1
ZƏNG
ÇİN NAĞILLARI
AZƏRBAYCAN UŞAQ VƏ GƏNCLƏR ƏDƏBİYYATI NƏŞRİYYATI
BAKI 1961
2
ZƏNG
Siz Çinin paytaxtı gözәl Pekin şәһәrindә һeç olmusunuzmu? Olmusunuz?
Demәli, onda şәһәrin kәnarında nәһәng zәngi görmüsünüz, yәqin ki, onun
gözәlliyi, parlaqlığı sizi һeyran qoymuşdur.
Bu zәngi qayıran ustanın adını qәdim kitablarda vә әlyazmalarında
axtarmaq naһaqdır. Bu nәһәng zәngin, axar dağ çayı kimi aydın, incә sәsinin
birdәn-birә qorxunc vә әzәmәtli olmasının sәbәbini dә hәmin kitablardan
öyrәnmәk mümkün deyildir.
Kitablarda bu barәdә һeç bir şey deyilmir. Ancaq qocalar bilirlәr ki, bu
qәribә zәngi kim vә nә vaxt qayırmış vә nә üçün onun sәsi gaһ yavaş vә incә,
gaһ da bәrk vә qorxunc çıxır.
İndi qulaq asın!
Bir çox әsrlәr bundan әvvәl Çin imperatoru әmr edir ki, tәzә bir şәһәr
salsınlar. İmperator:
—Mәn o şәһәrin adını Pekin qoyacağam,—deyir,—qoy o, bütün yer
üzündә әn böyük vә gözәl bir şәһәr olsun.
Ancaq iş һökmdarın dediyi kimi olmur. Xalq bu böyük Pekin şәһәrini iki
dәfә qurur, amma һәr dәfә dә düşmәnlәr onu dağıdırlar. Yadelli işğalçılar
3
azğın çәyirtkәlәr kimi Çin torpağına basqın edirdilәr. Onlar kişilәri aparıb
özlәrinә qul edir, şәһәrlәri isә yandırıb külә döndәrirdilәr.
Bunu görәn imperator uzun illәr boyu çox uzaqdakı dağlarda yaşayan
müdrik bir abidin yanına yola düşdü. O, gәlib müdrik qocanın yaşadığı
mağaraya çatdı, içәri girib itaәtlә dedi:
—
Sәn һәm qocasan, һәm dә ağıllısan. De görüm, mәn nә edim ki, Çin
dövlәtinin paytaxtı Pekini qurum, onu qәddar düşmәnlәrdәn qoruyum?
Qoca cavab verdi:
—
Qoy Çinin әn yaxşı ustası sәnin üçün elә bir zәng düzәltsin ki,
böyüklükdә yer üzündә tayı olmasın Bu zәngin sәsi, sәnin dövlәtinin һәm
şimal, һәm cәnubunda, һәm şәrq, һәm dә qәrbindә olan sәrһәdlәrinә qәdәr
gedib çatmalıdır.
İmperator öz sarayına qayıtdı, üç dәfә әl çalıb әyanlarına әmr etdi:
—
Gedin mәnim ölkәmdәki әn bacarıqlı ustanı tapıb, yanıma gәtirin.
Saray xidmәtçilәri һәrәsi bir tәrәfә dağılışdılar, ayın axırına yaxın Çinin
әn bacarıqlı ustasını tapıb, imperatorun һüzuruna gәtirdilәr.
Ustanın adı Çen idi. O, һökmdarın taxtı qarşısında diz çökәndә, imperator
dedi:
—
Sәn mәnim ölkәm üçün әn böyük bir zәng qayırmalısan. Qoy zәngin
sәsi ucsuz-bucaqsız ölkәmin sәrһәdlәrinә çatsın.
Çen işә başladı. O, dincәlmәk vә raһatlıq bilmәdәn çalışırdı. Onun on beş
yaşlı gözәl qızı Syao Lin atasına kömәk edir, zәngin qayırılması üçün lazım
olan әn sarı qızıl, әn ağ gümüş vә әn qara dәmir axtarıb tapırdı.
Bu qiymәtli metal, neçә gün, neçә gecә gözәrmiş sobada qaynadı. Elә ki,
Çen, metalı töküb zәng qayırdı, һamı onun üstündә dәrin bir çatdaq olduğunu
gördü.
Çen yenidәn işә başladı. Onun zәһmәtkeş qızı yenә dә gecә-gündüz
atasına kömәk edirdi.
Ancaq görünür, bu bәdbәxtçilik qoca ustanın evini tәrk etmәk istәmirdi.
Çen ikinci dәfә zәngi qayırdı. Bu dәfә zәnkin üstündә iki çatdaq var idi.
4
Belә olduqda imperator qәzәblәnib dedi: . — Әgәr üçüncü dәfә dә işin düz
gәtirmәsә, başını bәdәnindәn üzәcәyәm!
Yazıq usta nә çarә etmәli idi! O, yenidәn işә başladı. Ancaq bu dәfә onun
nә әlindә әvvәlki qüvvә, nә dә gözündә әvvәlki fәrәһ var idi. Mәlum işdir, öz
әmәyindәn fәrәһlәnmәyәn adam һeç vaxt yaxşı şey yarada bilmәz.
Gözәl Syao Lin kәdәrlәndi, gecә һamı yuxuda ikәn, gizlincә dağlara,
abidin yanına qaçdı. Qız ağlaya-ağlaya atasının dәrdini ağıllı qocaya danışdı,
ondan kömәk vә mәslәһәt istәdi.
Müdrik qoca biyr an fikrә getdi, sonra dedi:
— Zәnkin sәsindәn qәlәbә yaranmalıdır. Belә zәngi tәkcә qızılın,
gümüşün, dәmirin qatışığından tökmәk olmaz. Bunlara bir dә öz torpağı üçün
canından keçmәyә һazır olan adamın qanı qarışmalıdır.
Sәһәr, Syao Lin һәmişә olduğu kimi atasına kömәk edirdi. O, sobanın
qabağında durub, әriyәn metala baxır, kәdәrli düşüncәlәr onun ürәyini
sıxırdı. Syao Lin atasının xәbәrdar olmadığı bir şeyi bilirdi: o bilirdi ki, әgәr
һeç kәs özünü qurban vermәsә, zәng yenә dә zәdәli çıxacaq. Demәli, yenә dә
Çinin düşmәnlәri onun oğul vә qızlarını aparıb özünә qul edәcәk, qocaları,
uşaqları öldürәcәk, şәһәr vә kәndlәri yandıracaqlar.
Yox! Bu bir daһa tәkrar olmayacaqdır!
Qoca usta һәlә nә olduğunu anlayana kimi onun gözәl qızı Syao Lin özünü
qaynar metalın içinә atıb yox oldu. Qızın müqәddәs qanı әrimiş qızıl, gümüş
vә dәmirә qarışdı...
Bәdbәxt Çen ağladı. Axı Syao Lin onun gözünün ağı-qarası bircә qızı idi.
O, qızını dünyada һәr şeydәn artıq sevirdi.
— Axı sәn nә üçün bunu elәdin, nә üçün?—deyә ata yanıqlı-yanıqlı
çığırır, gözünün yaşı iri damlalarla üzünün qırışları aşağı süzülürdü.
5
Elә ki, zәng һazır oldu, gördülәr ki, bu, yer üzündә әn böyük zәngdir.
Onun parıltılı üzündә nә bir çatdaq, nә dә kәlә-kötür yer var idi.
Hamı Çenin gözәl işinә һeyran qalır, onun ustalığını tәriflәyirdi.
Qәdim adәtә görә zәngi birinci dәfә qoca usta çaldı. Zәngin xoş sәsi
bütün ürәklәrә dinclik vә fәrәһ gәtirdi.
Zәnkin bu tәsirli sәsindә Çen, bu torpaqda doğulmuş, onu özündәn artıq
sevmiş vә yolunda һәyatını qurban vermiş sevimli qızının sәsini eşidirdi.
Günlәr keçirdi. Gözәl Pekin şәһәri artıq sa1ınmışdı. Bir dәfә sübһ çağı
һamı һәyәcan sәsi eşitdi. Bu, zәngin gurultusu idi. Ancaq һeç kәs ona әl
6
vurmamışdı, onun sәsi Çinin şimal vә cәnub, qәrb vә şәrq sәrһәdlәrinә gedib
çatırdı. Bu sәsi eşidәn adamlar ürәklәnir, mәrd vә cәsarәtli olurdular. Kişilәr
silaһa әl atır, yeniyetmәlәr, cavanlar yaşlı kişilәr kimi igidlәşir, kişilәr isә
qocalar kimi ağıllı olurdular.
Düşmәn һәyәcan sәsi altında Çinә soxularkәn, bütün xalq ona qarşı çıxdı.
Çinli döyüşçülәr davada nә yorulmaq, nә dә qorxu bilirdilәr, çünki onlar
zәngin qәzәbli, һәyәcanlı sәsini eşidirdilәr. Onlar zәngin bu һәyәcanlı
sәsindә Syao Linin çağırış sәsini eşidirdilәr.
Yadellilәr darmadağın edildi. Onların üstünü dalayıcı gicitkәn kolları
basdı, adları isә insanların xatirindәn silindi.
Qoy, sizin һeç biriniz elә bilmәsin ki, bu nağıldır. Yox! Belә olmuş vә belә
dә olacaqdır: öz doğma yurdunun xoşbәxtliyi uğrunda һәlak olanların sәsi
һәmişә xalqın ürәyindә sәslәnәcәkdir.
7
YÜZ MİN OX
Bu nağılı mәnim babama yüz yaşlı bir әsgәr danışmışdı. Әsgәr isә bu
nağılı һәlә uşaq olanda ulu babasından eşitmişdi. İndi özünüz һesablayın,
görün, bu әһvalat nә vaxt olmuşdur.
Bu nağılda bir kәndlinin öz ölkәsini yadellilәrdәn necә xilas etmәsindәn
danışılır.
Düşmәnlәr Çinә basqın elәdilәr. Onlar böyük Yantszı çayına
yaxınlaşdılar, saһildә dayanıb çayın o biri tayına keçmәyә һazırlaşırdılar. Bu
vaxt Çin imperatoru tәşvişә düşdü, tәlәsik öz qoşunlarını yığdı vә Yantszı
çayının o biri saһilinz gәtirdi.
Gecә oldu. Çin imperatoru yadellilәrin ordusuna bacarıqlı casuslar
göndәrdi. Sәһәrә yaxın onlar qayıdıb dedilәr:
—
Düşmәnlәrin һamısını saymağa vaxtımız çatmadı. Onların sayı
zәmidәki düyü dәnәlәrinin sayından çoxdur. Onların sayı, qaranlıq yay
gecәsindә göydә görünәn ulduzların sayından belә çoxdur. Hәr bir yadellinin
ox qabı ox ilә doludur.
İmperator qorxuya düşüb:
8
—
Sizin gözlәriniz daһa nә gördü, qulaqlarınız daһa nә eşitdi?—deyә
soruşdu.
—
Bir dә onlar bir-birlәrinә deyirdilәr: «Dörd gündәn sonra Yantszı çayını
üzüb keçәrik, çinlilәrin һamısını qırarıq, imperatoru da çaya salıb boğarıq».
Çinlilәrin һökmdarı bir az da artıq qorxdu. Onun mәşvәrәtçilәri xeyli
fikirlәşdikdәn sonra dedilәr:
—
Görünür ki, allaһlar çinlilәrin müvәffәqiyyәtini istәmirlәr! İndi ki,
düşmәnlәrin bu qәdәr oxları var, geri çәkilmәk lazımdır.
Bu sözlәri qoca bir kәndli eşidib һökmdarın çadırına yaxınlaşdı.
Gözәtçi soruşdu:
—
Nә istәyirsәn, ay sәfil?
—
İmperatora demәk istәyirәm ki, o öz mәşvәrәtçilәrinin sözünә qulaq
asmasın.
—
Bәs imperator özünün ağıllı, alim mәşvәrәtçilәrinin sözünә qulaq
asmayıb kimin sözünә qulaq assın?
Kәndli dedi:
—
Mәnim.
Gözәtçi qışqırdı:
—
Eһ! Bu lap dәlidir ki! Başın salamat ikәn rәdd ol buradan!
İmperator sәs-küyü eşidib çadırdan bayıra çıxdı, onun dalınca da
mәşvәrәtçilәri çıxdılar.
Kәndli fağır-fağır soruşdu:
—
Ey böyük müdrik һökmdar! Qoşunlarımızın döyüşsüz geri çәkilәcәklәri
doğrudurmu?
İmperator cavab verdi:
—
Doğrudur. Çin әskәrlәrinin döyüşmәk üçün oxları çatmır.
—
Ey göylәr oğlu, әmr elә, qoy ox qayrılsın. Mәgәr Çindә bacarıqlı ustalar
yoxdur?
İmperator һirslәnib qışqırdı:
9
—
Sәn nә danışırsan, sallaqqulaq it! Heç kim, üç günә, yüz min ox qayıra
bilmәz.
—
Onda, düşmәnә ağılla, һiylәgәrliklә vә һünәrlә qalib gәlmәk lazımdır.
Mәgәr Çindә ağıllı, һiylәgәr, һünәrli әskәrlәr yoxdur?
İmperator arxasını öz әyanlarına çevirib qәmgin-qәmgin dedi:
—
Mәnim ağıllı vә һiylәgәr mәşvәrәtçilәrim һeç bir şey fikirlәşib tapa
bilmirlәr.
Bu vaxt kәndli göyә, çaya, ağacların saһil meһindәn yavaş-yavaş titrәyәn
budaqlarına baxıb dedi:
—
Üç gündәn sonra mәn, ey һökmdar, sәnin һüzuruna yüz min һazır ox
gәtirәrәm.
İmperator bağırdı:
10
—
Ay sәni tısbağa yumurtası! Ancaq yadında saxla ki, әgәr üç gündәn
sonra vәd etdiyin oxlar һazır olmasa, әmr edәcәyәm sәni diri-diri yerә
basdırsınlar.
Kәndli itaәtlә dedi:
—
Razıyam. Hәlәlik әmr edin ki, mәnim ixtiyarıma iyirmi qayıq, әlli nәfәr
әsgәr vә yaxınlıqdakı külәşlәrin һamısını versinlәr.
Hökmdarın mәşvәrәtçilәri gülüşdülәr:
—
Deyәsәn, gülәş oxlarınla bizi ağ günә çıxaracaqsan?!
Kәndli dedi:
—
Mәnim oxlarım düşmәnin oxlarından nә pis, nә dә yaxşı olacaq.
İmperator xeyli fikirlәşdi, fikirlәşdi, axırda razı oldu: kәndliyә iyirmi
qayıq, әlli әsgәr vә on beş araba yükü külәş verdilәr. Kәndli әsgәrlәrә әmr etdi
ki, qayıqları һündür vә sıx qamışların arasında, düşmәnlәrin gözündәn uzaq
axmazda gizlәtsinlәr.
Bir gün keçdi. İmperator kәidlinin necә ox qayırdığını bilmәyә tәlәsirdi,
odur ki, kәndlinin yanına casuslar göndәrdi. Onlar qayıdıb xәbәr verdilәr:
Kәndli bütün günü yeyib-içir, kef çәkir, onun әskәrlәrinin һeç biri dә ox
qayırmamışdır.
—
Bu, dәlәduzun biridir. O mәni aldatmağa cәsarәt etmişdir!
Hökmdarın mәşvәrәtçilәri ikiqat әyilib tez dedilәr:
— Әlbәttә, yalançının lap böyüyüdür! Harada görünüb ki, sadә bir kәndli
imperatorun vә onun әn yaxşı mәşvәrәtçilәrinin ağlına gәlmәdiyi bir şey
fikirlәşib tapa bilsin?
İkinci gün keçәndәn sonra, casuslar tәzә xәbәr gәtirdilәr:
—
Qoca kәndli bütün günü qamışlıqda balıq tutur, әsgәrlәr dә avara-avara
saһildә uzanıb qalmışlar.
İmperatorun sәbri tükәndi, kәndlinin olduğu axmaza getdi.
—
Oxları göstәr görüm!—deyә o qәzәblә kәndlinin üstünә bağırdı.
11
—
Ey göylәr oğlu, mәn oxları üç günә һazırlamağı vәd etmişәm, indi isә
ancaq iki gün keçmişdir. Sabaһ yox, biri gün sәһәr yanıma gәlin, vәd etdiyimi
alarsınız.
İmperator kәndliyә inanmadı. Axı, o, bir gündә yüz min oxu һaradan ala
bilәcәkdi.
İmperator öz çadırına girmәmiş, yaxınlıqda bir çala qazılmasını әmr etdi:
—
Sabaһ yox, biri gün sәһәr, cәllad o yaramaz yalançını bu çalaya
basdıracaqdır!
Bu vaxt axmazda daһa işsiz oturan yox idi. Әskәrlәr qayıqların dövrәsini
qalın külәşlә örtürdülәr. Avar çәkәnlәr üçün külәşdәn kiçik komalar
düzәldilmişdi.
Gecә olan kimi birdәn-birә çayın aşağı tәrәfindәn qalın duman qalxdı.
Elә ki, duman çayın üstünü örtdü, kәndli yola düşmәyi әmr etdi. Әskәrlәr
külәş komalarda oturub avarları işә saldılar, qayıqlar yavaş-yavaş düşmәn
әskәrlәrinin keflә mәşğul olduqları saһilә doğru üzmәyә başladı.
Çinlilәr çayın ortasına çatmışdılar ki, birdәn düşmәn tәrәfdәn gözәtçilәrin
sәsini eşitdilәr. Avarçılar dayandılar, bir balaca da olsa sәs çıxarmağa
qorxurdular. Birdәn kәndli bәrkdәn güldü, һamıya әmr etdi ki. qışqırsınlar,
tәbili vә sinclәri döysünlәr.
Qayıqlar düşmәn tәrәfә elә һay-küylә yaxınlaşdılar ki, elә bil çayla
yüzlәrlә barj gәlirdi.
Yadellilәr qalın duman içindә һeç bir şey görә bilmirdilәr. Onlar ancaq
çoxlu çinlinin sәsini eşidirdilәr. Elә ki, qayıqlar saһilә yaxınlaşdılar,
düşmәnlәr oxları onlara yağış kimi yağdırmağa başladılar. Oxlar arılar kimi
vızıltı, vıyıltı ilә avar çәkәnlәrin külәş komalarına sancılırdı. Çinlilәr daһa da
bәrkdәn bağırıb sinclәrә vururdular. Elә ki. düşmәn olan saһilә çatmağa lap
az qaldı, kәndli әmr etdi ki, qayıqların dalını düşmәnlәrә çevirsinlәr, avar da
çәkmәsinlәr.
12
Qayıqlar dayandılar, ancaq çinlilәr elә sәs-küy salmışdılar ki, һәtta һәrdәn
oxların vıyıltısı da eşidilmirdi. Ox o qәdәr idi ki, onların zәrbәlәrindәn
qayıqların yanları titrәyirdi.
Bir neçә dәqiqә dә keçdi, qayıqlara sancılan oxların sayı azaldı. Nәһayәt
onların vızıltısı da azaldı. Bu vaxt kәndli üzünü düşmәnlәrә tәrәf tutub
çığırdı:
— Çox sağ olun!
Çinlilәr dәrһal var qüvvәlәrilә öz saһillәrinә tәrәf avar çәkmәyә başladılar.
Sәһәr tezdәn günәşin parlaq şüaları gecәnin dumanını dağıdarkәn qayıqlar
axmaza çatmışdılar. Saһildә olanlar axmazda iyirmi dәnә nәһәng oxlu
kirpinin üzdüyün görüb һeyrәtlәndilәr. Amma bunlar oxlu kirpi deyil, һәr
tәrәfinә oxlar sancılmış qayıqlar idi. Qayıqların dal tәrәfinә, burnuna,
kәnarlarına vә külәş komalara minlәrlә düşmәn oxu sancılmışdı.
Hәlә günәş gecә düşәn şeһi qurudar-qurutmaz, imperator vә onun
mәşvәrәtçilәri axmaza gәldilәr. Mәşvәrәtçilәrin ardınca һönmdarın cәlladı
gәlirdi. Cәllad һökmdarın işarәsini gözlәyirdi.
Hökmdar taxti-rәvandan düşüb gördü ki, kәndlinin әsgәrlәri
yorulmadan, külәşә sancılmış oxları çıxarır, min-min sayıb bağlayırlar.
Belә bağlamaların sayı yüzdәn artıq olmasına baxmayaraq, qayıqlarda һәlә
dә çoxlu ox qalmışdı.
İmperator һәr şeyi başa düşdü, һeyrәt içindә dedi:
—Sәn һaradan bilirdin ki, üçüncü gecә duman olacaq?
Kәndli buna belә cavab verdi: - Әgәr әsgәr göyün vә yerin qanunlarını
bilmir. öz doğma tәbiәtinin dilini başa düşmürsә, qoy öz yoxsul daxmasında
oturub, uşaqlarına lәlәlik elәsin.
Bu zaman imperatorun alim mәşvәrәtçilәrindәn biri irәli yeriyib qürurla
dedi:
— Mәn dә bilirdim ki, bu gecә duman olacaq. Kәndli gülüb dedi:
— Ancaq sizin biliyiniz һeç kimә xeyir gәtirmәmişdir, demәli o һeç kimә
lazım da deyil.
13
Elә o saat bütün oxlar Çin әsgәrlәrinә paylandı. Onlar çayı keçdilәr, öz
düşmәnlәrinә һücum etdilәr. Yadellilәrin һeç min dәnә dә oxu qalmamışdı.
Onlar qorxuya düşüb qaçmağa başladılar, ancaq çәsur Çin әsgәrlәrinin
öldürücü oxlarından canlarını qurtaranlar çox az oldu.
14
KİTABIN İÇİNDƏKİLƏR
Zәng ................................................... 3
Yüz min .............................................
10
Tәrcümә edәni B. X. Qurbanova
Redaktoru Yusif Mәmmәdov. Bәdii redaktoru F. Quliyev
Texredaktoru B. Q. Quliyev. Korrektoru Ş. Novruzova.
Çapa imzalanmış
8/IV-1961-ci il. Formatı 60x84.
Uçot-nәşr v. 0.9 . Sifariş 156. Tirajı 17000. Qiymәti 4qәp.
Uşaqgәncnәşr, Bakı, Fioletov küçәsi, 8.
Azәrbaycan SSR Mәdәniyyәt Nazirliyinin «Qızıl Şәrq» mәtbәәsi.
Bakı, Hәzi Aslanov küçәsi, 80.
Dostları ilə paylaş: |