Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

33 

 

xoyluların  isə  keçə  biləcəkləri  bütün  yerlərin  hərbi  rəislərinə  onları  saxlamaq  və 



həbs etmək əmri verilmişdi (34, s. 733). 

Belə  bir  zamanda  qaniçən  erməni  generalı  V.  Q.  Madatov  Şəki  xanlığında 

peyda olur. Qafqazda rus silahının köməyi ilə amansız vəhşiliklər, xüsusi qəddarlıq 

törədən  V.  Q.  Madatovun  Şəkiyə  gəlməsi  təsadüfi  deyildi.  Məhz  onun  xanlığın 

ərazisində  görünməsindən  bir  həftə  sonra  İsmayıl  xanın  ölümü  bir  çox  şübhələr 

yaradır.  "Knyaz  Madatov  bu  ayın  17-də  mənə  göndərdiyi  raportda  bildirdi  ki,  o 

Şəki  xanlığına  getmiş,  İsmayıl  xanı,  Bum  mahalında  Nic  kəndi  yaxınlığında 

Qubaya  göndərmək  üçün  qoşun  toplanması  işi  ilə  məşğul  olan  zaman  tapmışdı. 

Artıq hissə yığılmışdı. Lakin iki gündən sonra İsmayıl xan elə möhkəm xəstələndi 

ki, onun sağalmasına heç bir ümid qalmadı". (60, s. 738). 

General  V.  Q.  Madatov  İsmayıl  xanın  öldüyü  təqdirdə  Şəki  komendantı 

mayor  Fon  Disterloya  təcili  olaraq  xanın  möhrünü  götürməyi,  vergilər  üzərində 

nəzarəti gücləndirməyi, sakitliyi qoruyub saxlamağı, Şəki əhalisinin ixtişaşlara yol 

verməməsi üçün bütün tədbirləri görməyi tapşırırdı (20, s. 737). 

Bu göstərişdən dörd gün sonra 1819-cu iylun 24-də İsmayıl xan vəfat etdi. 

Xanlıqda dərhal belə fikir yayıldı ki, İsmayıl xan zəhərlənib öldürülmüşdür (46. s, 

749). 

İsmayıl xanın ölümü xanlıqla mövcud olan narazılığın qısa müddətdə geniş 



xalq üsyanına çevrilməsinə  və əhalinin itaət altından çıxmasına səbəb ola bilərdi. 

Səlim xanın tərəfdarlarının da hakimiyyəti ələ keçirmək cəhdləri istisna edilmirdi. 

Qorxuya düşən general Velyaminov Şəkiyə  yeni hərbi qüvvələr göndərdi. 2 topla 

birlikdə  9-cu  yeger  polkunun  batalyonu  və  Zolataryovun  7-ci  kazak  polku  dərhal 

Şəkiyə ezam edildi. Zolataryovun kazak polkuna ali baş komandanın göstərişlərini 

alana  kimi  şəhərdə  sakitliyi  və  qayda  qanunu  qoruyub  saxlamaq  əmri  verilmişdi. 

Səlim  xan  göründüyü  zaman  isə  onun  ələ  keçirilib  dərhal  öldürülməsi  tapşırılırdı 

(35, s. 738). 

İsmayıl  xanın ölümündən  sonra  yeni  varis  təyin edilmədiyini bəhanə  edən 

Rusiya  1819-cu  il  iyulun  31-də  Şəkidə  xanlıq  üsul-idarəsini  ləğv  etdi.  Ərazi  Şəki 

əyaləti  adlandırıldı.  Mayor  Fon  Disterlo  Şəki  komendantı  təyin  edildi.  Şəkidə 

komendant üsul-idarəsi yaradıldı. Komendant üsul idarəsi xalqın vəziyyətini daha 

da ağırlaşdırdı. 1840-cı ildə isə komendant üsul idarəsi ləğv edildi. Yeni yaradılmış 

Kaspi vilayətinin tərkibində Şəki qəzası təsis edildi. 1846-cı ildən isə ərazi Şamaxı 

quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı. 

 

II FƏSİL 



 

§ 1. Car Balakən və İlisu sultanlığının əhalisi 

 

XIX  yüzilliyin  I  yarısında  şimal-qərbi  Azərbaycanda  yaşayan  əhalinin 



demoqrafik durumunun öyrənilməsi maraq doğuran problemlərdən biridir. Rusiya 


34 

 

Qafqazda  işğalçılıq  siyasətinə  başladığı  ilk  gündən  etibarən  burada  yaşayan 



əhalinin  sayının  düzgün  müəyyənləşdirilməsinə  xüsusi  diqqət  yetirirdi.  Bu  da 

təsadüfi  deyildi.  Əhalinin  siyahıya  alınması  Rusiyanın  dövlət  xəzinəsinə  gələn 

gəlirin  həcminin  dəqiqləşdirilməsinə  xidmət  edirdi.  Zaqafqaziyada  1803-1805, 

1816-1817  və  1830-1832-ci  illərdə  üç  ümumi  və  bir  neçə  fərdi  siyahıyaalma 

keçirilmişdi.  İlk  kameral  siyahıyaalma  1803-cü  il  aprelin  2-də  Qafqazdakı  rus 

qoşunlarının  baş  komandanı  general  P.  D.  Sisianovun  göstərişi  əsasında 

keçirilmişdir.  1805-ci  ildə  başa  çatmış  bu  siyahıyaalma  1816-cı  ilə  qədər  heç  bir 

dəyişiklik  edilmədən  ez  mövcudluğunu  saxlamışdır.  Lakin  bu  müddət  ərzində 

1808-ci ildə Tiflis  əhalisinin siyahıya alınması  yoxlanmış.  Yelizavetpol dairəsinin 

siyahıya alınması ona əlavə edilmişdir. İkinci ümumi siyahıya alma 1816-1817-ci 

ildə general N. F. Rtişşevin tapşırığı əsasında keçirilmişdir.   1821 - 1823-cü illərdə 

keçirilən  siyahıyaalmalar  da  fərdi  xarakter  daşıyırdı.  Belə  ki,  bu  dövrdə  Şimali 

Azərbaycanda  bir  sıra  xanlıqların  ləğv  edilməsi  və  komendant-üsul  idarəsinin 

tətbiq  edilməsi  əhalinin  yenidən  siyahıyaalınmasını  tələb  edirdi.  1819-cu  ildə 

general  A.  P.  Yermolovun  göstərişi  əsasında  Şəki  xanlığının  siyahıya  alınması 

keçirilmiş,  1824-cü  ildə  bu  siyahıya  alınma  yoxlanmışdır.  1820-ci  ildə  Şirvan, 

1823-cü  ildə  Qarabağ,  1829,  1830,  1831,  1832-ci  illərdə  İrəvan,  Naxçıvan  və 

Ordubad ərazilərinin siyahıya alınması keçirilmişdir. Üçüncü ümumi siyahıya alma 

1830, 1831 və 1832-ci illərdə keçirilmişdir. 

1830-cu  ilə  qədər  Car-Balakən  və  İlisu  sultanlığının  qəti  şəkildə  Rusiyaya 

birləşdirilməsinə  qədər  bu  ərazidə  yaşayan  əhalinin  siyahıya  alınması 

keçirilməmişdi.  1830-cu  ilə  qədər  burada  yaşayan  əhalini  demoqrafik  durumu 

haqqındakı məlumatlar ayrı-ayrı adamların apardığı statistik müşahidələr əsasında 

toplanmış  materiallara  əsaslanır.  Bu  materiallar  qeyri  ardıcıllığına  və  müəyyən 

ziddiyyət  təşkil  etməsinə  baxmayaraq  əhalinin  sayını,  dinamikasını  və  hərəkətini 

öyrənməyə kömək edir. 

Car  Balakən  camaatlığında  və  İlisu  sultanlığında  yaşayan  əhalinin  ümumi 

sayı  haqqında  ilk  məlumat  1803-cü  ilə  aiddir.  XVIII  əsrin  sonu  XIX  əsrin 

əvvəllərində  Azərbaycan  tarixinin  öyrənilməsində  mühüm  mənbə  olan  Qafqaz 

Arxeoqrafiya Komissiyasının Aktlarında göstərilir ki, 1803 ildə Car-Balakəndə 16 

min ev, 90 min əhali, İlisu sultanlığında isə 4 min ev, 20 min  əhali var idi (42, s. 

953).  Lakin  sonrakı  illərdə  əhalinin  sayı  haqqında  mövcud  olan  rəqəmlər  bu 

məlumatın həqiqətə uyğun olmadığını göstərir. Belə ki, yalnız. 1871-ci il siyahıya 

alınması zamanı Zaqatala dairəsinin əhalisi 56802 nəfərə çatmışdı. İ. P. Petruşevski 

belə hesab edir ki, Rusiya işğal olunmuş ərazidə yaşayan əhalinin sayını artırmaqla 

əslində Car Balakən üzərinə qoyulan 220 pud ipək vergisinin bu qədər əhali üçün 

ağırlıq etmədiyini inandırmağa çalışırdı (128, s. 22). İ. P. Petruşevski öz  əsərində 

1830-cu  ildə  Car-Balakən  camaatlığının  ümumi  təsvirini  verərək  ərazini  avar  və 

onların icarəçiləri olan muğal (türk) və ingiloy kəndlərinə ayırır (128, s. 21-22). 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə