  həyata  keçirir,  bu  məqsədlə  xalqı  çapıb  talamaqla  kifayətlənmir,  eyni 

zamanda onu təhqir edir  və alçaldırdı. Cəfərqulu xanın  Şəkiyə  xan təyin edilməsi 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə