Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

25 

 

oxumağa verilməsini xahiş etdi. Sultanın bu sədaqətini qiymətləndirən Qafqazdakı 



rus  qoşunlarının  baş  komandanı  qraf  Qudoviçin  göstərişi  ilə  ona  polkovnik  hərbi 

rütbəsi verildi (23, s. 326-327). 

1830-cu  ildə  Əhməd  xan  vəfat  etdi.  Onun  özündən  sonra  6  oğlu  qalmışdı. 

Birinci oğlu öz əmisi qızından olan İmran ağa idi. Musa və Daniyal ağa onun ikinci 

arvadı  Qazıqumux  xanı  Aslanın  qızından  olan  oğulları  idi.  Pərican  adlı  3-cü 

arvadından  Məhəmməd,  Xəlil  və  Əmirxan  adlı  üç  oğlu  var  idi.  Əhməd  xanın 

ölümündən sonra  Musa  ağa  sultan təyin edildi,  lakin o sultanlığı cəmi 8 ay idarə 

etdi. 


Qeyd  etdiyimə  kimi  İlisu  sultanları  bir  qayda  olaraq  adətlərə  əsasən  xalq 

yığıncaqlarında  sultan  ailəsinin  üzvləri  içərisindən  öz  şəxsi  keyfiyyətlərinə  görə 

seçilirdi. Rusiyaya birləşdirildikdən sonra sultan seçilməsində mövcud olan qayda 

dəyişikliyə uğradı. Yəni sultan seçgisi zamanı təkcə onun şəxsi  keyfiyyətləri  yox, 

bütövlükdə  Rusiyaya  sədaqəti  ön  plana  çəkilirdi.  Başqa  sözlə  desək  Rusiya 

sultanların etibarlı şəxslər içərisindən seçilməsində  maraqlı idi. Təsadüfi deyil ki, 

Əhməd xanın ölümündən sonra məhz bu cür keyfiyyətlərə malik olan Musa ağanın 

sultan seçilməsi bilavasitə Rusiyanın təyinatı idi. 

Musa ağanın vəfatından sonra onun qardaşı Daniyal bəy sultan təyin edildi. 

Mənbələr  Daniyal  sultanı  bacarıqlı,  igid,  ağıllı  cəsarətli,  uzaqgörən,  sultanlığın 

əhalisi  içərisində  güclü  nüfuzu  olan  şəxsiyyət  kimi  xarakterizə  edir.  Öz 

səlahiyyətlərinin  məhdudlaşdırılmasına  qarşı  qətiyyətlə  çıxış  edən  Daniyal  bəy 

çarizmin müstəmləkə əsarətinə qarşı qətiyyətlə mübarizə aparmışdı. Qızı Kərimət-

bikəni  Şamilin  oğlu  Qazı  Məhəmmədə  ərə  verən  sultan  şeyx  Şamilin  ən  yaxın 

silahdaşı  və  məsləkdaşı  idi.  Daxili  idarəçilikdə  qeyri-məhdud  hakimiyyətə  malik 

olan Daniyal sultana Rusiya xüsusi diqqət və hörmətlə yanaşırdı. İxtiyarında olan 

hərbi qüvvə ilə müəyyən hərbi yürüşlərdə rus qoşunlarına göstərdiyi köməyə görə 

o qısa müddətdə birbaşa kiçik hərbi rütbələrdən adlayaraq kapitan rütbəsinə layiq 

görüldü  (24,  s.  451).  1832-ci  ildə  Qazı  Mollanın  müttəfiqi  Həmzət  bəy  Car 

vilayətinə yürüş edərkən fərqlənən Daniyal sultana mayor rütbəsi verilmiş, 1837-ci 

ildə isə 3-cü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif edilmişdi. 

Sonrakı  il  öhdəsində  olan  200  nəfərlik  milis  dəstəsi  ilə  göstərdiyi  hərbi 

şücaətə görə podpolkovnik rütbəsinə layiq görülmüşdü. 1840-cı ildə isə göstərdiyi 

şücaətə görə Qrodno qusar alayının leyb qvardiya mundirini geymək hüququ almış 

və polkovnik rütbəsinə keçirilmişdi. Sonralar general-mayor rütbəsi alan sultan 3-

cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilmiş və aldığı rütbəyə görə ona 

ildə 860 gümüş manat məbləğində maaş kəsilmişdi. Bununla bərabər ona evdə və 

yürüşlərdə  epoletlərlə  (bəzəkli  paqon)  bəzənmiş  milli  kostyum  geyməyə  icazə 

verilirdi. 

Məhz  şəxsi  keyfiyyətləri  nəticəsində  sultan  təyin  olunduğu  ilk  illərdə 

əcdadlarına  məxsus  olan,  lakin  sonralar  carlılar  tərəfindən  ələ  keçirilən  Qorağan, 



26 

 

Şotavar və  Almalı kəndləri üzərində  yenidən sahiblik hüququnu İlisu sultanlığına 



qaytara bilmişdi (13, s. 499). 

1839-cu  ildə  Dağıstanın  cənubunda  zəbt  edilən  4  icmadan  üçü  o  zaman 

təşkil  edilən  Samur  dairəsinin  tərkibinə  daxil  edilmiş,  4-cüsü  Rutul  mahalı  isə 

Daniyal sultanın şəxsi idarəçiliyi altında saxlanmışdır (71, s. 223). 

1830-cu  ildə  Car-Balakənin  Rusiya  tərəfindən  işğal  edilməsindən  sonra 

inzibati idarəçilikdə baş verən dəyişikliklər İlisu sultanlığına da aid edilmişdi. Car-

Balakən camaatlığı ilə birlikdə İlisu sultanlığının bütün ərazisi hərbi rəisə tabe olan 

Car-Balakən  əyalətinə  tabe  edildi.  Əyalət  hərbi  rəis  tərəfindən  idarə  olunurdu. 

Mülki idarəçilik işləri ilə məşğul olmaq üçün viləyət rəisi yanında Müvəqqəti idarə 

yaradıldı. Müvəqqəti idarə həlledici səs hüququna malik olan 2 rus məmurundan və 

icmaların  seçdiyi,  lakin  Qafqaz  canişini  tərəfindən  təsdiq  olunan,  məşvərətçi  səs 

hüququna  malik  6  yerli  şəxsdən  ibarət  idi.  Dövlət  pullarının  və  digər  vergilərin 

qəbulu  üçün  Müvəqqəti  İdarənin  yanında  vilayət  xəzinəsi  təşkil  edildi.  1830-cu  il 

Əsasnaməsinə  görə  əhalidən  xəzinəyə  daxil  olan  gəlirlər  haqqında  müfəssəl 

məlumat toplamaq tələb olunurdu. Vilayət 3 mahala, yaxud naibliyə: Car, Tala və 

İlisu  sultanlığına  bölünürdü.  Mahalların rəisi  xalq tərəfindən seçilirdi.  Sultanların 

təyini 

və 


seçilməsi 

haqqında 

isə 

Əsasnamədə 



heç 

bir 


qayda 

müəyyənləşdirilməmişdi.  Müvəqqəti  idarə  əhalini  öz  əvvəlki  yaşayış  yerinə 

qaytarmaq  üçün  tədbirlər  görməli,  sakitliyi,  qayda-qanunu  qoruyub  saxlamalı, 

dağlı tayfalarının hücumlarının qarşısını almaq üçün yerli  əhalidən milis dəstələri 

təşkil  edərək  onları  kordonlar  (qarovul  xətləri)  üzrə  bölüşdürməli  və  s.  tədbirlər 

həyata  keçirməli  idi.  Müvəqqəti  idarənin  üzvləri  vilayətin  hərbi  rəisi  ilə 

razılaşmadıqda  onların  rəyləri  Qafqaz  canişininə  təqdim  edilməli  idi.  Cinayət 

işlərinin mühakiməsi əsasən Müvəqqəti İdarəyə verilirdi. Əsasnamə ingiloyları öz 

hakimlərinə ödədikləri xüsusi mükəlləfiyyətlərdən azad edir və onlara şəxsi azadlıq 

verirdi.  Başqa  yerə  köçmək  istəyən  ingiloylar  bütün  daşınan  əmlakı  aparmaq 

hüququna malik idi. Daşınmaz əmlakı isə öz sahiblərinə əmlakdan gələn gəlirin 10 

illik miqdarını ödəməklə verə bilərdi (32, s. 445). 

Əsasnamənin  23-cü  paraqrafına  əsasən  İlisu  sultanlığı  da  göstərilən 

əsaslarla əyalətin tərkibində hesab olunurdu. Lakin daxili idarəçilikdə sultanlar bir 

qayda olaraq müstəqil idi. Sultanın əyalət rəisindən asılılığı əsasən hərbi xarakterli 

sahələrə aid idi. 

1830-cu  il  Əsasnaməsi  öz  xarakterinə  görə  mülki  idarəçiliyə  keçid 

səviyyəsində  idi.  Əsasnamə  Car  Balakənin  və  sultanlığın  mülki  idaəetmə 

qaydalarına  toxunmamışdı,  ona  görə  də  əhali  tərəfindən  ciddi  narazılıqla 

qarşılanmadı. 

1840-cı  ildə  inzibati  idarəçilikdə  yeni  dəyişiklik  baş  verdi.  Gürcüstan-

İmeretiya  quberniyasının  tərkibində  Car-Balakən  qəzası  yaradıldı.  Qəzada  qəza 

məhkəməsi,  dövlət  əmlakının  qəyyumluğu,  zemstvo  mükəlləfiyyətləri  komitəsi, 

prokuror  nəzarəti  və  xəzinədarlıq  sistemi  təsis  edildi.  Qəza  üç  sahəyə:  Balakən, 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə