Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

sını  vo  toplanmasını  istədiyi  halda,  mədəni  əxlaq  bunların  yavaş- 
yavaş  millət  hüdudlarını  aşaraq  ümmət  hüdudlarına  və  ümmət 
hüdudlarını da aşaraq millətlərarası (beynəlmiləl) mədəniyyət dai­
rəsi  hüdudlarına  və  mədəniyyət  dairəsi  hüdudlarını  da  aşaraq 
bütün  insanlıq dünyasına genişlənməsini və yayılmasını istəyir.  Bə­
zən  bu  iki  əxlaq  arasında  ixtilaf və  təzad  da  doğa  bilər.  Məsələ, 
müharibə zamanlarında  vətən əxlaqı  son  dərəcə şiddətlənərək mə­
dəni əxlaqı sönük  bir hala gətirir.  Uzun  sülh dövrləri isə yalnız mə­
dəni  əxlaqı  gücləndirərək  vətən  əxlaqım  zəiflədir.  Müharibənin  bir 
çox  maddi  və  mənəvi  ziyanları  ilə  bərabər,  ictimai  bir  faydası  da 
olduğunu irəli sürənlər, özəlliklə buna söykənirlər (istinad edirlər).
Aydın  olur  ki,  milli  həmrəyliyi  gücləndirmək  üçün  vətən  əx­
laqını  mədəni  əxlaqdan  önə  keçirmək  və  mədəni  əxlaqın  çevrələ­
rində insan dəyərinin mərkəzdən  xaricə doğru getdikcə əskildiyini, 
xaricdən  mərkəzə  doğru  isə  artdığını  düstur  kimi  qəbul  etmək  la­
zımdır.  Yəni yuxanda da söylədiyimiz kimi, dəyərin birinci dərəcə­
sində  yurddaşlanmızı,  ikinci  dərəcəsində  ümmətdaşlanmızı, 
üçüncü  dərəcəsində  mədəniyyətdaşlarımızı,  dördüncü  dərəcəsində 
isə  bütün  insanları  görməyimiz  və  onlan  bu  dərəcələrinə  görə  sev­
məyimiz lazımdır.
Milli  həmrəyliyi  gücləndirmək  üçün  vətən  əxlaqi  ilə  mədəni 
əxlaqdan sonra məslək188 əxlaqını yüksəltmək lazımdır.
Hər  bir millət  ictimai  əmək  bölgüsü  nəticəsində  bir sıra  peşə 
və  ixtisas  topluluqlarına  ayrılır.  Mühəndislər,  həkimlər,  musiqişü­
naslar,  rəssamlar,  müəllimlər,  yazıçılar,  hərbiçilər,  advokatlar, 
tacirlər,  əkinçilər,  fabrikaçılar,  dəmirçilər,  xarratlar,  darayıcılar, 
dərzilər,  dəyirmançılar,  çörəkçilər,  qəssablar,  baqqallar  və  s.  Bu 
topluluqlar  qarşılıqlı  olaraq  bir-birinə  ham  lazım  olurlar,  həm  də 
onların  bir-birinə  ehtiyacları  vardır.  Bir-birinə  göstərdikləri  xid­
mətlər, bu qarşılıqlı möhtaclıqlar bir növ həmrəylik deyilmi?
Bu  həmrəylik  növünün  güclənməsi  üçün,  öncə  əmək  bö­
lgüsünün  ancaq  ortaq  vicdana  malik  olan  toplum  içində  ortaya 
çıxamısı  şərtdir.  Başqa-başqa  millətlərdən  olub  aralarında  ortaq 
vicdan  olmayan  topluluq larin  əmək  bölgüsü  həqiqi  əmək  bölgüsü 
mahiyyətində  deyildir.  Dürkheym  bu  cür  -xidmətlərin  almıb- 
verilməsinə (mübadiləsinə)  «qarşılıqlı  tüfeylilik» adını  verir.  Məsə­
lə,  əski  Türkiyədə  türklər  ilə  müsəlman  olmayanlar  ortaq  bir iqti­
sadi  həyat  sürürdülər.  Ancaq  aralarındakı  əmək  bölgüsü  (iş  bö­
lgüsü)  həqiqi  bir iş  bölgüsü  deyildi,  qarşılıqlı  bir  tüfeylilikdən  iba- 
rətdi.  Ona  görə  ki,  türklər  ilə  bu  türk  olmayan  ünsürlər  arasında 
ortaq  bir  vicdan  yox  idi.  Türklər  müsəlman  olmayanların  siyasi
82
tüfeyliləri,  müsəlman  olmayanlar  da  türklərin  iqtisadi  tüfeyliləri 
idilər.  Millətlərarası  iqtisadi münasibətlər də  büsbütün  bu  biçimdə 
idi.
Bu çeşit (növ) həmrəyliyin güclənməsi üçün ikinci şərt isə  pe­
şə  topluluqlarmın  bütün  ölkəni  əhatə  edən  milli  qurumlar-  təşki­
latlar  şəklində  ləşkilanmasından  sonra,  hər  məslək  topluluğunda 
məsləklə bağlı bir əxlaqın təşəkkül etməsindən ibarətdir.
Məslək  (peşə)  əxlaqı  başqa məslək  topluluqlarında  izn  veril­
diyi halda, yalnız bir məsləkdə çalışanlara -  məslək tələbinə görə 
yasaq olan hərəkətləri  (əməlləri) gösətrir.  Məsələ, bir bikəyə xolera 
girdiyi zaman oradan hər bir kos qaça bilər, yalnız həkimlər ilə din 
xadimləri  qaça  bilməz.  Bunun  kimi  də,  hər  bir  adam  ticarət  ilə 
məşğul  ola  bilər,  rəsmi  səlahiyyətləri  (sözkeçərliliyi)  olan  dövlət 
məmurları  isə  ola  bilməz.  Hərbiçilərin  qorxaq,  polislərin  düşkün, 
məhkəmə  hakimlərinin  tərəf  saxlayan,  müəllimlər  və  yazıçıların 
biliksiz və ülküsüz  olmaları  məslək əxlaqına ziddir.  Katiblərin  ağzı 
möhkəm, advokatların və hakimlərin sirr saxlamağı bacaran olma­
ları da məslək əxlaqının təloblorindəndir.
Bununla  birlikdə,  bu  məslək  əxlaqlarının  sanksiyaları  da 
vardır.  Məslək vəzifələrinin  bu sanksiyaları isə «şərəf komissiyala- 
romdan  («heysiyyət  divanlan»ndan)  ibarətdir  və  hər  bir  məslək 
təşkilatı bu «şərəf komissiyalan»na malik olmalıdır.189
Fərdlərin məslək mütəxəssislərinə qarşı həyatlarını, mənliklə­
rini, hürriyyət və mənfəətlərini qoruyacaq yeganə sanksiya bax, bu 
məslək əxlaqına aid təşkilatlardan və təlimatlardan ibarətdir.  Bun­
lar olmadıqca  müxtəlif məsləklər arasında  həqiqi bir həmrəylik  də 
ola bilməz. İndii isə yuxarıda deyilənləri yekunlaşdıraq:
Milli həmrəyliyin (birliyin) gücləndirilməsi  ictimai intizam və 
tərəqqinin, milli azadlıq və müstəqilliyin təməlidir.  Milli həmrəyliyi 
gücləndirmək üçün  isə vətən  əxlaqının,  mədəni  əxlaqın  və məslək 
əxlaqının gücləndirilməsi, yüksəldilməsi lazımdır.
Milli kültürümüzn şüurlu bir hala gəlib yüksəlməsi üçün han­
sı təşkilatlara ehtiyacı var? Öncə milli kültürümüzü saxlandığı göz­
dən  uzaq, gizli künc-bucaqlardan ziyalıların gözləri qarşısına qoy­
an axtarış təşkilatlarına ehtiyac vardır.  Bu vəzifəni yerinə yetirəcək 
təşkilatlar bunlardır:  Milli  Muzey,  Etnoqrafiya  Muzeyi,  Milli  Ar­
xiv, Milli tarix kitabxanası, Baş Statistika idarəsi.
1. 
Milli  Muzey:  Türk  xalqının  bədii  (estetk)  dühasına  canlı 
şahidlər olan və yoxsulluq üzündən əski türk evlərindən hissə-hissə 
çıxarılıb örtülü  bazarlarda satılan pərdələr, xalçalar, ipək parçalar, 
əski  xarrat  və  dəmirçi  məmulatları,  çinilər,  gözəl  yazı  (hüsnxət)
83


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə