3
Kitab kimlər üçündür.
İlk olaraq onu bildirmək istəyirəm ki, kitab professional proqramçılar üçün deyil həvəskarlar üçün nəzərdə
tutulub. Çünki özüm professional proqramçı deyiləm.
Azərbaycan dilində Java proqramlaşdırma dili üzrə ədəbiyyatın olmaması və ya mövcud kitabların yetərincə
mənə aydın yazılmadığını nəzərə alıb digər həvəskarlarında belə çətinliklə üzləşəcəyini düşünüb
proqramlaşdırmada əldə edəcəyim təcrübəmi bu kitabda toplayıb sizinlə bölüşürəm.
Yaradılmış proqramlaşdırma dillərinin ingilis dilli olması bizi eyni zamanda ingilis dilini müəyyən səviyyədə
öyrənməyə məcbur edir. İngilis dilində zəif bilən və ya yeni başlayanlara kömək olsun deyə bəzi terminlərin
oxunuşunu yanında yazıram. Professional proqramist dostlarım təcrübələrinə əsaslanaraq proqramlaşdırmada
yüksək nəticə əldə etmək üçün ingilis dili biliyinin vacib olduğunu deyirlər. Sərbəst şəkildə çalışacağınız
zaman qarşınıza çıxan problemlərə həlləri nə bu kitab nə də başqası internet üzərindəki material qədər sizi
qane edə bilməz. İnternetdə axtarışda daha dəqiq nəticə əldə etmək üçün isə ingilis dili bilmək vacibdir.
Daha bir əmma var əməliyyat sistemi olaraq Windows OS 8.1, Java-da yaza bilmək üçün NetBeans
proqramını ingilis dilində işlədirəm. Əgər heç bir ingiliscə biliyiniz yoxdursa belə narahat olmayın bu
kitabdan yenə də nə isə öyrənə bilərik.
Əvvəlki eksperimetlərimi də kompüter şəbəkələrini öyrəndiyim zaman Zİ-N Kompüter şəbəkələri və
Çatışmayan biliklər kimi kitablarımda bölüşmüşəm. Zİ-N Kompüter şəbəkələri kitabında da göstərildiyi kimi
mənim tərəfimdən yazılan kitabların müəllifi göstərilməklə çap və satışdan gəlir əldə edilə bilər. Məncə bilik
pulsuz paylaşılmalıdır.
4
Kompüter sizi necə başa düşür və ona necə əmr verilir.
Kompüterlər ikili say sistemi üzərində işləyir. İkili say sistemində 0 və 1 var. Bu qurğulardan hər hansı bir iş
görməsi tələb edildiyində bizim verdiyimiz əmrlər 0 - yanlış, olmaz, dayan və ya 1 - doğru, olar, davam et
kimi tərcümə edilir. Ümumilikdə isə belə başa düşmək olar kompüterin hansısa hissəsinin naqillərinə elektrik
axımı verilsin ya yox.
Kompüterimizdəki işləri görən mikrosxem, xalq deyimi ilə kompüterin beyni CPU(si pi yu) adlanlır. :)
CPU(Central Processing Unit-Sentral prosessinq yunit) mərkəzi hesablayıcı qurğu anlmına gəlir. CPU-ya əmr
verilməsi üçün istehsalçılar İnstruction Set(instrakşn set) adlı instruksiyalar dəsti digər deyimlə qaydalar
toplusu düzəldiblər. Bütün yazılan proqramlar prosessora nə etmək istədiklərini bu qaydalar əsasında izah
edirlər.
Biz kompüter proqramlarını necə yaza bilərik.
Sadə dildə desək proqram yazmaq adi mətn yazmaq kimidir. Bu mətnlər sonda 0 və 1-ə tərcümə olunur və
kompüter istədiyimiz əmri yerinə yetirir.
Bəzi proqramlaşdırma dilləri xüsusi redaktə proqramları vasitəsilə, bəziləri Windows OS daxilindəki adi
Texteditor-la və ya MSDOS-da yazıla bilər. Hər proqramlaşdırma dili fərqli üslubda müəyyən olunmuş
kodlarını ikili say sisteminə tərcümə edir. Windows daxilindəki CMD(command line –kommand layn-əmr
sətri ) ilə DOS-da proqram yazmaq mümkündür. CMD-yə daxil olmaq üçün Start -dan sonra CMD yazaraq
proqramı açın.
"@echo."- əmrindən sonra nə yazsanız yeni sətrə həmin yazı çıxacaqdır, sadə bir əmr. Bundan başqa DOS-da
daha nə etmək olar deyirsinizsə "help" yazıb digər əmrlərə baxa bilərsiniz.
Proqramlaşdırma dilləri - nə üçün fərlənir?
Yuxarıda bildirildiyi kimi kompüter ikili say sistemindəki əmrləri anlaya bilir. Belə olan halda biz insanlar
üçün bu şəkildə proqram yazmaq çox çətindir. İkili say sistemi ingilis dilində Binary(bayneri) adlanır. "
http://www.binarytranslator.com " səhifəsində bunu rahat görmək olar.
Sadəcə "Alma" sözünün sağdakı ikili say sistemindəki uzunluğuna baxın. :)
5
Proqramçılar bu üsulu sadələşdirmək üçün 16-lıq say sistemindən istifadə etməyə başladılar. İngiliscə 16-lıq
say sistemi Hexadecimal(heksadesimal) adlanır. Aşağıdakı şəkildə "Alma" sözünün 2-li və 16-lıq say
sistemindəki yazılışı göstərilib.
16-lıq say sistemində proqramlaşdırmaya misal olaraq Assembler–i göstərmək olar. Proqramlaşdırmada
növbəti mərhələ kimi vizual görünüşü daha rahat olan
BASİC dilini misal çəkmək olar.
BASİC-də verilmiş
mətni ekrana çıxartmaq üçün tələb olunan əmrlər aşağıda təsvir olunub. Şəkildə göstərilən redaktor
"http://www.readybasic.com" səhifəsindəndir. Bu səhifə Java dilində hazırlanıb.
BASİC-də proqrama verilən əmrlər sizin tərəfinizdən təyin olunmuş rəqəmlərin ardıcıllığına uyğun olaraq
işlənir. Yazılmış hər sətir ayrıcalıqda oxunur sonra tərcümə və icra edilir. Bu üsulla işləyən proqrama
"interpreter" - tərcümə proqramı deyilir. Yəni hər yazılan əmri kompüterin başa düşəcəyi dilə çevirir. Bu cür
yaxınlaşma proqramın aşağı sürətdə işləməsinə səbəb olur. Əgər BASİC-də əmrlərin qabağında rəqəm
yazmasan birbaşa əmrin icrasına keçir, bu səbəbdən ilk əmr PRİNT-in (çap etmək, ekrana çıxartmaq)
qarşısına rəqəm qoymuşam ki, 1-ci "Salam Zabil" sözünü ekrana çıxartsın sonra 2-ci əmri İNPUT-u (daxil
etmək) ekrana çıxartsın ki, məndə ona qarşılıq verim. RUN(ran)- proqramın oxunması kimi qəbul edək,
proqramı işə salır. Bəs A$ nədir. $- dəyişən deməkdir. A dəyişəni($) hər hansı bir məlumatla əvəz oluna
bilər. Rəqəm və ya yazı. Nəticədə isə proqram məni salamlayır və məndən cavab aldıqda sona çatır. Daha
sonra yeni sətirdən yeni əmr daxil edilməsini gözləyir.
Java- nə ilə fərqlənir?
Java OOP texnologiyasından istifadə edir. Object Oriented Programming (OOP)-obyekt yönümlü
proqramlaşdırma. Adından da müəyyən dərəcədə anlamaq olar, obyekt yönümlü yəni obyekt yaratmaq üçün
proqramlaşdırma dili. Ən azı mənə bu cür anlamaq rahatdır.
Obyekt hər hansı bir əşya, funksiyası olan qurum və ya canlı ola bilər. OOP əvvəlki dillərdən fərqli olaraq
bir obyekti bir neçə yerdə istifadə etməyə imkan verir. Bir az texniki dillə desək, OOP yazdığınız proqramın