Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

yetginlik (təhzib)  mahiyyəti almışdır.  Almanlara görə, guya alman 
«kültür»ü də,  orduları  yenilməsəydi,  hərbi  və  iqtisadi  qüvvələriylə 
bütün  dünyaya  hakim  olacaqdı.  Türk  kültürünün  fəaliyyəti  bunlar 
kimi hücumçu (fəal) deyil,  passivdir.207 Biz kültürümüzdü yalnız öz 
zövqümüz  üçün,  özümüzün  ləzzət  duymağımız  ortaya  qoyacağıq. 
Başqa  millətlər də  ondan,  Lotilərin,  Farerlərin208  etdiyi  kimi,  ara- 
sıra ləzzət ala bilərlər. Necə ki,  biz də fransız, ingilis, rus və italyan 
millətlərinin kültürlərindən ara-sıra ləzzət alırıq və alacağıq. Ancaq 
bundan  sonra  bu zövq  almağımız  heç  vaxt ekzotizmin209  hüdudu­
nu aşmayacaqdır.  Bizə görə, fransızlara, ingilislərə, almanlara, rus­
lara  və  italyanlara  aid  gözəlliklər  ancaq  ekzotik210  gözəlliklər  ola 
bilər.  Bu  gözəllikləri  sevməklə  bərabər,  heç  bir zaman  könlümüzü 
onlara  verməyəcəyik.  Biz  könlümüzü əzəldən  bəri  milli kültürümü- 
zə vermişik.  Bizim  üçün  dünya gözəli milli  kül tülümüzün  gözəlliyi­
dir.  Biz,  mədəniyyət,  təlim,  təhsil  və  tədris  baxımından,  iqtisa­
diyyat  və  yetginlik  yönündən  Avropa  millətlərindən  çox  geri  qal­
dığımızı  inkar  etmirik  və  mədəniyyətcə  onlara  yetişmək  üçün  var 
qüvvəmizlə  çalışacağıq.  Ancaq  kültür  yönündən  heç  bir  milləti 
özümüzdən  üstün  görə  bilmərik.  Bizə  görə,  türk  kültürü  dünyaya 
gəlmiş və gələcək kültürlərin  ən  gözəlidir.  Buna görə də, nə fransız, 
nə də alman kültürünün təqlidçisi və əsiri  olmağımız mümkün dey­
ildir.  Biz  onları  da digər  kültürlər  kimi  yalnız millətlərinə məxsus, 
özəl  kültürlər  hesab  edirik  və  onlardan  da  başqa  kültürlər  kimi 
yalnız ekzotik bir zövqlə ləzzət alırıq.
Aydın  olur  ki,  Türkçülük  bütün  eşqi  ilə  yalnız  öz  orijinal 
kültürünə  vurğun  olmaqla  bərabər,  şovinist  və  fanatik  deyildir. 
Avropa  mədəniyyətini  tam  və  sistemli  bir şəkildə almağa  girişdiyi 
kimi, heç  bir millətin  kültürünə qarşı sayğızlığı və saymamazlığı  və 
sayğısızlığı da yoxdur. Əksinə, bütün milli küllürlərə qiymət veririk 
və hörmət edirik.  Hətta bir çox pisliklərini gördüyümüz (təcavüzlə­
rinə  hədəf olduğumuz)  millətlərin  belə,  siyasi  təşkilatlarını  sevmə- 
məklə  bərabər,  mədəni  və  kültürlə  bağlı  əsərlərrinə  heyran  qa­
lacağıq,  mütəfəkkirlərinə  və  sənətkarlarına  qarşı  sayğı  ilə  davra­
nacağıq.
92
İKİNCİ  BÖLÜM
TÜRKÇÜLÜYÜN
PROQRAMI


DtLDƏ TÜRKÇÜLÜK
1). YAZI DİLİ VƏ DANIŞIQ DİLİ
Türkiyənin  milli  dili  İstanbul  türkcəsidir,  buna  heç  şübhə 
yoxdur!  Ancaq  İstanbulda  iki  türkcə  var:  Biri  danışılan,  amma 
yazılmayan İstanbul ləhcəsi, o biri isə yazılan, amma danışılmayan 
Osmanlı dilidir. Görəsən, milli dilimiz bunlardan hansı olacaqdır?
Bu suala cavab vermədən  öncə dilimizi  başqa dillər ilə qarşı­
laşdıraq:  başqa dillər millətlərinin  paytaxtlarına aid dillərdir.  Anc­
aq başqa paytaxtların hamısında da danışılan dil  ilə yazılan dil ey­
ni  şeydir.  Deməli,  danışıq  dili  ilə  yazı  dilinin  bir-birindən  ayrı  ol­
ması  sırf  İstanbula  məxsus  bir  durumdur.  Bütün  millətlərdə  ol­
mayıb,  yalnız  bir  millətə  təsadüf edilən  bu  durum  normal  ola  bil- 
rmi? O halda,  İstanbulda gördüyümüz bu ikilik dil xəstəliyidir.  Hər 
xəstəlik müalicə edilir.  O halda,  bu xəstəliyin do müalicəsi lazımdır. 
Ancaq  bu  müalicəni  həyata  keçirmək,  yəni  dildokikiliyi  ortadan 
qaldırmaq  üçün,  bu  iki şeydən  birini  yerinə  yetirmək  lazımdır:  Ya 
yazı  dilini  eyni  zamanda  danışıq  dili  etmək,  ya  da  danışıq  dilini 
eyni zamanda yazı dilinə çevirmək.
Bu  iki  seçilə  biləcək  yoldan  (seçənokdon,  afternativdən)  bi­
rincisi  mümkün  deyildir,  çütıkü  İstanbulda  yazılan  dil  təbii  bir  dil 
deyil,  Esperanto1  kimi  süni  bir  dildir.  Ərəbcə,  farsca  və türkcənrn 
sözlüklərini,  morfologiyalarım  və  sintaksislərini  birləşdirməklə 
meydana  gələn  bu  Osmanlı  Espcrantosu  nccə  danışıq  dili  ola  bil­
sin? Hər anlam üçün  ən azı üç sözü bərabər anlam daşıyan,  hər söz 
birləşməsi  üçün ən azı üç şəkli,  hər ədat  üçün ən  azı  üç ifadəni əhatə 
edən  bu süni, gərəksiz qarışım (xəlito) nccə canlı bir dil ola bilər?
Deməli,  İstanbulda  yazı  dilinin  danışıq  dilinə  çevrilməsi 
mümkün  deyildir.  Bunun  mümkün  olmadığı,  yüzillər  boyunca  çox 
səy gösətrilidyi  halda,  müvəffəqiyyət  əldə  edilmədiyindən  anlaşılır. 
Heç cür mümkün  olmayan  belə bir şeyi  fərz edək: əgər bir sıra des- 
potik  qanınlar ilə  İstambul  əhalisi  bu əcaib  yazı dili  ilə danışmağa 
başlasaydı,  yenə  bu  yazı  dili  gerçəkdən  milli  dil  olammazdı.  Ona 
görə  ki,  onu  danışıq  dili  kimi  yalnız  İstanbulun  deyil,  bütün 
Türkiyənin qəbul etməsi gərək  idi.  Bu qədər böyük  bir toplum  isə 
zorla heç bir şey qəbul etdirilomməzdi.
Elə isə yalnız bir seçilə biləcək yol (seçənək, alternativ) qalır. 
Danışıq  dilini  yazmaqla  yazı  dili  halına  gətirmək!  Əslində,  xalq 
yazarları  bu  işi  çoxdan  görürdülər.  Altı-yeddi  yüzildən  bəri  Os­
I
94
manlı  ədəbiyyatının  yanında  xalq  dili  ilə  yazılmış  bir  türk  ədə­
biyyatı  vardı.  Deməli,  dildəki ikiliyi  aradan  qaldırmaq  üçün  yeni­
dən  heç  bir  şey  etməyə  lüzum  yoxdu.  Osmanlı  dilini  heç  yoxmuş 
kimi  bir yana atıb,  xalq  ədəbiyyatına  təməl (Özül) vəzifəsini  yerinə 
yetirən türk dilini  milli dil saymaq yetərli (kafi) idi:  bax, Türkçülor 
dilimizdəki  ikiliyi  aradan  qaldırmaq  üçün  bu  əsas  prinsipi  qəbul 
etməklə kifayətləndilər:  İstanbul  xalqının  və özəlliklə  İstanbul  xa­
nımlarının  danışdıqları  kimi  yazmaq!  Bu  şəkildə  yazılacaq  İstan­
bul  danışıq  dilinə  yeni  dil,  sonra  gözəl  Türkcə,  daha  sonra  yeni 
Türkcə adları verildi.
2). XALQ DİLİNƏ KEÇMİŞ 
ƏRƏB VƏ FARS SÖZLƏRİ
Bəzi  etirazçılar  deyirlər  ki,  «Siz  Osmanlı  dilindəki  ərəb  və 
fars sözlərindən şikayətçisiniz, halbuki  xalq dilində də bu dillərdən 
bir çox sözlər vardır».
Gerçəkdən,  xalqın  danışıq  dilində  də  ərəb  dilindən  alınmış 
bir  çox  söz  vardır.  Ancaq  xalqın öz danışıq  dilinə  aldığı  bu  sözlər 
seçkinlər  sinifindən  (yuxarı  təbəqədən)  olan  alimlər  və  ədiblərin 
Osmanlı dilinə aldıqları ərəb və fars sözlərindən  iki baxımdan fərq­
lidir.
Öncə,  xalq  dilində  sinonim  sözlər yoxdur.  Xalq ərəb  və  fars 
dillərindən  bir  söz  aldığı  zaman  onun  sinonimi  olan  türkcə  sözü 
türk  dilindən  büsbütün  alır:  beləliklə  do,  dildə sinonim  sözlər  qal­
mır.  Məsələ,  xalq  «xostə»  sözünü  alınca  «sayru»  ifadəsini,  «ayna» 
sözünü  alınca  «güzgü»2  ifadəsini,  «nərdivan»  sözünü  almea  «bas- 
qıç» ifadəsini  tamamilə unutmuşdur.
Doğrudur,  bəzən  xalqın  ərəb  və  fars  dillərindən  aldığı  sözlə­
rin  yanında  əski  türk  sözlərini  də  qoruyub  saxladığı  gözə  çarpır. 
Ancaq  bu durumda da yenə sinonim sözlər ortaya çıxmır. Ona gö­
rə  ki,  ya ərəbcə və farscadan  alman  sözün,  ya da əski  türk sözünün 
anlamında  dəyişiklik  baş  verərək  ikisinin  arasındakı  sinonimlik 
aradan qalxır:  Məsələ, «siyah» və «bəyaz» sözləri alındıqdan sonra 
«qara»  və  «ağ»  sözləri  türk  dilində  qalmışdır,  ancaq  nə  «siyah» 
sözünü  «qara»  sözünün,  na  də «bəyaz»  sözünü  «ağ»  sözünün  sino­
nimi  hesab  edə  bilmərik.  Çünkü xalq  «siyah»  ilə  «bəyaz»ı  maddi, 
«qara»  ilə «ağ»ı mənəvi  məsələlərdə işlədir.3 Məsələ,  siyah üzlü bir 
adamın  alnı ağ ola bilər,  bəyaz sifətli bir adamm da üzü qara çıxa 
bilər.
Bəzən də, xalqın ərəb və fars dillərindən aldığı sözlərin türkc-
95


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə