Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

37 

 

arasında  xristianlığın  azad  yayılmasını  elan  etmişdi.  Lakin  bu  zahiri  xarakter 



daşıyırdı.  Əraziyə  xristian  missionerləri  din  təbliğatçıları  göndərilir,  kilsələr 

tikdirirdi. 1822-ci ilə qədər cəmi 16 nəfər ingiloy xristianlaşdırılmışdı. İngiloyların 

xristianlaşdırılmasının  1822-ci  ilə  qədər  ləng  getməsinin,  əsas  səbəblərindən  biri 

Car-Balakən  camaatlığının  hələ  Rusiya  tərəfindən  tam  və  qəti  şəkildə  işğal 

edilməməsi  ilə  əlaqədar  idi  79,  s.  249-250).  1834-cü  ilə  qədər  cəmi  32  ingiloy 

xristianlığı  qəbul  etmişdi.  Sonralar  xristianlığın  provoslav  məzhəbini  qəbul  etmiş 

ingiloyların  sayı  sürətlə  artmağa  başladı.  Bu  bir  tərəfdən  xristianlığın  sürətlə 

yayılmasının,  təbliğ  edilməsinin  nəticəsi  idisə,  digər  tərəfdən  onlar  üçün  bir  sıra 

imtiyazların verilməsi ilə əlaqədar idi. Belə ki, ingiloylar birbaşa xəzinəyə verilən 

vergilərdən və müəyyən mükəlləfiyyətlərdən azad edilirdi (29, s. 898). 

1851-ci 

ildə 


Car-Balakəndə 

yaşayan  ingiloyların  1200  nəfəri 

xristianlaşdırılmış, bu məqsədlə 3 kilsə inşa edilmiş və bu kilsələr gürcü, türk dilini 

bilən ekzarxlarla təmin edilmişdi (29, s. 898). 

60-cı  illərdə  Zaqatala  dairəsində  3  kənddə  -  Qax,  Qorağan  və  Əlibəylidə 

yeni kilsələr inşa edilmişdi (28, s. 1390). 1860-cı ildə Yenikənd və İlisuda yaşayan 

5442 nəfər ingiloyun 3697 nəfəri xristianlaşdırılmışdı (28, s. 1349). 

Car-Balakən  camaatlığı  kimi  İlisu  sultanlığında  da  bu  ərazi  qəti  işğal 

edilənə  qədər  əhalinin  siyahıya  alınması  keçirilməmişdi.  1831-ci  il  siyahıya 

alınmanın nəticələrinə görə sultanlıqda 38 kənd və 2128 ev vardı (133, s. 304-304). 

Bu kəndlər aşağıdakılar idi (cədvəl 1). 

Sultanlıqda birləşən kəndlər asılıq dərəcəsinə görə 3 qrupa bölünürdü: 

1)  Sultana  hakim  kimi  tabe  olan,  lakin  heç  bir  məcburi  mükəlləfiyyət 

daşımayan kəndlər. 

2)  Sultana  vergi  verən  və  müəyyən  edilmiş  mükəlləfiyyətləri  yerinə 

yetirməli olan kəndlər. 

3)  Bəylərdən asılı olan kəndlər. 

 

№ 



Kəndlərin adı 

Evlərin sayı 

Əhalinin sayı 

Sarıbaş 



20 

35 


İlisu 


300 

450 


Ağçay 


20 

27 


Qax 


400 

650 


Zəyəm 


10 

16 


Kiçik Malax 





Böyük Malax 

14 



Suvagil 


100 

180 


Qum 


50 

39 



38 

 

10 



Sabunçu 



11 

Sasxan 


20 

34 


12 

Əmircan 


50 

64 


13 

Qas 


15 

18 


14 

Qalalı  


20 

24 


15 

Zərnə 


40 

56 


16 

Ləgit 


15 

18 


17 

Malax 


12 


18 

Meşəbəyi 

15 

21 


19 

Aqatay   



20 



Əmbərçay 

30 


45 

21 


Əlibəyli 

50 


61 

22 


İbahlı 

20 


24 

23 


Bağlar 

12 


18 

24 


Bazartala 



25 

Bğyük Kötüklü 

20 

28 


26 

Qaratala 



27 



Kiçik Kötüklü 



28 

Danqlı 


10 

17 


29 

Qıpçaq 


50 

64 


30 

Qaysarlı 

13 

17 


31 

Amanlı 


12 

14 


32 

Bəydərli 

15 

18 


33 

Karmalar 

20 

28 


34 

Tanqıt 


10 

16 


35 

Daykənd 


36 



Cəlair 



37 

Dəhnədağlı 

15 

29 


38 

Baş Suvagil 

25 

36 


 

Birinci  qrupa  daxil  olan  kəndlərdə  əsasən  Saxurlar  yaşayırdı.  Baş  Qafqaz 

silsiləsinin  həm  şimal,  həm  də  cənub  tərəfində  yerləşən  ərazilərdə  yaşayan 

Saxurların  başlıca  məşğuliyyəti  heyvandarlıq  idi.  sultanlığın  şimal  hissəsində 

yerləşən bu kəndlər 4 qrupda birləşirdi. Saxur, İlisu, Qaradolaq və Suvagil qrupları. 



39 

 

Saxur  qrupuna  daxil  olan  kəndlər  Samur  çayı  və  Baş  Qafqaz  silsiləsinin  cənub 



tərəfində olan Zərnə və Ləkit dərələri torpaqları daxil idi. Saxur qrupuna daxil olan 

kəndlər:  Saxur,  Xiyax,  Syuqyut,  Muslax,  Mıxıx,  Gilmis,  Kurdul,  Zərnə,  Ləkit  və 

Ləkit-Malax kəndləri idi. 1852-ci ildə siyasi və  hərbi səbəblərə görə bu kəndlərin 

əhalisi  Zaqatala  dairəsinə  köçürülmüşdü.  Köçürülənlərin  bir  hissəsi  yeni  iqlimə 

uyğunlaşmadıqları üçün tələf olmuş, bir hissəsi isə 1860-cı ildə öz əvvəlki yaşayış 

yerinə  qayıtmışdı.  Bu  kəndlərin  ən  qədimi  Saxur  hesab  edilir.  Məhz  bu  kənddə 

yaşayan  ailələrin  sayının  artması  ilə  əlaqədar  olaraq  yer  çatışmadığına  görə  Baş 

Qafqaz  silsiləsinin  cənub  yamaclarına  köçən  Saxurlular  digər  kəndlərin  -  Xiyax, 

Syuqyut,  Malax,  Ləkit  Malax  kəndlərinin  əsasını  qoymuşdular.  Saxur  qrupunda 

birləşən  kəndlərin  əhalisi  əsasən  azad  və  bərabərhüquqlu  Saxurlardan  ibarət  idi. 

Yerli  şəraitə  uyğun  olaraq  Saxurluların  əsas  məşğuliyyəti  heyvandarlıq,  əsasən 

qoyunçuluq  idi.  Sonralar  bu  kəndlərdə  məskunlaşanlar  əkinçiliklə  də  məşğul 

olmağı öyrəndilər. 

İkinci qrupa daxil olan (İlisu və Qaradolaq qrupu) kəndlər - Carıbaş, İlisu, 

Ağçay,  Qaşqaçay,  Yuxarı  Malax,  Aşağı  Malax,  Əmbərçay  idi.  Yuxarı  və  Aşağı 

Malax  kəndlərinin  əsası  XVIII  əsrin  əvvəlində  Quba  və  Şirvandan  gələnlər 

tərəfindən qoyulmuşdu. Bu qrupa daxil olan kəndlərdən yalnız biri-İlisu sultandan 

asılı  vəziyyətdə  idi.  Bu  kəndlərdə  də  yaşayan  əhalinin  başlıca  məşğuliyyəti 

qoyunçuluq idi. Onların yay və qış otlaqları bütün Saxurlulara  məxsus olan digər 

torpaqların  tərkibinə  daxil  idi.  Yayda  örüş  üçün  dağ  yeri,  qışda  bəylərin 

mülkiyyətində olan Əyriçaydan cənubdakı vadilər tutulurdu. 

3-cü qrupa - Suvagil qrupuna daxil olan kəndlər - Baş Suvagil, Qas, Qarqay, 

Qalalı, Əzgilli, Cincimax, Kötüklü, Qum, Sabunçu qəsəbəsi idi. Cincimax, Əzgilli 

kəndlərinin  əhalisi  və  Qalalının  bir  hissəsi  özlərini  Samur  dairəsinin  Kolal 

kəndindən  çıxma  hesab  edir.  Onların  əcdadı  əvvəlcə  Saxura  köçmüş,  sonra  isə 

qeyd olunan digər kəndlərin əsasını qoymuşdular. 

İlisu  sultanlığına  daxil  olan  sultan  və  bəylərdən  asılı  olmayan,  lakin 

göstərilən  qruplara  da  aid  edilməyən  Əmircanlı,  Tanqıt  və  Daykənd  də  var  idi. 

Sultandan asılı kəndlər Qax, Əlibəyli, Meşəbaş, Əncalı, Babalı, Qorağan, Şotavar, 

Almalı,  Suskənd  idi.  Qaxın  Saxur  vilayətinə  birləşdirilməsi  ilə  Saxurların 

düzənliyə  köçməsi  prosesi  sürətləndi.  Qax  kəndi  sultanın  əsas  gəlir  mənbəyi  idi. 

Onun  əhalisi  sultana  vergi  ödəməməli  və  müəyyən  mükəlləfiyyətlər  daşımalı  idi. 

Verginin miqdarı sultanın istəyindən asılı olaraq artırılıb-azaldıla bilərdi. Babalı və 

Almalı qədim kəndlər hesab olunur. 

Bəylərdən asılı olan kəndlər-Fıstıqlı, İbahlı, Kiçik Kötüklü, Böyük Kötüklü, 

Uzuntala,  Qaratala,  Qazmalar,  Bəydərli,  Amanlı,  Qeysərli,  Qıpçaq,  Cəlair, 

Dəymədağlı, Şeyxlər idi. Bu kəndlər qədim kəndlər hesab edilirdi.

 

1828-ci  ildə  Cənubi  Qafqazın  işğalını  başa  çatdıran  Rusiya  bu  ərazinin 



istehsal  və  maliyyə  imkanlarını  öyrənmək  məqsədilə  Qafqaza  xüsusi  məmurlar 

qrupu  göndərmişdi.  Bu  məmurların  topladıqları  məlumatlar  "Rusiyanın  Qafqaz 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə