Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

lövholəri,  yaldızlı  kitablar, gözol cildlər, gözəl yazılı  Quraııi Kərim­
lər,  mili  tariximizin  sənədləri  olan  əski  pullar  və  s.  yabançılar 
(əcnəbilər)  tərəfindən  satın  alınaraq  Avropaya  və  Amerikaya  da­
şınmaqdadır. Bunların xaricə aparılmasının qarşısın ala biləcək bir 
qanunumuz olmadığı  kimi,  bunları satın  alıb milli estetika aşiqlə­
rinin gözləri qarşısına  qoya biləcək milli  bir muzeyimiz də yoxdur. 
Doğrudur, Topqapı sarayında böyük bir muzeyimiz vardır.  Ancaq 
buna  «Milli  kültür  muzeyi»ndon  daha  çox  «Mədəniyyət  muzeyi» 
adını  vermək  daha  münasibdir.  Ona  görə  ki,  bu  muzey  türk 
kültürünə aid milli əsərlərə ikinci dərəcəli,  beynəlxalq dəyərə malik 
əsərlərə  isə  birinci  dərəcəli  önəm  vermişdir.  Bu  iddiamızın  sübutu 
budur  ki,  bu  muzey  indiyə  qədər  yurdumuzdan  sandıq-sandıq  çı­
xarılan nadir türk sənət əsərlərinin daşınmasına mane ola bilməmiş 
və  Örtülü  bazarlarda  satılan  bu  gözol  əsərləri  satın  alıb  mühafizə 
etməyə çalışmamışdır.
Bu  sözlərimdən  belə  çıxmasın  ki,  muzeyimizin  dahi  bir  qu­
rucusu  olan  rəhmətlik  Hamdi  bəyin190  dəyərco  çox  böyük  olan 
yardım  və  xidmotlorini  inkar  edirəm.  Əbdülhəmid  dövrünün  hər 
cür çətinliklərinə  baxmayaraq,  sırf öz təşəbbüsü və qətiyyəti ilə elm 
yönündən  çox  dəyərli  bir  muzeyi  yoxdan  var  edən  Hamdi  bəyi 
dəyərləndirməmək  böyük  bir  nankorluqdur.  Böyük  qardaşının  bu 
əsərini  zənginləşdirərək  mühafizə  edən  Xəlili  bəy191  əfəndini ucal­
tmamaq  (tərifləməmək)  da  yenə  nankorluq  olar.  Bundan  başqa, 
bu muzeydə əski türk  pullarına  və gələnəklərinə dair  bir çox milli 
yadigarların olduğunu da  heç kim  inkar edə bilməz.  Bu da var ki, 
milli  bir  muzeyin  vəzifəsi  milli  əsərəlrin  milyonda  birini  toplayıb 
geridə  qalanlarını  yabançılara 
əcnəbilərə  qapdırmaq  deyildir. 
Hamdi  bəy  muzeyinin  elm,  mədəniyyət  və  millətlərarası  dəyərləri 
çox yüksək ola bilər, ancaq milli kültürə aid dəyərləri o biri dəyər­
lərinə nisbətən çox  aşağıdır.  Hətta  bu  baxımdan  Vəqflər muzeyin­
dəki  əşyanın  demək  olar  ki,  hamısı  türk  kültürünə  aid  əsərlər ol­
duğu üçün, bu muzey əvvəlkindən daha dəyərli görünə bilər.
Bu sözlərdən anlaşılır ki, bugün bizdə gerçək bir türk muzey­
inə ehtiyac vardır.  Bu türk muzeyi türklərə aid nadir və gözəl sənət 
əsərlərini  satm  ala  bilmək  üçün  yetərli  (kafi)  pul  məbləğinə malik 
olmalı  və hər şəhərdə axtarışçıları  yerləşməlidir.  Eyni zamanda öl­
kəmizdən bütün əski əsərlərin və görünməmiş  dərəcədə gözəl şeylə­
rin  xaricə  aparılmasının  şiddətlə  qarşısını  alan  bir  qanun  hazır­
lanmalıdır.  Vəqflər  muzeyi  də  vilayət  vəqflər  məmurlarını  işlətsə, 
vəqf  binalarının  qalıqları  və  yıpranmış  əşyası  arasında  daha  bir 
çox dəyərli abidələr tapılacaqdır.  Ola bilər ki,  irəlidə bu üç muzey
84
birləşərək  tək  bir  muzey  halını  alacaqdır.  Hər  halda  indi  yalnız 
türk milli kültürü ilə bağlı əsərləri  toplayacaq milli  bir muzeyə şid­
dətli ehtiyac vardır.
2. 
Etnoqrafiya  Muzeyinin  vəzifəsi  Milli muzeyinkindən  baş­
qadır. Milli muzey milli tariximizin muzeyidir. Etnoqrafiya muzeyi 
isə  millətimizin  bu  günkü  həyatının  muzeyidir.  «Bu  gün»ün  «keç- 
miş»dən  fərqi nə isə,  Etnoqrafiya muzeyinin də milli tarix muzey­
indən fərqi odur.
Etnoqrafiya  muzeyi  əvvəla,  millətimizin  bügün  müxtəlif  vi­
layətlərdə,  qəzalarda,  şəhərlərdə,  kəndlərdə,  obalarda istifadə edi­
lən  bütün  əşyalarını  toplayacaqdır.  Bu  toplanan  əşyaların  hər  bir 
növü  sıra  ilə  ən  ibtidai  şəklindən  ən  mükəmməl  şəklinə qədər  bir 
təkamül  silsiləsi  halında  düzələcəkdir.  Məsələ,  ayaqqabı  növünü 
götürək.  Bunun ən  ibtidai (ilkəl) şəkli olan «çarıq»dan  başlayaraq 
ən  təkmilləşmiş  şəkli  olan  zərif «çəkmə»ləro qədər  bütün  təkamül 
mərhələlolri  pillə-pillə  olan  silsilə  halında  sıralanacaqdır.  Baş 
örtükləri, kişi  və qadın geyimləri, yəhər -  qayışlar,  çadırlar, yataq­
lar və s.  tamamilə bu cür inkişaf sıralarına görə düzüləcəkdir.  Evlə­
rin  və  digər  daşınmayan  böyük  binaların  kiçik  modelləri  yaradı­
lacaqdır. Kənd,  şəhər, körpü, came kimi mənzərələrin fotoları çək­
diriləcəkdir.
Ancaq  Etnoqrafiya  muzeyinin  toplayacağı  şeylər  yalnız  bu 
kimi  maddi  əşyalar  ilə  məhdudlaşmayacaqdır.  Xalq  içində bugün 
yaşamaqda olan  pəri  nağıllarını, qoşma və dastanları,  mani  və  tə- 
kərləmələri,192  atalar  sözləri  və  tapmacaları,  lətifə  və  monqibələri 
şəhər-şəhər, kənd-kənd  araşdırmalar apararaq toplamaq da  Etno­
qrafiya  muzeyinin  vəzifələrindəndir.  Eyni  zamanda,  hər  bir 
bucağın (nahiyənin) danışdığı türk dialektinə mənsub xüsusi sözlə­
ri,  xüsusi  fonelikanı,  xüsusi  morfologiya  və  sintaksis  qaydalarını 
da  toplayacaqdır.  Bunlardan  başqa,  xalq  arasında  «tondirnamə 
qaydaları» və ya «Keçə kitab» adları verilən, hələ təhsilsiz qadınlar 
və  savadsız xalq  arasında  inanılmaqda  olan  əski  boş  inanışları  və 
bunlara  bağlı  olan  sehr və  dini  ayinləri  də  toplayacaqdır.  Məsələ, 
bu  inanışların  (etiqadlarm)  birinə görə,  hər  bir insanın  özünəməx­
sus  bir pərisi vardır və bu pəri sahibinin «qırxlı»193 olduğu zaman­
larda  son  dərəcə  azğınlaşaraq  təhlükəli  bir  durum  alır.  İnsanlar 
aşağıdakı üç halda «qırxlı» olurlar:
l)  Bir  uşaq  dünyaya  gəldiyi zaman  uşaq ilə  birlikdə  ana  və 
atası qırxlı olurlar; 2) Bir evlənmə zamanı  həm gəlin, həm də adax­
lı  qırxlı  olurlar;  3)  Bir adam  öldüyü zaman  onunla  eyni  evdə ya­
şayan bütün qohumlar, yaxınlar qırxlı olurlar.
85


2) 
Qırxlılarm  yerinə yetirmələri  lazım gələn  sehr  - din 
ilə  bağlı  bir  sıra  ayinlər  vardır:  Məsələ,  iki  qırxlı  qadın  -   bunlar 
istər eyni səbəbdən, istərsə də ayrı səbəblərdən qırxlı olsunlar -  bir 
otaqda  təsadüfən  qarşılaşarlarsa,  hökmən  öpüşmələri  lazımdır. 
Öpüşməsələr,  pəriləri  bir-biri  ilə  dalaşar  və  pərilərdən  biri  bu  da­
laşmada yaralanar və ya ölərsə, eyni hal onun sahibinə do keçər və 
buna  görə  bu mərasimi  icra  etmənıəkdə böyük  bir  təhlükə  vardır. 
Yenə iki qırxlı adam biri digərinin üstündə olan iki otaqda yatmaz­
lar.
Təndirnaməyə  görə  hər  adamın  bir  pərisi  olduğu  kimi,  hər 
evin  də  bir  pərisi  vardır.  Ev  pərisi  evin  təmiz  saxlamlmamasına 
görə  hirslənir.  Bu  hirslənmə  ailəyə  zərər  verəcəyindən  ev  qadım 
evin  hər  tərəfini  təmiz  saxlamağa  böyük  diqqət  göstərir.  Deməli, 
bu  bayağı  boş  inanmaların  içində  faydalı olanlar da vardır.  Etno­
qrafiya  muzeyi  bunlardan  başqa,  hər  nahiyodəki  (bucaqdakı)  dil 
fonetikası  ilə xalq  melodiyalarım  ya fonoqral' cihazı  ilə,  ya da  not 
üsulu  ilə  yazıya  alır.  Deməli,  Etnoqrafiya  muzeyinin  hökmən,  bir 
fotoqrafı,  bir fonoqrafçısı  vo  bir not ilə yazanı olmalıdır.  Nağıl to­
playanlar  hər  adamdan  dinlədikləri nağıllları  necə gəldi  yazıya  al­
mamalıdırlar.  «Nağılçı»  adı  verilən  bir  sıra  yaşlı  qadınlar,  yaxud 
kişilər vardır ki, onlar nağılları  gələnəyə uyğun (ənənəvi) deyimləri 
ilə və bədii üslubları ilə söyləyirlər.  Belə bir gerçək nağılçı ələ keçsə, 
onun danışacağı bütün  nağıllar olduğu kimi yazılmalıdır. Ona görə 
ki,  milli  nağıllar ancaq  bu cür  hər deyimi  bir qurum  olan nağıllar­
dır.  Qoşmalar,  türkülər  və  nəğmələr  də  gerçək  saz  şairlərindən 
alınmalıdır.  Nəsrəddin  Xocaya,  Qaragözə,  İncili  Çavuşa,  Bəkri 
Mustafaya,  Bəktaşilərə  aid  lətifələr də  mütəxəssislərindən  öyrənil­
məlidir.  Millətlərə  və  məsləklərə  aid  təqlidlər  «məddahlar»dan194 
alınmalıdır.  Təndirnamə  inamları  onlara  hələlik  inanmaqda  olan 
təhsilsiz  qadınlardan  soruşulmalıdır.  Hər  bir  yerin  dialektino dair 
incələmələr öz yerlərində aparılmalıdır.
3. 
Milli  Arxiv  nazirliklərin  gizliliyi  olan  özəl  arxivlərindən 
başqadır.  Milli arxiv artıq hökumət ilə əlaqəsi qalmamış əski yazılı 
sənədlərin toplandığı xəzinədir ki,  millətin tarixçiləri və elmi işçilər 
üçün  təsnif edilmiş  bir  şəkildə,  nizamlı  bir  idarə  altında  nümayiş 
etdirilir.  Təəssüf ki,  istər  Babi-Ali195  və  Xariciyyəyə,  196  istər  Dəf­
tər-i Xaqaniyə,197 Vəqflər198 vo Fitvaxanaya199 aid əski yazılı sənəd 
arxivləri  indiyə qədər nə bir  yerə  yığılmış,  nə  təsnif edilmiş,  nə də 
qorunmalarına önəm verilmişdir.  Milli tariximizin ən doğru sənəd­
ləri olan bu yazılı dəlillərin ən əhəmiyyətliləri çırpışdırılaraq Avro­
pa kitabxanalarına daşınmaqdadır.
86
Diyarbəkir  kimi  bəzi  əski  vilayət  və  «əyalət»  mərkəzlərində 
çox qiymətli  əski yazılı sənədlərin baqqallara satılaraq sarğı kağızı 
kimi  istifadə  olunduğu  gerçəkdir.  Aydındır  ki,  Milli  Arxivin  do 
hökmən sürətlə qurulması lazımdır.
4.  Milli  Tarix  Kitabxanası  da  Baş  Kitabxanadan  fərqlidir. 
Baş  Kitabxana  elmin,  ədəbiyyatın  hər  bir  şöbəsinə  aid  kitabları 
özündə  toplamalıdır.  Milli  Tarix  Kitabxanası  isə  yalnız  milli 
kültürümüzü  təşkil  edən  qurumlara aid  tarixləri,  tarixi  qaynaqları 
və sənədləri  əhatə etməlidir.  Bu kitablar və sənədlər dinimizin,  əx­
laqımızın,  hüququmuzun,  fəlsəfəmizin,  ədəbiyyatımızın,  musiqi­
mizin, memarlığımızın,  iqtisadiyyatımızın,  hərbiçiliyimizin,  siyasə­
timizin.  elmlərimizin  və texnikamızın  tarixlərini  vo arayışlarını  ta­
mamilə əhatə elməlidir.  Belə ki,  bu tarix  qollarından  hər hansı  bi­
rinin  tarixini  yazmaq  istəyən  bir  tarixçi  ehtiyac  duyduğu  bütün 
qaynaqlan və sənədləri  bu  kitabxanada  hazır vəziyyətdə  tapa  bil­
sin.
5.  Baş Statistika  İdarəsi  də  hər  bir  nazirliyin  qurduğu  stati­
stika təşkilatından fərqlidir. Çünkü, har bir nazirliyin qurduğu sta­
tistika  təşkilatı yalnız öz rəsmi əməliyyatlarına lazım olan statistik 
rəqəmlərə  önəm  verir.  Baş  Statistika  İdarəsi  isə  milli  kültürün  or­
taya  çıxarılması  üçün  möhtac  olduğumuz  və  milli  həyatın  bütün 
sahələrini (şöbələrini) əhatə edən Baş Statistika Təşkilatıdır. Avro­
palı  bir  mütəxəssisin  rəhbərlik  edəcəyi  bu  Baş  Statistika  İdarəsi 
təşəkkül  eldikdən  sonra  nazirliklərin  və  digər  rəsmi  olmayan  qu­
rumların  statistika  ilə  bağlı  olan  bütün  təşkilatları  onun  idarəsinə 
verilərək,  hamısı eyni üsul vo sistem daxilində fəaliyyət göstərəcək­
lər.  Bax,  ancaq  belə  bir  mərkəzi  ixtisas  dairəsinə  mənsııb  əhatəli 
bir  statistika  təşkilatı  yarandıqdan  sonra,  yurdumuzda  statistik 
məlumatlar əsasında  ictimai əksikliklərimizin  və məziyyətlərimizin 
anlaşılması  mümkündür. Tətbiq olunan  islahatların  vo yeniliklərin 
toplum  üçün  zərərli  ya  da  faydalı  olduqları  da  ancaq  belə  əsaslı 
statistik  dəftərlərin  hazırlanmasından  sonra  aşkarlanar  və  tədqiq 
oluna bilər.
Milli  kültürün  bu  sadaladığımız  təşkilatları  sırf milli  kültürü 
axtarıb tapmağa yarayanlardır.  Milli kültürün başqa  bir sıra  təşki­
latları da vardır.  Bunların  vəzifəsi isə milli kültür axtarılıb tapıldı­
qdan  sonra  Avropa  mədəniyyətini  onun  müxtəlif qollarına  aşıla- 
maqdan ibarətdir.  Bu vəzifəni yerinə yetirməli olan təşkilatlar bun­
lardır:  Türk  Teatrı,  Türk  Konservatoriyası,  Türk  Universiteti, 
Türkologiya  institutu.  Bunlardan  örnək  olaraq  Konservatoriyam 
götürək:  indi  İstanbuldakı Konservatoriya (Darülolhan) «dümtək»
87


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə