Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

əsi əslində olmadığı üçün, sinonimliyə də heç bir səbəb olmur.  Ab- 
dəst, namaz, Quran, came, əzan sözləri kimi.
Alimlərə və ədəbiyyatçılara gəldikdə, onlar həm türkcə sözlə­
ri,  həm  də  bunların  ərəbcə  və  farsca  qarşılıqlarım  tamamilə  eyni 
anlamda  işlədirlər.  Beləliklə,  onların  türkcəsində hər xüsusi anlam 
üçün, biri türkcə, biri ərəbcə və biri də farsca olmaqla ən azı üç söz 
vardır.  Məsələ, su-ab, maa; gecə -  şəb, leyl; çörək -  nan, xübz; ət -  
quşt,  ləhm  kimi,  Osmanlı  dilində  hökmən,  hər  anlam  üçün  üç-üç 
sinonim  sözdən  ibarət  olan  beli  bir  «üçləmə»  -  təsis  vardır.  Bəzi 
anlamların  ərəb  dilində  bir  çox qarşılıqları  olduğu  üçün,  bu  kimi 
anlamların  sinonimləri  təbii  olaraq,  üçdən  daha  çox olur:  Aslan -  
şir, əsəd, qəzənfər, heydər, züram və s.  kimi.
İkincisi, xalq ərəbcədən, farscadan və s. yabançı dillərdən al­
dığı  sözləri  ya  söyləniş  (tələffüz),  ya  da  anlam  baxımından  təhrif 
edir, yəni öz dilinə uyğunlaşdırır.
Söyləniş  (tələffüz)  baxımından  təhrifə  misal:  haste  -   xasta;4 
hofte  -   həftə;  nərdüban  -  mordivan;5  çarçübc  -   çərçivə;  qavqa  - 
qovğa; bəkre -  makara;6 zukak -  sokak;7 pare-para8.
Anlam  baxımından  təhrifə  misal:  «xaste»  sözü  fars  dilində 
«birisi  tərfindən  yaralanmış»  anlamında  ikən,  türk  dilində  «mə- 
riz»9  qarşılığı  olaraq  işlədilir.  «Şəfəq»  sözü  ərəbcədə  «qərb 
üfüqünün  axşam  qızartısı»  anlamında  olduğu  halda,  türkcədə 
«şərq üfüqünün səhər qızartısı» anlamını almışdır;  «Şəfəq sökmək» 
deyimində olduğu kimi.
Fars dilində «xace»  sözü «əfəndi»  anlamındadır.  Bu söz türk 
dilində  həm  söylənişini  (tələffüzünü)  dəyişdirərək  «hoca»10  şəklini 
almış və  həm də anlamını dəyişdirərək «xalq  fakihi»11  və «məktəb 
müəllimi»  anlamlarım  almışdır.  Farsca  «bazar»  «b»  ilə  tələffüz 
olunur  və  «çarşı»12  anlamına  gəldiyi  halda,  türkcədə  «p»  ilə  tə­
ləffüz olunur və həm  cümə ertəsindən  sonra  gələn  günün admı  bil­
dirir,  həm  də  müəyyən  günlərdə,  müəyyən  yerlərdə  qurulan  «bir 
günlük  yarmarka»  demək  olan  «pazar»  şəklinə  girmişdir.  «Pazar- 
lıq» sözü do bu son  şəklindən doğmuşdur.
«Pare»  sözü  də  farscada  «qism,  parça»  anlamında  olduğu 
halda,  türkcədə  «para»  şəklini  almaqla  bərabər,  mübadilə  (alış- 
veriş) vasitəsi olan «sikkə və ya kağız pul» anlamını almışdır.
Bir qism sözlər görünüşdə əski anlamını qorumuşdur. Ancaq 
bu  sözün  daxil  olduğu  tərkiblər  (söz  birləşmələri)  incələnərsə  bu 
kimi  sözlərdə də  anlamca  hiss  edilməyən  dəyişikliklər  baş  verdiyi 
aydm  olur.  Məsələ,  «abdəst»13  sözü  söyləniş  (tələffüz)  və  anlam 
baxımından dəyişməmiş görünür.  Halbuki,  bu sözün başındakı «a»
96
hərfi  uzunluğunu  itirdiyi  kimi,  sonundakı «t»  hərfi də danışıq  di­
lində  düşmüşdür.  Bundan  başqa,  «böyük  aptəs»  və  «kiçik  aptəs» 
kimi tərkiblər göstərir ki, anlamca da dəyişikliyə uğramışdır.
Deməli,  xalq  aldığı  sözləri  mənimsəyir,  öz  dil  özəlliklərinə 
uyğunlaşdırır.  Əvvəla,  «hər  anlamın  yalnız  bir  sözü  olmalıdır» 
prinsipinə  riayət  edərək sinonimləri  qəbul  etmir.  Və dili  hər sözü, 
vəzifəsi  bəlli bir  üzv mahiyyətində olan  həqiqi bir orqanizm  biçi­
mində  qoruyur 
(mühafizə  edir).  Əlbəttə,  xalq  bu  işi  bilərək  və 
düşünəək görmür,  ictimai bir instikt ilə şüursuz surətdə yerinə yeti­
rir.  Xalqın dilində hər sözün  hökmən  başqa sözlərdən ayrı  bir  an­
lamı vardır.  Və xalqın idrak sahəsinə girmiş fikir və duyğu ilə bağlı 
hər anlamın da hökmən bir sözü vardır.
Alimlər və ədəbiyyatçılar xalqm mənimsəmə (yiyələnmə) yo­
lu  ilə  apardıqları  bu  dəyişmələri  təhrif  hesab  etmişlər  və  xalqın 
ərəb və fars sözlərini istər söyləniş (tələffüz) və istərsə do anlam  ba­
xımından  dəyişdirməklə  meydana  çıxartdıqları  sözlərə  pozulmuş 
sözlər (qələtat) adını vermişlər. Alimlərin  pozulmuş sözlər (qələlat) 
adı  ilə yazılmış kitabları  incələnərsə (tədqiq edilərsə) aydın olar ki, 
onlara  görə,  sözlərin  düzgünlüyü  nitqdə  üslub  gözəlliyi  (fəsahət)14 
ərəb  və fars  sözlərini  türk  dilində aldıqları  şəkillərdə deyil,  əsasən 
mənsub  olduqları  dildəki  əski  şəkillərində  işlətməkdir.  Bu  baxışa 
görə Osmanlı  dilinin  heç  bir müstəqilliyi,  heç bir mənimsəmə -  öz 
dil özəlliklərinə uyğunlaşdırma səlahiyyəti yoxdur. Sözlər istər söy­
ləniş  (tələffüz),  istər anlam  baxımından daim əski  biçimlərinə qay­
tarılmalı  və  hətta,  sözlərin  imlaları  da  hökmən  bu  əski  şəkillərdə 
yazılmalıdır.  Bu  baxışın  daha  yaxşı  anlaşılması  üçün  bir  hadisəni 
örnək olaraq göstərəcəm:
Bir  zaman  Darülfünunda  (Universitetdə) fəlsəfə terminlərini 
müəyyənləşdirmək  və  sabitləşdirmək  (təsbit  etmək)  üçün  elmi  bir 
komissiya  yaradılmışdı.  Bu  komissiyada  söz  bilicilərindən  -   fosa- 
hətçilərdən15  biri  «diqqət»  sözünün  «atansyon»un16  qarşılığı  ol- 
mayacağını irəli süıdü.Guya, «diqqət» sözü «dəqiq-incə» sifətindən 
törəndiyi  üçün «incəlik» anlamında imiş.
Bu iddiaya qarşı «incəlik» sözü dilimizdə var ikən, bu anlamı 
verən  «diqqət»  sözünə  ehtiyacımız  yoxdur,  Ancaq  xalqm  işlətdiyi 
anlamda  bu söz dilimizin atılması mümkün olmayan ən gərəkli  bir 
ünsürü  olmuşdur,  - deyildi.  Ancaq qarşı çıxan  bunu qəbul  etmədi: 
«Diqqət» sözü daim  «incəlik»  anlamında qalacaqdır.  Xalqm  işlət­
diyi  deyimləri  elm  qəbul  etməz.  Doğru  olan  sözlər  -  sözlərin  əski 
biçimləridir.  Sözlərin  gerçək  anlamları  işlədilmə  ilə  deyil,  kökünü 
araşdırmaq  ilə  bilinir»  - deyə cavab  verdi.  Buna görə,  «atansyon»
97


sözünə  böşqa  bir  qarşılıq  axtarmağa  başladılar.  Birisi  «tohdiq»*7 
sözünü irəli sürdü,  bir başqası da «iltifat»18 sözünü təklif etdi. Guya 
«təhdiq»  sözü  «gözbəbəyi»  anlamında  olan  «hədəqə»dən  gəlirmiş. 
«Diqqət»də də  xüsusilə  amil  olan  «göz  bəbəyidir».  «İltifat»ın  ərəb 
dilindəki  anlamı  da  «göz  ucu  ilə  baxma»  imiş.  «İltifat»  sözünün 
dilimizdə  başqa  anlamda  olduğu deyildi.  «Elə  şey  olmaz.  Ərəbcə, 
farsca  sözlər bizim dilimizdə əski asillərini, aydınlıq və özəlliklərini 
qoruyacaqlar.  Xalqın  cahilliklə  yaratdıqları  təhriflərə  «qələtat» 
deyilir.  Bunların hamısını  buraxıb sözlərin əski və düzgün şəkilləri 
nə qayıtmaq lazımdır» - deyə cavab verildi.
Göründüyü  kimi,  xalq  aldığı  sözləri  söyləyiş (tələffüz)  və an­
lam  baxımından  mənimsədiyi  halda,  sözbilicisi  (fəsahətçi)  alimlər 
bu  mənimsəmənin  əleyhindədirlər.  Xalqa  görə,  geniş  yayılan  po­
zulmuş  söz,  əslinə  uyğun  və düzgün,  olan  amma geniş yayılmamış 
sözdən  daha  yaxşıdır.  Alimlərə  görə  isə  düzgün  söz  geniş  yayılan 
pozulmuş  sözdən  daha  yaxşıdır.  Bundan  başqa,  xalqa  görə  ölkə­
mizdə  müstəqillik  və  hökmranlıq  ancaq  türk  dilindədir.  Bu  dilə 
keçən ərəbcə və farsca sözlər türk dilinin  hakimiyyəti altına girərək 
onun fonetikasma və leksikologiyasma tabe olur. Siyasi kapitulya- 
siyalar siyasi müstəqillik və hakimiyyətə zaddi olduğu kimi, dil ka- 
pitulyasiyaları  da  dilin  müstəqilliyinə  və  hakimiyyətinə  ziddir1®3. 
(Ancaq yenə açıqca bildirək ki, xalq bunu şüurlu olaraq düşünmür, 
arının bal hazırlaması kimi, şüursuz və instinktlə edir).
Alimlərə  görə,  əksinə,  müstəqillik  və  hakimiyyət ancaq  ərəb 
və fars sözəlrindədir.  Biz onların müstəqillik və hakimiyyətinə, əsil­
lik və düzgünlüyünə  hörmət  etməyə  məcburuq.  Bizim dilimizə gəl­
dikdə,  o əslində yüzdə doxsan doqquz ərəb və fars sözlərindən iba­
rət olduğu üçün müstəqillik iddiasında ola bilməz.
Göründüyü kimi,  dildə Türkçülüyün  ilk işi sözbilici alimlərin 
baxışlarım rədd edərək, xalqın şüursuz  baxışlarını türkcənin təməli 
kimi  qəbul  etməkdən  ibarətdir.  Bu  baxımdan,  Türkçülərə  görə 
Osmanlıçılann  düzgün  sözləri  pozuq  və  pozuqları  isə  düzgündür, 
hətta yazı  (imal) baxımından  da, bu təhrif edilmiş (pozulmuş) söz­
ləri  tələffüz olunduqları  kimi  yazmaq  türkçülüyün  bir prinsipidir. 
Bu əsas prinsipi əcnəbi sözlərə də tətbiq edərək söz bilicilərinin «si­
qara»,  «jaket»,  «Europe»  şəklində yazdıqları  bu  sözləri  xalqın  tə­
ləffüzünə  uyğun  olaraq  «ciqara»,  «ceket»,19  «Avrupa» yazmaq  la­
zımdır.
98
3). TÜRKÇÜLƏR  VƏ  SÖZ 
BİLİCİLƏRİ (FƏSAHƏTÇİLƏR)
Turkçülərin  dildəki  prinsipləri  söz  bilicilərinə  (fəsahətçilərə)  aid 
baxışların  ziddi  olmaqla  birlikdə,  təmizləməçi-safqurkcəçi  (tosfiyəçi) 
adını  alan  dil  inqilabçılarının  baxışlarına  da  uyğun  deyildir. 
Saftürkcəçilərə (təmizləmoçilərə) görə,  bir sözün turk sözu ola bilməsi 
üçün, onun bir türk kökündən gəlməsi lazımdır.  Bu səbəbdən, «kitab, 
qələm, abdəst, namaz, məktəb, cami, minarə, imam, dərs» kimi ərəb və 
fars  köklərindən  gəlmiş  sözlər  xalqın  dilinə  keçmiş  olduqlarına 
baxmayaraq, türkcədən atılmalı vo bunların yerinə ya unudulmuş əski 
türk  sözləri  dirildilməli,  ya  da  cağatay,  özbək,  tatar,  qırğız  və  s. 
dillərində  tapa  biləcəyimiz əslən  türk  kökündən  gələn sözlər alınmalı, 
yaxud da türk dilində yeni şəkilçilər vo tərkib (söz birləşməsi) üsullan 
icad  edərək  bunların  vasitəsilə  yeni  türkcə  sözlər  yaradılmalıdır. 
Türkçülərə  görə  bu  baxış  da  yanlışdır.  Ona  görə  ki,  əvvəla,  heç  bir 
türk kökünün on  qədim zamanlara gedib çıxıldıqca  türk  olacağı  iddia 
oluna  bilməz.20  Bu gün  türk  kökündən gəldiyini zənn etdiyimiz  bir çox 
sözlərin, çin, monqol,  tuııquz, hətta hind və tars dillərindən qədim türk 
dilinə keçməsi elmi şəkildə sübut olunmuşdur.21
İkincisi,  sözlər  göstərdiyi  anlamların  tərifləri  deyil,  işarələridir. 
Buna  görə sözlərin  hansı  köklərdən gəldiyini,  necə törədiyini  bilməyə 
də  lüzum  yoxdur.  Bu  kimi  şeyləri  bilmək,  yalnız  dilbilimçilor 
(linqvistlor)  və  filoloqlar  üçün  lazımdır.22  Dilin  sistemi  və  söylənişi 
(təbffiizü)  yönündən  hətta  zərərlidir.  Çünkü  yuxanda  ərəb  və  fars 
köklərindən  gələn  sözlərdə  gördüyümüz  kimi,  türk  kökündən  gələn 
sözlərdə  də  bəzən  işlədildiyi  anlam,  törədiyi  sözün  anlamından 
başqadır.  Məsələ,  «yabançı»23  «yabandan  gəlmiş  adam»  demək 
deyildir. «Qəhvəaltı» «qəhvədən sonra yeyilən yemək» anlamını vennir. 
Bu kimi sözləri ctimoloji anlamlarda (törədiyi söz anlamında) işlətmək 
bir dil xəstəliyidir ki,  buna törətmə (etimologiya) xəstəliyi deyilə bilər.24 
Məsələ,  bəzi  adamlar  «tərlik»25  sözü  deyiləndə  bunun  işlədildiyi 
anlamına əhəmiyyət verməyərək dərhal ctimoloji (törədildiyi sözun) 
anlamını axtarırlar və «tər üçün ayağa geyilən ayaqqabı» - deyə sözü 
kökünə («tor» kökünə) bağlamağa çalışırlar, halbuki «tərlik» sözünün 
anlamını  araşdırarkən  «tər»  sözunu  xatırlamaq  tələffüz  yönündən 
zərərlidir.  Törətmə  (Etimologiya)  xəstəliyinə  tutulmuş  biradamm 
yanında, 
məsələ, 
«yabançılar 
gəldilər» 
dediyimiz 
zaman, 
o:«yabançılarmı?  Yabandan  gəlmişlər,  deməli,  yabanı  adamlardır» 
deyərsə,  heyrət  etmərikmi?  Yaxud da  «bu  tərliyi  geyinin»  dediyiniz 
zaman:  «Ayağım  tərli  deyil,  tərlik  geyməyimə  ehtiyac  yoxdur»
99


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə