Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

Iışraaq ortaçağı  yeni  çağda  (yeni  dövrdə) yaşatmaq deməkdir.  Yc- 
niçərilik ilə Nizamiyyə155 hərbi işi necə uzlaşmırsa, həkimbaşılıq ilə 
elmə  söykənən  təbabət  necə  uyğunlaşmırsa,  əski  hüquq  ilə  yeni 
hüquq, əski elm ilə yeni elm, əski əxlaq ilə yeni əxlaq da o cür uzla­
şa  bilməz.  Təəssüf ki,  yalnız  hərbi iş və təbabəldəki yeniçərilik or­
tadan  qaldırıla  bilindi.  O  biri  məsləklərdəki  yeniçərilik  ortaçağ 
xortdanları surətində hələ yaşamaqdadırlar.
Bir neçə ay öncə Türkiyəni  Millətlər Cəmiyyətinə156 daxil et­
mək  üçün  İstanbulda  bir dərnək  (cəmiyyət) qurulmuşdu.  Halbuki, 
Avropa  mədəniyyətinə  qəti  bir  surətdə  girmədikcə,  Millətlər  Cə­
miyyətinə  girməyimizin  nə  faydası  olacaqdır?  Kapitulyasiyalar157 
ilə siyasi müdaxilələrə məruz qoyulmaq istənilən bir millət, Avropa 
mədəniyyətinin  xaricində  sayılan  bir  millət  deməkdir.  Yaponlar 
Avropa  biçimində  bir millət  sayıldıqları halda,  biz yenə də Asiyalı 
bir  millət  sayılmaqdayıq.  Bunun  səbəbi  də Avropa mədəniyyətinə 
tam bir surətdə girmədiyimizdən  başqa nə ola bilər? Yaponlar din­
lərini və millətlərini qorumaq şərtiylə Qərb mədəniyyətinə girdilər. 
Bunun nəticəsində də, hər cəhətdən Avropalılara çatdılar.
Yaponlar  belə  etməklə  dinlərindən,  milli  kültürlərindən  bir 
şey  itirdilərmi?  Qətiyyən!  Elə  isə  biz  nə üçün  tərəddüd  edirik?  Biz 
də  türklüyümüzü  və  müsəlmanlığımızı  qoruyub  saxlamaq  şərtilə 
Qərb  mədəniyyəti dairəsinə  qəti  olaraq girə bilmərikmi? Qərb mə­
dəniyyətinə girməyə başladığımız  gündən  bəri dəyişdirdiyimiz şey­
ləri  incələyək (tədqiq edək). Görək  bunların içində dinimizə, millə­
timizə  aid  olan  şeylər  varmı?  Məsələ,  Rum  təqvimini158  atıb,  bu­
nun əvəzində Qərb təqvimini qəbul etdik.  Rum təqvimi bizim  üçün 
müqəddəs  bir  şey  idimi?  Rum  təqvimi  rumlar,  yəni  Bizanslılara 
aiddi.  Bunu  müqəddəsloşdirmək  lazım-dırsa,  onlar  müqəddəsləş- 
dirnıəlidirlər.  Rum  saatını  atıb,  şərq  saatını  qəbul  etməyimiz  do 
eyni şeydir.
Aristotelin  sübutlar  məntiqindən  əl  çəkib,  Dekart159  və  Be­
konun160 induksiya məntiqini  və bu məntiqdən  doğan  «üsuliyyat»ı 
(metodologiyanı) qəbul  etməyin  dinimizə və milli  kültürümüzə  nə 
ziyanı  ola bilər?
Əski  astronomiyanın  yerinə  yeni  astronomiyanı,  əski  fizi­
kaya qarşı yeni  fizikanı, əski  kimyanın  əvəzinə yeni kimyanı qəbul 
etməklə  nə  itiririk?  Zoologiya,  biologiya  və  geologiyaya  aid  əski 
kitablarımızda  nə  qədər  bilgi  tapa  bilmək  imkanı  var?  Şərqdə  ol­
mayan  biologiya,  psixologiya  və  sosiologiyanı  qərbdən  almağa 
məcbur  deyilikmi?  Əvvəlcə  əski  elmlərimizin  hamısını  Bizansdan 
almışdıq.  İndi  rumların  elmlərini  Avropa  elmləri  ilə  dəyişdirsək,
66
din  və milli  kültür yönündən nə itirərik?  Bu misallar daha  da  uza­
dılarsa, görünəcəkdir ki,  Şərq mədəniyyəti adı  ilə buraxacağımız -  
tərk  edəcəyimiz  şeylər  bütünlüklə  Bizansdan  aldığımız  şeylərdir. 
Bu  məsələlər  açıqca  ortaya  qoyularsa,  Şərq  mədəniyyətindən  əl 
çəkib  Qərb mədəniyyətinə girməyimizə artıq  heç  kim ürəkdən  eti­
raz edə bilməz.
Mədəniyyət  məsələsinin  həlli  başqa  bir yöndən  də  təxirə  sa­
lınmaz olmuşdur.  Çoxdandır ölkəmizdə  bir «maarif məsələsi»,  bir 
«tərbiyə  məsələsi»  var.  Bu  məsələ  bir  çox  səy  və çalışmalara  bax­
mayaraq,  heç cür həll edilə bilmir.  Bu məsələnin  mahiyyəti  dərin­
dən  araşdırıldıqda  aydın  olur  ki,  tərbiyə  məsələsi  də  mədəniyyət 
məsələsinin bir qol -  budağıdır. Əsas məsələ həll edilən  kimi, maa­
rif məsələsi də öz-özünə həll olunacaqdır.
Gerçəkdən  də,  yurdumuzda  istər  mədəniyyət,  istərsə  də  pe­
daqogika  baxımından  bir-birinə  bənzəməyən  üç  təbəqə  vardır: 
Xalq, mədrəsəlilər,  məktəblilər.  Bu üç qrupdan birincisi hələ  Uzaq 
Şərq mədəniyyətindən tamamilə ayrılmadığı  kimi,  ikincisi də hələ­
lik  Şərq  mədəniyyətində yaşayır.  Yalnız  üçüncü  qrup Qərb  mədə­
niyyətinin  bəzi  nemətlərinə çata bilmişdir.  Deməli,  miləıimizin  bir 
bölümü ilkçağda (qədim  dövrdə),  bir qismi  ortaçağda və bir qismi 
isə yeniçağda yaşayır.  Bir millətin bu cür üç üzlü bir həyat sürməsi 
«normal» ola bilərmi?
Bu üç ictimai  təbəqənin mədəniyyətləri ayrı olduğu kimi,  pe­
daqogikaları  da  ayrıdır.  Bu  üç  tərbiyə  üsulunu  birləşdirmədikcə 
gerçək  anlamda  bir millət olmağımız mümkündürmü? Maarifimizi 
xalq  bilgisi  (folklor),  mədrəsə  bilgisi,  məktəb  bilgisi  adı  ilə  üç 
bölümə -  qismə ayıra bilərik.  Aşıq kitabları, xalq nağılları, qoşma­
lar,  atalar  sözləri,  təndirnamə  qaydaları  birinci  bölümü,  ərəb  və 
fars  dilindən  çevrilən  kitablar ikinci  bölümü,  qərb  dillərindən  çev­
rilənlər  isə  üçüncü  bölümü  əmələ  gətirir.  Mədəniyyətimizi  birləş­
dirsək,  maarif  və  pedaqogikamızı  da  birləşdirəcəyik,  ruh  və 
düşüncə yönündən uyumlu bir millət olacağıq.  Elə isə, bu işdə daha 
bir müddət başısoyuqluq etmək əsla doğru deyildir.
Xülasə,  yuxarıdakı  açıqlamalara  görə,  ictimai  inancımızın 
(əqidəmizin) birinci  düsturu bu cümlə olmalıdır:  «Türk millətində- 
nəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm».
67


TARİXİ  MATERİALİZM VƏ 
İCTİMAİ  ÜLKÜÇÜLÜK
İctimai  hadisələrin  təfsir  və  açıqlamasmda  (izahında)  bir- 
birinə  həm  yaxın,  həm  də  uzaq  olan  iki  sosioloji  sistem  vardır. 
Bunlar  tarixi  materializm  və  ictimai  ülküçülük  sistemləridir.  Bu 
sistemlərdən  birincisi  Karl  Marks  tərəfindən,  ikincisi  Emil 
Dürkheym161  tərəfindən ortaya atılmışdır.
İlk  baxışda  bu  iki  sistemin  bir-birinə  yaxın  olduğunu 
görürük. Çünkü ikisi də ictimai hadisələrin təbii səbəblərdən doğan 
nəticələr  olduğunu;  maddə,  həyat  və  ruh  hadisələri  kimi  təbii  qa­
nunlara  uyğunlaşdığını  əsas  olaraq  qəbul  edir.  Bu  baxışa  elm  di­
lində determinizm (müəyyəniyyət)162 adı verilir.
Ancaq  bundan  sonra  bu  iki  sosiologiya  sistemi  bir-birindən 
uzaqlaşmağa  başlayır:  Karl  Marks  determinizmdə bir növ inhisar 
irəli  sürür:  İctimai  hadisələr  arasında  səbəb  ola  bilmək  imtiyazı 
yalnız  iqtisadi  hadisələrə  məxsusdur.  Digər  ictimai  hadisələr,  mə­
sələ,  din,  əxlaq,  estetika,  siyasət,  dil,  ağıl  hadisələri  əsla  səbəb ola 
bilməzlər,  yalnız  nəticə  ola  bilərlər.  Beləliklə,  Karl  Marksa  görə 
iqtisadi hadisələrdən başqa,  bütün ictimai hadisələr kölgə hadisələr 
(epifenomenlər)  mahiyyətindədir.  Bir  şeyin  kölgə  hadisə  olması 
başqa  şeylərin  üzərində  heç  bir  təsiri  olmaması  deməkdir.  İnsanın 
kölgəsi  onun gördüyü işlərə təsir edə  bilərmi?  Şübhəsiz edə bilməz. 
Bax,  kölgə hadisələr də bizim arxamızca  gələn  təsirsiz kölgələr  ki­
midir.  Deməli,  Marksa  görə  yalnız  iqtisadi  hadisələr  gerçəkdir, 
digər ictimai qurumlar gerçək olmadıqları  kimi, hadisə də deyildir­
lər.  Bunlar ancaq iqtisadi  hadisələrin nəticələri və kölgələridirlər.
Məsələ,  Karl  Marks  dinlərin  meydana  çıxamasım,  müxtəlif 
sektalara1623 ayrılmasını  asketlərin  «zaviyə»lərinin163  və təsəvvüfçü 
«təkkə»lərin164  təşəkkül  etməsini,  reformaların  aparılmasını,  dinlə 
dövlətin  ayrılmasını  yalnız  istehsal  biçimlərinin  (üsullarının)  dəy­
işməsi  ilə  izah  etdiyi  kimi,  əxlaq,  hüquq,  siyasət,  estetika,  dil, 
düşüncə  sahəsinə  aid  bütün  ülkülərin  və  gələnəklərin  doğmasını, 
inkişafını  və ölməsini də eyni  iqtisadi  hadisələrin  səbəb olması ilə 
izah etməyə çalışmışdır.
Dürkheyrain  qurduğu  sosiologiyaya  görə  belə  bir  inhisar 
doğru deyildir.  İqtisadi  hadisələrin  digər ictimai  hadisələrdən  heç 
bir üstünlüyü yoxdur.  İqtisadi qurumlar necə  hadisə və gerçək isə, 
din,  əxlaq, estetika və s.  kimi  digər ictimai  qurumların da hər biri 
bir təbii  hadisə və bir gerçəkdir.  Bu sonuncuları əşyanın kölgələri­
7 .
68
nə  bənzədərək  «kölgə  hadisələr»  deyə  adlandırmaq  obyektiv  ger­
çəklikdən ayrılmaq deməkdir.
Fizikada,  kimyada,  biologiyada  kölgə  hadisələr  olmadığı 
halda, sosiologiyada nəyə görə olsun? Doğrudur, vaxtilə Modsli165 
kimi  bəzi  psixoloqlar  «şüur»a  kölgə  hadisə  adını  verir  və  şüurun 
psixoloji  hadisələr  üzrəində  heç  bir  təsiri  olmadığını  irəli  sürürdü­
lər.  Ancaq  Alfred  Fulye,  Ribo,  Ceyms,  Höffdinq,  Berqson,  Pyer 
Jane,  Bine,  Paulhan  kimi  yeni  psixoloqlar166  bu  nəzəriyyəni  elmi 
dəlillər  ilə  qəti  bir  surətdə  alt-üst  etdilər.  Artıq  psixologiya  sahə­
sində kölgə hadisə deyimi qalmadı.
Bundan  başqa,  ictimai  hadisələr arasında  yalnız iqtisadi  qu­
rumları  gerçək  hesab  etmək,  məsələ,  fizioloji  hadisələr  arasında 
yalnız  mədəyə  və  həzm  borusuna  aid  hadisələri  gerçək  sayaraq 
digər fizioloji hadisələri bunların gerçək olmayan  və təsirsiz  kölgə­
ləri saymaq kimidir.  Belə  bir nəzəriyyəni  bir fizioloq qəbul edə bi­
lərmi?
Karl  Marks  bu  inhisarçılığı  nəzəriyyə sahəsində saxlamaqla 
kifayətlənməmiş, onu praktika sahəsinə do keçirmiş və bununla da 
ikinci  bir  yanlışlığa  yol  vermişdir.  Marksa  görə,  xalq  yalnız  işçi 
(fəhlə)  sinfindən  ibarətdir.  Buna  görə  də,  işçi  sinifi  digər  sinifləri 
ortadan  qaldırmağa  məcburdur.  Halbuki,  xalq  «ümum»  anlamın­
da  olduğundan  hüquqca  bir-birinə  bərabər  olmağı  qəbul  edən 
bütün siniflərin toplamı deməkdir. Gerçəkdən də, «ümum»un digər 
qismi  ilə  bərabər  olmağı  qəbul  etməyən  imperialist,  aristokrat 
(soylu)  və  feodal  (dərəbəyi)  siniflərini  xalqın  xaricində  görmək 
doğrudur.  Burjuaziya və ziyalıların içində də hüquqca hər kəsə bə­
rabər olmağı  qəbul  etməyən siniflər varsa,  xalq dairəsinin xaricin­
də  qalmalıdırlar.  Ancaq  hüquqca  hər bir adamın  bərabər olduğu­
nu  qəbul  edənlər  -   hansı  məslək  topluluğundan  olursa  olsunlar  - 
xalqdandırlar.
Dürkheymin sosiologiyasında digər ictimai  hadisələr iqtisadi 
hadisələrə səbəb ola  bildiyi kimi, iqtisadi hadisələr də digər ictimai 
hadisələrə  səbəb  ola  bilərlər.  Göründüyü  kimi,  Dürkheym  solsio- 
logiyası  iqtisadi  hadisələrin  önəmini  (əhəmiyyətini)  və  dəyərini 
inkar  etmir.  İqtisadi  hadisələrin  toplum  içində dəyərinin  getdikcə 
artdığım,  hətta  modern  (çağdaş)  toplumlarda  ictimai  quruluşun 
əsasının  iqtisadi 
həyatdan  ibarət  olduğunu  ortaya 
atan 
Dürkheymdir.  Dürkheymə görə ilkəl (ibtidai) cəmiyyətlərdəki day­
anışma  (həmrəylik)  yalnız kollektiv vicdandan  (şüurdan)  təşəkkül 
edən  mexaniki  həmrəylikdir.  Bunlar  bir-birinə  bənzəyən  «oba, 
oymaq,  boy,  el»  kimi  bölmələrdən  meydana  gəldiyi  üçün
69


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə