Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

ardıcılları  idilər.  Dinə  bağlı  islam mütəfəkkirləri  isə  «Mütəkəllim» 
və  «Müləsəwif»  adlan  ilə  iki  yerə  ayrılırdılar.137  Mütəkəllimlər 
«bölünməz hissə»ni138 qəbul edərək Demokrit139 və Epikür140 fəlsə­
fələrinin,  mütəsəvviflər  isə  İsgəndəriyyə  filosofu  Plotinin  «neopla- 
tonilik»  sisteminin141  davamçısı  oldular.  Pifaqorun,142 Zenonun143 
əsərlərini  çevirənlər  və  şagirdləri  də  vardı.  Bu  sonuncu  filosofun 
şagirdəlrinə «Rovakiyun» adı144 verilmişdi. Mühiddin-i Ərəbinin145 
«ayan-i sabitə»si («dəyişməz örnəkləri») Əflatunun təfəkkür örnək­
lərindən («ideya»larmdan) başqa bir şey deyildi.  Metafizika, əxlaq, 
siyasət və  ev idarəsi elmləri  də Aristoteldən alındı.  Əxlaq-i Nasiri, 
Əxlaq-i  Cəlali,  Əxlaq-i  Əlai  kimi  kitablar,  ümumiyyətlə,  əxlaq, 
siyasət, ev idarəsi bölümlərinə ayrılır və bütünlüklə Aristoteli təqlid 
yolu ilə yazılmışdır.
Şərqi  Roma mədəniyyəti  ilə  Qərbi  Roma mədəniyyəti  bütün 
ortaçağ  (orta  əsrlər)  müddətində  bir-birindən  o  qədər  də  ayrılma­
dılar.  Müsəlmanlar  Şərq  mədəniyyətini  böyük  dəyişikliklərə 
uğratmadıqları  kimi,  xristianlar da  ortaçağda  Qərb  mədəniyyətini 
yüksək inkişaf səviyyələrinə çatdıra bilmədilər.
Ortaçağda  Avropada  yalnız  iki  yeniliyin  meydana  çıxdığını 
görürük:  Dərəbəyi-feodal  qəsrlərində  «opera»  ortaya  çıxdı.  Qərbi 
Avropanın güney tərəflərində «sayqılı eşq» (rıtsar eşqi), «salon» və 
«qadın estetikası» meydana gəldi.  Birinci yenilik musiqinin inkişa­
fına  və  Qərb  musiqisinin  təşəkkülünə səbəb oldu.  Belə ki,  əski yu­
nanların  qurduqları  (təsis  etdikləri)  musiqi  fənnindəki  dörddə  bir 
səslər  operaya  uyğunlaşmadığı  üçün  tərk  olundu.  Eyni zamanda, 
operanın  təsiri  ilə  yeknəsəq  (monoton)  melodiyalar  buraxılaraq 
musiqiyə «harmoniya» ünsürü əlavə edildi.  İkinci yenilik isə qadın­
ların  namus  və  qutsallıqlannı  (müqəddəsliklərini)  itirmədən  top­
lum  həyalına  qarışmalarını  təmin  etdi.  Müsəlmanlar  hərəm,146 sə- 
lamlıq,147 çarşaf,148 peçə149 kimi adətdəlri xristian  Bizans ilə zərdüşt 
İrandan  almaqdaykən  Qərbi  Avropada  qadınlar  ictimai  həyata 
daxil  olurdular.  Bax,  ortaçağ dövründə Şərq  mədəniyyəti ilə Qərb 
mədəniyyəti arasında, bu kimi kiçik  fərqlər istisna olmaqla,  böyük 
bir  simmetriya  görünür.  Məsələ,  ortaçağın  islam  memarlığının 
qarşılığında  (müqabilində)  Avropada  «qotik»  adı  ilə  dini  bir me­
marlıq görürük.  İslam dünyasının «hikəmiyyat»ına (din fəlsəfəsinə) 
qarşılıq olaraq  Avropa universitetlərində  təşəkkül etmiş «sxolasti­
ka» fəlsəfəsi var idi.
Azad  fəlsəfəyə  görə,  gerçək  (həqiqət)  bilinməzdir  (məchul­
dur).  Filosofun  vəzifəsi  bu  məchul  gerçəyi  gələnəklərə  tabe olma­
dan arayıb tapmaqdır. Tapacağı gerçək ictimai ənənələrə zidd olsa
62
da vecinə deyildir. Çünkü, ona görə gerçək hər şeydən daha faydalı 
və daha dəyərlidir.
Halbuki,  alimlərə149a  görə,  bütün  gerçəklər  bilinir  (məlum­
dur).  Çünkü,  gələnəklər  toplumdan  topluma keçərək dəyişməz  ol­
muş  gerçəklərdir.  Alimin  vəzifəsi  isə  əslində  bilinən  bu  gerçəkləri 
ağıla  söykənən  dəlillər  ilə  sübut  etmək  və  təsdiqləməkdir.  Üsulla- 
rındakı bu fərqə görədir ki,  alimlər filosof adı  ilə adlandmlmaları- 
m istəməzdilər.  Çünkü filosofları inanmayan (dinsiz) sayırdılar.
Avropanın  ortaçağdakı  kilsə  filosofları  da  tamamilə  bu  fi­
kirdə  idilər.  Fəlsəfə  tarixində  bu  sistemə  «sxolastika»  adı  verildi. 
İslam  alimləri  kimi  Avropa  sxolastikləri  də  Aristoteli  ilk  müəllim 
hesab  edirdilər.  Bu  topluluqların  hər  ikisinə  görə,  hikmətin  (fəlsə­
fənin) məqsədi din  ilə Aristotel fəlsəfəsinin uzlaşdırılmasından  iba­
rət idi.
Avropada  Renesans  (intibah),  reforma  (islahat),  fəlsəfədə 
yenilik,  romantizm  kimi  əxlaq,  din,  elm  və  estetika  sahələrindəki 
dəyişikliklər orta çağ həyatına son verdi. İslam dünyasında bu dəy­
işikliklər baş vermədiyi üçün biz hələ orta çağdan qurtula bilməmi­
şik.  Bu  baxımdan, Avropa sxolastikaya son verdiyi halda,  biz hələ 
onun  təsiri  altındayıq.  Bir  çox  yüzillər  bərabər  (yanaşı)  getdikləri 
halda,  Şərq  ilə  Qərbin  bu  ayrılığına  səbəb  nədir?  Bu  məsələdə  ta­
rixçilər  bir  çox  səbəblər  saysalar da,  biz  sosiologiyanın  göstərdiyi 
səbəbi daha doğru gördüyümüzdən, onu irəli sürəcəyik:  Avropanın 
böyük şəhərlərində ictimai çıxlığın artması  ictimai işlərin bölünmə­
sini zəruri etdi.  İxtisas peşələri  və mütəxəssislər meydana gəldi.  İx­
tisasla  birlikdə fərdlərdə şəxsiyyət təşəkkül etdi.  Ruhların (psixika­
nın)  əsas quruluşu  dəyişdi.  Bu  əsaslı  inqilabdan  (dəyişikliklərdən) 
yeni  ruha  malik  olan,  məntiq  və  ülkü  baxımından  əski  insanlara 
bənzəməyən yeni insanlar doğdu. Bunların  ruhundan fışqırıb çıxan 
yeni həyat əski çərçivələrə sığa bilməzdi.  Bu səbəbdən əski çərçivə­
lər qırıldı, parçalandı.  Sərbəst olan yeni  həyat yaradıcı gücünü hər 
yana yönəldərək hər sahədə irəliləyiş  və inkişafı təmin etdi; xüsusi­
lə iri  sənayeni  yaradaraq  müasir mədəniyyətin  simasını  ortaya  çı­
xartdı.
Şərqdə isə ictimai sıxlıq baxımından irəli getmiş böyük şəhər­
lər  meydana  gəlməmişdi.  Mövcud  böyük  şəhərlər  isə  əhalisi  birc­
insli  (homogen)  olmadığı  kimi,  qaynayıb-qarışmaq  vasitələrindən 
və  nəticədə  mənəvi  sıxlıqdan  məhrum  idilər.  Bu  əskikliklərdən 
(məhrumiyyətlərdən)  dolayı  Şərqdə  nə  iş  bölümü  (əmək  bölgüsü), 
nə  ixtisaslaşma,  nə  fərdi  şəxsiyyət,  nə  də  iri  sənaye  meydana  gələ 
bildi.  Yeni  bir  ruha,  yeni  bir  yaşayışa  qovuşa  bilmədikləri  üçün,
63


Şərq  millətləri  mədəniyyətlərini  ortacağdakı  səviyyəsindən  daha 
irəli  apara  bilmədilər.  Çünkü ətalət  qanununa  görə,  bir səbəb onu 
dəyişdirmədikcə, hər şey olduğu kimi qalır.
Bununla  birlikdə,  Qərbi  və  Mərkəzi  Avropa  ortaçağ  mədə­
niyyətindən  qurtulduğu halda,  Şərqi  Avropada yaşayan pravoslav 
millətlər hələ bu mədəniyyətdən qurtula bilməmişdilər. Ruslar Dəli 
Pctronun150 dövrünə qədər Şərq mədəniyyətində qaldılar.  Dəli Pel- 
ro rusları Şərq mədəniyyətindən çıxarıb Qərbə yönəltmək üçün çox 
zəhmətlər  çəkdi.  Bir  millətin  Şərq  mədəniyyətindən  Qərb  mədə­
niyyətinə  keçməsi  üçün  hansı  üsullardan  istifadə  etmək  lazım  gəl­
diyini anlamaq üçün Dəli Petronun «Yeniləşdirmə tarixi»155ni incə- 
ləmək -  tədqiq etmək yetərlidir (kifayətdir).  Ruslar istedadsız kimi 
tanındıqları  vaxtda  bu məcburi  yenilikdən  sonra  sürətlə  tərəqqiyə 
başladılar.  Şərq  mədəniyyətinin  irəliləməyə  mane,  Qərb  mədə­
niyyətinin  isə  irəliləyişə  sövq  edən  amil  olduğuna  bu  tarixi  hadisə 
bir dəlil deyilmi?
Avropa  mədəniyyətinin  təməli  iş  bölümüdür  (əmək  bö­
lgüsüdür)  dedik.  İş  bölümü  Avropada  yalnız  əl  sənətlərini,  yalnız 
iqtisadi  məsləkləri  bir-birindən  ayırmaqla  qalmadı.  Elmlər  sahə­
sində  də  iş  bölümü  meydana  gələrək  hər  elmin  öz  mütəxəssisləri 
yetişməyə başladı.
İncəsənət  sahəsində də  iş  bölümü özünü  göstərərək öncə eyni 
şəxsdə  birləşə  bilən  sənətləri  bir-birindən  müstəqil  ixtisaslara ayır­
dı.  İctimai 
həyatın  digər  qolları  da  iş  bölümü  vasitəsilə  bir- 
ibirindən ayrıldılar.
Siyasi  qüvvələr  «qanunvericilik»,  «mühakimə»  və  «icra  et­
mə»  adları  ilə  üç  yerə  ayrıldığı  kimi,  siyasi  və  dini  təşkilatlar  da 
bir-birindən  ayrıldılar.  İş  bölümünün  bu  təzahürlərindən  ədalət 
(ədliyyə)  təşkilatı  qüvvə  aldığı  kimi,  iqtisadi,  elmi,  bədii  (estetik) 
fəaliyyətlər də son dərəcə təkmilləşdi.  Bu  səbəbdən müsəlman  mil­
lətlər əvvəlcə Avropalılara hərbi  və siyasi qüvvə  baxmımdan bəra­
bər,  hətta  bəzən  onlardan  üstün  olduqları  halda,  Avropada  iiş 
böülümün  meydana gətirdiyi tərəqqilər nəticəsində onlara nisbətən 
getdikcə zəif bir mövqedə qalmağa başladılar.
İstər hərbdə,  istərsə də siyasətdə iki toplumun bir-biri ilə sa­
vaşa bilmələri  üçün hər iki  tərəfin  eyni  silahlar ilə təchiz olması  la­
zımdır.  Avropalılar sənaycdəki çox  böyük irəliləmələri (tərəqqiləri) 
nəticəsində tank,  zirehli avtomobil, təyyarə, drednout, sualıt qayıq 
kimi qorxunc hərb silahları istehsal edə bildikləri  halda, biz bunla­
ra qarşı yalnız adi top və tüfəngdən istifadə etməyə məcburuq.  Belə 
olduqda,  islam  dünyası  Avropaya  qarşı  son  həddə  qədər  necə
64
müqavimət  göstərə  biləcək?  İstər  dinimizin,  istərsə  də  vətənimizin 
müstəqilliyini necə müdafiə edə biləcəyik?
Bu din və vətən  təhlükələri qarşısında yalnız bir qurtuluş yo­
lu  vardır  ki,  o  da  elmlərdə,  sənayedə,  hərbi  və  hüquq  təşkilat­
larında  Avropalılar  qədər  irəliləməkdir.  Yəni  mədəniyyətdə  onlar 
ilə  bərabər  olmaqdır.  Bunun  üçün  də  tək  bir  yol  vardır:  Avropa 
mədəniyyətinə tam bir surətdə girmək.
Vaxtilə  tənzimatçılar  da  bu  ehtiyacı  görərək  Avropa  mədə­
niyyətini  mənimsəməyə girişmişdilər.  Ancaq  onlar aldıqları şeyləri 
yarımçıq  alır,  tam  almırdılar.  Buna  görədir  ki,  nə  bir  gerçək  uni­
versitet  açdılar,  nə  də  uyumlu  (ahəngdar)  bir  ədliyyə  təşkilatı  ya­
rada  bildilər.  Tənzimatçılar  milli  istehsalı  çağdaşlaşdırmadan 
(modernləşdirmədən) öncə  istehlak  biçimlərini,  yəni geyim, qida­
lanma,  bina  və  mebel  sistemlərini  dəyişdirdiklərinə  görə  milli  sə­
nətlərimiz tamamilə məhv oldu,  bunun əvəzində yeni biçimdə  Av­
ropalı  bir  sənayenin  bir  zərrəsi  də  ortaya  çıxmadı.  Bunun  səbəbi 
kifayət dərəcədə elmi araşdırma aparmadan, əsaslı  bir ülkü  və qəti 
bir  proqramm  ortaya  qoymadan  işə  başlamaq  və  hər  işdə  do  ya­
rımçıq tədbirli olmaq idi.
Tənzimatçıların böyük bir səhvi  də bizə Şərq mədəniyyəti  ilə 
Qərb  mədəniyyətinin  birləşməsindən  bir  bilik  qarışımı  (xəlitəsi) 
yaratmaq  istəmələrindən  ibarət  idi.  Sistemləri  büsbütün  ayrı  prin­
siplərə  söykənən  (istinad  edən)  iki  zidd  mədəniyyətin  uzlaşmay- 
acağmı  düşünə  bilməmişdilər.  Hələ  siyasi  varlığımızda  var  olan 
ikiliklər,  tamaitlə  bu  yanlış  hərəkətin  nəticələridir:  iki cür  məhkə­
mə, iki cür məktəb, iki cür vergi, iki cür büdcə, iki cür qanun.
Sözün  qısası,  bu  ikilikləri  saymaqla  tükənməz.  Mədrəsə  ilə 
məktəb bir ikilik  təşkil etdiyi  halda, hər məktəbin daxilində də ye­
nə bu cür ikiliklər vardı. Yalnız Hərbiyyə ilə Tibbiyyədə,152 xüsusi­
lə  Avropa  tədris  metodu  tətbiq  edilirdi.  Buna  görədir  ki,  bugün 
milli həyalımızı qurtaran böyük sərkərdələrimiz və şəxsi həyatımızı 
qurtara  bilən  alim  həkimlərimiz  var.  Bu  iki  məslək  sahibləri  için­
dən  Avropadakı  məsləkdaşları  ilə tən  gələn  mütəxəssislər yetişmə­
si,  özəlliklə  Hərbiyyə  və Tibbiyyo məktəblərinin ikilikdən  uzaq  ol­
masının  nəticəsidir.  Yeniçərinin153  savaş  texnikası  ilə  həkimbaşı- 
nm154  tibb  texnikası  bu  məktəblərə  girmiş  olsaydı,  bugünkü  şanlı 
sərkərdələrimizə  və  şöhrətli  doktorlarımıza  malik  ola  biləcəyidik- 
mi?
Bax,  bu  iki  məktəbin  durumu bizim  qarşımızda  duran  milli 
təhsil (maarif) inqilabında bir örnək olmalıdır.
Şərq  mədəniyyətini  Qərb  mədəniyyəti  ilə  uzlaşdırmağa  ça-
65


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə