Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

cavabım  verərsə,  özünüzdən  asılı  olmadan  gülməzsinizmi?  Bununla 
birlikdə,  xalqa  məxsus  bir  törədicilik  də  vardır  ki,  bu,  əksinə,  həm  
normal,  həm  də  faydalıdır.  Məsələ,  xalqdan  olan  şəxslər  «dilbaz»26 
sözünü «çox dilli, çox dil tökən» anlamında olduğunu zənn edirlər.
Xalqın belə yanlış söz yaratması ilə ortaya çıxartdığı təhriflər bir 
növ şüursuz mənimsəmə (yiyələnmə) üsuludur.  Məsələ,  xalq «alaim-i 
səma»nı27  «ələyim  sağma»  şəklinə  çevirir.  Balimozu  «balyeməz» 
biçiminə salır.28
Ankarada bir bulağın adı olan «zulfəzl»29 sözünü «Solfasol» edir. 
«Şərəfrəsan»  gəmisini  «Şərif  Həsən»,30  «Nevid-i  Fütuh»u,31  «Dəlik 
kötük», «Fəth-i Bülənd»i32 «Yeddi Bölən» kimi türkcə sözlər şəklinə salır. 
«Teleqram vurmaq»dan «tel vurmaq» sözünü doğurur.323
Bax,  bu  kimi  əsaslara  söykənərək  türkçülər  təmiz  türk  dili 
tərəfdarları  olan  təfsiyəçilərin  (təmizləməçilərin)  dil  haqqında 
görüşlərini qəbul etmədilər.  Türkçülərə görə,  türk  xalqının  bildiyi  və 
tanıdığı hər söz millidir.  Bir sözün  milli  olması  üçün  türkcə kökdən 
gəlməsi  kifayət deyildir.  Ona görə ki, türk  kökündən gələn «güzgü,33 
sayru,  basqıç,  ağu»  kimi  bir  çox  sözlər  canlı  dildən  çıxaraq 
arxaikləşmiş və onların yerinə «ayna», «xəstə», «mərdivən» (nərdivan), 
«zəhər» kimi sözlər canlı dilə keçmişdir. Heyvanlar və bitkilər alə-mində 
daşlaşmış heyvan və bitki qalıqlarının dirilməsi necə mümkün deyilsə
dilin  arxaikləşmiş  sözlərinin  də  yenidən  həyata  qayıtmaları  eləcə 
mümkün  deyildir.  Xülasə,  türk-çülorə  görə,  xalqm  alışdığı  və  süni 
olmayan bütün sözlər millidir.  Bir millətin  dili  öz cansız köklərindən 
deyil, öz canlı danışığındakı sözlərdən ibarət canlı bir orqanizmdir.
Elə isə, türkcənin sadələşdirilməsi yalnız bu əsaslara söykənməli, 
təmiz (saf) dilçi təsfiyəçilərin ifrat iddialarına doğru getməməlidir.
Təmiz  dilçi 
təsfiyəçilərin 
(təmizləməçilərin) 
digər  türk 
ləhcələrindən34  söz  almaları  da  yanlışdır.  Çünkü,  türk  ləhcələri  «ana 
dili»  yerində olan  əski  türk  dilindən  ayrıldıqdan  sonra  hər  biri  ayrı- 
ayrı inkişaf istiqaməti götürmüş, istər fonetik, istər morfoloji, istərsə də 
leksikoloji  baxımdan  bir-birindən  uzaqlaşmışlar.  Buna  görə  də,  bu 
ləhcələrin  sözlərini  dilimizə  gətirsək,  İstanbul  türkcəsinin  gözəlliyini 
pozmuş  olarıq.  Əslində,  bu  lohcolərdoki  sözlər  dilimizdə  də  olduğu 
üçün,  onlara  heç  bir  ehtiyacımız  yoxdur.  Yalnız  türk  mədəniyyəti 
tarixi,  əski  türk  qurumlarını  ölümdən  sonra  dirildərkən,  bunların 
adları da elm terminləri kimi dilimizə daxil olacaqdır. Bu yönə-cəhətə 
daşlaşmış  qalıqların  dirilməsi  kimi  baxılmamalıdır.  Ona  görə  ki,  bu 
sözlər indi söz kimi deyil, yalnız termin kimi dilimizə girəcəkdir. Və bu 
qayda ilə dilimizə girmələrində heç bir əngəl də yoxdur.
Təmizləməçilərin  qaydaya  tabe  olmayan  şəkilçiləri  (ədatları)
1 00
qaydaya tabe şəkilçilər durumuna gətirərək və söz birləşməsi (tərkib) 
yollan taparaq,  bunlann vasitəsilə yeni sözlər yaratmaq istəmələri də 
yanlışdır343. Ona görə ki, bir heyvanın, ya da bir bitkinin orqanizminə 
xaricdən yeni bir üzv əlavə etməyimiz mümkün olmadığı kimi, dilə do 
yenidən  qaydaya  tabe  bir  şəkilçi  (ədat)  və  ya  yeni  bir  söz  birləşməsi 
(tərkib)  biçimi  daxil  etməyimiz də  eləcə  mümkün  deyildir.  Bundan 
irəli  gəlir  ki,  «günaydm»,  «tüııaydm»  kimi  söz  birləşmələri  yeni 
türkcədə  yaşaya  bilmədikləri  kimi,  qaydaya  tabe  olmayan  şəkilçilər 
ilə yaradılmış deyimlər (təbirlər) də yaşaya bilmədilər.35
Bununla  birlikdə,  təmizləməçilərin  bu  ifrat  inqilabçılığmı  bir 
yana atdıqdan  sonra da həm ədəbiyyatda Osmanlı dilindən atılacaq 
sözlərin olduqca çox olduğunu görürük, həm də elmi terminlərin içində 
heç  bir gərəkləri  (lüzumları) olmadığı halda,  alınmış nə qədər sözlərə 
rast  gəlirik.  Məsələ,  «coşqunluğda  «cuşiş»36  demək  lazımdırmı?  Baş 
ağrısına,  «sıda»  deməyə  ehtiyac  varmı?  Tibb  sözlüyünü  götürək: 
Sümüyə «əzm», başa «rəs», dişə «sin», sinirə «əsəb» deyən bu sözlükdə 
dilimizə girməsinə heç bir ehtiyac duyulmayan nə qədər ərəb və fars 
sözləri  vardır.  «Əzələ»,  «hüceyrə»,  «protoplazma»  kimi  türk  dilində 
qarşılığı  olmayan  sözlərin  gözümüz  üstə  yeri  vardır.  Dilimizə  yeni 
terminlər  gətirən  bu  kimi  sözlərin  üzünə  milli  sözlüyümüz  açıqdır. 
Ancaq  turk  dilində  qarşılığı  olan  və  heç  bir  xüsusi  anlamla  ondan 
ayrılmayan  (fərqlənməyən)  eynianlamlı  (sinonim)  sözləri  artıq 
dilimizdən atmalıyıq.
4) SÖZDÜZƏLTMƏ VƏ DƏYİŞMƏ FORMALARI, 
ŞƏKİLÇİLƏR, SÖZ BİRLƏŞMƏLƏRİ 36*
1)  Türkçülərə  görə,  bir  dil  başqa  dillərdən  özündə  sinonimi 
(eynimənah söz)  olmamaq  şərtilə sözlər  almışdır  və  ala  bilər.  Ancaq 
heç  bir  dil  başqa  dillərdən  sözdoyişmə  forması  (feil  forması)  ala 
bilməz. Osmanhçılara görə. Osmanlı dili ərəb və fars dillərindən sözləri 
ilə  birlikdə  sözdəyişmə  (feil)  formalarını  da  alır.  Məsələ,  «məktub» 
sözü Osmanhçılara görə, ərəb dilində «kətəbə»37 kökündən  feili sifətdir 
(məchul növ feillərdən düzələn sifət) və mənası «yazılmış, yazılan»dır. 
Buna  söykənərək,  Osmanhçılara  görə,  «huquqi  məktuba»  və  ya 
«məktub  hüquq»  deyimlərini  dilimizdə  işlədə  bilərik.  Türkçülər 
«məktub» sözünün bu şəkildə işlədilməsini qəbul etmirlər, Ona görə ki, 
feili  sifət  forması  türk  dilində  də  vardır.  «Məktub»  sözü  feili  sifət 
olduğu zaman türkcəsi «yazılmış»dır. Deməli, Osmanliçılarm «məktub 
hüquq»  dedikləri  şeyə  biz  «yazılmış  hüquq»  deyə  bilərik.  Elə  isə
101


«məktub»  sözünün  bir  feili  sifət  forması  kimi  dilimizdə  işlədilməsinə 
ehtiyac yoxdur.
Ancaq  «məktub»  sözu  feili  sifət  olduğu  kimi,  qəlibləşmiş  b ir 
isim  kimi  də  işlənir.  Fransızların  «letğe»  dedikləri  şeyə  turk  xalqı 
«məktub»  adım  verib.  «Bir  məktub  yazdım»,  «bu  həftə  məktub 
aldım»  cümlələrindəki  «məktub»  sözü  bax,  bu  ikinci  mənadadır. 
«Məktub»un bu şəkildə dəyişmə -  feil forması mahiyyəti də yoxdur. B u  
sadə  bir  sözdür.  Elə  isə  Osmanlı  dilində  işlənən  bütün  ərəb  və  fars 
ifadələrini dəyişdirilmiş (təstif olunmuş, hallanmış) və sadə sözlər kimi 
iki  bölümə  ayıra  bilərik.  Bunlardan  təsrif  olunmuş  və  hallanmış 
mahiyyətdə olanları  (yəni  yabançı qaydalarla düzəldilənləri) dərhal 
dilimizdən atmalıyıq, sadə söz qisminə daxil olanları, əgər xalq dilində 
snonimləri yoxdursa, çəkinmədən yeni türkcəyə qəbul etməliyik.
Bu  prinsipə görə,  «katib»  sözü  feili  sifətdir və  bunun üçün də 
«yazan» anlamında dilimizdə işlədilməz.  Məsələ, «bu məktubun katibi 
kimdir?» deyilməz. Amma «katib» «sökğeteq» (sekrctar) qarşılığı olaraq 
xalq dilində çoxdan bəri işlədilir. «Məclis katibi», «tacir katibi» kimi.
«Kitabət»38 sözü də nə «yazmaq» mənasında bir məsdər, nə də 
«katiblik» anlamında  bir ismi məsdər kimi dilimizdə işlədilməz. Sadə 
bir  isim  kimi  əski  «inşa»39  deyiminin  qarşılığı  «kompozisyon»™40 
snionimi olaraq işlədilməkdədir: Kitabət dərsi, kitabət imtahanı.
«Mütəsəırif»41  sözü də «təsərrüf»dən42  feili sifət olaraq törədilib. 
Bunu  da  işlətmək  lazım  deyil.  Məsələ,  «bu  tarlanın  mütəsərrifi» 
deməli  olduğumuz  halda,  «bu  tarlada  təsərrüf  sahibi  olan  adam» 
deməliyik.  Ancaq  bu  söz  bir  sancağın43 ən  böyük  məmurunun  vəzifə 
adı olduğu zaman, artıq  törəmə mahiyyətində deyildir.  Sadə bir isim 
halını almışdır.
Bu  misallar  göstərir  ki,  ərəb  və  fars  dillərindən  törədilmiş, 
yəni  təsrif olunmuş  vo  hallandırılmış  heç  bir  söz  almayacağıq.  Elə 
isə ərəbcə və ya farsca  bir sözü termin  kimi qəbul etdiyimiz zaman, 
onun kökündən törəmiş bütün sözləri  onunla birlikdə almamalıyıq. 
Məsələ,  bu  «iştiqaq»  (sözdüzəltmo)  sözünü  bir  termin  kimi  qəbul 
etmişik  deyə,  bunun  «müştaq»,  «müştaq-i  minh»,  «müşlaqat»  kimi 
formalarını da işlətməyimiz lazım gəlmir.44 Doğrudur,  bəzən «kitab», 
«kitabət»,  «katib»,  «məktub»  kimi  eyni  kökdən  törəmiş  bir  çox 
sözləri dilimizdə işlədirik.  Ançaq yuxanda da qismən  göstərdiyimiz 
kimi,  hamısı  feil  forması  anlamlarını  itirmişdir. 
«Kitab»  sözü 
məsdər  formasında  olduğu  zaman  «yazmaq»  anlamındadır. 
«Kitab» sözü bu anlamda dilimizdə əsla işlənməmişdir. «Kitab» sadə 
bir  söz  olduğu  zaman  fransızca  «livğ»  sözünün  qarşılığı  olur. 
Bax,  türk  dilində  ancağ  bu  anlamda  işlədilməkdədir.  «Mühənir»
102
sözündən «redaktor»un qarşılığı kimi  istifadə edə  bilərik. Ancaq feli 
sifət  kimi 
«yazılan»  anlamında  olan  «mühərrər»  sözünü  işlədə 
bilmərik.  Məeələ,  «balada  mühərrər»  deyil,  «yuxanda  yazılan» 
deməliyik. 
«Təhrir»45 məsdən də işlədilməz. Ancaq «təhrirat» sözü46 
rəsmi məktubların (kağızların) xüsusi ismi olduğundan cəm  forması 
anlamında deyil, tək anlamda işlədilə bilər.
Bir sözün cəm şəkli də söz deyil, təsrif və hallanmadır. Buna görə 
ərəbcə və farsca cəm formalan  da dilimizdə istifadə olunammaz. Elə 
isə,  «zabitan»,  «zübbat»  kimi  təsriflər  yeni  turk  dilinə  daxil  ola 
bilməz.47  Türkcənin  özünə  məxsus  çəm  forması  «-lər  şəkilçisi  ilə 
yaradılır. O halda, dilimizidə «zabit»in cəmi yalnız «zabitlər»dir.
Bununla  birlikdə,  bəzi  ərəbcə  və  farsca  cəmlər  vardır  ki, 
dilimizdə cəm anlamını, buna görə də, təsrif və hallanma mahvyyətini 
itirmişlər.  Yuxarıdakı «təhrirat» sözu də bu qəbildən ol-duğu  kimi, 
«əxlaq,  tələbə,  əmələ,  ədəbiyyat,  yaran,  övlad»  kimi  bir  çox  sözlər 
buraya daxildir.  Bu sözlərin dilimizdə cəm formalarının olmadığının bir 
dəlili də,  türk dilinin «lər» şəkilçisi  ilə cəm  halına gətirilə bilmələridir: 
Əxlaqlar,  tələbələr,  əmələlər,  ədəbiyyatlar,  yaranlar,  övladlar, 
təhriratlar kimi.
2) 
Bir dil  başqa dillərin yalnız  təsrif -  sözdüzəltmo qaydalarını 
deyil, həm də şəkilçilərini  qəbul etmir. Çünkü bir sözün istər əvvəlinə, 
istərsə  do  sonuna  əlavə  edilən  şəkilçilər  də  onu  təsrif  olunmuş, 
hallanmış duruma gətirir.
Dilçilik  elmində həm  təsrif edilmiş  sözlərə,  həm  də  xüsusi  bir 
anlamı  olan  ədat  (şəkilçi)  əlavə  etməklə  anlamı  dəyişmiş  ədatlı 
(şəkilçili)  sözlərə  «morfem»  adı  verilir.  Deməli,  heç  bir  dil  başqa 
dillərdən  «morfemlər»  almaz  dedikdə,  bu  sözlərlə  həm  təsrif-söz 
düzəltmə  qaydalarının,  həm  də  şəkilçilərin  bir  dildən  başqa  bir  dilə 
keçə bilməyəcəyini anlatmış oluruq.
Əslində,  ərəbcədən  vo  farscadan  alacağımız  bütün  şəkilçilərin 
türk  dilində  qarşılıqları  vardır:  həmdərd  dərddaş,  homfikir-fikirdaş, 
tacdar-taclı,  danişmənd-danişli,  sitəmkar  sitəmçi  kimi.  Bunların 
mütləq türkcə olanlarını işlətmək lazımdır.
Bununla  birlikdə,  «hökmdar»,  «həmşiro»,  «pərkar»  kimi 
sözlərdə  etimologiya  yolu  ilə  ayırd  edəcəyimiz  «dar»,  «həm»,  «kar» 
şəkilçiləri  şəkilçilikdən  çıxmışlar,  sözlərin  içində  ərimişlər.  Buna  görə, 
bu  «hökmdar»,  «həmşirə»,  «pərkar»  sözlərində  artıq  «morfem» 
mahiyyəti  qalmamışdır.  Bunlar  dil  şuuru  baxımından  başqa  isimlor 
kimi donmuş, qəlib-ləşmiş sözlər mahiyyəti almışlar.
Farscadan,  müstəsna  hal  kimi,  yalnız  üç  şəkilçi  xalq  dilinə 
keçmişdir: Bunlardan biri gerçəkdən şəkilçi olan mənsubiyyət «i»-sidir.
103


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə