bilər. Nəhayət, mədəniyyətdən heç bir payı olmayan, ancaq milli
kültürləri son dərəcə güclü olan ərəblər meydana çıxaraq həm Sa
sanilərə, həm də Romalılara qalib gəldilər. Ancaq çox keçmədən
ərəb milləti də mədəniləşməyə başladığından milli kültürünü itirə
rək siyasi hakimiyyəti Türkistandan yeni gəlmiş olan törəli112 Səlc-
uq türklərinə verdilər. Törə - türklərin milli kültüründon başqa bir
şey deyildi. Türklərin indiyə qədər bağımsız - müstəqil qalması,
Çanaqqaladan113 ingilislərlə fransızları qovması və müvəqqəti barı
şıqdan (mütarəkədən)114 sonra, ingilis silahları vo pulu ilə təchiz
edilmiş yunanlarla erməniləri yenərək,115 mənəvi cəhətdən də ingi
lisləri yenməsi, büsbütün bu milli kültürün gücü sayəsindodir.
Milli kültür ilə mədəniyyət arasındakı bu ilişkilor (əlaqələr)
anlaşıldıqdan sonra artıq Türkçülüyün nə demək olduğunu və bu
ölkədə nə kimi vəzifələri yerinə yetirməli olduğunu təyin edə bilə
rik. Osmanlı mədəniyyəti iki səbəbə görə yıxılmağa mohkumdu:
Birincisi, Osmanlı imperatorluğunun bütün imperatorluq kimi ke
çici - müvəqqəti topluluqlardan (camiadan)116 ibarət olması idi.
Əbədi həyata malik olanlar isə müvəqqəti topluluqlar (zümrələr,
camialar) deyil, toplumlardır (cəmiyyətlərdir). Toplumlara gəldik
də, bunlar yalnız millətlərdir. Məhkum millətlər milli mənliklərini
imperatorluq kosmopolit idarəsi altında ancaq bir müddət üçün
unuda bilərdilər. Bir gün, hökmən millətlərdən ibarət olan gerçək
toplumlar uyruqluq-tobəəlik yuxusundan oyanacaq, kültür baxı
mından - istiqlallarını və siyasi hakimiyyətlərini istəyəcəkdilər.
Avropada beş yüzildan bəri bu iş-hərəkat davam edirdi. Bundan
dolayı, bu hərəkatdan uzaq qalmış olan Avstriya, Rusiya vo Os
manlı impcratorluqları da öncəki bənzərləri - sələfləri kimi yıxıl
maqdan qurtula bilməyəcəkdilər. İkinci səbəb Qərb mədəniyyəti
nin yüksəldikcə Şərq mədəniyyətini büsbütün ortadan qaldırmaq
özəlliyini daşımasıdır. Rusiyada vo Balkan millətlərində Qərb mə
dəniyyəti Şərq mədəniyyətinin yerinə keçdiyi kimi, Osmanlı impe-
ratorluğunda da eyni durum baş verəcəkdi. Şərq mədəniyyəti bəzi
lərinin zənn etdiyi kimi gerçəkdən yalnız İslam mədəniyyəti deyil
di. Qaynağı baxımından Şərqi Roma mədəniyyətinə bağlıdır. Necə
ki, qərb mədəniyyəti do xristian mədəniyyəti deyil, qərbi Roma
mədəniyyətinin bir davamından ibarətdir. Osmanlılar Şərqi Roma
mədəniyyətini doğrudan doğruya - (bilavasitə) Bizansdan almadı
lar: özlərindən öncə müsəlman ərəblər ilə farslar bu mədəniyyəti
almış olduqlarından, osmanlılar onu bu dindaş millətlərdən aldı
lar. Buna görədir ki, bəzi mütəfəkkirlər bu mədəniyyəti tslam mə
dəniyyəti zənn etdilər. Yuxarıdakı mədəniyyətimiz adlı bölümdə
52
Şərq mədəniyyətinin Şərqi Roma mədəniyyəti olduğunu tarixi də
lillər ilə sübut etməyə çalışdım. Bu barədə dəlillər o qədər çoxdur
ki, onlar bir-iki məqalədə deyil, bir neçə cildlik kitabda ancaq to
plana bilər.I16a
Qərb mədəniyyətinin hər yerdə Şərq mədəniyyətinin yerinə
keçməsi təbii bir qanun olunca, Türkiyədə də yerinə keçmə hadisə
sinin meydana çıxması zəruri deməkdi: O halda Şərq mədəniyyəti
çevrəsində olan Osmanlı mədəniyyəti istər-istəməz ortadan qal
xacaq, onun yerinə bir yandan İslam dini ilə birlikdə türk küllürü,
digər yandan da Qərb mədəniyyəti keçəcəkdi. Bax, Türkçülüyün
vəzifəsi bir yandan yalnız xalq içində qalmış türk kültürünü arayıb
tapmaq, digər yandan Qərb mədəniyyətini tam və canlı bir surətdə
alaraq milli küllürə aşılamaqdır.
Tənzimalçılar Osmanlı mədəniyyətini Qərb ınədəniyyotiylo
uzlaşdırmağa çalışmışdılar. Halbuki, iki zidd mədəniyyət
yan-yana
yaşaya bilməzlər, sistemləri bir-birinə əks olduğu üçün, ikisi də
bir-birini pozmağa səbəb olar. Məsələ, Qərb musiqi texnikası ilə
Şərqin musiqi texnikası bir-biriylə uzlaşa bilməz. Qərbin təcrübi
məntiqi ilə Şərqin sxolastik məntiqi bir-biriylə barışammaz.Bir
millət ya şərqli olur, ya da qərbli. İki dinli bir insan olmadığı kimi,
iki mədəniyyətli bir millət də olammaz. Tənzimalçılar bunu bilmə
dikləri üçün ortaya aldıqları yeniliklərdə başarı (müvəffəqiyyət)
qazana bilmədilər.
Türkçülərə gəldikdə, onlar kökü Bizanslı olan Şərq mədə
niyyətini büsbütün tərk edərək Qərb mədəniyyətini bütünü ilə qə
bul etmək istədiklərindən təşəbbüslərindən başarılı - (müvəffə
qiyyətli) olacaqlar. Türkçülər tamamilə türk və müsəlman qalmaq
şərli ilə Qərb mədəniyyətinə tam vo qəti bir surətdə girmək istəyən
lərdir. Ancaq Qərb mədəniyyətinə girməkdən öncə, milli
küllürütnüzü arayıb taparaq meydana çıxarmağımız lazım gəlir.
5.
XALQA DOĞRU
Türkçülüyün ilk əsaslarından biri də «Xalqa doğru» prinsi
pidir. Vaxtilo bu prinsipi tətbiq etmək üçün İstanbulda «Xalqa
doğru» adıyla bir dərgi çıxarırdıq. Sonıalar tzmirdə də eyni adla
bir dərgi nəşr edildi.
«Xalqa doğru getmək» nə deməkdir? Xalqa doğru getməli
olanlar kimlərdir? Bir millətin aydınlarına - (ziyalılarına),
düşünürlərinə (mütəfəkkirlərinə) o millətin seçkin (seçilmiş, ta-
53
ninmiş) adamları adı verilir. Seçkinlər yüksok bir təhsil və tərbiyə
görmüş olmaqla xalqdan ayrılmış şəxslərdir. Bax, xalqa doğru
getməsi lazım gələnlər bunlardır.
Seçkinlər (seçilmiş adamlar) nə üçün xalqa doğru gedəcəklər?
Bu suala bəziləri belə cavab verir: «Seçkinlər xalqa kültür aparmaq
üçün getməlidirlər». Halbuki, keçən bölümdə göstərdiyimiz kimi,
ölkəmizdə milli kültür deyilən şey yalnız xalqda vardır. Seçkinlər
isə hələlik milli kültürdən yoxsundurlar - (məhrumdurlar). Elə isə,
milli kültürdən məhrum olan seçkinlər milli kültürün canlı bir mu
zeyi olan xalqa nə şəkildə kültür apara biləcəklər? Məsələni həll
edə bilmək üçün öncə bu suallara cavab verək: Seçkinlər nəyə ma
likdir? Xalqda nə vardır? Seçkinlər mədəniyyətə malikdir. Xalqda
isə kültür vardır. Belə olduqda, seçkinlərin xalqa doğru getməsi bu
iki məqsəd üçün ola bilər: 1) Xalqdan milli kültür tərbiyəsi almaq
üçün xalqa doğru getmək; 2) Xalqa mədəniyyət aparmaq üçün
xalqa doğru getmək.
Gerçəkdən də, seçkinlərin xalqa doğru getməsi üçün bu iki
məqsəd üçündür. Seçkinlər milli kültürü yalnız
xalqda tapa bilərlər,
başqa bir yerdə tapa bilməzlər. Demək ki, xalqa doğru getmək
milli kültürə doğru getmək mahiyyətindədir. Çünkü xalq milli
kültürün canıl bir muzeyidir.
Seçkinlərin uşaqkən aldıqları tərbiyədə milli kültür yoxdu.
Ona görə ki, oxuduqları məktəblər xalq məktəbi deyildi, milli mək
təb də deyildi. Bu səbəblə, millətimizin seçilən adamları (seçkinləri)
millilikdən uzaqlaşıb milli kültürdən yoxsun (məhrum) olaraq ye
tişdilər. İndi bu əksikliyi tamamlamaq istəyirlər. Nə etməlidirlər?
Bir yandan xalqın içinə girmək, xalqla bərabər yaşamaq, xalqın
işlətdiyi sözlərə, cümlələrə diqqət etmək. Söylədiyi atalar sözlərini,
ənənəvi deyillərini117 eşitmək. Düşünüşündəki və duyuşundakı
yöntomini - (üslubunu) qavramaq. Şerini, musiqisini dinləyərək
oyunlarına tamaşa etmək. Din həyatının, əxlaq duyğularının içinə
varmaq, Geyimindəki, evinin arxitckturasındakı, mebellərinin sa-
dələyindoki gözəllikləri dada bilmək. Bundan başqa, xalqın nağıl
larını, lətifələrini, mənqəbələrini, «təndirnamə»118 adı verilən əski
törədən qalma inanışlarını öyrənmək. Xalq kitablarını oxumaq.
«Qorqud Ata»dan başlayaraq aşıq kitablarını, Yunus Əmrədən
başlayaraq təkkə ilahilərini, Nəsrəddin Xocadan başlayaraq xalq
hazırcavablığını, uşaq çağlarımızda tamaşa etdiyimiz Qaragözlə
Orta oyununu aramaq, tapmaq gərək. Cəngnamələr oxunan əski
qəhvəxanaları, ramazan gecələrini, cümə arifanələrini,119 uşaqların
hər il dörd gözlə gözlədikləri coşqun bayramlarını yenidən diril-
54
tmok, canlandırmaq gərək. Xalqın sənət əsərlərini toplayaraq milli
muzeylər yaratmaq gərəkdir. Bax, türk millətinin seçkinləri ancaq
uzun müddət xalqın bu milli kültür muzeyləri vo məktəbləri içində
yaşadıqdan və ruhları tamamilə türk kültürü ilə dolduqdan sonra
milliləşmək imkanına nail ola bilərlər. Rusların ən böyük şairi olan
Puşkin bu şəkildə milliləşdiyi üçün gerçəkdən bir milli şair oldu.
Dante, Pctrarka, Jan-Jak Russo, Höte, Şiller, D ’Annunsio kimi
şairlər xalqdan aldıqları güc sayəsində sənət dahiləri oldular.120
Sosiologiya elmi də bizə göstərir ki, dahilik əslində xalqda-
du-. Bir sənətkar ancaq xalqdakı bədii (estetik) zövqün göründüyü
yer olduğuna görə dahi ola bilər. Bizdə dahi sənətkarların yetiş-
məməsi sənətkarlarımızın estetik zövqlərini xalqın canlı muzeyin
dən almadıqlarına görədir. Bizdə indiyə qədər xalqın incəsənətinə
tbədiyyalına, estetikasına) kim qiymət verdi? Əski Osmanlı seç
kinləri kəndliləri «eşşək türk» deyə təhqir edərdilər. Anadolu şə
hərliləri də «əyalət adamı» («taşralı») deyimi - ilə ələ salmırdılar.
Xalqa «avam»121 sözü ümumi ad kimi verilmişdi.
İmtiyazlı adamlar yalnız sarayın qullarından ibarət Osmanlı
seçkinləri idilər. Xalqa qiymət vermədikləri üçün, bugün bu əski
seçkinlər sənətinin nə dili, nə vəzifələri, nə ədəbiyyatı, nə musiqisi,
nə fəlsəfəsi, nə əxlaq quruluşu, nə siyasəti, nə iqtisadiyyatı, sözün
qısası, heç bir şeyi qalmayıb. Türk milləti bütün bu şeylərə yenidən
hər birinin əlifbasından başlamağa məcbur oldu. Bu millətin yaxın
zamana qədər özünə məxsus bir adı belə yoxdu. Tənzimatçılar
ona: «Sən yalnız Osmanlısan. Saqın, başqa millətlərə baxaraq sən
də milli bir ad istəməl. Milli bir ad istədiyin anda Osmanlı impera-
torluğunun yıxılmasına səbəb olarsan» demişdilər. Zavalı türk və
tənimi itirərəm qorxusu ilə «Vallah, türk deyiləm. Osmanlılıqdan
başqa heç bir ictimai topluluğa mənsub deyiləm» - deməyə məcbur
edilmişdi. Boşoya122 bu sözü hər gün söyləyən millət vəkillərimiz
vardı.
Ancaq osmanlıçılar heç düşünmürdülər ki, hər nə etsələr də,
bu yabançı millətlər Osmanlı topluluğundan
camiadan ayrıl
mağa çalışacaqdılar. Çünkü artıq yüzlərlə millətlərdən təşkil olu
nan süni topluluqların - camialarm davam etməsi mümkün deyil
di, Bundan sonra hər millət ayrı-ayrı dövlət olacaq, həmcins, sə
mimi və təbii bir toplum həyatı yaşayacaqdı. Şübhəsiz, Avropanın
qərbində beş yüz ildən bəri başlayan bu sosial gəlişmo hərəkatı
(ictimai - təkamül hərəkatı) hökmən, qitənin şərqində də başlay-
acqdı.
Birinci dünya savaşında Rusiya, Avstriya və Osmanlı impe
55