Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

üsulunun, yəni Bizans musiqisinin konservatoriyasıdır.
Bu  qurum,  ibtidai  ünsürləri  xalqın  səmimi  melodiiyalarında 
özünü göstərən və Avropa musiqisinə uyğun olaraq  harmonizasiya 
edildikdən sonra çağdaş və qərbli bir mahiyyət alacaq olan həqiqi 
türk  musiqisinə  heç  önəm  verməməkdədir.  İndiki  Darülbədayi 
(Şəhər  Teatrı)  da  eyni  haldadır.  Ona  görə  ki,  teatrın  tərəqqisi  ən 
çox gözəl  türk dili  üə  xalq  ölçüsünün  qəbul  edilməsinə  bağlı ikən, 
mövcud Darülbədayi bu əsaslara yetərincə dəyər vermir.  Buna gö­
rə,  bu  iki  qurumun  Türk  Konservatoriyası  (Türk  Darüləlhanı) və 
Türk  teatrın  (Türk  Darülbədayisi)  durumuna  gətirilmələri  də  la­
zımdır.
İndiki  qurumlar  içində  türk  kültürünə  xidmət  edən  yalnız 
Universitetdir.
Universitetin  Ədəbiyyat  Fakültəsi  necə deyərlər,  milli kültür 
fakültəsi demək olduğundan  milli  kültürü ən çox yüksəltməyə çalı­
şan bu qurumdur.
Türkologiya  institutuna  (Türkiyyat  Əncüməninə)  gəlincə, 
bugün  belə bir qurumu ən mükəmməl bir halda təşkil etmək imka­
nı  vardır.  Çünkü  Avropanın  müxtəlfi  millətlərindəki  Türko­
logiyaya  canım  vermiş  böyük  türkoloqları  bu  İnstituta  üzv  kimi 
qəbul  etmək  mümkündür.  Avropalı  türkoloqlar  ilə  yerli  türko­
loqlardan  ibarət olan  bir İnstitut  təşkil  olunarsa,  bu adamlar həm 
milli  kültürün  xəzinələrini  axtara  biləcəklər,  həm  də  millətlərarası 
akademiyalar dünyasında elmi nüfuz qazanacaqlar.
10
.
KÜLTÜR VƏ YETKİNLİK 
(HARS VƏ TƏHZİB)
Fransızca  «kültuğ»  (culture)  sözünün  iki  ayrı-ayrı  anlamı 
vardır.  Bu  anlamlardan  birini  «milli  kültür»  (hars),  o  birini  «yet­
kinlik»  (təhzib)  kimi  çevirə  bilərik.199  Milli  kültür  haqqındakı 
bütün  yanlış  anlamlar  fransızca  «kültuğ»  sözünün  bu  cür  iki  an- 
lamlı olmasındadır.  Elə isə  biz dilimizdə bu iki anlamı  «kültür» və 
«yetkinlik» (hars və təhzib) sözləri ilə ifadə edib, bir-birindən ayır­
saq,  öz  ölkəmizdə  bu  yanlışlığa  son  vermiş  olarıq.  Kültür  ilə  yet­
kinlik arasındakı  fərqlərdən  birincisi,  kültürün  «demokratik», yet­
kinliyin  isə  «aristokratik»  olmasıdır.  Kültür  xalqın  gələ- 
nəklərindən,  alışqanlıqlarmdan  (vərdişlərindən),  adətlərindən,  şi­
fahi  və  yazılı  ədəbiyyatından,  dilindən,  musiqisindən,  dinindən, 
əxlaqından, bədii və iqtisadi məhsullarından ibarətdir. Bu gözəllik­
88
lərin,  sərvətlərin  xəzinəsi  və  muzeyi  xalq  olduğu  üçün,  kültür  de­
mokratikdir.  Yetkinliksə  yalnız  yüksək  təhsil  görmüş,  yüksək  bir 
tərbiyə  ilə  yetişmiş  həqiqi  ziyalılara  aiddir.  Metyü  Arnoldun200 
«dadlılıq və işıq məzhəbi201» sözləriylə ifadə etdiyi anlam yetkinliy­
in  tərifi  deməkdir.  Yetkinliyin əsası  yaxşı  bir  tərbiyə  görməkdən, 
ağıla  söykənəin  bilikləri  (dərk  edilə  bilinənləri),  incəsənəti,  ədə­
biyyatı, fəlsəfəni, elmi və heç bir fanatizmə yol vermədən dini süni 
olmayan,  səmimi  bir məhəbbətlə sevməkdən ibarətdir.  Aydın olur 
ki,  yetkinlik  xüsusi  bir tərbiyə ilə təşəkkül etmiş duyma,  düşünmə 
(təfəkkür) və yaşayış tərzidir.
Milli kültür ilə yetkinliyin ikinci fərqi birincinin milli,  ikinci­
nin  isə  millətlərarası  olmasıdır.  Bir  insan  milli  kültürün  təsirilə, 
bəlkə  də,  yalnız  öz  millətinin  milli  kültürünə  dəyər  verir.  Ancaq 
yetkinləşibsə  (təhzib görübsə),  başqa  millətlərin  küllürlərini  do  se­
vər və onların ləzzətlərini də dadmağa çalışar. Buna görə, yetginlik 
ünsiyyətdə olduğu şəxsləri  bir az insansevər (humanist),  bir az ilti­
fatlı və hər bir adama,  hər bir millətə qarşı  xeyirxah  və seçici  (ek- 
lcktik)202 edir.
Milli  kültür  ilə  yetkinliyin  bu ikinci  fərqi  bizi  milliyyətçilik  və 
beynəlmiləlçilik məsələsinin dərinləşdirilməsinə sövq edir.
Millət  eyni  kültürdə  ortaq  olan  insanların  toplamıdır.  Bey­
nəlmiləlçilik  isə eyni  mədəniyyətdə ortaq  olan millətlərin  toplamı- 
dır Beynəlmiləlçiyə mədəniyyət topluluğu da deyilə bilər.
Ancaq mədəniyyət topluluğuna xüsusi bir mədəniyyətə mən­
sub millətlərin  toplamı  kimi baxmayan adamlar da vardır.  Onlara 
görə, ayrı-ayrı  mədəniyyətlər yoxdur,  bütün insanların toplamı  bir 
yerdə  yeganə bir tək  (yeganə)  mədəniyyət  topluluğudur  vo bu  bir 
tək  mədəniyyət  topluluğu  millətlərdən  deyil,  insanlardan  (fərdlər- 
dən)  ibarətdir.  Bu  düşüncədə  olan  insanlara  «kosmopolit»203  adı 
verilir.  Kosmopolitlər,  «millətim  insan  cinsidir,  vətənim  yer  üzü» 
(Millətim  növ-i  bəşərdir,  vətənim  ruy-i  zəmin)  deyən  dünyaçılar- 
dır203a.  Bu  onların  mədəniyyət  topluluğuna  aid  baxışları  millətsc- 
vərliklə  uzlaşa  bilmir,  çünkü  milliyyətçilərə  görə  insanlıq  (bəşə­
riyyət)  zoologiya  elmində  digər  heyvan  növləri  ilə  birlikdə  incələ­
nən  «insan  növü»ndon  ibarətdir.  İctimai  fərdlor  demək  olan  «in­
sanlar»  isə  millətlər  halında  yaşayırlar.  Türkçülük  millət  əsasım 
qəbul  etməyən  heç  bir sistemlə  uzlaşa bilmədiyinə görə,  kosmopo­
litləri də qəbul edə bilməz.
Beynəlmiləlçiyə  gəlincə,  bu  tamamilə  kosmopolitliyin  ziddi­
dir.  Ona  görə  ki,  beynəlmiləlçilərə  görə  mədəniyyət  topluluğu 
bütün  insanların  bir  yerdə  götürülən  toplamı  demək  deyildir.  Əs­
89


lində modəniyyət bir deyil, çoxdur.  Hər mədəniyyətin özünəməxsus 
bir topluluğu, yəni bir mədəniyyət topluluğu vardır. Eyni zamanda 
bu  modəniyyət  topluluqları  fərdlərdən  deyil,  millətlərdən  əmələ 
gəlmişdir.  Mədəniyyət  topluluğu  bir  topluma  bənzədilərsə,  onun 
fərdləri  də  millətlər  olar.  Mədəniyyət  topluluğuna  Millətlər  Cə­
miyyəti deyilməsi də buradan irəli gəlir.
[Ancaq  bu  Millətlər  Cəmiyyəti  termini  doğru  deyildir.  Ona 
görə ki, cəmiyyət toplum ortaq  bir vicdanı olan tam  bir insan top­
luluğu deməkdir.  Ortaq  vicdan  milli kültürdən  ibarət  olduğu üçün 
toplumun tərkibinə daxil ola biləcək topluluqlar ancaq millətlər və 
onların  kökləri  ola  bilərlər.  Digər yandan,  bir çox  toplumları  (cə­
miyyətləri)  içinə  alan  daha  böyük  topluluqlara  (zümrələrə)  camia 
(topluluq)  adı  verilir.  Elə  isə  Millətlər  Cəmiyyəti  yerinə  Millətlər 
Camiası (Millətlər Topluluğu) demək daha uyğundurj.
Bu  sözlərdən  anlaşıldı  ki,  hər mədəniyyət  topluluğu  bir  bey­
nəlmiləlçilik  dairəsidir.  Bir  toplumun  milli  bir  kültürünün  olması 
onun beynəlmiləl (millətlorarası) bir mədəniyyətə də mənsub olma­
sına  mane  deyildir.  Mədəniyyət  eyni  beynəlmiləlçiyə  mənsub  mil­
lətlərin ortaq qurumlarının toplamı» deməkdir.
Deməli,  bir beynəlmiləlçilik içində həm onu təşkil edən bütün 
millətləri  bürüyən  ortaq  bir  mədəniyyət,  həm  də  hər  millətə  aid 
milli  kültürlordən  ibarət  bir  kültürlər  kolleksiyası  vardır.  O  halda, 
biz  Avropa  mədəniyyətinə  daxil  olduğumuz  zaman,  nəinki  yalnız 
beynəlmiləl  bir  mədəniyyətə  varis  oluruq,  eyni  zamanda  mədə- 
niyyətdaşımız  olan  bütün  millətlərin  özəl  kültürlərindən  də  ləzzət 
almaq  imkanına  malik  ola  biləcəyik.  Milli  bir  toplum  əmək  bö­
lgüsü  və  ixtisas  yolu  ilə  məslək  (peşə,  sənət)  topluluqlaıına  necə 
ayrılmışsa,  beynəlmiləl  bir  topluluq  (camia)  da,  sanki  beynəlmiləl 
bir  əmək  bölgüsünün  (iş  bölümünün)  və  beynəlmiləl  ixtisasın  tələ­
binə tabe olaraq, milli və özəl mahiyyətli kültürlərə ayrılmışdır.
Buna  görə  insanlar  sırf  milli  zövqləriylə  daddıqları  zaman, 
yalnız milli kültürlorinə uyğun əsərlər ürəklərinə yatır. Ancaq insan 
hər  gün  eyni  yeməyi  yeməkdən  usandığı  kimi,  daim  eyni  kültürə 
mənsub ədəbiyyatdan, eyni musiqidən, eyni memarlıqdan və s.-dən 
qidalanmaqdan da bezər.  Bu səbəbdən yeməkləri sevən şəxslər hər 
gün  menyüləri dəyişdirdikləri  kimi,  yetginliyə  nail  olmuş adamlar 
da  zaman-zaman  başqa  kültürlərin  çeşniləriylə  ilə  ağız  dəyişdir­
məyə ehtiyac duyurlar.
Keçmiş zamanlarda  əsnaf dərnəkləri204  müəyyən  vaxtlarda 
«arifanə  ziyafətlər»205  verərdilər.  Sənət  yoldaşlarının  hər  biri  öz 
evində ən  yaxşı  hazırlanan  yeməyi  hazırlatdırar və onlar şəhər kə­
90
narında, ya da  bir evdə  toplanaraq  bu  yeməkləri  birlikdə yeyərdi­
lər.  Mədəniyyət  topluluğunun  millətlərarası  (beynəlmiləl)  münasi­
bətləri  də  bir  «arifanə  ziyafət»  kimidir.  Hər  bir  millət  bu  ziyafətə 
öz kültürünü apararaq bütün millətlərin kültürlərindən zövq almaq 
haqqını  qazanır.  Bu  da  var  ki,  yalnız  milli  kültürdən  xoşu  gələn 
«milli  zövq»  ilə  yabançı  (əcnəbi)  kültürlərdən  xoşu  gələn  «xarici 
zövq»ü  bir-biri ilə  qarışdırmaq  lazım  deyil.  Avropanın  bütün  mil­
lətlərində gördüyümüz  normal  örnəyə görə,  hər  bir millətin  əsil  və 
daimi zövqü «milli zövq»dür.  «Xarici zövq», ancaq ikinci dərəcədə 
qaldığı  zaman  qəbul  edilə  bilər.  Keçmiş  Osmanlı  həyatında  isə  iş 
belə deyildi.  Yüksək təbəqədə «xarici zövq» əsil  və daimi zövq du­
rumunu almışdı.  «Milli zövq»ə gəlincə,  ikinci dərəcəli bir dəyərdən 
də məhrum edilmişdi.  Bu  səbəbdən  əski  ədəbiyyatımız əcəm  (fars) 
zövqünün,  Tənzimat  ədəbiyyatı  isə  fransız  zövqünün  məhsulları 
olaraq qaldı və indiyə qədər bizdə milli bir ədəbiyyat meydana gələ 
bilmədi.206  Beləliklə,  yetkinlik  (tohzib)  bu  cür  xəstə  bir  hal  aldığı 
zamanlar zərərli  olur.  Bir yetkinlik milli  kültürün  hüququna  riayət 
etdiyi  müddətdə  normaldır,  milli  kültürün  haqlarını  tapdalamağa 
başladığı andan isə xəstə və şikəst bir yetginlik mahiyyətini ahr.
Bu açıqlamalar gösətrir ki, Türkçülük kosmopolitliklə uzlaşa 
bilməz.  Heç  bir  lürkçü kosmopolit olmadığı  kimi,  heç  bir  kosmo­
polit  do  türkçü  ola  bilməz.  Ancaq  Türkçülük  ilə  beynəlmiləlçilik 
arasında uzlaşmaya  mane olan  heç  bir ziddiyyyət yoxdur.  Hər bir 
türkçü  eyni  zamanda  beynəlmiləlçidir.  Çünkü  hər  bir  fərdimizlə 
milli  və  beynəlmiləl  olan  iki  ictimai  həyatı  yaşamaqdayıq.  Milli 
həyatımız -  yalnız milli kültürümüzü yaşamaqdır.  Beynəlmiləl (mil- 
lotlorarası)  həyatımız  isə  bir  yandan  beynəlmiləl  mədəniyyətdən, 
digər  yandan  hər  bir  özəl  və  orijinal  ləzzətlərin  toplamı  olan 
yüzlərlə kültürdən  payımızı almaqdan  ibarətdir.  Tənzimatdan  bəri 
rosmən  mənsub  olduğumuz  mədəniyyətə  gəlincə,  bu  Qərb  mədə­
niyyətidir.
Bax,  çağdaş  topluluğumuz  (camiamız)  olan  bu  Qərb  mədə­
niyyətindən  və  ona  mənsub  bütün  kültürlərdən  payımızı  alamq 
üçündür ki, «Təlif və Tərcümə Əncüməni» (Yerli  və Tərcümə Əsər 
Hüquqları  Komissiyası)  Qərb  mədəniyyətinin  millətlərarası  (bey­
nəlmiləl)  mahiyyətində  olan  bütün  əsas  kitablarını  (nüfuz  qazan­
mış monoqrafiyalarım) və milli  kültürlərin çiçəkləri  sayılan şedevr­
lərini türk dilinə çevirməyi qərara aldı.
Göründüyü kimi, Türkçülərin  «kültür» dedikləri  şey  nə fran­
sızların  «kultuğ»u,  nə  də  almanların  «kultunmdur.  Fransızlara 
görə,  fransız «kültür»ü çoxdan bəri sırf ədəbi gücü ilə  universal bir
91


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə