Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

21 

 

Məlumdur  ki,  Azərbaycanı  işğal  edən  rus  generalları  Qafqaza  gəldikləri 



zaman  yalnız  ermənilərə  bel  bağlamış,  onların  xəyanətkar  əməllərindən  öz 

məqsədləri  naminə  istifadə  etmişdilər.  Öz  çirkin  əməllərinə  nail  olmaq  istəyən 

ermənilər isə Qafqaza ali baş komandan təyin edilən hər hansı generalla dərhal dil 

tapırdılar.  General  Sisianov  da  ermənilərlə  yaxından  əməkdaşlıq  edən  hiyləgər 

diplomat  idi.  O  özünü  "bütün  xristianların  müdafiəçisi"  adlandırır,  bir  əlilə  Car 

Balakəni işğal edir, digər əlilə İrəvan və onun ətrafında yaşayan erməniləri, bütün 

xristianları  birləşməyə  çağırırdı.  Sisianov  "müsəlman  zülmü"  altında  "əzilən" 

erməniləri İrəvanın daxilində iğtişaşlar törətməyə təhrik edirdi (44, s. 275). 

Sisianovun  qəddarlığı  və  amansızlığına  baxmayaraq  Car-Balakən  icması 

işğalçılara  qarşı  qəhrəmanlıq  mübarizəsini  bir  dəqiqə  də  olsun  dayandırmırdı. 

Məhz bu ərazidə rus qoşunlarına ağır zərbə vurulur, öz qüdrəti və hərbi üstünlüyü 

ilə  öyünən  Car  generalları  məhv  edilirdi.  Knyaz  Sisianov  qraf  Voronsova 

göndərdiyi  məlumatında  on  yaxşı  Car  generallarının  Car  döyüşlərində 

öldürüldüyünü bildirirdi (14, s. 465). 

1804-cü  ildə  general  Qulyakovun  Cara  yeni  yürüşü  zamanı  onun 

öldürülməsi,  rus  ordusunun  ağır  məğlubiyyəti,  xalqın  azadlıq  mübarizəsi  Car-

Balakənin  bütünlüklə  Rusiyaya  birləşdirilməsinə  mane  oldu.  Daxili  idarəçilik 

qaydalarını  saxlayan  Car-Balakən  icması  rus  qoşunlarının  məhz  bu  ərazidən 

Azərbaycanın  içərilərinə  soxulmaq  planlarını  alt-üst  etdi.  Lakin  Rusiya  Carı 

müxtəlif  vasitələrlə  zəiflətməyə  cəhd  göstərir,  icmalar  arasında  ixtilaf  yaradır, 

xüsusilə daha güclü olan Car icmasının hegemonluğuna son qoymağa cəhd edirdi. 

Buna  baxmayaraq  Car-Balakən  icmaları  öz  əvvəlki  siyasi  nüfuzunu  qoruyub 

saxlamışdı.  Qafqazdakı  rus  qoşunlarının  yeni  baş  komandanı  A.  P.  Tormasovun 

icmalara  müraciətində  Sisianovun  "etibarsız  yaramazlar",  "xainlər",  "satqınlar" 

ifadəsini  "sadiq  və  xeyirxah  carlılar"  ifadələri  əvəz  etmişdi.  Hətta  1809-cu  ildə 

carlılar  Tormasova  müraciət  edərək  Məhəmməd-Həsən  xanı  yenidən  Şəki 

xanlığına  qaytarmağı  xahiş  edirdi  (55,  s.  542).  Bu  isə  Car-Balakən  icmalarının 

Qafqazda  cərəyan  edən  hadisələrə  həlledici  təsir  göstərmək  qabiliyyətini  əks 

etdirirdi. 

Car-Balakən icmalarına bu cür münasibət həm də İranla aparılan müharibə 

ilə  əlaqədar  idi.  Birinci  və  ikinci  Rusiya-İran  müharibələrinin  gedişində  Rusiya 

hərbi qüvvələrinin böyük əksəriyyəti İranla müharibədə iştirak edirdi. Qulyakovun 

ekspedisiyasının  nəticələri  göstərdi  ki,  möhkəm  Car  icmasını  ələ  keçirmək  üçün 

əhəmiyyətli və mütəşəkkil hərbi qüvvə lazımdır. 

1826-1828-ci  illər  İkinci  Rusiya-İran  müharibəsi  zamanı  həm  İran  həm  də 

Rusiya  Car-Balakənin  siyasi  mövqeyinə  xüsusi  əhəmiyyət  verirdi.  Müharibənin 

əvvəlində  İran  qoşunlarının  Zaqafqaziyada  ilk  hərbi  uğurları  ərazidə  Rusiyanın 

müstəmləkə  əsarətinə  qarşı  mübarizənin  güclənməsinə  səbəb  oldu.  Azərbaycanın 

keçmiş  xanları,  bəyləri  yaranmış  əlverişli  şəraitdən istifadə  edərək itirilmiş siyasi 

nüfuzlarını bərpa etmək niyyətində idilər. 




22 

 

Lakin  İran  və  Türkiyə  ilə  aparılan  müharibədə  əldə  edilən  uğur  Rusiyaya 



Car-Balakəni tamamilə işğal etməyə şərait yaratdı. Car-Balakən üzərinə yeni hərbi 

ekspedisiyanın  keçirilməsi  1830-cu  ilin  fevral  ayına  təyin  edildi.  1830-cu  ilin 

fevralın  24-də  qraf  Paskeviç  Alazanı  keçərək  Muğanlı  kəndinə  gəldi.  Yürüş 

ərəfəsində  Paskeviç  icmalara  türk  dilində  yazılmış  bəyannamə  göndərdi. 

Bəyannamədə  göstərilirdi  ki,  icmaların  siyasi  müstəqilliyinə  son  qoyulmalı, 

feodalların torpaq üzərində mülkiyyət hüququ-şəriət məhkəməsi və s. saxlanmaqla 

bütün daxili idarəçilik qaydaları rusların əlinə keçməlidir. 

Camaatların  yığıncaqlarında  qızğın  müzakirəyə  səbəb  olan  bu  bəyannamə 

əhali  arasında  müxtəlif  fikirlərə  səbəb  oldu.  Müzakirələr  zamanı  yığıncaqların 

iştirakçıların  iki  hissəyə  ayrıldı.  Yığıncaq  iştirakçılarının  əksəriyyəti  silahlı 

müqavimət  göstərməyi  təklif  edir,  heç  bir  vəchlə  idarəçilik  qaydalarının 

dəyişdirilməsini  istəmirdilər.  Təslimin  tərəfdarları  isə  əsasən  torpaq  üzərində 

mülkiyyət  hüququnu  qoruyub  saxlamaq  istəyən  feodallar  idi.  Lakin  son  damla 

qanına  qədər  vuruşmağa  hazır  olanlar  daha  çoxluq  təşkil  edirdi.  Camaatların 

tərəddüdünə  varlı  torpaq  sahibi  Hacı  Mahmudun  gözlənilmədən  təslim  olmaq 

təklifi son qoydu. 

1830-cu ilin  fevralında dağ keçidlərinin bağlı olmasından istifadə edən rus 

qoşunları  Car-Balakəni  qəti  şəkildə  işğal  etdi  və  xüsusi  qanunlarla  idarə  olunan 

Car-Balakən  əyaləti  təşkil  edildi.  1830-cu  il  martın  4-də  bütünlüklə  Paskeviçin 

bəyannaməsi əsasında hazırlanan "Car Balakən əyalətinin idarə edilməsi qaydaları 

"elan  edildi.  Əyaləti  idarə  etmək  üçün  ki,  Bekoviç-Çerkassinin  (yeni  yaradılmış 

Car-Balakən əyalətinin rəisi idi. – Z.C) sədrliyi ilə müvəqqəti idarə təsis olunurdu 

(32, s. 445). 

Car-Balakəni  işğal  edən  Paskeviç  xalq  həyacanlarından  qorxaraq  yeni 

qalanın tikintisinə başladı və burada iki polk yerləşirdi. Carın bir hissəsi dağıdıldı 

və  Yeni  Zaqatala  adlanan  qalanın  əsası  qoyuldu.  Lakin  tez-tez  təşkil  edilən 

hücumlar  nəticəsində  qalanın  dəfələrlə  dağıdılması  onun  tikintisini  xeyli  ləngitdi 

(129, s. 24). 

 

§ 2. Tarixi az öyrənilmiş bir dövlətimiz - İlisu sultanlığı 

 

XIX  yüzilliyin  əvvəlində  şimal-qərbi  Azərbaycanda  mövcud  olan  feodal 



təsisatlarından  biri  də  XVI  əsrin  ikinci  yarısında  yaranan  İlisu  sultanlığı  idi.  Bu 

inzibati  vahid  şimaldan  və  şərqdən  Qafqaz  dağları,  qərbdən  Qanıq  çayı,  cənub-

şərqdən  Şəki  xanlığı  ilə  həmsərhəd  idi.  İlisu  sultanlığı  əsasən  iki  hissədən  ibarət 

idi.  Birinci  hissə  Saxur  vilayəti,  yaxud  "Dağ  mahalı"  adlanırdı.  Bu  hissənin 

tərkibinə əsasən Dağıstan torpaqları, Saxur kəndi və Samur vadisinə qədər uzanan 

ərazilər  daxil  idi.  İkinci  hissə  ayrıca  İlisu  sultanlığından  ibarət  olub  Saxur 

vilayətindən cənubdakı torpaqları əhatə edirdi. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə