Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

35 

 

Muğal  kəndləri-Çobankol,  Boyəhmədli,  Keymur,  Kürdəmir,  Qarabaldır, 



Kətəlparaq, Padar, Kindirqala, Almalı, Babalı, Lələli, Köylər, Böyük Lahıc, Kiçik 

Lahıc, Yengiyan, Muğanlı, Bazar, Qalalı, Çardaxlı, Keysur. 

Avar  kəndləri  -  Car,  Göyəm,  Matsex,  Sumaylo,  Qəbizdərə,  Qarahacılı, 

Dardoqqaz, Balakən, Sabluani, Regetala, Cindrisxivi, Katex, Qudaxar, Koybulaba, 

Tonquruçi, Tala, Kargər, Aşağı Muxax, Yuxarı Muxax, Sabunçu, Cınıx, Qutparax, 

Çardaxlı, Əliəsgər, Qulax Mamrıx, Cincimax, Baycınıx. 

İngiloy  kəndləri  -  Əliabad,  Mosul,  Zəyəm,  Qorağan,  Verxiyan,  Tasmalı, 

Şotavar, Faldarlı, Kəpənəkçi, Çudulu, Marsan, Lələpaşa. 

27 avar kəndində 5330,32 muğal və ingiloy kəndlərində isə 3000 ev vardı. 

Avar  kəndləri bir qayda olaraq dağ  və dağətəyi,  muğal və  ingiloy kəndləri 

isə  düzən  ərazilərdə  yerləşirdi.  XVIII  əsrin  sonundan  başlayaraq  avar  icmasında 

nəsli  qəbilə  quruluşunun  dağılması  prosesi  sürətləndi,  bu  isə  torpaqdan  ümumi 

istifadə  qaydalarının  pozulmasına  səbəb  oldu.  Artıq  XIX  əsrin  əvvəlində  otlaq  və 

meşəliklərdən başqa  bütün  əkilən torpaqlar, bağlar və  üzümlüklər  hər  yerdə  ayrı-

ayrı  ailələrin  ixtiyarında  idi.  Əkilən  torpaqlar  icmalara  məxsus  olsa  da  bu  yalnız 

formal  xarakter  daşıyırdı.  Hər  il  əkinə  yararlı  torpaqlar  toxumlar  arasında 

bölüşdürülür,  sonra  isə  evlər  arasında  bərabər  paylanırdı.  Torpağın  həcmi  əkilən 

torpağın ümumi sahəsindən, əhalinin sıxlığından və evlərin sayından asılı idi. Ayrı-

ayrı  ailələrin  ixtiyarına  keçən  torpaq  sahələri  getdikcə  həmin  ailələrin  irsi 

mülkiyyətinə  çevrilirdi.  İrsi  keçən  torpaq  sahələlərinin  tərkibinə  əkilən  sahələrin 

yaxınlığında  olan  malikanələr,  üzümlüklər,  tut  bağları  da  daxil  idi.  Bir  avar 

ailəsinin  itxiyarında  olan  və  onun  irsi  mülkiyyəti  sayılan  torpaq  sahəsinin  orta 

ölçüsü  10/12  desyatin  təşkil  edirdi.  Fərdi  mülkiyyətə  keçən  torpaq  sahələri 

içərisində  əvvəllər  toxumların  ümumi  istifadəsində  olan  kənd  torpaqlarından 

kənarda  yerləşən  xutor  torpaqları  da  daxil  idi  (xutor-içərisində  sahibinin  evi  və 

təsərrüfatı  olan  ayrıca  mülk)  Xutor  təsərrüfatı  düzən  ərazilərdə  daha  geniş 

yayılmışdı.  Sonralar  meşəliklərdən  təmizlənmiş  və  əkinə  yararlı  torpaq  sahələri-

axular  da  xüsusi  mülkiyyətə  keçirdi.  Axu  yerləri  üçün  bir  qayda  olaraq  Car 

əyalətinin  şimal-şərq  hissəsində  yerləşən  dağətəyi  torpaqlar,  meşəlik  ərazi  və 

yaxud  dərələr  seçilirdi.  Avar  icmasında  torpağın  alınması  və  satılması  azad  idi. 

Adətə  görə  bir  çox  icmalarda  torpağı  almaq  təklifi  əvvəlcə  yaxın  qohumlara 

edilirdi. Yalnız onların etirazından sonra bu təklif digər şəxslərə edilirdi. 

Avar  kəndlərində  əhalinin  başlıca  məşğuliyyəti  heyvandarlıq,  əsasən 

qoyunçuluq idi. Əkinçilik bu göndlərdə yardımçı təsərrüfat sahəsi hesab olunurdu. 

Avar icmalarının yay otlaqları Baş Qafqaz silsiləsinin şimal hissəsində  yerləşirdi. 

Hər  icmanın  ixtiyarında  müəyyən  edilmiş  əkin  sahələri  var  idi.  Yaylağa  köçmə 

zamanı  yataqlar  püşk  atma  yolu  ilə  bölüşdürülürdü.  Yataqlara  ümumi  nəzarət 

tanınmış  adamlara  bir  qayda  olaraq  varlı  heyvandırlara  tapşırılırdı.  Yaylaqlardan 

istifadə  etmək  istəyən  muğallar  və  ingiloylar  üzərinə  xüsusi  vergi  qoyulurdu.  Bu 

vergi hər 100 baş qoyundan ikisini vermək idi. Yaylaqlar güclü mühafizə olunur və 




36 

 

bu  məqsədlə  gözətçilər  ayrılırdı.  Payızda  sürü  yenidən  Baş  Qafqaz  silsiləsinin 



cənubuna  keçir  və  düzən  kəndlərdə  qışlayırdı.  Qışlaqlar  Alazanın  sağ  sahilindəki 

çöllərdə yerləşirdi. Qışlaqlarda sürü yataqlara ayrılır və bu iş yataqçıya tapşırılırdı. 

Yataqçı otlaq yerini müəyyənləşdirir, çoban tutur, onun üçün qab-qacaq, gözətçi iti 

və  digər  əşyaları  hazırlayırdı.  Qış  dövründə  yatağın  südü  bütünlüklə  yataqçıya 

verilirdi.  Yataqçının  xeyrinə  verilən vergi  getdikcə  ağır  mükəlləfiyyətə  çevrilirdi. 

Bu  proses  nəsli  quruluşun  dağılmasını  və  feodallaşma  prosesinin  sürətlənməsinə 

şərait  yaradırdı.  Yüksək  dağlıq  ərazilər  istisna  edilməklə  Car-Balakən 

camaatlığının  demək  olar  bütün  ərazisində  əkinçilik  geniş  yayılmışdı.  Düzən 

kəndlərdə  yaşayan  əhalinin  başlıca  məşğuliyyəti  əkinçilik  idi.  Əsasən  dənli 

bitkilər-buğda, arpa, darı və çəltik əkilirdi. Düzən kəndlərdə yaşayan əhali həm də 

bağçılıqla  məşğul  olurdu.  Əkin  yerləri  içərisində  fındıq  və  tut  bağları  geniş 

yayılmışdı.  Tut  plantasiyaları  ipəkçiliyin  inkişaf  etməsinə  səbəb  olmuşdu.  Fındıq 

və  üzüm  yerindəcə  emal  olunur,  az  bir  hissəsi  satılır  və  ya  taxıla  dəyişdirilirdi. 

Şərabçılıq ingiloy ailələri içərisində daha geniş yayılmışdı. 

XIX  əsrin  əvvəlində  Car-Balakən  camaatlığında  yaşayan  əhalinin  demək 

olar  hamısı  islam  dininə  sitayiş  edirdi.  İslama  sitayiş  edən  yerli  əhali  bütün  Car 

əhalisinin  2/3  hissəsini  təşkil  edir  və  türk  dilində  danışırdı.  Çobankol,  Keymur, 

Bazar, Almalı, Lələli, Göylər, Kətəlparaq, Kindirqapa, Bəyəhmədli, Böyük Lahıc, 

Kiçik Lahıc, Kürdəmir, Padar, Baydarlı, Muğanlı, Babalı, Qarabaldır, kəndlərində 

yaşayan əhali türk dilində danışırdı (121, s. 257-258). 

Car-Balakən  camaatlığında  yaşayan  əhali  etnik  tərkibinə  görə  3  qrupa 

ayrılırdı a) avarlar, b) muğallar, v) ingiloylar. Avarların bu  əraziyə  gəlməsi XVII 

yüzilliyə aiddir. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, onların bu ərazidə kütləvi 

şəkildə  məskunlaşmasına  şərait  yaradırdı.  Dağıstandan  düzən  ərazilərə  gələn 

avarlar  toxumlarda  birləşirdilər.  İlk  toxumlar  Nuxlu  və  Çimçili  toxumları  hesab 

olunur.  Bu  toxumlar  ilk  dəfə  Car  Dərəsinə  aparan  Qundz  dağda  məskunlaşmışdı. 

Sonralar  Təbəli,  Ərəbli,  Cormut,  Boyaqlı,  Səbəli  toxumları  meydana  gəldi. 

Toxumlar  qüvvətləndikdən  sonra  düzənlikdə  məskunlaşmaq  imkanı  əldə  etdilər. 

Əlverişli  təbii  şərait,  zəngin  otlaqlar  bu  toxumlara  dağlardan  digər  əhalini  də 

düzənliklərdə  məskunlaşmağa  çağırmaq  imkanı  verirdi.  İlk  əvvəl  avarların  həyat 

tərzi bütünlüklə hərbi xarakter daşıyırdı. Lakin bir qədər sonra bu hərbi iş öz yerini 

heyvandarlığa və əkinçiliyə verdi. 

Muğallar bu ərazinin ən qədim sakinləri idi. Əsasən Alazanın aşağı axarında 

düzənliklərdə yaşayır, başlıca olaraq əkinçilikdə məşğul olurdular. 

Əhalinin digər hissəsini ingiloylar təşkil edirdi.  İngiloylar qeyri türk alban 

tayfaları olub ərazinin ən qədim sakinləri hesab olunur. Onlar uzun müddət öz dini 

inamlarını-xristianlığı  qoruyub  saxlamışdırlar.  Sonralar  avarlar  muğalları  və 

ingiloyları  özlərindən  asılı  vəziyyətə  salan  zaman  onlara  islam  dinini  qəbul 

etdirmiş  və  müsəlmanlaşdırmışdı.  Rusiya  işğalından  sonra  inkiloyların  yenidən 

xristianlaşdırılması  prosesi  başlamışdı.  1830-cu  ilə  qədər  rus  hökuməti  ingiloylar 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə