Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

Dürkheym onları «seqmenter toplumlar167» adlandırmışdır.
İnkişaf etmiş  toplumlarda isə birinci növ həmrəylikdən  baş­
qa,  bir  də  ictimai  iş  bölümündən  doğan  üzvi  həmrəylik  vardır. 
Dürkheym bunlara isə «orqanik168 toplumlar» adını vermişdir.
Məlumdur  ki,  iş  bölümü  iqtisadi  həyatm  təməlidir.  Çağdaş 
cəmiyyətlərdə  din,  siyasət,  elm,  estetika  və  iqtisadiyyat  iəl  bağlı 
topluluqlar iş böülümündən (əmək bölgüsündən) doğmuş ixtisas və 
məslək qruplarıdır.  Elə isə,  Dürkheym iqtisadi  həyata da  layiq ol­
duğu yeri  və önəmi tamamilə vermiş olduğunu qəbul etmək lazım­
dır.
Bununla  birlikdə,  Dürkheym  də bütün  ictimai hadisələri  tək 
bir  əsasa  aparıb  çıxarır:  bu  yeganə  əsas  «kollektiv  tə- 
səvvürlər»169dir.  Bu terminin  tərifdən  daha  çox misallar ilə aydın­
laşdırılması  mümkündür.  Bunun  üçün,  bir  çox  örnəklər  gətirərək, 
«kollektiv  təsəvvürlər»in  nə  demək  olduğunu  başa  salmağa  çalı­
şacağam.  Məsələ,  Məşrutiyətdən170  öncə  də  yurdumuzda  işçilər 
(fəhlələr)  vardı.  Ancaq  bu  işçilərin  ortaq  vicdanında  (şüurunda) 
«Biz  işçilər  sinfini  təşkil  edirik»  fikri  yaranmamışdı.  Bu  düşüncə 
(fikir) yaranmadığı üçün, o zaman yurdumuzda bir işçi sinfi də yox 
idi.  Yenə  Məşrutiyətdən  öncə  ölkəmizdə  bir  çox  türklər  vardı. 
Ancaq  bunlarm ortaq  vicdanında (şüurunda) «Biz türk millətiyik» 
qavramı olmadığı üçün o zaman  türk milləti də yox idi. Çünkü, bir 
topluluq fərdlərin  ortaq  vicdanında  şüurlu bir surətdə idrak  olun- 
madıqca  ictimai  bir  topluluq  mahiyyətini  qazan  bilməz.  Bunun 
kimi,  türk mənşəli  bir söz  türk  xalqının dil  şüurunda  (vicdanında) 
artıq yaşamırsa,  türkcə bir söz olma üstünlüyünü və ictimai bir ha­
disə olma dəyərini də itirmişdir deməkdir.
Bunlardan  anlaşılır  ki,  ictimai  hadisələr  hökmən  mənsub 
olduqları  topluluğun  ortaq  vicdanında  şüurlu idraklar halında ol­
malıdırlar.  Bax,  ortaq  vicdandakı  bu  şüurlu  idraklara  «kollektiv 
təsəvvürlər» adı verilir.
Kollektiv  təsəvvürlər  Marksın  zənn  etdiyi  kimi  ictimai  həy­
atda təsirsiz  kölgə hadisələrdən  ibarət deyildir.  Əksinə, bütün sosi­
al yaşayışlarımız bu təsəvvürlərin təsirlərinə görə şəkil (forma) alır­
lar.  Məsələ,  biz  Türkiyəlilərin  ortaq  (müştərək,  kollektiv)  vicda­
nında  (şüurunda) «Türk  millətindənik,  İslam ümmətindənik,  Qərb 
mədoniyyətindənik»  təsəvvürləri  açıq-aydın  görünüşlər  halında 
görünməyə başlayınca bütün sosial həyatlarımız dəyişməyə başlay­
acaqdır.
«Türk  millətindənik»  dediyimiz üçün  dildə,  estetikada,  əxla­
qda, hüquqda, hətta din həyalında və fəlsəfədə türk kültürünə, türk
70
zövqünə  və  türk  vicdanına  görə  bir  orijinallıq  və  bır  şəxsilik  gö­
stərməyə  çalışacağıq.  «İslam  ümmətindənik»  dedikdə  bizim  üçün 
ən  qutsal  (müqəddəs) kitab  «Quran-i  Kərim»,  ən  müqəddəs  insan 
Həzrət  Mühəmməd,  ən  müqəddəs  məbəd  Kəbə,  ən  müqəddəs  din 
İslamiyyət  olacaqdır.  «Qərb  mədəniyyətindənik»  dediyimiz  üçün 
də, elmdə, fəlsəfədə, texnikada və digər mədəni sistemlərdə tam  bir 
Avropalı kimi hərəkət edəcəyik.
Kollektiv təsəvvürlər yalnız topluluq  qavramalarına məxsus 
deyildir.  Miflər,  mənqəbələr,  nağıllar,  əfsanələr,  lətifələr  və  dini 
inancların,  əxlaq,  hüquq,  texnika  və  iqtisadiyyatla  bağlı  qaydala­
rın, elm və fəlsəfə ilə bağlı görüşlərin hər biri kollektiv təsəvvürdür. 
Dini  inancın  (etiqadın)  və  nəzəriyyənin  ziddi  sayılan  ayinlər  və 
praktiki  fəaliyyətlər  də  öncə  ağılda  təsəvvür  olunub  sonra  həyata 
keçirildikləri üçün, əslində hər biri kollektiv (ortaq) təsəvvürlərdir.
Şəxsi  fikirlər  hər  fərdin  özünəməxsus  olan  düşüncələri  de­
məkdir. Ortaq təsəvvürlər isə hər toplumun bütün fərdləri arasında 
ortaq  olan,  daha  doğrusu,  kollektiv  vicdanda  şüurla  qavramlan 
düşünmə  biçimlərindən  (formalarından)  ibarətdir.  Şəxsi  fikirlərin 
əsasən toplum  üzərində heç bir təsiri yoxdur. Ancaq bu fərdi fikir­
lər ictimai bir qüvvəyə söykənib, kollektiv bir təsəvvür mahiyyətini 
aldığı  zaman  ictimai  həyatda  böyük  bir  amil  olur.  Məsələ,  böyük 
bir mənəvi nüfuza malik olan bir quratırıcı (xilaskar) nə düşünərsə, 
fikirləri  bir az sonra  hamının ortaq düşüncələri sırasına  keçər.  Əl­
bəttə,  fərdi  düşüncələr  bu  mahiyyətdə  olarsa,  ictimai  həyatda  hər 
an  təsirli  olar.  Bir  millət  böyük müvəffəqiyyətlə  dahiliyini,  fəda­
karlıq və qəhrəmanlığını gerçəkdən sübut etmiş böyük bir şəxsiyyə­
tə  malik  olduğu  zaman,  onun  ictimai  (kollektiv)  təsəvvürlər  ya­
ratmaq gücü sayəsində hər cür yeniliyi asanlıqla gerçəkləşdirə bilər. 
Bax,  bizim  bugün  belə  bir düha xəzinəmiz vardır.  Adi  fərdlərin 
hətta, elmdə  böyük bilgiləri və əməldə (tətbiqdə) yüksək qüdrət və 
fəaliyyətləri olsa da -  heç bir zaman bacara bilməyəcəkləri yenilik 
və irəliləmələri  ümuminin  vicdanında  (ictimai  fikirdə)  qurtarıcı  və 
dahi kimi tanınan  bir şəxsiyyət  bir sözlə, bir nitqlə, bir bəyannamə 
ilə yarada bilər.
tctimai  (kollektiv)  təsəvvürlər  coşqun  böhranlar  əsnasında 
çox  şiddətli  həyəcanlara  bürünərək  son  dərəcə  böyük  qüdrət  və 
gücə  malik  olurlar.  İctimai  təsəvvürlərin  bu  durumuna  ülkü  adı 
verilir.  İctimai  təsəvvürlər gerçək  (əsil) ülkü  halmı aldıqdan  sonra 
həqiqi inqilabların səbəbi olurlar. Məsələ, türkçülərin ortaya atdıq­
ları Türkçülük fikri gənc bir topluluğa  məxsus təsəvvürdən  ibarət­
dir.  Bu  gənc  topluluğa  məxsus  təsəvvürü  türk  millətinə  yayaraq
71


onu  bir  ülkü  halma  gətirən  Trablusqərb,  Balkan  savaşları  ilə  bi­
rinci  dünya  savaşmdakı  fəlakətlər  idi  və  bununla  bərabər,  bu 
ülküyə rəsmilik verən və onu gerçəkdən  tətbiq  edən  də ancaq Qazi 
Mustafa Kamal Paşa həzrətləridir.171
Bu misallardan  da  anlaşılır  ki,  Dürkheym  ülküçülüyü  toplu­
mun  coşqunluq  durumları  ilə,  yəni  sosiologiya  ilə  açıqlayır.  Ona 
görə,  bütün  ictimai  hadisələr  ülkülərdən,  yaxud  onlarm  yaxın  də­
rəcələri olan ictimai təsəvvürlərdən ibarətdir.
Doğrudan da, hər kollektiv təsəvvür az-çox bir dəyər duyğu­
su  ilə  qarışıqdır.  İctimai  qurumların  bəzisini  qutsal  (müqəddəs), 
bəzisini yaxşı,  bəzisini gözəl,  bəzisini də doğru  sayırıq.  Qurumlara 
bu sifətlərin verilməsi onlarm duyğulardan, həyəcanlardan və ehti­
raslardan məhrum olmadığını göstərir. Əslində biz hansı şeyə qarşı 
dini bir həyəcan duysaq, ona «qutsal (müqəddəs)», hansı şeyə qarşı 
əxlaqi  bir  həyəcan  duysaq,  ona  «yaxşı»,  hansı  şeyə  qarşı  estetik 
(bədii)  bir  həyəcan  duysaq,  ona  «gözəl»,  hansı  şeyə  qarşı  düşüncə 
ilə  bağlı  bir  həyəcan  duysaq,  ona  «doğru»  qiymətini  verərik.  De­
məli, bütün kollektiv təsəvvürlərdə ülkü mahiyyəti vardır.
İctimai  təsəvvürlər,  yəni  ülkülər bütün ictimai  hadisələrin sə­
bəbləri  olmaqla  bərabər,  özlərinin  də  doğulması,  qüvvətlənməsi, 
zəifləməsi,  ölməsi  bir  sıra  ictimai  səbəblərə  tabedir.  Bu  səbəblər 
ictimai  quruluşda meydana  gələn  dəyişmələrdir.  Dürkheymə görə, 
ictimai  hadisələrin  ilk  səbəbləri  toplum  əhalisi  sıxlığının,  bu  top­
lum  fərdlərinin  bir-biriylə  qaynayıb-qarışmasımn,  həmcinsliyinin, 
iş  bölümünün  artıb  əskilməsi  kimi  ictimai  mənəviyyata  -   sosial 
morfologiyaya aid hadisələrdir.
Türkçülük  axımının  ortaya  çıxması da  ictimai  hadisədir.  Bu 
hadisənin  izahında da  «tarixi  materializm»  və ««ictimai  ülküçülük 
baxışlarına  aid  iki  zidd  nəzəriyyənin  qarşısında  dururuq.  Birinci 
nəzəriyyəyə görə, türkçülük yalnız iqtisadi səbəblərdən doğmuşdur. 
İkinci nəzəriyəyə görə,  türkçülük axımının doğması ictimai qurulu­
şun dəyişikliyə uğramasından irəli gəlmişdir.
Keçmişdə ölkəmizdə iki başlıca dini  lopluluq  vardı.  Birincisi 
Xəlifəliyin  ətrafında  toplanan  müsəlman  ümməti,  ikincisi  isə Rum 
patriarxlığının  ətrafında  toplanan  xristian ümməti  idil72.Əgər din­
lər  əski  gücünü  eyni  şiddətlə  qoruya  bilsəydi,  bu  topluluqlar 
dağılmayacaqdı.
Ancaq  şəhərlərdə  ictimai  sıxlığın  artması  nəticəsində ictimai 
əmək  bölgüsü  (iş  bölümü)  ilk  öncə  doğmağa,  sonra  isə  dərinləş­
məyə  başladı.  Əmək  bölgüsü  məslək  (peşə,  iş)  topluluqlarmı  və 
məslək  topluluqları  da  məslək  şüurunu  (vicdanını)  doğurduğun­
72
dan,  əski zamanlarda  istər müsəlman  topluluğunda,  istərsə də xri­
stian  topluluğunda tək başına hakim olan  bu iki ictimai (kollektiv) 
şüur zəifləməyə  başladı.  İctimai  şüurun zəifləməsi onlara söykənən 
topluluqların  ümumi  həmrəyliyini  də  pozdu.  Yeni  doğan  qəzet  və 
məktəb,  ədəbiyyat  və  şer  də  anlamı  anlaşılmayan  din  topluluğu 
dilinin yerinə, toplum dilini ortaya qoydu, yerləşdirdi.
Beləliklə, istər müsəlmanların, istər də xristinaların öz  toplu- 
luqlarına məxsus  vicdanları,  təsəvvürləri  və baxışları dəyişdi.  Öncə 
hər fərd bağlı  olduğu dini topluluğa ictimai  bir orqanizm  və özünə 
də  onun  ayrılmaz  bir  üzvü  kimi  baxdığı  halda,  indi  yalnız  öz  dil 
toplumuna ictimai  orqanizm  kimi  baxmağa və özünü də onun  ay­
rılmaz  bir  üzvü  hesab  etməyə  başladı.  Bax,  dini  topluluqların 
dağılması, onların yerinə dil toplumlarının  keçməsi  belə baş verdi: 
Rum  partirarxlığma  aid  din  topluluğundan  ilk  öncə  ermənilərin, 
sonra valaxlarm,  serblərin,  bolqarların,  hətta istiqlaliyyət qazanan 
yunanların  ayrılmaları  və  onların  bir  qisminin  «cksarxlıq»173  adı 
ilə  bu  ayrılmaya  daha açıq  aşkar bir şəkil  vermələri  bu  iddiamıza 
canlı  bir dəlildir.
Bu dil toplumlarının ilk öncə din lopluluqlarından, sonra isə 
«Osmanlılıq» adı verilən siyasi topluluqdan ayrılmaları ilk səbəbin 
siyasi olmayıb, sırf kültür xarakteri daşıdığını göstərir.
Əslində dil  və milli  kültür topluluqları olan  milliyyətlər əski 
zamanlarda da  var idi.  Ancaq  iki  cür imperializm  -  dini  və  siyasi 
imperializmlər  onları  iki  topluluğun  içində,  yəni  səltənət174  və 
ümmət  çənbərləri arasında  həbs etmişdi.  Bu  topluluqların  çənbər­
ləri  gücdən  düşdükcə  məhbus  topluluqların  sərbəst  olmaq  üçün 
mücadiloyə  başlamaları  təbiidir.  Bax,  yurdumuzda  ilk  Öncə  dini 
«eksarxlıq»lar  (dini  sərbəstliklər),  sonra  isə  siyasi  muxtariyyətlər 
və istiqlallar şəklində təzahür edən (özünü göstərən) milliyyət axım­
ları belə inkişaf etdi.
Müsəlman xalqları arasında milliyyət  axımları da eyni  şəkil­
də  təzahür  etdi.  Misal  olaraq,  albanları  götürək.  Başqımçılığın175 
mərkəzi  olan  toskalar176  əski  zamanlardan  bəri  Bəktaşiliyə  sap­
maqla  din  topluluğundan  uzaqlaşmışdılar.  Bunlar ilk  öncə  yüzilin 
ehtiyaclarına çevrilən məktəb və mətbuatdan, şeir və ədəbiyyatdan 
özlərinə düşəni  almaq və faydalanmaq  üçün  öz dillərindən istifadə 
etmək  istədilər.  Bunun üçün  öncə bir yazı  (əlifba)  qəbul etmək  la­
zım idi. Qəbul etdikləri yazınm latınca olması da göstərir ki, toska­
lar  on  öncə  din  topluluğundan  ayrılmışdılar.  Bir  müddətdən  bəri 
zəifləməyə  başlayan  dini  həmrəyliklərinin  (din  bağlarının)  yerinə 
milli kültürə söykənən  bir həmrəyliyi (birliyi) qoymağa çalışırdılar.
73


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə