Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

tini  göstərə  bilər.  Arilərdən130 daha  ağ və gözəl  olan türklərin  sarı 
irqdən olduğunun irəli sürülməsi elmi bir əsasa söykənmədiyi kimi, 
Altay irqi adlanan xalqlar topluluğunda da bir dil birliyinin varlığı 
hələlik  sübut  edilə bilməmişdir.  O halda, anlaşılmaz şəkildə (qeyri- 
müəyyən  surətdə)  irq  adı  verilən  bu  toplululqlarm  da  Uzaq  Şərq 
mədəniyyəti  topluluqlarmdan  olması  mümkündür.  Bu  ehtimala 
görə,  bizim  istər  fın  -   uqorlar  ilə,  istər  tunquz  və  monqollar  ilə 
yeganə əlaqəmiz vaxtilə  Uzaq  Şərq mədəniyyətində onlar ilə ortaq 
olmağımızdan  və uzun  müddət  onları  siyasi  hakimiyyətimiz  altın­
da  saxlamağımızdan  ibarətdir.  Bu  ortaq  yaşayış  dolayısı  ilə  dillə­
rimiz arasında bəzi ortaq sözlər ortaya çıxmış ola bilər.
Türklərin  İslam dininə girməsiylə Şərq  mədəniyyətinə girmə­
si eyni zamanda oldu.  Bu səbəbdən bir çoxlarına görə, Şərq  mədə­
niyyətinə  İslam  mədəniyyəti  demək  daha  doğrudur.  Halbuki,  yu­
xarıda  bildirdiyimiz  kimi  dinləri  ayrı  olan  toplumlar  eyni  mədə­
niyyətə  mənsub  ola  bilərlər.  Deməli,  mədəniyyət  dindən  ayrı  bir 
şeydir. Belə olmasaydı, dinləri ayrı olan topluluqlar arasında ortaq 
olan  heç  bir  qurumun  (müəssisənin)  olmaması  lazım  gələrdi.  Din 
yalnız  qutsal  (müqəddəs)  qurumlardan,  yalnız  inamlar  ilə  ibadət­
lərdən  ibarət  olduğu  üçün,  bunların  xaricində  qalan  və  qutsal 
(müqəddəs)  olmayan  qurumlar,  məsələ,  elmi  qavramlar (məfhum­
lar) ilə texniki alətlər,  estetik qaydalar Dinin xaricində ayrı bir sis­
tem  təşkil edirlər.  Riyaziyyat,  botanika, zoologiya,  biologiya,  psi­
xologiya,  sosiologiya  kimi  pozitiv  elmlər, sənaye və incəsənətə aid 
texnikalar  dinlərə  bağlı  deyildir.  Buna  görə,  heç  bir  mədəniyyət 
heç  bir  dinə  bağlı  ola  bilməz.  Bir  Xristian  mədəniyyəti  olmadığı 
kimi,  bir islam  mədəniyyəti  də yoxdur.  Qərb mədəniyyətini Xristi­
an  mədəniyyəti  saymaq  doğru  olmadığı  kimi,  Şərq  mədəniyyətinə 
də  İslam mədəniyyəti  adını  vermək  yanlışdır.  Şərq mədəniyyəti  ilə 
Qərb  mədəniyyətinin  qaynaqlarını  islam  və  Xristian  dinlərində 
deyil, başqa yerlərdə aramaq lazımdır.
Aralıq  dənizi  mədəniyyəti  ilk  çağda  (ibtidai  icma dövründə) 
əski  Misirlilərin,  Şumerlərin,  Xettlərin,  Assuriyalıların,  Finikiyalı­
ların  və s.-nin yardımı ilə təşəkkül etmişdi. Bu mədəniyyət əski yu­
nanlarda  yetkinləşdikdən  sonra  Romalılara  keçdi.  Romalılar  bu 
mədəniyyəti  özlərinə  tabe etdikləri  yüzlərlə millətə aştladıqdan  so­
nra  Şərqi  Roma  və Qərbi  Roma adlan ilə  iki müstəqil dövlətə ay­
rıldılar. Lakin bu siyasi ayrılıq yalnız siyasi sahədə qalmadı. Aralıq 
dənizi mədəniyyətinin də Şərq və Qərb adlan ilə ikiyə ayrılmasına 
səbəb  oldu.  Avropalılar  Qərbi  Romanın  mirasçısı  olduqlan  üçün 
Qərbi  Roma  mədəniyyətini  mənimsəyərək  onu  irəlilətdilər.  Bun­
60
dan  indiki qərb  mədəniyyəti  meydana  gəldi.  Müsəlman  ərəblər isə 
Şərqi  Romanın  siyasi  varisləri  olduqlan  kimi,  mədəniyyətdə  də 
onların  izləyiciləri  (xələfləri)  oldular.  Şərqi  Roma  mədəniyyəti 
müsəlmanlann  əlinə  keçən  kimi  Şərq  mədəniyyəti  admı  aldı.  Bu 
müəddəamızı  sübut  etmək  üçün  Şərq  mədəniyyətinin  ünsürlərinə 
bir az göz gəzdirək.
Ərəb  memarlığının  ilk  modellərini  Bizans  memarlığı  təşkil 
edir.  Türk  memarlığı  da  bu  iki  memarlığın  qaynayıb- 
qarışmasından  doğmuşdur.  Həqiqətdə  ərəblər  ilə  türklər xaricdən 
aldıqları  modelləri  olduğu  kimi  təqlid  etməklə  qalmadılar.  Bu 
modellərə  din  inanclarının,  əxlaq  ülkülərinin  verdiyi  ilham  ilə  ka­
milliklər əlavə edərək  olduqca özlərinə məxsus olan bir memarlığa 
malik  oldular.  Bu  özününküləşdirmə  prosesi  ərəblər  ilə  türklərin 
dini səciyyələrinin və milli küllürlərinin təsiri ilə baş verdi. Bununla 
birlikdə,  bu memarlıq  əsərlərinin modellərini  (nümunələrini) Şərqi 
Roma  mədəniyyətində  aramaq  məsələsində  sənət  tarixçiləri  birlə­
şirlər.
Şərqdə  scçkinləro  (seçilmiş  adamlara,  elitaya)  məxsus  olan 
bir  «dümtək»131  musiqisi  var.  Fərabi132  bu  musiqi  texnikasmı  Bi­
zansdan  alaraq  ərəbcəyə  keçirdi.  Bu  musiqi  ərəbin,  farsın  və 
türkün  yuxarı  təbəqəsinə  daxil  olsa  da,  xalqın  aşağı  təbəqələrinə 
enə  bilmədi.  Yalnız  yüksək  təbəqəyə  id  olaraq  qaldı.  Bundan  do­
layıdır  ki,  müsəlman  millətləri  memarlıqda  olduğu  qədər bu  Şərq 
musiqisində də orijinal bir şəxsiyyət (orijinallıq) göstərə bilmədilər. 
Türkün xalq təbəqəsi əski  Uzaq Şərq mədəniyyətində yaratdığı me­
lodiyaları davam etdirərək milli bir xalq musiqisi meydana gətirdi. 
Ərəblərin,  farsların  xalq  təbəqəsi  də  əski  melodiyalarını  davam 
etdirdilər.  Bu  səbəbdən,  Şərq  musiqisi  Şərqin  heç  bir  millətində 
milli musiqi mahiyyətini qazana bilmədi.  Bu musiqiyə İslam musi­
qisi  deyilməməsinin  başqa bir səbəbəi də vardır.  Bu  musiqi  müsəl­
man  millətlərindən  başqa pravoslav millətlərin, ermənilərin, yəhu­
dilərin də tapmaqlarında (məbədlərində) səslənməkdədir.
Ərəblər  məntiqi,  fəlsəfəni,  təbiət  elmlərini  və  riyaziyyatı  Bi­
zansdan  tərcümə yolu ilə aldıqları kimi  bəlağət, əruz, qrammatika 
kimi estetikaya və dilə aid elmlərdə də oradakı üsulları örnək kimi 
götürdülər.  Təbabət  də  Hippokrat  və Qalcnin şagirdlərindən  alın­
dı133.  Bir sözlə,  ərəblər elm,  texnika, fəlsəfə adma ağıl və təcrübəyə 
söykənən  hər  nə  varsa,  Bizansdan  aldılar.  Sonralar  farslar  kimi 
türklər  də  bu  bilikləri  ərəblərdən  öyrəndilər.  Müstəqil  (sərbəst 
düşüncəli) ərəb  filosofları  «Məşai»  və  «İşraki»  adlan  ilə  iki  yerə 
ayrılmışdılar134Məşailər  Aristotelin,135  işrakilər  isə  Əflatunun136
61


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə