ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   65   66   67   68   69   70   71   72   73

 
 217
 
Azərbaycanın  zorla  təhrik  olunduğu  Qarabağ  müharibəsindəki 
itkilərimizi də əlavə edək
Ermənistanın  1988-1992-ci  illərdə  planlı  şəkildə  həyata 
keçirdiyi  son  etnik  təmizləmə  siyasəti  nəticəsində  tarixən  həmin 
ərazidə  yaşamış  250  min  nəfər  azərbaycanlı  son  nəfərədək  öz 
doğma  yurdlarından  zorla  qovulmuş  və  Azərbaycana  pənah 
gətirmişdir. 
Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 
50  min  nəfərədək  Axısxa  türkü  də  Azərbaycanda  sığınacaq 
tapmışdır. 
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  1988-ci  ildən 
başlayaraq  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Dağlıq 
Qarabağın  azərbaycanlılar  yaşayan  126  yaşayış  məntəqəsindən 
onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci 
il  mayın  8-də,  Xocavənd  rayonu  isə  1992-ci  il  oktyabrın  2-də 
erməni silahlı qüvvələri tərəfindən işğal edildi. 
Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli 
hadisələrindən  biri  törədildi  -  Dağlıq  Qarabağda  6000  nəfər 
azərbaycanlının  yaşadığı  Xocalı  şəhəri  keçmiş  Sovet  ordusunun 
366-cı  alayının  köməyi  ilə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən 
bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 
qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam 
şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 
nəfər  xüsusi  qəddarlıq  və  amansızlıqla  diri-diri  yandırıldı,  başları 
kəsildi, gözləri çıxarıldı. 
Beləliklə,  1988-ci  ildən  başlayaraq,  Ermənistan  silahlı 
qüvvələrinin  hərbi  təcavüzü  nəticəsində  Azərbaycan  torpaqlarının 
20  faizi  -  Dağlıq  Qarabağın,  eləcə  də  ona  bitişik  olan  7  rayonun 
(Laçın-1992-ci  il  18  may  tarixdə,  Kəlbəcər-1993-cü  il  2  aprel 
tarixdə,  Ağdam-1993-cü  23  iyul  tarixdə,  Cəbrayıl-1993-cü  il  23 
avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-
cü  il  31  avqust  tarixdə,  Zəngilan-1993-cü  il  29  oktyabr  tarixdə) 
ərazisi  işğal  olunmuş,  Dağlıq  Qarabağdan,  ətraf  rayonlardan, 
həmçinin  Ermənistanla  və  ya  Dağlıq  Qarabağla  həmsərhəd  olan 


218 
yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi 
yaşayış  yerlərindən  məhrum  olaraq  məcburi  köçkün  düşmüş  və 
respublikanın  62  şəhər  və  rayonunda,  1600-dən  çox  sıx 
məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır. 
Azərbaycan  torpaqlarının  20  faizi,  o  cümlədən  Dağlıq 
Qarabağ, eləcə də ona bitişik olan 7 rayon -Ağdam (ərazisinin 62,8 
faizi  işğal  altındadır),  Cəbrayıl,  Füzuli  (ərazisinin  79,3  faizi  işğal 
altındadır),  Kəlbəcər,  Qubadlı,  Laçın,  Zəngilan  və  Ermənistanla 
həmsərhəd  bir  sıra  yaşayış  məntəqələri  -  Naxçıvan  Muxtar 
Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, 
Ortakənd,  Talış,  Həsənqaya,  Şıxarx,  Çanyataq,  Çaylı,  Ağdərə, 
Kiçikqarabəy,  Qızıloba,  Ağabəyyalı,  Uluqarabəy)  və  Qazax 
rayonunun  7  (Yuxarı  Əskipara,  Aşağıəskipara,  Baqanis  Ayrum, 
Xeyrimli,  Barxudarlı,  Soflu,  Qızılhacılı)  kəndləri  artıq  24  ildir  ki, 
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 
Hal-hazırda  ölkədə  bir  milyon  200  min  450  nəfər  qaçqın, 
məcburi köçkün və “qaçqın” satusu almaq niyyətində olan sığınacaq 
axtaran şəxs vardır. 
Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km  ən 
məhsuldar  torpaqlarının  işğalına,  900  yaşayış  məntəqəsinin,  150 
000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının, 
695  tibb  müəssisələrinin,  927  kitabxananın,  44  məbədin,  9 
məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey 
eksponatlarının,  6000  sənaye  və  kənd  təsərrüfatı  müəssisələrinin, 
2670  km  avtomobil  yollarının,  160  körpünün,  2300  km  su 
kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 
km  elektrik  xətlərinin,  280  000  ha  meşələrin,  1  000  000  ha  kənd 
təsərrüfatı  üçün  yararlı  torpaqların  və  1  200  km  irriqasiya 
sistemlərinin dağıdılmasına səbəb olmuşdur. 
Ermənistanın  hərbi  təcavüzü  nəticəsində  20  min  nəfər 
azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər 
müxtəlif  dərəcəli  xəsarət  alaraq  əlil  olmuş,  4011  nəfər  itkin 
düşmüşdür. 


 
 219
 
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın 
mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla 
məhv  etmişlər.  Ələ  keçirdikləri  ərazilərdə  onlar  12  muzeyi  və  6 
rəsm  qalereyasını,  tarixi  əhəmiyyətli  9  sarayı  qarət  etmiş  və 
yandırmışlar.  Nadir  tarixi  əhəmiyyətli  40  min  muzey  sərvəti  və 
eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. 
Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min 
kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. 
Ermənistan  silahlı  qüvvələrinin  hərbi  təcavüzü  nəticəsində 
ölkəyə dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çoxdur 
[261].  
İndi Ermənistan dünyada ən böyük insan orqanı ixracatçısıdır. 
Qarabağ  müharibəsində  itkin  düşmüş  Əsir  və  itkin  düşmüş,  girov 
götürülmüş  vətəndaşlarla  əlaqədar  Dövlət  Komissiyasında 
qeydiyyatda olan azərbaycanlıların sayı 3875 nəfərdir [264].  
 
 


220 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 221
 
NƏTİCƏ 
 
Gətirilən  bütün  faktlardan,  tarixi-elmi  sübutlardan  aydın 
görünür  ki,  XIX  -  XX  əsrlərdə  Azərbaycanın  tarixi  Zəngəzur 
bölgəsinin  demoqrafik  vəziyyətinin  dəyişməsinə,  yəni  təqribən  8 
min  kv.km  bir  ərazinin  azərbaycanlılardan  (Azərbaycan 
türklərindən-H.N) 
tamamilə 
təmizlənərək 
Ermənistan 
Respublikasının  hərbi  nəzarətinə  keçməsinə,  köç,  deportasiya, 
soyqırımı  və  işğalına  gətirib  çıxaran  səbəblər,  əsas  amillər 
bunlardır: 
1.  Çar  Rusiyası,  bolşevik  Rusiyası,  sovet-kommunist 
rejiminin  Pyotr  vəsiyyətləri  ilə  başlanan  müstəmləkəçilik  və 
imperiya  siyasətinin,  antimüsəlman,  antitürk,  antiazərbaycan  və 
ermənipərəst  (xristianpərəst)  siyasətinin  nəticəsi  idi.  XIX  əsrdə 
Rusiya-Osmanlı  və  Rusiya-Qacarlar  İranı  arasında  gedən 
müharibələrdə  qalib  gəlmiş  romanovlar  imperiyasının  xristian 
erməniləri  Qarabağ,  İrəvana  köçürmə  siyasətinin,  yeni  cənub 
sərhədləri  boyunca  xristian  erməni  əhalisindən  ibarət  “sanitar 
kordonu”, “etibarlı sədd” yaratmaq siyasətinin  nəticəsi idi. 
2.  Atatürk  komandanlığında  Qurtuluş  hərəkatının  zəfərləri 
nəticəsində  ABŞ,  Böyük  Britaniya  və  Fransanın  Anadoluda 
ermənilərə  vəd  etdikləri  “müstəqil  Ermənistan”  yaratmaq 
planlarının puça çıxması, Osmanlı dövlətinin də razılığı ilə bu pla-
nın yeni ssenaridə Azərbaycanın tarixi ərazilərinə köçürülməsi. 
3.  Birinci  Dünya  müharibəsindən  sonra  Osmanlı  dövlətinin 
düşdüyü  ağır  durum,  1915-ci  ildə  Anadolu  torpaqlarından 
xəyanətkar ermənilərin Osmanlı hüdudlarından kənara köçürülməsi,  
azğınlaşmış  qisasçı  dəstələrin,  Müttəfiqlərin  silahlandırmış  olduğu 
erməni  nizami  qoşun  hissəsinin  Osmanlı  Türkiyəsindən  Qərbi 
Azərbaycan,  o  cümlədən  Zəngəzur  ərazisinə  keçərək  Andronik, 
Dro,  Nde  və  digər  daşnak  liderlərin  başçılığı  altında  Zəngəzurun  
türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımı. 
4. Azərbaycanda milli burjuaziya və mülkədarların onilliklər 
boyu planlandığı göz qabağında olan erməni hərəkətləri qarşısında 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə