Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

sə belə,  orada ən a/, bir nüfuz qazanmaq  mümkün deyildir.  İngilis­
lərin  Frakiya ilə  İzmiri yunanların, Adana və ətrafını fransızların, 
Antalyanı  isə italyanların mandatına  verməsi  İstanbulu öz öllərinə 
keçirmək  üçün  idi.181  bütün  bu dövlətlər Anadoluda  milli  vicdanın 
oyandığını,  yunan ordularının milli  üsyan  qarşısında  buz kimi əri­
diyini  görən  kimi  bu  boş  sevdalarından  vaz  keçməyə  başladılar. 
Amerikanın  nə Ermənistan,  nə  də Türkiyə üzərində mandat qəbul 
etmək  istəməməsi  də  buralardakı  milli  vicdanın  şiddətini  görmə­
sindən  irəli  gəlirdi.  Halbuki,  ingilislər  və  fransızlar  Ərəbistanı  öz 
aralarında  bölüşdürməkdə  heç  bir  çətinlik  görmədilər.  Çünkü 
bütün  əşirətləri  klan  (qəbilə)  həyatı  yaşayan,  şəhərləri  hələlik  top­
lum dövrünə gəlib çıxmamış  olan  Ərəbistanda milli  vicdanın  hələ­
lik oyanmadığını bilirdilər.
Aydın  olur ki,son  yüzillordə milli vicdanın oyandığı  yerlərdə 
artıq  imperatorluq  qala  bilmir,  müstəmləkə  həyatı  davam  edəm- 
mir.  Rusiya,  Avstriya  və  Türkiyə  imperatorluqlarınm  çökməsi  bi­
rinci dünya savaşının bir nəticəsi deyildi.  Birinci  dünya müharibəsi 
daha öncədən  əsaslı  səbəblərin  hazırlamış  olduğu bir nəticənin  or­
taya  çıxmasına  təsadüfi  bir  səbəb  olmaqdan  başqa  bir  rol  oyna­
madı.  Əgər  bu  imperatorluqların  içində  yaşayan  qövmlərin  ara­
sında  milli  vicdana  malik  və  artıq  məhkum  kimi  yaşaması 
mümkün  olmayan  ülkülü millətlər  olmasaydı,  birinci  dünya  savaşı 
bu  imperatorluqları  devirə  bilməzdi.  Necə  ki,  Alman  dövləti  qay­
nayıb  qarışmış  (həmcins)  bir  millətdən  ibarət  olduğu  üçün  -  fran­
sızların  bu  qədər  ziyankarlığına  baxmayaraq  -   heç  cür  yıxılmır. 
Hətta,  irəlidə  Avstriya  topluluğundan  ayrılan  Avstriya  almanları 
ilə  birləşə  biləcəyi  üçün,  birinci  dünya  savaşından  daha  güclü  çıx­
mışdır deyilə bilər.
Bir  yandan  Avropada  bu  nəticə  doğarkən,  digər  yandan 
Asiyada  başqa  nəticələr  doğurdu.  Suriya,  İraq,  Fələstin,  Hicaz 
ölkələri  Türkiyə  topluluğndan  ayrılmaqla  bərabər,  müstəqilliyə 
qovuşa  bilmədilər.182  Çünkü  bu  ölkələrdə  yaşayan  əhalinin  milli 
vicdanı tam oyanmamışdı.  Şübhəsiz,  buralarda da milli  vicdan  oy- 
anıdığı  gün  artıq  fransız  və  ingilis  mandatları  bir  saniyə  də  qala 
bilməyəcəkdir.  Necə  ki,  İngiltərə  dövləti  birinci  dünya  savaşından 
qalib çıxmaqla bərabər,  İrlandiyanın,  Maltanın  və  Misirin muxta­
riyyətlərini,  yəni  müstəqilliyə  doğru  ilk  addımlarını  qəbul  etməyə 
məcbur  oldu.  Avstraliya,  Кар,183  Kanada,  Yeni  Zelİandiya  kimi 
anqlo-saksların  yerləşdiyi  ölkələrə  tam  muxtariyyətlər  vermək 
məcburiyyətini  duydu.  Tarixin  və günümüzün  şahidliyi  bizə  göstə­
rir ki, bugün  Avropada milli vicdana malik olmayan heç bir qövm
78
qalmayıb.  Buna görə də,  Avropanın heç  bir ölkəsində müstəmləkə 
yaratmaq mümkün deyildir.
İslam dünyasında da artıq  müstəmləkə həyatına son  vermək 
üçün  müsəlman  qövmlərin  milli  vicdanım  gücləndirməkdən  başqa 
yol yoxdur.
Bir  zamanlar  İslam  birliyi  iilküsünün  müsəlman  qövmlərin 
müstəqilliyə  qovuşmasım  və  ölkələrinin  müstəmləkə  durumundan 
qurtulmasını təmin edəcəyi zənn edilirdi.  Halbuki, əməli təcrübələr 
göstərir  ki,  İslam  birliyi  bir yandan  teokratiya184 və  klerikalizm185 
kimi gerici -  irticaçı axımları doğurduğuna, o biri yandan da İslam 
dünyasında  milliyyət  ülkülərinin  və  milli  vicdanların  oyanmasına 
qarşı  olduğuna  görə,  müsəlman  qövmlərin  tərəqqisinə  əngəl  ol­
duğu  kimi,  müstəqilliyimə  də  manedir.  Çünkü,  İslam  dünyasında 
milli  vicdanın  inkişafının  qarşısın  almaq,  müsəlman  millətlərinin 
müstəqilliyinə  mane  olmaq  deməkdir.  Teokratiya  və  klerikalizm 
axımları  isə  toplumların  geridə  qalmasının,  hətta  getdikcə  gerilə­
məsinin ən böyük səbəbidir.
O  halda,  nə etməli?  Hər şeydən  öncə  istər ölkəmizdə,  istərsə 
də digər İslam  ölkələrində daim milli  vicdanı oyandırmağa və güc­
ləndirməyə  çalışmalı.  Çünkü  bütün  irəliləmələrin  -   tərəqqilərin 
qaynağı milli vicdan olduğu kimi, milli müstəqilliyin də qaynağı və 
söykəndiyi yer (istinadgahı) da yalnız odur.
9,
MİLLİ HƏMRƏYLİYİ 
GÜCLƏNDİRMƏK
Mütarəkədən186  sonra  ingilisləri  və  fransızları  yaxından  gör­
məyə,  tanımağa  başladıq.  Onlarda gözümüzə  ilk  çarpan  yön  cə­
hət  mədəni  əxlaqın  pozuqluğudur.  Özəlliklə,  yurdumuza  gələn  və 
ya  Maltada  hakim  olan  ingilislərin  mədəni  əxlaqlarını  çox  aşağı 
gördük.  Müstəmləkə əhalisini soymaq, məğlubiyyətə uğrayanlar ilə 
qul, kölə kimi davranmaq, hərbi əsirlərin, hətta sülh əsirlərinin  Ru- 
lunu, əşyasını oğurlamaq onlara görə tamamilə halaldır.187
İngilis  millətinin  mədəni  əxlaqında  gördüyümüz  bu  düşük- 
lüyə  qarşı,  etiraf  edək  ki,  vətən  əxlaqını  çox  yüksək  gördük. 
Türkiyədə yüzlərlə,  hətta minlərlə vətən  xaininin  ortaya  çıxmasına 
qarşı,  bütün İngiltərədə tək  bir vətən xaini  görünmədi.  Elə isə,  biz­
də  mədəni əxlaqın daha yüksək  olması  nəyə yaradı?  Kaş ki,  bizdə 
də bunların yerinə yalnız vətən əxlaqı yüksək  olaydı!
Vətən  əxlaqının  yüksək  olması  milli  həmrəyliyin  təməlidir.
79


Çünkü, votən -  üstündə yerləşdiyimiz torpaq demək deyildir.  Vətən 
milli  kültür dediyimiz şeydir ki, üstündə yerləşdiyimiz torpaq onun 
ancaq örtüyündən ibarətdir. Və onun örtüyü olduğu üçün qutsaldır 
(müqəddəsdir).  Elə  isə,  vətən  əxlaqı  milli  ülkülərdən,  milli  vəzifə­
lərdən meydana gələn bir əxlaq deməkdir.
Elə  isə,  milli  həmrəyliyi  gücləndirmək  üçün  hər  şeydən  öncə 
vətən əxlaqını yüksəltmək lazım gəlir. Ancaq vətən əxlaqmı yüksəl­
tmək üçün nə etməliyik?
«Vətən  milli kültürdür» -  demişdik.  Deməli,  vətən  din, əxlaq 
gözəlliklərinin  və  bədii  gözəlliklərin  bir  muzeyidir,  bir  sərgisidir. 
Vətənimizi dərin bir eşqlə sevməyimiz bu səmimi gözəlliklərin  top­
lamı  olduğu  üçündür.  Elə  isə, milli  kültürümüzü  bütün  gözəllikləri 
ilə  nə  zaman  meydana  çıxarsaq,  vətənimizi  ən  çox  o  zaman  se­
vəcəyik  və  bu  qədər  şiddətlə sevəcəyimiz  o  sevimli  vətən uğrunda 
indiyə  qədər  etdiyimiz  kimi  yalnız  təhlükə  anlarında  həyatımızı 
deyil,  sülh  anlarında da  bütün  şəxsi və lopluluq  ilə bağlı ehtirasla­
rımızı  fəda  edə  biləcəyik.  Aydın  olur  ki,  milli  həmrəyliyi  güclən­
dirmək üçün,  ilk  öncə  milli  kültürü  yüksəltməli  olan ziyalıların  bu 
işi tez yerinə yetirmələri lazımdır.
Milli həmrəyliyin  birinci  təməli  «vətən  əxlaqı»  olduğu  kimi, 
ikinci  təməli də  «mədəni  əxlaq»dır.  Vətənlə  bağlı  əxlaq  (vətəni  əx­
laq)  öz  millətimizi  qutsal  (müqəddəs)  bilməkdən  ibarət  olduğu  ki­
mi,  mədəni  əxlaq  da,  millətimizin  fərdlərini  və  onlara  bənzəyən 
digər  fərdləri  ehtirama  layiq  tanımaqdan  (bilməkdən)  ibarətdir. 
Toplum  qutsal  (müqəddəs)  olduqda,  onun  fərdləri  do  müqəddəs 
olmazmı?
O  halda,  vətənimizi,  millətimizi  necə  seviriksə,  yurddaş­
larımızı da elə sevməliyik.  Bütün yurddaşlarını sevməyən bir adam 
millətini də sevmir deməkdir.
İndiyə  qədər ziyalılların  xalqı  və xalqın  da  ziyalıları  sevməsi 
mümkün deyildi.  Çünkü ziyalılar tərbiyələrini Osmanlı mədəniyyə­
tindən,  xalq  isə  türk  milli  kültüründən  almışdılar.  Ayrı-ayrı  tər­
biyələr ilə yetişən iki sinif bir-birini  necə sevə bilər? Bundan başqa, 
ziyalılar sarayın qulları  idilər,  məmur olduqları zaman xalqı soya­
raq  sarayın  israf və  əyləncələrinə  xidmət  etməkdən  başqa  bir  şey 
düşünməzdilər.  Təbii  ki,  bu  yöndən  də  məzlum  xalq  onları  sevə 
bilməzdi.
Aralarında rəqabət,  qısqanclıq  və  paxıllıq  kimi ehtiraslar ol­
duğu  üçün  ziyalıların  özləri  də  bir-birini  sevməzdilər.  Ölkəmizdə 
bir-birini sevən yalnız xalq  içindən  çıxanlar idi və əski dövrdə milli 
həmrəylik yalnız bu xalis türklərin səmimi sevişməsinə söykənirdi.
80
Burası  da  var  ki,  mədəni  əxlaq  yalnız  millətimizə  mənsub 
fərdlərin  hörmətə  layiq  bilinməsindən  və  səmimi  bir  məhəbbətlə 
sevilməsindən ibarət deyildir.  Doğrudur,  hörmətə layiq tanınan və 
sevilən  fərdlər  ən  əvvəl  yurddaşlarımızdır.  Ona  görə ki,  bizi  onlar 
ilə birləşdirən  ortaq  bir kültür, ortaq  bir  yurd,  ortaq  bir dil  və  or­
taq  bir din vardır.  Ancaq  biz bir milli  kültürə mənsub  olduğumuz 
kimi,  bir  də  beynəlmiləl  mədəniyyətə  bağlıyıq.  Milli  kültürümüzü 
sevdiyimiz  kimi,  mədəniyyətimizi  də  sevərik.  Elə  isə,  mədəniyyət- 
daşlarımızı  sevməyimiz  və  hörmətə  layiq  saymağımız  lazım  gəl­
məzmi?
Mədəniyyət  topluluğu  ilk öncə  dini  bir ümmət  halında  baş­
layır  (özünü  göstərir).  Müsəlmanlıq,  xristianlıq,  buddistlik  kimi 
dünya dinləri bir çox millətləri içlərinə alaraq onları birləşmiş qab­
lardakı mayelər durumuna gətirmişdilər.  Fizika təcrübələrində bir­
ləşmiş  qablardan  birinə  su  tökdükdə  suyun  dərhal  digərinə  bölü­
ndüyünü 
və 
hamısında 
su 
səviyyəsinin 
bərabərləşdiyini 
görmürükmü? Eyni  ümmətə mənsub  bir millətin  yaratdığı  tərəqqi­
lərin, ya da qarşılaşdığı tənəzzüllərin (çöküntülərin) dərhal o birilə­
rinə  keçməsi  də  tamamilə  bunun  kimidir.  Çünkü,  dindəki  birlik 
onları birləşmiş qablar durumuna gətirmişdir.
Beynəlmiləl  (millətlərarası)  əlaqələr  ilkin  belə  dini  olaraq 
başlasa da, uzun irəliləyişlərdən sonra, yalnız elm və texnika  sahə­
sində  birləşən dindən xaric bir millətlərarası (beynəlmiləl) əlaqələr
millətlərarası mədəniyyət də meydana gələ bilər.  Bugünkü Avropa 
mədəniyyəti,  Avropa  millətləri  arasındakı  bağlılıq  bu  iki  örnəyin 
keçiş dövründədir.  Avropa  millətlərarası  mədəniyyət  birliyi  yapon 
və  yəhudiləri  bərabər  şərtlər  itə öz  mədəniyyətinə  mənsub  saydığı 
üçün  dini  bir  mədəniyyətdən  və  dini  millətlərarası***  birlikdən 
çıxmaq  istədiyini işarə edir.  Ancaq  digər yandan,  müsəlman  ölkə­
lərinin mandat  idarəçiliyi altında qalmasında hələ israr etməsi əski 
xaç  yürüşü  təəssübündən  hələlik  qurtulmadığım  göstərir.  Bu  tə­
əssübün ortadan  qalxması və bizim də bərabər şərait daxilində Av­
ropa  mədəniyyətinə  girməyimiz  bizim  üçün  bir məqsəd  olmalıdır. 
Sözün  qısası,  mədəni  əxlaq  ilkin  yurddaşlarımızı,  sonra  dindaşla­
rımızı,  ən  sonra  da  bütün  insanları  sevməkdən  və  hörmətə  layiq 
bilməkdən  ibarətdir.  Bütün  bu  fərdlərin  həyatına,  mülkiyyətinə, 
hürriyyətinə,  heysiyyətinə  təcavüz  etməmək  mədəni  əxlaqın  irəli 
sürdüyü vəzifələrdəndir.
Aydın  olur  ki,  vətənlə  bağlı  əxlaq  xaricdən  mərəkzə  doğru 
olduğu  halda,  mədəni  əxlaq  mərkəzdən  xaricə  doğrudur.  Vətənlə 
bağlı  əxlaq  (vətəni əxlaq) sevgilərimizin  vətən çevrəsində sıxlaşma-
81


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə