Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   29   30   31   32   33   34   35   36   37

68 

 

Mənbələrin  verdiyi  məlumata  görə  üsyana  İranda  vəfat  edən  Şəki  xanı 



Hüseyn xanın oğlu Məmməd bəy başçılıq edirdi. 1837-ci ildə öz vətəninə qayıdan 

Məmməd  bəy  tərəfdarları  ilə  birlikdə  müstəmləkə  əsarətinə  qarşı  mübarizəyə 

başladı.  Lakin  tezliklə  həbs  olunaraq  hərbi  məhkəməyə  verildi.  1838-ci  ilin 

avqustun 8-də o, həbsxanadan qaçaraq Quba mahalının  yuxarı hissəsində gizləndi 

(86, s. 283). 

1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək atlı və 

piyada  qoşun  toplayan  Məmməd  bəy  Rutuldan  olan  Ağa  bəylə  birlikdə  Şəki 

üzərində hücuma hazırlaşmağa başladı. 

Avqustun  30-da  çoxsaylı  dağlı  qoşunu  Xaçmaz  mahalı  yaxınlığında  dağı 

aşaraq  Şəki  əyalətinə  girdi.  400  evdən  ibarət  Xaçmaz  kəndinin  sakinləri  dağılara 

qoşuldu.  Mahal  naibinin  kənd  əhalisindən  yaxınlaşan  dağlı  qoşununa  qarşı 

müqavimət göstərmək üçün dəstə toplamaq cəhdi baş tutmadı (87, s. 320-321). 

Məmməd bəy Şəki əhalisinə göndərdiyi müraciətdə bildirirdi ki, o şəkililəri 

öz  dindaşları  və  dostları  hesab  edir.  Onlara  qarşı  heç  bir  pis  niyyəti  yoxdur. 

Yürüşdə əsas məqsəd onları xristianların zülmündən azad etmək, bütün işğalçıları 

məhv etməkdir (15, s. 283). 

Məmməd bəyin bu müraciəti Şəkidə üsyanın başlaması üçün bir işarə oldu. 

Şəki  komendantı  podpolkovnik  Minçenko  yaxınlaşan  təhlükəni  dəf  etmək 

üçün  silahlı  əhali  toplamağa  başladı.  Lakin  tələb  olunan  1000  nəfər  yerinə  cəmi 

200 atlı yığıldı. Çətinliklə yığılan bu silahlı dəstə Vartaşın kəndinə gəldi. Onlar isə 

nəinki  müqavimət  göstərdilər,  hətta  mahal  naibini  hədələyərək  onun  bu  ərazidən 

çıxmasını tələb etdilər. Qısa müddətdə üsyan bütün Şəki əyalətini bürüdü. 

Avqustun  31-də  köməyə  gələn  dağlı  qoşunu  sürətlə  hərəkət  edərək  demək 

olar ki, heç bir müqavimətə rast gəlmədən Şəkiyə  yaxınlaşdılar. Şəki komendantı 

kömək  üçün  Nijeqorodsk  draqun  polkunun  komandiri  polkovnik  S.  D. 

Bezobrazova müraciət etdi. Çar quyuları istehkamından Şəkiyə top artilleriyası ilə 

birlikdə 2 diviziya və Zaqatala qalasından 2 rota göndərildi. Bu hərbi qüvvəyə İlisu 

sultanının yüzədək atlısı da qoşuldu. 

Polkovnik  S.  D.  Bezobrazov  Şəkiyə  gələn  zaman  üsyançılarla  birləşməyə 

cəhd  göstərən  dağlı  qoşunu  artıq  şəhərə  yaxınlaşmışdı.  Qışlaq  adlanan  ərazidə 

göməyə gələn dağlı qoşunu ilə, Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli 

döyüş  başladı.  Şəhər  yarğanlar  və  sıx  bağlarla  əhatə  olunduğu  üçün  az  saylı 

qoşunla üsyançılara qarşı vuruşmaq və şəhəri əldə saxlamaq çətinlik yaradırdı. Ona 

görə  də  polk  Bezobrazov  öhdəsində  olan  az  saylı  qoşunla  şəhərdən  4  verst  aralı 

olan  Qışlaq  ərazisində  həlledici  döyüşə  girməyi  qərara  aldı.  Nijeqorodsk  draqun 

polkunun kapitanı knyaz Çavçavadze milis dəstələri ilə birlikdə Qışlaq və Zəyzid 

yolu  ilə  hərəkətə  başladı.  Bu  dəstəni  Gürcüstan  xətt  batalyonunun  2  rotasından 

təşkil edilmiş kalon müşayət edirdi. 

Zəyzid  kəndi  yaxınlığında  milis  dəstələri  ilə  üsyançılar  arasında  atışma 

başladı. Piyada qoşunlarına başçılıq edən polkovnik Bezobrazov milis dəstələrinə 




69 

 

kömək etmək üçün Zəyzid yoluna çıxdığı an üsyançılar onların üstünə atıldı. Lakin 



piyadalar süngü zərbələri ilə bu kütləni geri oturtdu və qaçmağa məcbur etdi. 

Üsyançıların digər hissəsi isə Qışlaq yolunda dayanan rotaya hücum edərək 

burada olan bir topu ələ keçirməyə cəhd göstərdilər. Bu döyüşdən sonra Məmməd 

bəy Şəkiyə yaxın olan yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu. Qısa müddətdə 

üsyançılar  şəhərin  bütün  şimal  hissəsini  ələ  keçirdi.  Ələ  keçirilmiş  yerlərdə  öz 

mövqelərini möhkəmləndirmək istəyən üsyançılarla ruslar arasında şiddətli atışma 

başladı.  Polkovnik  Bezobrazovun  həyata  keçirdiyi  bir  sıra  tədbirlər  nəticəsində 

köməyə  gələn  dağlıların  hücumu  dayandırılsa  da,  onlar  hər  dəfə  böyük  səylə  öz 

hücumlarını  yenidən  bərpa  edir  və  güclü  müqavimət  göstərirdilər.  Döyüş  zamanı 

hər iki tərəf ağır itki verdi. 

Tezliklə  üsyançılar  qaladan  15  sajen  aralıda  yerləşən  karvansaranı,  ona 

yaxın olan bütün tikililəri və  bağları  ələ  keçirdilər. Şəhərdə  olan 320 nəfərlik rus 

qarnizonu  qalada  gizləndi.  Qalanın  bir  hissəsini  dağıdan  üsyançılar  komendant 

idarəsini,  əyalət  xəzinəsini  ələ  keçirdilər.  Karvansaradakı  tacirlər  və  şəhərdə 

yaşayan  ermənilər  qaçıb  qalada  gizləndi.  Burada  onlar  silahlandırıldı  və  qalanı 

mülafiə edən rus əsgərlərinə qoşuldu. 

Müstəmləkə əsarətinə qarşı ayağa qalxan xalqın apardığı azadlıq mübarizəsi 

işğalçıları qorxuya saldı. Bu mübarizə Qafqaz xalqlarının öz azadlığı uğrunda birgə 

apardıqları  qəhrəmanlıq  mübarizəsinin  şanlı  səhifəsi  idi.  Göməyə  gələn  dağlı 

qoşunu ilə birləşən üsyançıların əlbir mübarizəsi istilaçılara amansız zərbə vurdu. 

Polkovnik  Bezobrazov  üsyanı  yatırmaq,  əhalini  sakitləşdirmək  və  dağıları 

şəhərdən  qovmaq  üçün  qətiyyətli  hərbi  əməliyyat  keçirmək  qərarına  gəldi.  Lakin 

Şəkinin tanınmış adamları öz evlərinin, tut və meyvə bağlarının məhv olacağından 

ehtiyat edərək bu hücumun bir qədər dayandırılmasını xahiş edirdi. Podpolkovnik 

Minçenkonun təklifinə əsasən karvansaranı yandırmaq qərara alındı. Bu iş qalada 

qaçıb  gizlənən  gürcü  taciri  İsaak  Kuzinova  tapşırıldı.  O  kəndirlə  qaladan  aşağı 

enərək  əlində  tutduğu  yanan  məşəli  tez-tələsik  karvansaranın  damına  etdi. 

Üsyançılar yanan karvansaranı söndürməyə çalışdılar. Bu zaman ruslar onlara atəş 

açdı. 

Sentyabrın  2-də  üsyançılar  bütün  evlərdən  nərdivanları  yığaraq  qalaya 



hücuma  hazırlaşmağa  başladı.  Onlar  qalanın  lap  yaxınlığına  gələrək  güclü  atəş 

açdılar.  Sentyabrın  2-də  bütün  gecə  atışma  davam  etdi.  Polkovnik  Bezobrazovun 

göstərişi ilə üsyançıların qalaya atəş açdıqları evlər yandırıldı. Səhərə yaxın atışma 

səngidi.  Köməyə  gələn  Tiflis  yeger  polkunun  batalyonu  ilə  birləşən  polkovnik 

Bezobrazovun hərbi qüvvələri xeyli artdı. 

Sentyabrın  3-də  üsyançıların  köməyinə  gələn  dağlı  qoşunu  şəhəri  tərk 

etməyə  başladı.  Rus  qoşunu  şəhərə  daxil  oldu.  Üsyan  amansızlıqla  yatırıldı.  Geri 

çəkilən  dağlı  qoşununu  təqib  edən  rus  əsgərləri  onların  bir  neçəsini  əsir  götürdü 

Üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə