Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

43 

 

 



Mahalın  ən  böyük  kəndləri  Göynük,  Kiş,  Oxut,  Biləcik,  Vartaşın,  İnçə, 

Dəhnə, Layısqı, Daşağıl, Zəyzid, Küngüt və b. idi. 

Bu  mahalda  cəmi  iki  kənddə  -  Daşağılda  45  və  Şin  kəndində  61  ləzgi 

ailələri  var  idi.  Bu  ailələr  Şəkiyə  Məhəmmədhəsən  xanın  zamanında  Dağıstandan 

gəlmişdilər. Onlar atlı dəstələri təşkil edərək Məhəmmədhəsən xanla birlikdə hərbi 

yürüşlərdə  iştirak  edirdilər.  1824-cü  il  siyahıya  almasına  qədər  dövlət  xəzinəsinə 

vergi vermirdilər (103, v. 155). Şin kəndinin əsasını isə Dağıstandan gələn ləzgilər 

Cəfərqulu  xanın  zamanında  qoymuşdular.  Bu  torpaqlar  Gəray  bəy  adlı  şəxsə 

məxsus idi. Bəyin torpağında məskunlaşan ləzgilər torpağı əkir və məhsulun onda 

bir  hissəsini  bəyə  vergi  verirdilər.  1819-cu  il  siyahıya  alınması  zamanı  bu  kənd 

məlum deyildi (103, v. 335). 

XIX əsrin əvvəlində Şəki mahalında yaşayan əhalinin içərisində Qarabağ və 

Şirvandan olan ailələr də var idi. Şirvandan və Qarabağdan gələn ailələr mahalda 

bir  sıra  düşərgələr-köç  yerləri  salmışdılar.  Bunlar  Köçəri  oba,  Kiçik  Haputlu, 

Böyük  Haputlu,  Salbanlar,  Köçəri  Mahmud  ağa,  Köçəri  Aslan  bəy,  Köçəri  Uruk 

Sərkər, Köçəri Axullu, Şirinbəyli kimi yaşayış yerləri idi. 

Qarabağ ailələrinin Şəki xanlığının ərazisinə kütləvi axını XVIII əsrin sonu, 

XIX əsrin əvvəllərində başlanmışdı. Bu proses bir sıra amillərlə bağlı idi. Belə ki, 

XVIII  əsrin  sonunda  Ağa  Məhəmməd  şah  Qacarın  Qarabağa  hücumu  zamanı  bir 

çox ailələr xanlığın ərazisini tərk edərək müxtəlif yerlərə qaçmışlar. Bu zaman Şəki 

xanlığına  da  çoxlu  Qarabağ  ailəsi  gəlmişdi.  Digər  tərəfdən  Birinci  Rusiya-İran 

müharibəsi  zamanı  kəndlilər  öz  yaşayış  yerlərini  tərk  edərək  daha  təhlükəsiz 

yerlərə  Azərbaycanın  digər  xanlıqlarının  ərazisinə  qaçırdılar.  Təkcə  1812-ci  ildə 

Şəki  xanlığına  1000  Qarabağ  ailəsi  gəlmişdi  (61,  s.  579).  Nəhayət  feodal 

zülmündən,  ağır  vergilərdən  təngə  gələn  kəndlilər  çıxış  yolunu  bir  xanlığın 

ərazisindən başqasına qaçmaqda görürdülər. Rusiya hökuməti qaçan kəndlilərin öz 

əvvəlki yaşayış yerlərinə qaytarılması üçün ciddi tədbirlər görürdü. Xanlara həmin 

kəndlilərə  öz  ərazilərində  yer  verməmək  haqqında  göstərişlər  göndərilirdi. 

İmperiya  bu  hərəkətini  onunla  əsaslandırmağa  çalışırdı  ki,  vergi  və 

mükəlləfiyyətlərdən  yayınan  kəndlilər  digər  xanlıqların  ərazisində  özlərinə  yer 

tapırsa, bu onların cəzasız qalmasına səbəb ola bilər. Ona görə də xanlar bir-birinin 

ərazisinə qaçan kəndliləri dərhal geriyə qaytarmalı idi (52, s. 132). 

Birinci  Rusiya-İran  müharibəsi  başa  çatdıqdan  sonra  Qarabağ  xanı 

Mehdiqulu xan müharibə zamanı Qarabağı tərk edən ailələri geri qaytarmaq üçün 

öz  məmurları  Gülməmməd  bəyi  və  Ağa  bəy  Sadıqovu  Şəkiyə  göndərmişdi.  Bu 

zaman  Cəfərqulu  xan  tərəfindən  800  ailə  öz  əmlakı  və  mal-qaraları  ilə  birlikdə 

Qarabağa qaytarılmışdı (52, s. 552). 

1817-ci  ildə  400-ə  yaxın  Qarabağ  ailəsi  erməni  generalı  V.  Q.  Madatov 

tərəfindən  zorla  Qarabağa  aparılmışdı.  Azərbaycanlılara  nifrət  bəsləyən  və  fürsət 

düşən  kimi  dərhal  qisas  almağa  çalışan  bu  qaniçən  erməni  rus  ordusunun 




44 

 

tərkibində  Qafqazın  işğal  edilməsində  yaxından  iştirak  etmişdi.  O  rusların  əli  ilə 



bütün  Qafqazı  müsəlmanlardan  təmizləmək,  ən  münbit  torpaqlarda  erməniləri 

yerləşdirmək  niyyətində  idi.  Məhz  general  V.  Q.  Madatovun  yaxından  köməyi 

sayəsində Talış hakimi Mir Həsən xan İranda həbs olunmuş, Şəki xanı İsmayıl xan 

zəhərlənib öldürülmüş, Gəncə xanı Cavad xanın oğlu Uğurlu ağa vəhşicəsinə qətlə 

yetirildikdən  sonra  döyüş  meydanından  onun  meyiti  tapılıb  yandırılmışdı. 

Törətdiyi  vəhşiliklərin  əvəzində  Peterburqdan  təşəkkürlər  alan  Madatov  rus 

ordusunun  general-leytenantı  rütbəsinə  qədər  yüksəlmişdi.  Öz  amansızlığı  və 

qəddarlığı ilə diqqəti cəlb edən V. Q. Madatovu Qafqazın ali baş komandanı A. P. 

Yermolov  Dağıstan  və  Azərbaycanı  işğal  edən  rus  qoşununa  başçı  təyin  etmişdi. 

Madatov  eyni  zamanda  Qarabağda  və  ətraf  ərazilərdə  bir  çox  torpaqları  zorla  öz 

mülkiyyətinə keçirirdi. Belə ki, Mehdiqulu xandan Vərəndə mahalında 5 kəndi və 

Gorusda  3  kəndi  alaraq  irsi  mülkiyyətinə  keçirən  Madatov  bununla 

kifayətlənməmiş,  Qarabağ  xanını  öz  ərazisini  tərk  edərək  İran  tərəfə  keçməyə 

məcbur  etmişdi  (47,  s.  837).  O  Zaqafqaziyanın  müxtəlif  ərazilərində  yaşayan 

erməniləri  qərəzli  məqsədlə  Qarabağa  köçürür,  bu  ərazidə  xüsusi  erməni  mərkəzi 

yaratmağa səy göstərirdi. General V. Q. Madatov 1817-ci ildə Şəkidə yaşayan 400 

erməni ailəsini də Qarabağa aparan zaman məhz bu fitnəkar məqsədi güdürdü (48, 

s.  725-726).  Əslində  bu  erməni  ailələri  Qacarın  Qarabağa  hücumu  zamanı  bu 

ərazidən  Şəkiyə  qaçan  albanlar  idi.  Məlumdur  ki,  VII  əsrdə  Albaniya  ərəblər 

tərəfindən  istila  edildikdən  sonra  704-cü  ildə  ermənilərin  fitvası  ilə  ərəb  xəlifəsi 

alban  xristian  kilsəsini  erməni  kilsəsinin  tabeliyinə  keçirdi.  Alban  ədəbiyyatının 

nümunələri  erməni  kilsə  başçıları  tərəfindən  məhv  edildi.  Yazısı  və  dini 

müstəqilliyi  məhv  edilmiş  xristian  albanlar  içərisində  erməniləşmə  prosesi 

sürətləndi. XVIII əsrdə xristian albanların xeyli hissəsi Şəki xanlığına köçdü. Lakin 

müsəlman əhalisi artıq onları erməni adlandırırdı (114, s. 207). 

 

§ 3. Erməniləri Şəkiyə Cəfərqulu xan gətirmişdi 

 

Şəkidə  yaşayan  Xoy  erməniləri  isə  Cəfərqulu  xan  tərəfindən  bu  əraziyə 



gətirilmişdi. İrandan üz döndərib Rusiya tərəfinə keçən Xoy hakimi Cəfərqulu xan 

Şəkiyə  özü  ilə  bərabər  1000  ailə  gətirmişdi.  Bu  ailələrin  bir  hissəsi  xan  ailəsinin 

nökərləri  olan  ermənilər  idi.  Əslində  Cəfərqulu  xan  Rusiyadan  hələ  xeyli  əvvəl 

İrandan  Azərbaycana  ermənilərin  köçürülməsinin  təşkilatçıcı  olmuşdur.  Erməni 

ailələrinin bir hissəsi şəhər kənarlarında məskunlaşdırılmışdı. 

Əkinçilikdə  məşğul  olan  bu  erməni  ailələri  yerli  əhalini  öz  evindən 

çıxararaq  onlara  məxsus  olan  əmlakı  mənimsəyir,  özbaşınalıqlar  törədirdilər. 

Xanlığın mərkəzinə gətirilən ermənilər isə quldurluq edir, talançılıqla məşğul olur, 

əhalini soyur və incidirdilər. 

Rusiya imperiyası Xoy ermənilərini xanlığın ərazisində saxlamaqda maraqlı 

idi. Ona görə ki, məhz Rusiya işğaldan dərhal sonra İran və Türkiyədən Qafqaza, o 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə