Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

yuxarılarda  təsfiyəçilik  (ал  dilçilik,  təmizləməçilik) 
haqqında 
yazdığım  şeyləri  (söylədiyim  fikirləri)  bu  sözlərə  görə  düzəltmək 
lazımdır.
5). YENİ  TÜRK  DİLİNİN MİLLİLƏŞDNRİLMƏSİ 
VƏ YETKİNLƏŞDİRİLMƏSİ
Bəziləri  yeni  türkcənin  yalnız  mənfi  prinsiplərinin  olduğunu 
zənn edirlər:  Dilimizdə Osmanlı ədəbiyyatının yeritdiyi yersiz (artıq) 
və  zərərli  bir  çox  sözlər,  törəmələr,  feil  və  isim  dəyişmələri,  söz 
birləşmələri,  ədatlar,  şəkilçilər  var.  Yeni  türk  dili  yalnız  bu  artıq 
ünsürlərin  dilimizdən  çıxanlması  ilə meydana  gələ  bilməz.  Bu  hədəf 
yeni  türk  dilinin  yalnız  mənfi  məqsədidir.  Yeni  türkcənin  müsbət 
məqsədləri də vardır. Ona görə ki, əski Osmanlı dilinin xəstəliyi yalnız 
artıq sözləri, təsrifləri, hallanmalan, sözləri şəkilçiləri içinə almasından 
(əhatə  etməsindən)  ibarət  deyildi.  Xəstəlik  yalnız  bundan  ibarət 
olsaydı,  bu  artıq  ünsürləri  atmaqla  dilimizi  asanlıqla  müalicə  edə 
bilərdik.  Halbuki,  əski  Osmanlı  dilinin  ikinci  xəstəliyi  do  bir  çox 
sözlərin  əksik  olması  (çatışmaması)  idi.  Türkçülüyün  ortaya 
çıxmasına qədər, dilimizdə mənalı və aydın  bir fəlsəfə məqaləsinin 
yazılmaması,  ədəbiyyatda  da  dünya  şahəsərlərindən  heç  birinin 
anlaşıqlı  və  doğru  olaraq  tərcümə  edilməməsi  bu  əksikliyin  canlı 
dəlilləridir.
Elə  isə  dilimizin  tam  müalicəsi  bu  əksik  sözlərin  axtanlıb 
tapılması  və  dilimizin  orqanizmində  yerli-yerinə  qoyulması  ilə 
mümkündür.  Bax,  yeni  türkcənin  müsbət  məqsədi  bundan  ibarətdir. 
Yazı dilimizdə əksik olan sözlər iki qismdir:
1) 
Milli  deyimlər  İstanbulda  və  Anadoluda  işlədilən  bir  çox 
deyimlər  özəl söz birləşmələri,  qaydadan kənar özəlliklər (qallisizm) 
və  cümlələr  vardır  ki,  yazı  dilimizə  hələ  girməmişdir.  Halbuki 
dilimizin milli zənginliyini,  estetik xəzinələrini  bunlar təşkil edir.  Hər 
şəhərin  müəllimləriylə  Türk  ocaqları  və  Etnoqrafiya  muzeyi  bu 
xüsusi deyimləri toplamağa çalışsa, bunlardan bir çoxunu əldə etmək 
mümkündür.  Xalq  kitablarında,  xalq  nağılları  ilə  xalq  şeirlərində, 
atalar  sözlərində  bunun  kimi  deyimlərə  və  dil  xüsusiyyətlərinə  çox 
təsadüf edilir. Xüsusilə,.«Dədə Qorqud kitabı»ndan bu baxımdan çox 
faydalana  bilərik.  Ona  görə  ki,  bu  kitab  oğuzların  «İliada»sı 
yerindədir və dili də əski oğuzcadır.  Deməli,  bizə məxsus  türk dilinin 
anasıdır. Bu kitab heç bir təhrifə uğradılmadan, yeni imla ilə düzgün 
və  oxunaqlı  bir  şəkildə  yenidən  nəşr  edilərsə,  yeni  türk  dilimizin 
zəngin  bir  xəzinəsi  olacaqdır.  Başqa  türk  ləhcələri  ilə  aparılacaq
106
qarşılaşdırmalar  da  bizə  türk  şivəsinin44  bir  sıra  ortaq  özəlliklərini 
göstərə  bilər.  Məsələ,  Orxon  kitabəsində  «İşimi,  gücümü  kimə 
verim?»,  «Elim,  törəm  hanı?», «Bəyli,  budunlu»  bu kimi deyimləri 
görürük.
Bu  deyimlərin  birincisi  indi  də  dilimizdə  «iş-güc»  şəklində 
işlədilməkdədir.  İkincisinin  tərzində  də  bir  çox  deyimə  rast  gəlirik: 
Oymağınuz-lörəmiz; 
yurdumuz-ocağımız; 
evimiz-barkımız; 
soyumuz-sopumuz 
kimi.50  Üçüncüsünə  bənzəyən  deyimlər  do 
bunlardır:  İrili  xırdalı; böyüklü- kiçikli.
Bunlardan  başqa,  Qırğız-Qazaxların51  «Manas»  dastanı  və 
digər  türk  ləhcələrinin  nağılları  və  şeirləri  bizə  türk  ləhcələrinin 
ortaq və xüsusi şivələrini (danışıqlarını) göstərə bilər.
2) 
Yazı  dilimizdə  əksik  olan  sözlərin  ikinci  qismi 
millətlərarası  sözlərdir.  Bir  millət  hansı  mədəniyyət  topluluğuna, 
hansı  beynəlmiləl  birliyə  mənsubdursa,  onun  bütün  elmi 
qavramlarını-məfhumlarını, fəlsəfi görüşlərini,  ədəbi  xəyallarını və 
lirik  duyğularım  ifadə  edəcək  xüsusi  sözlərə  malik  olması  da 
lazımdır.  Türklər  indi  Avropa  mədəniyyətinə  qəti  surətdə  daxil 
olmağı  qərara  aldıqlarına  görə,  bütün  Avrona  qavramlarmı- 
məfhumlannı  və  anlamlarını  ifadə  edən  yeni  sözlərə  ehtiyacları 
var.
Bu  sözlərin  dilimizdə  meydana  gəlməsi  üçün  nə  elməli? 
Bunun üçün ən faydalı yol Avropa dillərində yazılmış bütün ölməz 
ədəbi əsərlərin,  elmi və fəlsəfi monoqrafiyaların yeni türk dilinə ən 
bacarıqlı  yazıçı  və  tərcüməçilər tərəfindən  böyük diqqətlə  tərcümə 
edilməsindən  ibarətdir.  Bu tərcümələr ilə birlikdə yeni türkcəyə  bir 
çox  sözlər  və  ifadə  tərzlərindən  başqa,  bir  çox  dil  incəlikləri  və 
axıcı  danışıq  tərzləri,  morfoloji  ünsürlər,  sintaksis  qurumları, 
duyğuyla  bağlı  və  gizli  anlamları  ifadə  edən  yeni  qabiliyyətlər  do 
daxil  olacaqdır.  Beləliklə  yeni  türk dili  həm on  yüksək düşüncələri, 
həm  də  on  səmimi  və  orijinal  duyumları  anlada  bilən  bir  ifadəçi 
(tərcüman) olacaqdır.
Tərcümə  zamanı  ölkəmizdə  büsbütün  yeni  olan  bir  çox 
qavramlara  və  anlamlara  təsadüf  ediləcəyinə  görə,  bunlar  üçün 
qarşılıqlar tapmaq lazım gələcəkdir. Bunun üçün nə etməli?
Əvvəla,  bu  anlamların  sözləri  yazı  dilimizdə  olmasa  da, 
danışıq  dilimizdə  bəlkə  vardır,  Heyvan,  bitki,  əşya,  alət  adları 
dilimizdə çoxdur.  Coğrafiya durumlarım ifadə edən sözlər isə daha 
çoxdur.  Səmimi  duyğulan  bildirən  duyğuyla  bağlı  sözlərimiz  də 
xeyli vardır.  Deməli,  terminlər və yeni anlamlar üçün ilk öncə xalq 
dilinə müraciət etməyimiz lazım gəlir.
107


Bu  qaynağa  müraciətdən  sonra  da  tapa  bilmədiyimiz  yeni 
anlamlar qalsa,  o zaman  türk şəkilçiləri,  təsrifləri  və söz birləşməsi 
qaydaları  ilə  yeni  sözlər  yaratmağa  çalışmalıyıq.  Bu  da  kifayət 
etməzsə,  o  zaman  məcburi  surətdə  ərəb  və  fars  dillərinə müraciət 
edərək bunlardan yeni sözlər alanq. Ancaq bu şərtlə ki, alacağımız 
sözlər tərkib halında  olmamalı,  tək  söz halında  olmalıdır.  Məsələ, 
əvvəllər  «elmi  mənafi-üləza»  deyilən  fiziologiyaya  indi  tək  sözlə 
«qariziyat» deyilir.  Bunun kimi  «elm-ül-ərz»ə ərziyyat (geologiya, 
yerbilim),  «elm-i  həyat»a  həyatiyyat  (biologiya),  «elm-ül-ruh»a 
ruhiyyat  (psixologiya)  deyilir.52  Bugün  ərəbcə  «yat»  şəkiiçisiylə 
bütün  yeni  elmlərə  asanlıqla  adlar  verə  bilərik:  Assuriyyat, 
Misriyyat, Cumudiyat və s.
Bununla  birlikdə,  bəzi  əcnəbi  sözləri  olduğu  kimi  qəbul 
etməyimiz  lazımdır.  Bunlar  da  iki  qisimdir:  birinci  qisim,  bir 
millətə, yaxud bir dövrə və ya bir məsləkə məxsus xüsusi hadisələri 
(durumları)  ifadə  edən  sözlərdən  ibarətdir  ki,  bunlar  heç  bir dilə 
tərcümə  edilməmiş,  bütün  insanlar  tərəfindən  eynən  qəbul 
edilmişdir: feodalizm, cəngavərlik,  renessans, reforma, yakobinlik, 
sosializm,  bolşeviklik,  aristokrat,  demokrat,  diplomat,  teatr, 
roman, klassik, romantik, dekadan və s.
İkinci qisim, texnika və sənaye ilə bağlı hər cür alət, maşın və 
əşya adlarıdır.  Bunların çoxusu bilavasitə xalq  tərəfindən almar və 
başqa  millətlər  tərəfindən  də  olduğu  kimi  qəbul  edilmiş, 
tərcümələrinə  çahşılmamışdır:  Vapur,53  şiməndifər,54  telqraf, 
telefon, tramvay, qrammofon və s. kimi.
Yeni  türkcənin çağdaş  bir dil olması  üçün yerinə yetirilməsi 
lazım  gələn  daha  bir  iş  vardır.  Fransızcadan  türkcəyə  sözlükləri 
tədqiq  etdikdə görürük  ki,  fransız sözlərinin  hər anlamı üçün  türk 
dilindən  bir neçə  misal  göstərilir.  I lalbuki,  hər anlam  üçün  yalnız 
bir sözün göstərilməsi yetərlidir  (kifayətdir). Qarşılıqların belə çox 
olması  ilk  baxışda  dilimizin  zəngin  olduğunu göstərir.  Əslində  isə 
iş  belə  deyildir.  Sözlüyün  başqa  səhifələrindəki  başqa  sözlərə 
baxsanız,  yenə  eyni  sözləri  görərsiniz.  Bu  qayda  ilə  bir  türk 
sözünün  bir  çox  fransız  sözünə  qarşılıq  sayıldığını  görərsiniz. 
Buradan  anlaşılır  ki,  fransızca  sözlərin  dilimizdə  tam,  müəyyən, 
aydın qarşılıqları yoxdur.
Eyni zamanda hər hansı bir dilin mükəmməlliyi do hər sözün 
yalnız  bir  anlamı  və  hər  anlamın  da  yalnız  bir  sözü  olmasıyala 
meydan  gəlir.  Elə  isə,  yeni  türkcəni  hər  sözü  yalnız  bir  anlamı 
verən  və  har  anlamı  da  yalnız  bir  sözə  malik  olan  bir  dilə 
çevirməliyik.  Avropa  dilləri  bir-birindən  asanlıqla  tərcümə  edə
108
bilirlər.  Ona görə ki,  ingilis, alman,  rus,  italyan  və s.  dillərinin hər 
sözü  fransızcanın  tək  bir  sözünü  qarşılamaqla  bu  dillər  arasında 
bir  paralellik  meydana  gəlmişdir.  Bax,  biz  do  yeni  türk  dilinə  bu 
şəkli  verməyə  çalışmalıyıq.  Bu  əsasa  söykənərək  bir Türk  sözlüyü 
və  bir  də  Türkcədən  Fransızcaya  və  Fransızcadan  Türkcəyə 
sözlüklər yaratmalıyıq.
Yaradılacaq türk sözlüyündə sözlərin türkcə, ərəbcə və farsca 
olduqlarını  göstərmək  doğru  olmaz.56  Çünkü,  bir  millətin 
sözlüyünə daxil olan sözlərə artıq o millətin milli dili yiyələnmişdir. 
Bu  sözlərin  necə  təşəkkül  etdikləri,  yalnız  haradan  törədiklərini 
bildirən  və mötərizə içinə alman qısaltmalarla göstərilir.  Yeni  türk 
dilinin yazılacaq  yeni  qrammatikasından da  ərəb və fars dillərinin 
morfoloji  və  sintaksis  qaydaları  çıxarılıb  kitabın  sonundakı 
«törəmə» (etimologiya) bölümündə yerləşdirilməlidir.
Yeni  türkcə,  əwəla,  dilimizi  gərəksiz  ərəb  və  fars  deyimləri 
və tərkiblərindən  təmizləməklə,  ikincisi,  ona hələlik varlıqlarından 
xəbərimiz olmayan  milli deyimləri və ifadə tərzlərini, üçüncüsü isə, 
hələlik  malik  olmadığımıza  görə  yaratmaq  məcburiyyətində 
qaldığımız millətlərarası sözləri əlavə etməklə meydana gələcəkdir. 
Bu 
üç 
mərhələdən 
birincisinə 
«təmizləmə», 
ikincisinə 
«milliləşdirmə»,  üçüncüsünə  isə  «yenkinləşdirmə»  adlarını  verə 
bilərik.
6)  DİLDƏ TÜRKÇÜLÜYÜN ƏSAS PRİNSİPLƏRİ
İndi, burada dildə türkçülyün əsas prinsiplərini sadalayaq:
1) 
Milli  dilimizi  meydana  gətirmək  üçün  Osmanlı  dilini 
heç  yoxmuş  kimi  bir  tərəfə  ataraq,  xalq  ədəbiyyatı  üçün  başlıca 
vəzifəni yerinə yetirən  türk dilini olduğu  kimi qəbul edib,  İstanbul 
əhalisinin  və  özəlliklə,  İstanbul  xanımlarının  danışdıqları  kimi 
yazmaq.
2) 
Xalq  dilində  türkcə sinonimi  olan  ərəb və fars  sözlərini 
atmaq,  tamamilə  sinonim  olmayıb,  kiçik  bir çalara malik  olanları 
dilimizdə saxlamaq.
3) 
Xalq  dilinə  keçib  söyləyiş  (tələffüz)  və  ya  anlam 
baxımından  «qələt»  adını  alan  ərəb  və  fars  sözlərinin  təhrif 
olunmuş  şəkillərini  türkcə  hesab  etmək  və  yazılışlarını  da  yeni 
söyləyiş şəklinə uyğunlaşdırmaq.
4) 
Yerlərinə yeni  sözlər qoyulduğu üçün  arxaikləşmiş  əski 
türk sözlərini diriltməyə çalışmamaq.
5) 
Yeni  terminləri  ilk  öncə,  xalq  dilindəki  sözlər arasında
109


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə