Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

31 

 

Səlim  xanla Sisianov arasında imzalanan  müqavilə ilə demək olar eyni idi.  Lakin 



müqavilə  yə  əsasən  Cəfərqulu  xan  öz  üzərinə  bir  sıra  əlavə  öhdəliklər  də 

götürürdü. Cəfərqulu xan öz qoşunları ilə birlikdə dağlı tayfalarına qarşı keçirilən 

hərbi əməliyyatlarda yaxından iştirak etməli idi (25, s. 273). 

Rus  ordusunun  general-leytenantı  rütbəsinə  layiq  görülən  Cəfərqulu  xan 

ömrünün sonuna qədər imperiyanın sadiq nökəri olmuşdur. Yerli xalqa, onun adət 

ənənələrinə  tamamilə  yad olan  Cəfərqulu xan  Rusiyanın bütün  göstərişlərini can-

başla  yerinə  yetirir, xanlığın  ərazisində  çarizmin  müstəmləkəçilik siyasətinə  qarşı 

çevrilmiş  üsyanları  xüsusi  amansızlıqla  yatırır,  üsyançıları  cəzalandırır,  onları 

Sibirə sürgün etdirirdi. 

Cəfərqulu xan həmçinin dağlı tayfalarının azadlıq mübarizəsini yatırmaqda 

rus  qoşunlarına  yaxından  köməklik  göstərirdi.  Məhz  onun  bu  düşmənçilik 

niyyətindən xəbər tutan Qazıqumuxlu Surxay xan dağlıların yığma qoşunu ilə Sara 

gəldi.  O  öz  adamlarını  Cəfərqulu  xanın  yanına  göndərərək  onu  Rusiyanın 

tabeliyindən çıxmağa çağırdı. Cəfərqulu xan bu təklifi rədd etdi. Carlılarla birləşən 

Surxay  xan  Şəki  xanlığının  4  fərsəxliyində  yerləşən  Cəlayir  kəndinə  yaxınlaşdı. 

Çoxminli  qoşunun  başında  Surxay  xan,  şəkili  Məhəmmədhəsən  xan,  Şirvanlı 

Qasım xan, Surxay xanın 4 oğlu - Nux bəy, Xəlib bəy, Zəkəriyyə bəy və Murtuzəli 

bəy  dayanırdı.  Rus  qoşunları  ilə  birləşən  Cəfərqulu  xanın  tərəfdarları  ilə  dağlı 

qoşunları  arasında  Göynük  kəndi  yaxınlığında  sıx  meşəliklərlə  örtülmüş  ərazidə 

qanlı döyüş baş verdi. İki saata qədər davam edən döyüşdə toplardan istifadə edən 

rus qoşunları birləşmiş qüvvələri məğlub etdi. Surxay xan yaralandı. Cəfərqulu xan 

isə əsir düşənləri cəzalandırmaq üçün Carın I fərsəxliyində yerləşən Əmbərçay adlı 

əraziyə qayıtdı (75, s. 284). 

Cəfərqulu  xanın  xislətinə  yaxşı  bələd  olan  general  Tormasov  dağlı 

tayfalarını  Rusiyadan  asılı  vəziyyətə  salmaq  üçün  onun  xəyanətkar  əməllərindən 

məharətlə  istifadə  edirdi.  Bu  məqsədlə  o  Cəfərqulu  xandan  tələb  edirdi  ki, 

Rusiyaya tabe olmayana qədər dağlılara Şəki xanlığına məxsus otaqlardan istifadə 

etməyi və xanlığda ticarəti qadağan etsin (45, s. 604). 1809-cu ildə Qafqazdakı rus 

qoşunlarına  baş  komandan  təyin  edilən  general  A.  P.  Tormasova  məktub  yazan 

Səlim  xan  bağışlanmasını  xahiş  edən  zaman  Cəfərqulu  xan  bunu  qeyri-mümkün 

hesab  edir,  xəyanət  edən  Şəki  xanının  bağışlanmaz  olduğunu  göstərirdi  (76,  s. 

503). 


Cəfərqulu  xan  təkcə  xanlığı  soyub  talamaqla,  qarət  etməklə,  azadlıq 

mübarizəsini  amansızlıqla  yatırtmaqla  kifayətlənmir,  Azərbaycanın  digər  xanları 

haqqında gizli məlumatları general Tormasova ötürürdü. General A. P. Tormasova 

göndərdiyi  məktubunda  o  Şirvan  xanı  Mustafa  xan  və  Qarabağ  xanı  Mehdiqulu 

xanın Səlim  xanla birləşərək  Rusiyaya xəyanət etməkdə  və  İranla  yaxınlaşmaqda 

günahlandırırdı.(77,  s.  512).  Cəfərqulu  xan  Şəkiyə  özü  ilə  1000  nəfərlik  ailə 

gətirmişdi. Bu ailələrin içərisində xan ailəsinin nökərləri olan və mənbələrdə "Xoy 

erməniləri" adı ilə qeyd edilən erməni ailələri də var idi. Gələn ailələrin bir hissəsi 




32 

 

Şəki xanlığının kənarlarında məskunlaşdırıldı, bir hissəsi isə şəhərdə yerləşdirildi. 



Xoylular yerli əhalini incidir, qarət edirdi. Cəfərqulu xan bütün məsələləri onların 

vasitəsilə  həll  edir,  yerli  əhaliyə  etibar  etmirdi.  Şəki  əhalisi  general  Yermolova 

şikayətində yazırdı ki, əgər dənizlər mürəkkəbə meşələr qələmə, insanlar kargüzara 

çevrilsələr belə xoylularınıza etdiyi zülmü təsvir edib qurtarmaq olmaz. Cəfərqulu 

xan öz adamları ilə Şəkiyə gələndə, aman allah, xoylular elə görməkdə idi ki, sanki 

şeytan onlardan əmələ gəlmişdi. Əyin başları cır-cındır içində, ayaq-yalın olan bu 

adamlar  təsvir  etdiyimizdən  də  min  dəfə  pis  vəziyyətdə  idi.  Tezliklə  çörəkdən 

qarınları  doyan  xoylular  yırtıcı  canavar  kimi  həyatımıza  və  əmlakımıza  hücum 

etdilər.  Xoylular  əyalətdən  pul  yığır  adamları  şərləyir,  böhtan  atır  və 

cərimələyirdilər". (78, s. 729). 1814-cü il avqustun 22-də  Cəfərqulu  xan qızdırma 

xəstəliyindən vəfat etdi. Hələ atasının sağlığında Rusiyaya sədaqəti ilə diqqəti cəlb 

edən  İsmayıl  paşa  varis  təyin  edilmiş,  imperator  sarayı  tərəfindən  almazlarla 

bəzədilmiş  qızıl  medal,  əlahəzrətin  fəxri  formanı  və  üzərində  "Şəki  xanlığının 

varisi" yazılmış mavi lentlə təltif edilmişdir (26, s. 506). 

Cəfərqulu  xanın  ölümündən  sonra  xanlığın  idarəçiliyini  İsmayıl  paşaya 

vermək  üçün  general-mayor  Axverdov  Şəkiyə  gəlir.  Axverdov  mahalları  idarə 

edən bəylərin və məliklərin yığıncağında İsmayıl xanı Şəki xanı elan edir və yeni 

xana Rtişşevin bir sıra göstərişlərini çatdırır. Rtişşev İsmayıl xana Şəkidə yaşayan 

ermənilərə  xüsusi  qayğı  ilə  yanaşmağı  tapşırır,  onlarla  ədalətli  rəftar  edilməsini, 

müsəlmanlardan fərqli olaraq vergilərlə çox yüklənməməsini, öz dinlərinə sərbəst 

şəkildə ibadət edilməsinə şərait yaradılmasını tələb edirdi (41, s. 554). 

İsmayıl xanın Şəki xanı elan edilməsi xalqın kəskin narazılığı ilə qarşılandı. 

1814-cü  ildə  Şəkidə  yeni  xana  qarşı  üsyan  başladı.  Lakin  üsyan  yatırıldı,  onun 

iştirakçılarına divan tutuldu. Şəkidə sakitlik yaradıldı. Bu isə yalnız zahiri xarakter 

daşıyırdı.  "xalq  İsmayıl  xanın  və  onun  adamlarının  özbaşınalığına  artıq  dözmək 

istəmir. Yerli  əhali başsızdır,  bəylər arasında isə ixtilaf  hökm  sürür. Xoylular heç 

bir  kəslə  açıq  əlaqə  saxlamır,  xanın  özü  haqqında  bədxah  fikirlər  dolaşmaqdadır. 

Belə  ki,  o  bir  ay  bundan  əvvəl  şeyx  Əli  xanın  yanından  gələn  adamlarla  gizli 

görüşmüş, dağlıların yanından gələn 70 nəfəri Mustafa xanın yanına göndərmişdi. 

Sonrakı  hadisələr  haqqında  xəbər tutmaq  mümkün deyil,  ona  görə  ki,  o, vaxtının 

yalnız az bir hissəsini divanxanada keçirir, qalan vaxtlarda isə öz otağında olur. O 

bütün  məsələləri  gizli  şəkildə  öz  adamları  vasitəsilə  həll  edir,  yerli  əhalidən  heç 

kimə  etibar  etmir.  Xalq  zalım  və  ədalətsiz  hakimiyyəti  devirmək  üçün  bir  işarə 

gözləyir". (59, s. 731). 

Sənəddən  göründüyü  kimi  Rusiya  İsmayıl  xana  artıq  etibar  etmir,  onun 

bütün  hərəkətlərinə  şübhə  ilə  yanaşırdı.  Digər  tərəfdən  xanlıqda  böyük 

çaxnaşmanın  başlanmasını  hər  an  gözləmək  olardı.  Xan  ailəsi,  xoylular  isə 

yaranmış vəziyyətin ağırlığını başa düşərək qaçmağa çalışırdılar. Rusiya xanlıqda 

baş  verə  biləcək  qarışıqlığın  qarşısını  almaq  üçün  çıxış  yolunu  xalqı  talan  edən 

avara, müftəxər xoyluları qovmaqda görürdü. Gizli surətdə qaçmağa cəhd göstərən 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə