Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

66 

 

əlaqəsi  bütünlüklə  kəsildi.  Ətraf  meşəliklərdə  əlverişli  döyüş  mövqeyi  tutan 



üsyançılar qaladakı rus əsgərlərinə ərzaq və odun aparan hərbiçilərə hücum edirdi. 

Bu müddət ərzində üsyan demək olar ki, bütün Car-Balakən əyalətini bürümüşdü. 

Yaranmış  vəziyyətdən  çıxış  yolunu  ruslar  hücuma  keçməkdə  görürdülər. 

Oktyabrın  15-də  rus  qoşunları  üsyançılar  üzərinə  əks  hücuma  keçdilər.  Köməyə 

gələn  1500  rus  əsgərinin  komandanı  Strekalov  Katex  yolunun  solundan  hərəkət 

edərək  qalanın  2  kilometrliyində  olan  yüksəkliyi  ələ  keçirdi.  O,  qoşunun  bir 

hissəsinə  meşədə  döyüş  mövqeyi  tutmağı  əmr  etdi,  özü  isə  qala  üzərinə  hücuma 

keçdi. Lakin şiddətli döyüş nəticəsində mühasirəyə düşən rus qoşunları iki hissəyə 

parçalandı və darmadağın edildi. Rus qoşunları ağır məğlubiyyətə uğradı və böyük 

itki verdi. 6 rus zabiti, 243 əsgər öldürüldü, yüzdən çoxu isə yaralandı. Bütövlükdə 

400-dən  çox  rus  əsgəri  sıradan  çıxarıldı,  onların  bütün  döyüş  sursatı  üsyançıların 

əlinə keçdi. 

Rus  qoşunlarının  ağır  məğlubiyyəti  əslində  rus  silahının  acizliyi,  xalqın 

qəhrəmanlıq  mübarizəsinin  qanunauyğun  nəticəsi  idi.  Bu  məğlubiyyət  bütün 

Zaqafqaziyada Rusiyanın siyasi və hərbi nüfuzuna ciddi təsir göstərdi. 

15  oktyabr  qələbəsi  üsyançılar  arasında  geniş  əks-səda  doğurdu.  Əvvəllər 

tərəddüd  edənlər  də  üsyançıların  tərəfinə  keçdi.  Oktyabrın  sonunda  üsyançıların 

sayı 10 min nəfərə çatırdı. 

Lakin  üsyançılar  əldə  etdiyi  nailiyyəti  axıra  qədər  qoruyub  saxlaya 

bilmədilər.  Noyabrın  əvvəlində  üsyançılarn  vəziyyəti  pisləşdi.  Rus  qoşunlarına 

yeni  qüvvələr  köməyə  gəldi.  Bu  qoşunlar  Əlibaddan  üsyançılara  gələn  taxılın 

qarşısını  kəsdi.  Üsyançılar  içərisində  aclıq  başladı.  soyuqların  düşməsi,  yoluxucu 

xəstəliklərin yayılması da vəziyyəti  ağırlaşdırdı. 

Yaranmış  vəziyyətdən  istifadə  edən  ruslar  noyabrın  8-də  Tala  icmasını 

tutdular.  Lakin  üsyançılara  ağır  zərbə  onların  düşərgəsində  vuruldu.  Üsyançılar 

üzərində  qazandığı  ilg  qələbəni  ruslar  diplomatik  yolla  möhkəmləndirməyə 

çalışırdılar. Rusiya Şeyx Şaban və Həmzət bəylə danışığa girərək onları hərəkatdan 

ayırmağa cəhd göstərirdi. Bu isə üsyançıların qüvvələrini parçaladı və mübarizəni 

zəiflətdi.  Yaranmış  vəziyyətdən  istifadə  edən  rus  qoşunları  noyabrın  14-də  üç 

istiqamətdə  Cara  hücuma  keçdi.  Carlı  və  dağlı  tayfaları  kəskin  müqavimətə 

baxmayaraq  öz  mövqelərini  saxlaya  bilmədilər.  Qaladan  çıxarılan  üsyançılar 

dərəyə  endi.  Köhnə  Zaqatala  və  Carı  ələ  keçirən  rus  qoşunlarının  üsyançılarla  əsl 

müharibəsi başladı. İkiqat hərbi üstünlüyə malik olan ruslar üsyançıları güclü atəşə 

tutdu. 3 nəfər öldürüldü, onlarla üsyançı yaralandı. 

Rus  qoşunları  üsyançıları  məğlub  etməklə  öz  işlərini  bitmiş  hesab 

etmirdilər.  Onlar  Carı  bütünlüklə  yer  üzündən  silməyə  çalışırdılar.  Xilas  olan 

üsyançıların bir hissəsi dağlara qaçmaqla canını qurtardı. 

Üsyan  yatırıldı.  Üsyan  iştirakçılarına  amansız  divan  tutuldu.  Müqavimətin 

dayandırılmasına  baxmayaraq  işğalçılar  evləri  dağıdır,  bağları,  əkin  yerlərini 

yandırırdı. 




67 

 

Üsyan  başçılarından  32  nəfəri  həbs  edilərək  Tiflisə  göndərildi.  Həbs 



olunanlar  içərisində  Çapar-Əli,  Nuxlu  və  Çimçili  toxumlarının  üzvləri,  Katex, 

icmasının  starşinası  Kutur  Süleyman  oğlu,  Katex  sakini  İbrahim  Zəkər  oğlu  və 

Carda mürüdizmin fəal təbliğatçısı səfər Hacı oğlu da var idi. Köhnə Zaqatala və 

Car demək olar ki, tamamilə dağıdıldı. Carın əhalisi düzənliyə, o cümlədən Cardan 

25  km  aralı  olan  Danaçıya,  bir  hissəsi  isə  Gürcüstana  köçürüldü.  Carlılar  bütün 

mülkiyyətlərini itirdilər. Onlar silah gözdirmək hüququndan məhrum edildi. 

Üsyanın  məğlub  olmasına  və  üsyançılara  amansız  divan  tutulmasına 

baxmayaraq  1830-cu  ilin  dekabrında  Balakəndə  mübarizə  yenidən  qızışdı. 

Noyabrda  üsyanın  məğlub  olmasından  sonra  dağlara  qaçan  üsyançılar  yenidən 

dağlı tayfaları ilə birləşməyə başladı. Bu dəfə üsyan mərkəzi Balakən idi. Əvvəlki 

hadisələrdən  qorxuya  düşən  rus  komandanlığı  Balakənə  2  kazak  batalyonu 

göndərdi.  Ansuxlular  da  üsyana  qoşuldu  və  üsyançıların  sayı  iki  minə  çatdı.  Bu 

hərbi qüvvənin başında Əliçulla Məhəmməd dururdu. 

Dekabrın  15-də  hücuma  keçən  üsyançılar  3  gündən  sonra  Balakən 

icmasının Sabluani kəndini ələ keçirdilər. Əliçulla Balakən camaatına və kəndxuda 

Murtuz  Əli  oğluna  müraciət  edərək  dərhal  onunla  birləşməyə  çağırdı.  Camaatın 

əksəriyyəti bu çağırışa qoşuldu. Üsyan genişləndi.  

Qraf  İ.  F.  Paskeviç  cəld  bir  sıra  tədbirlər  həyata  keçirdi.  General  baron 

Rozen Yeni Zaqatala qalasına ezam edildi. 

Dekabrın 22-də rus qoşunları 2 istiqamətdə Balakən üzərinə hücuma keçdi. 

Şiddətli  döyüş  axşama  qədər  davam  etdi.  Gecənin  qaranlığından  istifadə  edən 

üsyançılar müqaviməti dayandırıb dağlara çəkildi. Balakənlilərin bir hissəsi isə öz 

ailələri ilə birlikdə meşəliklərdə gizləndi. 

Məğlubiyyətlə başa çatmasına baxmayaraq 1830-cu il iyun-dekabr üsyanın 

çox böyük tarixi əhəmiyyəti var idi. 

 

§ 4.  1838-ci il Şəki üsyanı 

 

1819-cu ildə Şəki xanlığı ləğv edildi. Şəkidə komendant üsul-idarəsi tətbiq 



edildi.  Şəki  əyalətinin  idarəçiliyi  hərbi  dairə  rəisinə  tabe  olan  komendanta 

tapşırıldı.  Komendantların  özbaşnalığı,  zorakılığın  geniş  yayılması  əhalinin 

vəziyyətini  tamamilə  ağırlaşdırdı.  Xanlıq  zamanı  mövcud  olan  vergi  və 

mükəlləfiyyətlərlə yanaşı yeni vergilər tətbiq edildi. 

Çıxılmaz  vəziyyətə  düşən  xalq  çıxış  yolunu  yenə  də  silaha  əl  atmaqda 

görürdü. 

1838-ci il Şəki üsyanı XIX əsrin I yarısında şimal-qərbi Azərbaycanda baş 

verən  ən  böyük  üsyanlardan  biri  idi.  Bu  üsyanın  xarakterik  xüsusiyyəti  ondan 

ibarət  idi  ki,  müstəmləkə  əsarətinə  qarşı  çevrilmiş  azadlıq  mübarizəsində  Şəki 

əhalisi ilə yanaşı dağlı tayfaları da iştirak edirdi. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə