Çünkü, votən - üstündə yerləşdiyimiz torpaq demək deyildir. Vətən
milli kültür dediyimiz
şeydir ki, üstündə yerləşdiyimiz
torpaq onun
ancaq örtüyündən ibarətdir. Və onun örtüyü olduğu üçün qutsaldır
(müqəddəsdir). Elə isə, vətən əxlaqı milli ülkülərdən, milli vəzifə
lərdən meydana gələn bir əxlaq deməkdir.
Elə isə, milli həmrəyliyi gücləndirmək üçün hər şeydən öncə
vətən əxlaqını yüksəltmək lazım gəlir. Ancaq vətən əxlaqmı yüksəl
tmək üçün nə etməliyik?
«Vətən milli kültürdür» - demişdik. Deməli, vətən din, əxlaq
gözəlliklərinin və bədii gözəlliklərin bir muzeyidir, bir sərgisidir.
Vətənimizi dərin bir eşqlə sevməyimiz bu səmimi gözəlliklərin top
lamı olduğu üçündür. Elə isə, milli kültürümüzü bütün gözəllikləri
ilə nə zaman meydana çıxarsaq, vətənimizi ən çox o zaman se
vəcəyik və bu qədər şiddətlə sevəcəyimiz o sevimli vətən uğrunda
indiyə qədər etdiyimiz kimi yalnız təhlükə anlarında həyatımızı
deyil, sülh anlarında da bütün şəxsi və lopluluq ilə bağlı ehtirasla
rımızı fəda edə biləcəyik. Aydın olur ki, milli həmrəyliyi güclən
dirmək üçün, ilk öncə milli kültürü yüksəltməli olan ziyalıların bu
işi tez yerinə yetirmələri lazımdır.
Milli həmrəyliyin birinci təməli «vətən əxlaqı» olduğu kimi,
ikinci təməli də «mədəni əxlaq»dır. Vətənlə bağlı əxlaq (vətəni əx
laq) öz millətimizi qutsal (müqəddəs) bilməkdən ibarət olduğu ki
mi, mədəni əxlaq da, millətimizin fərdlərini və onlara bənzəyən
digər fərdləri ehtirama layiq tanımaqdan (bilməkdən) ibarətdir.
Toplum qutsal (müqəddəs) olduqda, onun fərdləri do müqəddəs
olmazmı?
O halda, vətənimizi, millətimizi necə seviriksə, yurddaş
larımızı da elə sevməliyik. Bütün yurddaşlarını sevməyən bir adam
millətini də sevmir deməkdir.
İndiyə qədər ziyalılların xalqı və xalqın da ziyalıları sevməsi
mümkün deyildi. Çünkü ziyalılar tərbiyələrini Osmanlı mədəniyyə
tindən, xalq isə türk milli kültüründən almışdılar. Ayrı-ayrı tər
biyələr ilə yetişən iki sinif bir-birini necə sevə bilər? Bundan başqa,
ziyalılar sarayın qulları idilər, məmur olduqları zaman xalqı soya
raq sarayın israf və əyləncələrinə xidmət etməkdən başqa bir şey
düşünməzdilər. Təbii ki, bu yöndən də məzlum xalq onları sevə
bilməzdi.
Aralarında rəqabət, qısqanclıq və paxıllıq kimi ehtiraslar ol
duğu üçün ziyalıların özləri də bir-birini sevməzdilər. Ölkəmizdə
bir-birini sevən yalnız xalq içindən çıxanlar idi və əski dövrdə milli
həmrəylik yalnız bu xalis türklərin səmimi sevişməsinə söykənirdi.
80
Burası da var ki, mədəni əxlaq yalnız millətimizə mənsub
fərdlərin hörmətə layiq bilinməsindən və səmimi bir məhəbbətlə
sevilməsindən ibarət deyildir. Doğrudur, hörmətə layiq tanınan və
sevilən fərdlər ən əvvəl yurddaşlarımızdır. Ona görə ki, bizi onlar
ilə birləşdirən ortaq bir kültür, ortaq bir yurd, ortaq bir dil və or
taq bir din vardır. Ancaq biz bir milli kültürə mənsub olduğumuz
kimi, bir də beynəlmiləl mədəniyyətə bağlıyıq. Milli kültürümüzü
sevdiyimiz kimi, mədəniyyətimizi də sevərik. Elə isə, mədəniyyət-
daşlarımızı sevməyimiz və hörmətə layiq saymağımız lazım gəl
məzmi?
Mədəniyyət topluluğu ilk öncə dini bir ümmət halında baş
layır (özünü göstərir). Müsəlmanlıq, xristianlıq, buddistlik kimi
dünya dinləri bir çox millətləri içlərinə alaraq onları birləşmiş qab
lardakı mayelər durumuna gətirmişdilər. Fizika təcrübələrində bir
ləşmiş qablardan birinə su tökdükdə suyun dərhal digərinə bölü
ndüyünü
və
hamısında
su
səviyyəsinin
bərabərləşdiyini
görmürükmü? Eyni ümmətə mənsub bir millətin yaratdığı tərəqqi
lərin, ya da qarşılaşdığı tənəzzüllərin (çöküntülərin) dərhal o birilə
rinə keçməsi də tamamilə bunun kimidir. Çünkü, dindəki birlik
onları birləşmiş qablar durumuna gətirmişdir.
Beynəlmiləl (millətlərarası) əlaqələr ilkin belə dini olaraq
başlasa da, uzun irəliləyişlərdən sonra, yalnız elm və texnika sahə
sində birləşən dindən xaric bir millətlərarası (beynəlmiləl)
əlaqələr,
millətlərarası mədəniyyət də meydana gələ bilər. Bugünkü Avropa
mədəniyyəti, Avropa millətləri arasındakı bağlılıq bu iki örnəyin
keçiş dövründədir. Avropa millətlərarası mədəniyyət birliyi yapon
və yəhudiləri bərabər şərtlər itə öz mədəniyyətinə mənsub saydığı
üçün dini bir mədəniyyətdən və dini millətlərarası*** birlikdən
çıxmaq istədiyini işarə edir. Ancaq digər yandan, müsəlman ölkə
lərinin mandat idarəçiliyi altında qalmasında hələ israr etməsi əski
xaç yürüşü təəssübündən hələlik qurtulmadığım göstərir. Bu tə
əssübün ortadan qalxması və bizim də bərabər şərait daxilində Av
ropa mədəniyyətinə girməyimiz bizim üçün bir məqsəd olmalıdır.
Sözün qısası, mədəni əxlaq ilkin yurddaşlarımızı, sonra dindaşla
rımızı, ən sonra da bütün insanları sevməkdən və hörmətə layiq
bilməkdən ibarətdir. Bütün bu fərdlərin həyatına, mülkiyyətinə,
hürriyyətinə, heysiyyətinə təcavüz etməmək mədəni əxlaqın irəli
sürdüyü vəzifələrdəndir.
Aydın olur ki, vətənlə bağlı əxlaq xaricdən mərəkzə doğru
olduğu halda, mədəni əxlaq mərkəzdən xaricə doğrudur. Vətənlə
bağlı əxlaq (vətəni əxlaq) sevgilərimizin vətən çevrəsində sıxlaşma-
81