ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   65   66   67   68   69   70   71   72   73

214 
min  nəfər  azərbaycanlı  qalmışdı.  Yəni  Ermənistanda  daşnakların 
hakimiyyəti  zamanı  227  min  nəfər  azərbaycanlı  ya  erməni 
terrorunun  qurbanı  olub,  ya  da  Azərbaycana  və  qismən  də 
Türkiyəyə  köçüb  gediblər.  Beləliklə,  1918-1921-ci  illərdə  indiki 
Azərbaycan ərazisində yaşayan «müsəlman»ların sayı 330-380 min 
nəfər  azalaraq,  1.450-1.500  min  nəfər  olmuşdur.  Eyni  dövrdə 
Azərbaycanda  yaşayan  ermənilərin  sayı  140  min  nəfər  azalmışdır. 
Bu  azalmanın  bir  hissəsini  təbii  ölümlə  ölənlər  və  I  Dünya 
Müharibəsində  qırılan  erməni  əskərləri,  bir  hissəsini 
«müsəlman»lara  qarşı  hərbi  əməliyyatlar  zamanı  ölən  ermənilər, 
qalan əksəriyyətini də Ermənistana miqrasiya edənlər təşkil edirdi. 
1922-ci  ildən  başlayaraq,  Azərbaycanda  əhalinin  sayı  həm  təbii 
artım,  həm  də  yeni  miqrantlar  hesabına  sürətlə  artmağa  başladı. 
1926-cı ildə müsəlman əhalisinin sayı 1.708 min nəfər olmuşdu ki, 
bu da Azərbaycan əhalisinin 73,8%-nə bərabər idi. Halbuki 1897-ci 
ildə  onlar  əhalinin  76,2%-ni  təşkil  edirdi.  Ermənilərin  sayı  1922-
1926-cı  illərdə  artaraq  284,4  min  nəfər  olmuşdu.  Ancaq  onların 
bütün  əhalinin  tərkibində  xüsusi  çəkisi  1897-ci  ildəki  16,6%-dən 
12,3%-ə  qədər  aşağı  düşmüşdü.  Müqayisə  üçün  göstərək  ki,  eyni 
dövrdə  Ermənistan  əhalisinin  tərkibində  azərbaycanlıların  xüsusi 
çəkisi 30,7%-dən (1917-ci ildə – 28%) 10,2%-ə düşmüşdü. Belə ki, 
Ermənistanda  880,5  min  nəfər  əhalidən  89,7  min  nəfəri 
azərbaycanlı  idi.  Ancaq  maraqlıdır  ki,  onların  76,9  min  nəfəri 
(əhalinin  8,7%-i)  «türk»  kimi  (yəni  azərbaycanlı  kimi),  6,3  min 
nəfəri «qarapapax» kimi (ayrıca milliyyət kimi), 5 min nəfəri «pers» 
kimi  və  1,5  min  nəfəri  «türkosman»  kimi  qeydə  alınmışdılar.  Bu 
rəqəmlər  1926-cı  ildə  aparılmış  ümumittifaq  əhali  siyahısından 
alınmışdır [120, s.69-70]. 
1918-ci  ilə  qədərki  son  yüz  ildə  Azərbaycan  əhalisinin 
sayında azalma müşahidə olunmamışdır. Ancaq sonrakı 4 il ərzində 
(1918-1922-ci  illər)  Azərbaycan  əhalisinin  sayı  ilk  dəfə  olaraq 
kəskin şəkildə azalmışdır. Belə ki, 1917-ci ilin sonu ilə müqayisədə 
1922-ci ildə əhalinin sayı 490,7 min nəfər və ya 20,8% az olmuşdur. 
Başqa  sözlə,  Azərbaycanda  bu  kiçik  4  illik  dövr  ərzində  əhalinin 


 
 215
 
beşdə  biri  məhv  edilmişdir.  Bunun  başlıca  səbəbi  həmin  illərdə 
erməni  millətçilərinin  Azərbaycanda  yerli  müsəlman  türk  əhaliyə 
qarşı  apardığı  soyqırım  siyasəti  və  Azərbaycanın  silah  gücünə 
bolşevik Rusiyasının işğalına məruz qalması, zorla sovetləşdirilməsi 
olmuşdur. Bakı bölgəsində hakimiyyəti ələ keçirən bolşevik-daşnak 
qaragüruhu  təkcə  1918-ci  il  mart  ayının  3  günü  ərzində  Bakı 
şəhərində  30  min  azərbaycanlını  xüsusi  qəddarlıqla  öldürdülər. 
Bütövlükdə  1918-ci  ilin  mart-aprel  aylarında  Bakıda,  Şamaxıda, 
Qubada, Muğanda və  Lənkəranda erməni-bolşevik silahlı dəstələri 
50  min  nəfərdən  çox  azərbaycanlını  öldürmüş,  on  minlərlə  insanı 
yerindən-yurdundan didərgin salmışdılar [120, s.17-18]. 
Azərbaycanda  əhalinin  bu  cür  kəskin  azalması  bir  də  1940-
1950-ci illərdə müşahidə edilmişdir. Bu da İkinci Dünya müharibəsi 
və  ya  Böyük  Vətən  müharibəsi  ilə  bağlı  olmuşdur.  Ancaq  ən 
dəhşətlisi  odur  ki,  ümumi  vətən  saydığımız  SSRİ-nin  15  müttəfiq 
respublikasının  heç  birində  əhalinin  sayı  Azərbaycanda  olduğu 
qədər  kəskin  azalmamışdır.  1940-1950-ci  illərdə  müharibə 
meydanına  çevrilmiş  Rusiyada  əhali  azalması  -7,9,  Ukraynada  -
11,5,  Belarusiyada  -14,8,  Litvada  -12,0,  Moldovada  -7,2,  eləcə  də 
Gürcüstanda  -3,3,  Özbəkistanda  -5,4,  Türkmənistanda  -8,1, 
Tacikistanda  -1,0  faiz  təşkil  etdiyi  halda,  Azərbaycanda  əhali  sayı 
12,7 faiz azalmışdır. 1940-cı ilin əvvəlində 3.274 nəfərə qarşı 1950-
ci ilin əvvəlində 2.859 nəfər olmuş, yəni respublikamızda əhali sayı 
415  min  nəfər  azalmışdır.  SSRİ  üzrə  bu  əhali  azalması  8,0  faiz 
olmuşdur.  Ancaq  Ermənistanda  həmin  dövrdə  əhali  2  faiz  artışdır 
[120,  s.25].  Göründüyü  kimi,  Moskvada  müəyyən  dairələrin 
düşünülmüş  ssenarisi  əsasında  digər  respublikalarla  müqayisədə 
Azərbaycandan  həm  müharibəyə  səfərbər  olunanların,  həm  də 
cəbhədə  itkilərə  məruz  qalanların  sayı  digər  respublikalarla 
müqayisədə xeyli çox olmuşdur. Bura onu da əalvə edək ki, qonşu 
Ermənistan və Gürcüstandan da döyüşən orduya səfərbər edilənlərin 
milli-etnik mənsubiyyətində də azərbaycanlılar çoxluq təşkil edirdi. 
1950-ci  illərdə  rəsmi  Moskva  və  Yerevanın  Qərbi 
Azərbaycandan,  o  cümlədən  Zəngəzurdan  azərbaycanlıların  zorla 


216 
köçürülməsi, deportasiyası barədə ən yüksək səviyyələrdə qəbul və 
icra  edilən  qərarlar  da  Ermənistanın  “türksüzləşdirilməsi”, 
azərbaycanlı,  müsəlman  türk  əhalidən  təmizlənməsi,  sayının 
azaldılması  (həm  də  qeyri-münasib,  əlverişsiz  iqlim  zonasında 
köçürülənlərin böyük bir qisminin labüd ölümə məhkum olunmasını 
əvvəlcədən  hesablamaqla)  siyasətinin  reallaşmasına  yönəlmişdi. 
SSRİ  Hökuməti  səviyyəsində  rəsmən  icra  edilən  deportasiyada 
söhbət 300 minlik azərbaycanlı əhalidən gedirdi [259]. 
Belə  köçlərin  başqa  tərəfi  də  vardır.  SSRİ  Hökumətinin 
təlimatı  ilə  Azərbaycandan  azərbaycanlı  əhalinin  azaldılması 
prosesi  də  rəsmi  dövlət  səviyyəsində  müxtəlif  formalarda  həyata 
keçirilmişdir.  Təkcə  1979  və  1989-cu  illər  arası  10  illik  dövrdə 
SSRİ-nin yaşayış üçün ən pis şəraitə malik ucqar şimal bölgələrinə 
miqrasiya edən və daimi əhali kimi qeydə alınan azərbaycanlıların 
sayı  200  min  nəfərdən  çox  idi.  Rusiyada  yaşayan  soydaşlarımızın 
sayı  miqrasiya  hesabına  3  dəfə  artaraq,  1979-cu  ildəki  87,9  min 
nəfərdən  1989-cu  ildə  260,4  min  nəfərə  qədər  çoxalmışdır.  Bu 
dövrdə  azərbaycanlıların  ən  çox  miqrasiya  etdiyi  bölgə  Tümen 
vilayəti olmuşdur. Belə ki, əgər 1979-cu ildə bu vilayətdə 2,6 min 
nəfər  azərbaycanlı  yaşayırdısa,  1989-cu  ilə  qədər  onların  sayı  7,5 
dəfə  artaraq  19,5  min  nəfər  olmuşdu[120,  s.105].  Rusiya  dövlət 
orqanlarının  açıqladığı  rəsmi  məlumata  görə  bu  ölkədə  yaşayan 
azərbaycanlıların  sayı  600  min  nəfərdən  çox,  qeyri-rəsmi 
məlumatlara görə isə 2 milyon civarındadır [260]. 
Ermənistanın  1988-1992-ci  illərdə  planlı  şəkildə  həyata 
keçirdiyi  son  etnik  təmizləmə  siyasəti  nəticəsində  tarixən  həmin 
ərazidə  yaşamış  250  min  nəfər  azərbaycanlı  son  nəfərədək  öz 
doğma  yurdlarından  zorla  qovulmuş  və  Azərbaycana  pənah 
gətirmişdir.  Həm  də  ən  önəmlisi  o  idi  ki,  azərbaycanlılar 
Ermənistanın kənd əhalisinin 1/6-ni təşkil edirdi. Bu isə o deməkdir 
ki,  Ermənistan  ərazisinin  təxminən  1/6-i  azərbaycanlıların 
məskunlaşdığı etnik ərazidən ibarət idi [120, s.109]. 
Zəngəzur  faciələri  ümumazərbaycan  faciələrindən  və 
tarixindən  ayrılmazdır.  Ona  görə  son  olaraq  1990-cı  illərdə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə