15
Dəyişənlərə istədiyiniz adı vermək mümkündür. Digər dəyişənlər və onların fərqləri proqram yazdıqca aydın
olacaqdır.
Dalğalı mötərizə { }
Nə üçün istifadə olunur? Yazdığınız proqramların başlanğıc və bitmə nöqtəsini bildirir. Eyni zamanda
proqram sətirlərini qruplaşdırır. Bu qruplaşdırmaya BLOCK(blok) deyilir. Bloklar digər blokların tərkibində
ola bilər. NetBeans sarı rənglə blokların başlanğıc və son mötərizənin yerini görməkdə yardımçı olacaqdır.
// comment(şərh)
NetBeans-də "//Mənim birinci Java proqramım" sətri boz rənglə göstərilmişdir. Cümlənin əvvəlindəki "//"
şərh işarələri proqramın daxilində yazılmasına baxmayaraq kompüter üçün heç bir iş əmri vermir. Şərhlər nə
üçün lazımdır? Fərz edək ki, proqramçı bir müddət sonra proqramının hansısa bir funksiyasını ayrıcalıqda
götürmək istəyəndə əvvəlcədən proqramda qeyd etdiyi şərhlərlə hansı sətirdə nə yazdığını anlaya bilər.
Şərhlərin aşağıdakı növləri var:
1. // burda şərh yazılıb
2. /* burda şərh yazılıb */
3. /** burda şərh yazılıb */
System.out.println();
Basic-də göstərdiyim nəticəni ekrana çıxartmaq üçün istifadə olunan əmr print-in artıq JAVA-dakı
istifadəsini görürük. Proqramlaşdırma dilinin imkanları genişləndikcə yazı stilidə dəyişmişdir. Burdakı ekrana
çıxartmaq üçün istifadə olunan yazı şəklinin mürəkkəbliyi proqramın digər imkanlarının da olmasından xəbər
verir. System(sistem), Out(aut-çöl), println(print line(layn)-yeni sətirdən çap et) hərfi mənada da məqsədini
aydın edir “məlumatı sistemdən çölə çıxart və yeni sətirdən çap et”.
Qeyd: System.out.println(); -bu yazını sadəcə “sout” yazıb sonra TAB düyməsinə basaraq
sürətli şəkildə
daxil edə bilərsiniz.
Qeyd: Println – yeni sətirdən
çap edir, print isə eyni sətirdən çapı davam edir.
" ; " nöqtə vergül
Sətirlərin sonunu göstərmək üçün proqramlaşdırmada əsasən nöqtə vergüldən istifadə edilir. Əmrin bitməsini
göstərir.
Sonda proqramı işlətmək üçün birinci proqramı yaddaşa vermək sonra RUN etmək lazımdır. Yaddaşa vermək
üçün CTRL+S və ya
düyməsini sıxmaq, proqramı işə salmaq üçün F6 və ya
RUN düyməsini
sıxmağınız yetərlidir. NetBeans-in daha bir üstünlüyü ondadır ki, yaddaşa verdiyiniz bütün fayllar avtomatik
olaraq compile olunur. Proqramın sətirlərini düzgün yazdığınız halda aşağıdakı nəticəni əldə edəcəksiniz.
Əgər hər hansısa bir səhv varsa sadəcə sətirləri yoxlayın. Nöqtə vergül və ya adların eyni yazılması kimi
səhvlər tez-tez təkrarlanır.
16
NetBeans-də səhvlərin aydınlaşdırılması
Yazdığımız proqramda bilərəkdən cavabda göstərilməli "salamlama" dəyişənini "sala" ilə əvəz edirəm, bu
zaman proqram RUN ola bilməyəcək və solda qırmızı lampa bizə səhvin nə olduğunu göstərəcəkdir.
Qeyd: İşimizi sürətləndirmək üçün artıq bəzi prosesləri təkrarən görüntülü izah etməyəcəm. Buna misal
olaraq yeni java faylı yarat dedikdə faylı yaratmaq üçün CTRL+N və ya File/New file/Empty Java file
ardıcıllığını özünüz əvvəldəki izahlardan təkrar etməlisiniz.
Qeyd: Növbəti proqramları əgər eyni pakage-in tərkibində yaratsanız RUN etmənizdə problem yarana bilər.
Yazılan proqramı Save etdikdən sonra proqramın üzərinə sağ düyməni sıxıb RUN File sətrini seçin və ya
Shift+F6(Shift-in üzərinə sıxıb saxla, eyni zamanda F6 düyməsi sıx deməkdir) düymələrini sıxın. Proqram
RUN ola bilmədikdə səhvlərin hansı sətirdə olmasına baxın.
Qeyd: Müəyyən əmrlərin çağırılması və ya daha başqa hansı funksiyaların mümkün olduğunu görmək
istəyirsinizsə CTRL+Space(boşluq) düymələrini birlikdə sıxın, açılan pəncərədən seçilmiş əmri ENTER
düyməsini sıxmaqla daxil edə bilərsiniz.
Qeyd:. Proqramın səliqəli tərtibi müəyyən müddət sonra proqrama qayıdıb baxdığınızda nəyi nə üçün
yazdığınızı anlamağa kömək edəcəkdir. NetBeans-də yazdığınız proqramın üzərinə sağ düyməni və ya
Alt+Shift+F düymələrini sıxaraq yazıları Format(formaya salmaq) edə bilərsiniz. Şəkillər çox yer tutduğu
üçün bəzi proqramların səliqəsiz sıxlıqda yazılmasını və bəzi əyri mötərizələrin göstərilmədiyini bildirirəm.
Yuxarıdakı misaldan da bəlli olduğu kimi pakage, class, public, dəyişənlər, print müəyyən aralıqda
yazılmalıdır. Mötərizələr və tələb olunan simvollar şəkildə qeyd olunmayıbsa error veriləndə artıq qayda
olaraq açılmış mötərizələrin qapanması, əmrlərin sonunun “;” ilə bitməli olmasından xəbərdarsınız.
17
JAVA-da dəyişənlər
Dəyişənlər hər hansı bir məlumatı özündə saxlayaraq proqramın iş prosesində lazım olan yerdə
informasiyasını yaddaşdan çağırmaq üçündür. Artıq String-dən istifadə etmişik.
String
-lə dəyişənlərə dəyər qazandırmaq üçün qoşa dırnaqdan istifadə edilir. Qoşa dırnaq daxilində yazılan
bütün simvollar fərz edin ki şəkil kimi qəbul edilir. Rəqəmləri rəqəm kimi deyil, rəqəmlərlə yazılmış bir
görüntü kimi yadda saxlayır. Belə olduğu halda siz String dəyişəni ilə hesablama apara bilmirsiniz. Bu
səbəbdən nümunədəki rəqəmlər nəticədə sadəcə yan-yana yazılmaqla kifayətləniblər.
Bildiyimiz kimi String dəyişəninə mənimsədilən mətnlər qoşa dırnaq daxilində yazılır. Bəzən mətnin
daxilində qoşa dırnaq və digər funksiyalar lazım gəlir, bu zaman yuxarıdakı nümunədən istifadə edə
bilərsiniz. String-in müxtəlif funksiyaları mövcuddur (\’ –tək dırnaq, \”qoşa dırnaq, \\- geri sləş, \t - TAB(8
simvol sağa boşluq), \b - Backspace(bəkspeys - bir simvol geriyə, sola pozma), \r - Carrige return(kəric
ritörn- sətirbaşına qayıtma), \f - Formfeed (formfid - formanı doldurma printerlərdə istifadə olunan köhnə
funksiyadır, demək olar java-da istifadə olunmur), \n –Newline(nyulayn- yeni sətir)).
QEYD: (+) işarəsi dəyişənləri görüntü olaraq yan-yana eyni sətirdə çapa vermək üçün istifadə edilir.