Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

23 

 

Sultanlığın şimal hissəsi, əsasən dağlıq ərazi Saxurların məskunlaşdığı ərazi 



idi.  Onların  əsas  məşğuliyyəti  heyvandarlıq  idi.  Sultanlığın  mərkəzi  və  cənub 

hissəsi, dağətəyi və düzənliklər isə muğalların və ingiloyların yaşadığı ərazi hesab 

olunurdu. Burada yaşayan əhali isə bir qayda olaraq əkinçiliklə məşğul olurdu. 

Sultanlığın  yaranması  haqqında  müxtəlif  fərziyyələr  var.  Saxur  vilayətinin 

qədim dövrü və sultanlığın orta əsrlər tarixi haqqında yazılı mənbələr sonuncu İlisu 

sultanı  Daniyal  bəyin  1844-cü  ildə  öz  tərəfdarları  ilə  birlikdə  Şamilin  tərəfinə 

keçməsindən sonra məhv edilmişdir. 

Sultanlığın  yaranması  haqqında  ilkin  fərziyyə  xalq  söyləmələri  və 

rəvayətlərə  əsaslanır.  Əfsanəyə  görə  ilk  əvvəl  əsas  yaşayış  məntəqəsi  olan  Saxur 

kəndində bütün Saxurlular azad icma halında yaşayırdılar. Sonralar başçı seçilməsi 

zamanı  böyük  özbaşınalıqlar  yarandı  və  bu  zaman  xalq  bərabər  hüquqlara  malik 

toxumlara  (icmalara) ayrıldı.  Hər  bir toxum başçını öz  aralarından  seçməyə  cəhd 

göstərirdi.  Nəticədə  toxumlar  arasında  güclü  ədavət  və  düşmənçilik  başladı. 

Başlanmış  ədavətə  son  qoymaq  üçün  xalq  bütün  toxumların  mənafeyinə  uyğun 

olaraq başçını yad adamlar içərisindən-Saxurda yaşayan, lakin camaatlara məxsus 

olmayan  və  icma  torpaqlarından  istifadə  etməyən  bəylərin  içərisindən  seçirdi. 

Camaat  Saxur  hakimlərini  yalnız  bəylərin  içərisindən  seçirdi.  Əvvəlcə  seçkilər 

Saxurda, sonra isə İlisu kəndində keçirilirdi. Əfsanəyə görə sultanın Saxurlara yad 

adamlar,  yəni  muğallar  arasından  seçilməsinin  əsas  səbəbi  toxumlar  arasında 

mövcud olan narazlıqlara son qoymaq məqsədi daşıyırdı. 

Saxur  əhalisinin  dediyinə  görə  iqamətgahın  İlisuya  köçürülməsi  də  bir 

rəvayətlə  bağlıdır.  Belə  ki,  xalqı  idarə  etmə  hakimiyyətinə  yiyələnən  bəylər 

özbaşınalıqlar  və  qanunsuzluqlar  törətməyə  başladı.  Qəzəblənən  əhali  bütün 

bəyləri arvad-uşaqları ilə birlikdə döymək qərarına  gəldilər. Xilas olan bir hamilə 

qadın İlisuya qaçdı və orada bir oğlan doğdu. Onu I Əlibəy adı ilə başçı seçdilər. O 

vaxtdan Saxur hakimləri İlisuda yaşamağa və sultan adlanmağa başladı. 

İqamətgahın  İlisuya  köçürülməsinin  ilkin  səbəblərini  iqtisadi  amillərdə 

axtarmaq lazımdır. Belə ki, vadilərin əlverişli coğrafi mövqeyi Saxur hakimlərinin 

Qax ərazisində möhkəmlənməsini tələb edirdi. 

İlisu  sultanlarının  hakimiyyətinin  tanınması  haqqında  ilk  sənədlər  Səfəvi 

şahlarına  və  Osmanlı  sultanlarına  aid  fərmanlardır.  Sayı  35-dək  olan  bu 

fərmanların demək olar hamısı mühafizə olunaraq Daniyal sultan tərəfindən ruslara 

təqdim  edilmişdi.  Verilən  fərmanlar  nəticəsində  Qax  əyalətində  sultan  və  şahdan 

asılı  olmayan,  müstəqil  hakimlik  hüququna  malik  olan  Saxur  hakimlərinin 

mövqeyi  getdikcə  güclənirdi.  Bu  fərmanlar  sultanlığı  gürcü  feodallarının  təsiri 

altına düşməkdən qoruyurdu. 

1562-ci ildə I şah Təhmasibin verdiyi fərmanla Saxur hakimi Qurqulu bəyin 

ərazi üzərində hakimiyyəti təsdiq olunurdu. Fərmana görə heç bir gürcü Carı onun 

hakimiyyəti altında olan əraziyə iddia ilə çıxış edə bilməzdi. Bu torpaqlara Qaxdan 

cənub-qərbdə  yerləşən  kəndlər:  Babalı,  Şotavar  və  Qoraqan  da  daxil  idi.  XVI 




24 

 

yüzilliyin  sonunda  Qurqulu  bəy  türk  sultanından  həmin  ərazilər  üzərində 



hökmdarlığını təsdiq edən yeni fərman aldı. Varislik prinsipi əsasında iki dağətəyi 

kənd-Qax və Məşəbaş üzərində onun hakimiyyəti tanınırdı (86, s. 771).  

Qurqulu Əli bəyin oğlu Carı Əli bəy 1607-ci il fərmanı ilə Osmanlı dövləti 

tərəfindən  İlisu  sultanı  təsdiq  olunmuşdur.  Əlisultan  bəy  isə  1695,  1701,  1710-cu 

illərdə  Səfəvi  şahı,  1722,  1729,  1731-ci  illərdə  isə  Osmanlı  sultanı  tərəfindən 

fərmanlar  almışdı  (89,  s.  774,  96,  s.  776,  10,  s.  1121).  Səfəvi  şahları  tərəfindən 

verilən başqa bir fərmanla Əhməd xan Saxur hakimi kimi tanınırdı (39, s. 777). 

İlisu  sultanları  camaatların  yığıncağında  lakin  bir  qayda  olaraq  sultan 

ailəsinin  üzvüləri  arasından  seçilirdi.  Əslində  sultan  bütün  xalqın  hakimi  rolunu 

oynayırdı. 

XVIII  yüzillikdə  Car-Balakənin  siyasi  nüfuzunun  güclənməsi  İlisu 

sultanlarının da mövqeyinə öz təsirini göstərirdi. 

Carlılar  yalnız  bir  dəfə  XVIII  əsrin  sonu,  XIX  əsrin  əvvəlində  sultan 

seçgisinə  qarışmışdılar.  Belə  ki,  sultan  Xan-Baba  bəyin  tərəfdarları  kömək  üçün 

carlılara  müraciət edir. Əhməd xanla Carlı qoşunlarının müdafiə etdiyi Xan-Baba 

bəyin  tərəfdarları  arasında  olan  döyüş  Baba  bəyin  qələbəsi  ilə  qurtarır.  Bu  zaman 

Əhməd xan Gürcüstanda möhkəmlənən ruslara müraciət edir və onların köməyi ilə 

itirilmiş  hakimiyyətini  bərpa  edir.  Bu  hadisədən  sonra  sultanların  xalq  tərəfindən 

seçilməsinə  son  qoyuldu  və  hakimiyyəti  irsi  olaraq  Əhməd  xanın  varislərinə 

keçirdi. 

Car  icması  ilə  İlisu  sultanları  arasında  mövcud  olan  münasibətlər  o  qədər 

yaxın və möhkəm idi ki, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında sultanlıq 

"Car əyaləti"nin tərkib hissəsi kimi göstərilirdi. 

1803-cü ildə Car icmasının öz üzərinə  götürdüyü öhdəlikdə qeyd olunurdu 

ki, bizimlə qonşu olan, daim müttəfiqlik və dostluq münasibəti saxlayan tatar İlisu 

sultanı  Əlisultan  bütün  əhalisi  ilə  birlikdə  Rusiyanın  ali  hakimiyyətini  qəbul  edir 

(19, s. 686). 

İlisu  sultanlığının  xəzinəyə  ödəyəcəyi  vergilər  Car  icması  vasitəsilə 

verilirdi. Vergilərin gecikdirilməsi zamanı icmaları hədələyən general Sisianov bu 

vergilərin  ləngidilməsində  günahkar  bilinən  İlisu  sultanını  da  təhqir  edirdi: 

"Utanmaz  və  fars  ürəkli  sultan!..  Sən  öz  payına  düşən  vergini  iki  ildir  ki, 

vermirsən. Səndə it qəlbi və eşşək ağlı var. Məktubunda məni hiyləgər bəhanələrlə 

aldatmağa çalışırsan. Əgər bu dəfə də müəyyən edilmiş vergini vaxtında ödəməsən 

çəkmələrimi sənin qanınla yuyacağam" (33, s. 695). 

Sultan  Əhməd  xanın  zamanında  İlisu  sultanlığının  nüfuzu  yüksəlməyə 

başladı.  O  Qafqazdakı  Rusiya  Hökumətinin  nümayəndələri  ilə  danışığa  girir, 

onlarla  birbaşa  əlaqə  yaradaraq  rus  komandanlığının  dəstəyini  və  rəğbətini 

qazanmağa  çalışırdı.  Əhməd  xan  1807-ci  ildə  13  yaşlı  böyük  oğlu  ilə  Tiflisə 

gedərək  Rusiyaya  şəxsi  sədaqətini  və  itaətini  bildirdi.  Hətta  bu  sədaqətini  sübut 

etmək  üçün  öz  oğlunu  Tiflisdə  girov  qoyaraq  onun  Tiflis  əsilzadə  məktəbinə 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə