Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

Ərəblərdə vo kürdlərdə də milliyyətçilik axımı  öncə milli  kültür sa­
həsində görünməyə başladı. Bu axımların siyasi bir mahiyyət alma­
ları  ikinci  mərhələlərini,  iqtisadi  bir mahiyyət  almaları  isə  üçüncü 
mərhələlərini təşkil edir.
Türkçülüyə gəldikdə,  bunun  da milli  kültür sahəsində  başla­
dığını  bilirik.  Türkçülüyün  ilk  atalarından  birisi  on  əski  Darülfü- 
nunumuzun  (Universitetimizin),  ikincisi  isə  hərbi  məktəblərimizin 
qurucusudur.  Mədrəsə  güclü  olsaydı,  Darülyünun  qurulmayaca­
qdı.  Yüzillor  boyunca  mədrəsənin  silahlı  qüvvəsi  mahiyyətini  da­
şıyan yeniçorilik177 var ikən,  hərbi məktəblər açıla bilməzdi.  Demə­
li,  ictimai  əmək  bölgüsünün  (iş  bölümünün)  bir  nəticəsi  olaraq 
türklərdə  də  din  topluluğunun  (ümmətin)  söykəndiyi  həmrəylik 
qüvvəsi  artıq  zəifləməyə  başlamışdı.  Sultan  Əbdüləziz  dövrünün 
sonlarında  Əncümən-i  daniş  (Elm  Kollegiyası,  Akademiya)  ilə 
Darülfünunun  təşəkkülü  və  hərbi  məktəblərə yeni bir nizam  və in­
tizam  verilməsinə  təşəbbüs  edilməsi  bu  zəifləmənin  nəticələri  idi. 
Bu  yeni  qurumların  başında  duran  Əhməd  Vəfıq  Paşa  ilə  Süley­
man Paşa dağılmağa başlayan ümmət və səltənət topluluqları için­
də kompassız qalan millətlərini din, milli kültür və tarix bağlarıyla 
ilə  yenidən  gücləndirmək  və  gəncləri  bu yeni  ülkülər ilə  tərbiyə et­
mək  ehtiyacını duydular.  Bundan  sonra,  hər  biri  iyirmi il fasilə  ilə 
doğan  təmizləməçilik  (təsfıyəçilik)  və  yeni  dil  axımları  da 
Türkçülük ülküsündə, özəlliklə dilin vo milli kültürün amil olduqla­
rını  göstərir.  Gerçəkdən,  türkçülüyün  sonlarına  doğru  «milli  iqti­
sad» ülküsü də doğdu.  Ancaq  bu  nəzəriyyəni  ortaya atanlar nə iq­
tisadçılar,  nə  də  ticarətlə  məşğul  olanlar  idi.  Milliyyətin  milli 
hüquq,  milli  əxlaq,  milli  tərbiyə,  hətta  milli  fəlsəfə  kimi  müxtəlif 
təzahürlərini  (ifadələrini)  arayan  milli  kültürçü  türkçülər  idi.  Milli 
iqtisad  da  türklərdə  ilk  öncə  mənfəət  güdməyən  bir  ülkü  şəklində 
doğdu və sırf nəzəri  olaraq yurdumuzun  iqtisadi gerçəkliyini, yəni 
əkinçiliyimizin,  sənayemizin  və  ticarətimizin  müxtəlif sahələrində 
tətbiq  edilməkdə  olan  hüquqi  rejimləri  və  texniki  formaları  ara­
mağa  başladı.  Milli  iqtisadiyyatımız  ancaq  iqtisadi  gerçəkliyimizi 
tədqiq  etdikdən  sonra  iqtisadi  hadisələrimizdən  normal  və  xəstə 
olanları  ayırd  edə biləcək  və  ancaq o  azaman  iqtisadi  xəstəlikləri­
mizin  müalicəsi  üçün arayış  və ya  resept verə  biləcəkdi.  Ancaq tə­
əssüf ki,  birinci  dünya  savaşı  nəzəri incələmələri  tədqiqləri dayan­
dıraraq,  müxtəlif  biçimlərdə  əməli  (praktiki)  tətbiqlərin  ortaya 
çıxmasına  səbəb  oldu.  Milli  iqtisadiyyat  elmi  ticarət  spekul- 
yasiyası178 vasitəsi  deyil, elmi  bir məktəbdir.  Almaniyada bu mək­
təbin  qurucusu  Fridrix  Listdir.179  Dürkheym  Listin  milli  iqtisad
74
haqqındakı əsərinə:  «Obyektiv üsulda yazılmış,  gerəkliyə söykənən 
ilk iqtisadiyyat  kitabı  budur» - deyir.  Ancaq  bu  milli  iqtisad  elmi 
hər yerdə milli ülküdon öncə deyil, sonra doğur.
8
.
MİLLİ  VİCDANI  GÜCLƏNDİRMƏK
Sosial  topluluqlar  üç  başlıca  qola  ayrılır:  ailə  topluluqları, 
siyasi  topluluqlar və məslək (peşə)  topluluqları.  Bunların arasında 
ən  önəmli olan siyasi  topluluqlardır.  Ona  görə ki, siyasi bir toplu- 
luq öz başma  yaşayan müstəqil, yaxud yarımmüstəqil  bir quruluş­
dur.  Ailə və məslək (peşə)  topluluqları isə bu quruluşların parçala­
rı,  bölümləri  (qismləri)  mahiyyolindədir.  Yəni  siyasi  topluluqların 
hər  biri  ictimai  orqanizmdir;  ailə  topluluqları  bu  orqanizmin 
hüceyrələri, məslək peşə, sənət  topluluqları  isə üzvləri kimidir.  Bu­
na görədir ki, ailə və peşə lopluluqlarına ikinci dərəcəli topluluqlar 
adı verilir.
Siyasi  toplulqlar da  başlıca  olaraq  üç  yerə  ayrılırlar:  Cəmia 
(klan, sop, qəbilə), Camia (topluluq) və Cəmiyyət (toplum).
Klan (cəmia) bir qövmdən yalnız kiçik bir bölümün siyasi  bir 
qurum  halını  alması  ilə  təşəkkül  edir.  Məsələ,  bir  qövm  müstəqil 
əşirətləro (oymaqlara) ayrıldıqda bu əşirətlərin hər biri bir klandır. 
İlkəl  (ibtidai) qövmlər tamamilə bu klan  həyatını yaşayırdılar.  Bir 
vaxt gəlir ki, klanlardan  biri digərlərini savaşda yenərək onları  ha­
kimiyyəti  altına  alır.  Ancaq  içinə  aldığı  klanlar,  ümumiyyətlə,  öz 
qövmündən  olan  qəbilələr  deyildir.  Başqa  qövmlərə  ya  da  başqa 
dinlərə  mənsub  klanları  da  yenərək özünə  tabe etməsi  nəticəsində 
meydana gələn yeni qurum (quruluş) bütünlüyü (həmcinsliyi) itirir, 
çeşidli (müxtəlif) qövmlərə və dinlərə mənsub klanlardan ibarət  bir 
qarışım  —
(xəlitə)  şəklini  alır.  Bu  qarışıma  (xəlitəyə)  camia  (toplu­
luq) adı  verilir.  Elə isə,  bütün  feodal  bəyliklər ilə bütün  imperator­
luqlar topluluq mahiyyətindədirlər. Çünkü bu siyasi heyətlərdə qu­
ruluşlarda  başqa-başqa  qövmlərə  və  dinlərə  mənsub  klanlar  var­
dır.
Yenə bir vaxt gəlir ki,  bu topluluqlar da dağılmağa başlayır. 
İmperatorluqların  içində  dil  və  milli  kültürləri  ortaq  olan  klanlar 
ictimai  bir  surətdə  birləşərək  ortaq  şüura,  ortaq  ülküyə  malik  bir 
milliyyət  halını  alır.  Bu milliyyət milli  vicdana  (şüura)  malik  oldu­
qdan  sonra  arıtq  uzun  müddət  tabelik  halında  qala  bilməz.  Tez- 
gec siyasi  müstəqilliyini  əldə edib  müstəqilliyi olan  siyasi  bir  qu­
ruluş durumuna gəlir.  Bax, ancaq bu həmcins (bütün),  birləşmiş və
75


müstəqil  quruluşa toplum (cəmiyyət) adı  verilə bilər.  Bu toplumla­
ra eyni  zamanda  «millət»  adı  da verilir.  Deməli,  həqiqi  toplumlar 
ancaq  millətlərdir,  amma  qövmlər  birdən-birə  millət  halma  gəlib 
çıxa  bilməzlər.  İlk  öncə,  klanlar halında  ictimai həyatın  bir qayda 
olaraq,  uşaqlıq  dövrünü  keçirirlər.  Nəhayət,  imperatorluğun 
zülmünə dözməyərək  müstəqil yaşamaq  üçün  topluluqdan (camia- 
dan) ayrılırlar.
Camia  (topluluq)  həyatı  məhkum  qövmlər  üçün  zərərli  ol­
duğu qədər hakim qövm üçün də zərərlidir.  Buna öz qövmümüzdən 
daha açıq-aşkar bir öznət ola bilməz: Türklər,  Osmanlı imperator- 
luğunun  qurucusu  ola-ola  bu  topluluğun  (camianm)  meydana  gə­
tirdiyi  feodalizm içində müsəlman  olmayan  təbəələr,  qul durumu­
na düşdülər.  Eyni zamanda ömürlərini topluluğa əsgər və jandarm 
vəzifələrini  icra  etməklə  keçirdiklərinə  görə maarif və  iqtisadiyyat 
baxımından  yüksəlməyə  vaxt  tapa  bilmədilər.  Digər  qövmlər  Os­
manlı topluluğundan  bilikli,  mədəni  və  varlı  halda ayrılarkən,  za­
valı  türklərin  əllərində  qınq  bir  qılıncla,  əski  bir  xışdan  başqa  bir 
miras qalmamışdı.
Bununla bərabər,  bir insan  üçün uşaqlıq və şagirdlik dönəm­
lərindən  keçmək  nə qədər məcburidirsə,  bir qövm üçün də  klan  və 
topluluq  (camia)  dönəmlərini  keçirmək  eləcə  zəruridir.  Hər  bir 
qövm  ancaq  bu  mərhələlərdən  keçdikdən  sonra  toplum  və  millət 
ola bilmişdir.
Burası  da  vardır  ki,  toplum  həyatına  tez  çatan  hakim  bir 
millət camia (topluluq) dövrünü daha az zərərlə keçirə bilir.  Məsə­
lə,  ingilis  qövmü,  hələ  Şotlandiya,  Qal  və  İrlandiya  kimi  ölkələri 
fəth  etmədən  öncə toplum  halını  almışdı.  Xalqın  seçdiyi  millətvə- 
killəri  lordlar  ilə  birləşərək  ölkəni  idarə  edirdilər.  Saray  bir  kölgə 
halında qalmışdı.  Buna görə də,  bütün məsələlər sarayın deyil, xal­
qın mənafeyinə uyğun  olaraq həll olunurdu.  İngilis qövmü bundan 
beş yüzil öncə öz işlərini nümayəndələri vasitəsilə düşünən və qərar 
verən  ayıq  bir  millət  durumuna  gəlmişdi.  Yüzillər  boyunca  ingilis 
parlamenti yalnız anqlo-sakslardan  ibarət olaraq müzakirələr eldi, 
içlərində  milli  siyasətə  mane  ola  biləcək  heç  bir  yad ünsür,  milli 
olmayan axımlara sürükləyən heç bir yabançı fərd yox idi.
İngilislər  tam  dörd  yüzil  bu  səmimi  məşrutiyyət  (konstitu- 
siyalı idarəetmə) həyatını yaşadıqdan, milli küllürlərini və milli xa­
rakterlərini artıq pozulmaz və dəyişməz bir sağlamlığa gətirdikdən 
sonra  Şotlandiya,  Qalliya  və  İrlandiyanı  fəth  edərək  İngiltərəyə 
qatdılar. Ancaq bu qatma -  ilhaq siyasi bir qatma idi. Heç bir vaxt 
ingilislər bu üç yabançı qövmün ingilis toplumuna, anqlo-saks mil­
76
lətinə  qatılmasına  imkan  vermədilər.  Ölkə  sanki  yenə  keçmişdəki 
kimi  yalnız ingilislərdən  ibarətmiş  kimi,  yalnız  ingilis mənafeyi  və 
ingilis  ülküsü  baxımından  idarə  olundu.  Daha  sonralar  Amerika, 
Hindistan, Güney Afrika, Misir və Avstraliya kimi müstəmləkələrə 
və  koloniyalara  malik  oldular.  Ancaq  yenə  də  parlament  daim 
ingilis  parlamenti,  hökumət  anqlo-saks  hökuməti  olaraq  qaldı. 
İngilis milləti getdikcə böyüyən bu siyasi topluluq içində öz mənliy­
ini  bir  an  da  olsun,  unutmadı.  Bax.  ingilis  millətinin  yüzillərdən 
bəri dünya siyasətində hökmran olmasının səbəbi budur.
Aydın  olur  ki,  bir  qövm  ancaq  öz-özünü milli  bir parlament 
ilə  idarə edən  həqiqi  bir  millət  halını  aldıqdan sonra yüksək və sə­
mimi  bir  toplum  həyatını  yaşaya  bilər.  Avropanın  digər  qövmləri 
bu gerçəyi  çox  gec anlaya  bildilər.  Çünkü,  iki yüzil öncəsinə qədər 
Avropanın  digər  yerlərində  xalqlar və ölkələr hökmdar ailələrinin 
əsirləri  və  malikanələri  durumunda  idilər.  Bir  hökmdar  qızını  ev­
ləndirərkən ölkənin bir bölümünü ona cehiz verə bilərdi. Əgər istə­
səydi, vilayətlərindən birini başqa bir hökmdara hədiyyə edər və ya 
satardı.  Miras  yolu  ilə  ölkənin  bir bölümü  yabançı  bir  hökmdarın 
əlinə keçə bilərdi.  Sözün qısası, xalqların, qövmlərin heç bir varlığı, 
heç  bir  dəyəri  və  önəmi  yox  idi.  Dövlət  hökmdar  demək  idi:  Bu 
düstur  yalnız  XIV  Lüdovikə180  aid  deyildi.  İngiltərədən  başqa, 
bütün Avropa dövlətlərinin siyasi şüan bundan ibarət idi.
Ancaq milliyyət dövrü nəhayət, digər Avropa qövmləri  üçün 
də gəlib çatdı.  Hollandlar,  fransızlar və b.  öz-özünü idarə edən  ay­
rı-ayrı millət halını almağa  başladılar. Tarix ümumi bir qayda ola­
raq,  göstərir ki,  haraya milliyyət ruhu giribsə,  orada  tərəqqi və tə­
kamül axımı yaranıb.  Siyasət, din, əxlaq,  hüquq, estetika, elm, fəl­
səfə, iqtisadiyyat və dil həyatlarının hamısına gənclik, səmimilik və 
təzəlik  gəlib.  Hər şey yüksəlməyə başlayıb.  Ancaq  bütün  bu tərəq­
qilərin  fövqündə yeni  bir xarakterin  təşəkkül  etdiyini  də bizə yenə 
müqayiəsli  tarix  xəbər  verir.  Milli  vicdan  harada  təşəkkül  cdibsə, 
artıq  ora  müstəmləkə  olmaq  təhlükəsindən  əbədi  olaraq  qurtul­
muşdur.
Gerçəkdən,  bugün  Millətlər  Cəmiyyəti  Almaniyam  bir 
müstəmləkə  kimi  Fransaya  təqdim etsə,  görəsən,  fransızlar bu  hə­
diyyəni qəbul etməyə cəsarət edə bilərlərmi? Macarıstanın mandat- 
lığım  Rumıniyaya,  Bolqarıstanınkım isə Yunanıstana vermək istə­
sə,  bu  iki dövlət  həmin mandatların qəbuluna razılıq  verə bilərmi? 
Şübhəsiz,  xeyr!  Çünkü,  mandatçı  olmaq  istəyən  bir  dövlət  onun 
mandatı  altına  girəcək  bir  ölkədə  asanlıqla  hakim  olmaq  istəyir. 
Halbuki,  milli vicdanı  oyanmış bir ölkəyə böyük  ordular göndəril­
77


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə